Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə42/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   38   39   40   41   42   43   44   45   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
92 
Sahibə Sədnikqızı, böyük elmi işçi, 
 
 
 
 
 
 
 
 
 
AMEA Folklor İnstitutu  
 
 
 
  
 
 
 
Azərbaycan, Bakı 
 
 
LƏZGİLƏRDƏ BAHAR BAYRAMI İLƏ BAĞLI MƏRASİM ƏNƏNƏLƏRİ 
   
 
 
 
 
 
 
 
 
 
 
Açar sözlər: Ləzgilər, folklor, Yaran Suvar, Bahar bayramı, miflər, inanclar, adət-ənənələr, bayram  
süfrəsi 
Ключевые  слова:  Лезгины,  фольклор,  Яран  Сувар,  праздник  Весны,  мифы,  верования, 
праздничный стол 
Key words: Lezghins, folklore, Yaran Suvar, Spring Break, myths, beliefs, customs and traditions, the 
holiday table 
 
Qafqazın ən qədim xalqlarından biri sayılan ləzgilər əsasən cənub-şərqi Dağıstanda, qismən 
şimali-şərqi Azərbaycanda, az sayda isə dünyanın bir çox ölkələrində yaşayırlar. Ləzgilər Qafqazın 
qədim tarixə malik xalqlarındandır. Onların həyatı, məişəti, adət və ənənələri folklor nümunələrində 
öz əksini tapmışdır. İndiyədək yüzlərlə ləzgi dastanları, əsatirləri, əfsanələri, nağılları, rəvayətləri, 
lətifələri toplanmış, minlərlə manilər (bayatılar) qəhrəmanlıq mahnıları, lirik mahnılar, toy və xor 
mahnıları, laylalar, tapmacalar, atalar sözləri, deyimlər toplu şəklində nəşr olunmuşdur. Şair publi-
sist Müzəffər Məlikməmmədov qeyd edir ki, ləzgi folklorunun toplanmasında Qəzənfər Zülfüqarov, 
Bəşir Sultanov, Abucəfər Məmmədov, Əlibəy Fəttahov, Ağalar Hacıyev, Hacıbəy Hacıbəyov, Mə-
həmməd Hacıyev, Qiyas Məcidov, İsgəndər Qaziyev, Şahmir Muradov, İsmayıl Vahabov, Aybikə 
Qəniyeva, Firuzə Vahabova, Hacı Qaşarov, Zabit Rizvanov, Bayram Səlimov, Həkim Qurban, Ab-
dul Fəttah, Sədaqət Kərimova kimi tanınmış alimlər, folklorçular, şair və yazıçılar böyük əmək sərf 
etmişlər. Eyni zamanda Ləzgi folklorunun toplanmasında Əfruz Rəhimovanın adını xüsusilə qeyd 
etmək lazımdır. Onun Yaran suvar bayramı (Bahar bayramı) və xalq oyunları ilə bağlı foloklor ma-
teriallarını toplaması təqdirəlayiqdir. Ləzgilərin bir çox maraqlı qədim adət-ənənələri və milli bay-
ramları vardır. Onlar bu günədək öz keçmiş inanclarını qoruyub saxlayır və öz bütpərəst Allahlarına 
tez-tez müraciət edirlər. Onlar Bahar bayramı ərəfəsində od tanrısı “Alpan”a, su tanrısı “Tabar”a, 
döyüş tanrısı “Sleq”ə, günəş tanrısı “Atap”a, münbitlik tanrısı “Yar”a, bolluq tanrısı “Tap”a, xeyir-
lə-şər tanrısı “Epen baxar”a, pislik tanrısı “Alapex”ə müraciət edirlər. Günəş Allahından işıq və isti 
verməsini, Od Allahından insanları qorumağı, Ay Allahından və Ay İlahəsindən insanı məhəbbət və 
ümiddən məhrum etməməyi, Su İlahəsindən təbiəti quraqlıqdan xilas etməyi, Yer İlahəsindən aclıq 
yaratmamağı, Təbiət Allahından bəşər övladını pis ruhlardan qorumağı xahiş edirlər.  
  Ləzgi folklorunun toplanmasında əməyi olan tədqiqatçı Əfruz Rəhimova “Ləzgilərdə Bahar 
bayramı” adlı tədqiqat əsərində yazırdı ki, “Min illərdir ki, ləzgilər Bahar bayramını ən əziz bayram 
kimi sidq-ürəkdən qeyd edir və bu bayramla birgə öz adət-ənənələrini, folklorunu qoruyub saxlayır. 
Bahar bayramının davamlı olaraq keçirilməsi folkloru daim yaşadır, onu gələcək nəsillərə ötürməyə 
imkan verir”. 
Bahar bayramı  ləzgicə “Yaran suvar” adlanır. “Yar”- bahar, “suvar” isə bayram deməkdir. 
Yar həm də münbitlik tanrısıdır. Azərbaycan xalqında olduğu kimi ləzgilərdə də həyət-bacanın, ev-
eşiyin təmizlənməsi, bahar bayramı  təamlarının bişirilib yeyilməsi ilk çərşənbədən başlayıb, axır 
çərşənbəyədək davam edər. Bayrama hazırlıq işlərində evdə  ağsaqqal, ağbirçəkdən tutmuş balaca 
uşağa kimi hamının əməyi olardı.  
 “Yar” ləzgilərin qədim kənd təsərrüfatı təqviminin bir ayıdı, martın 21-dən aprelin 4-dək da-
vam edir. Yar ayı yaz-tarla işlərinin başlanğıcına təsadüf etdiyindən, ən maraqlı mərasimlər tarlalar-
da, bağlarda, əkin yerlərində olur. Ləzgilərin qədim adətlərindən biri olan, könüllü iməcilik mənası-
nı verən "mel" bahar bayramı  ərəfəsində keçirilir. Ev-eşik təmizlənir, yorğan-döşək günə  sərilir, 
xalça-palaz çırpılır, evlərin divarları  ağardılır, bağ-bağat, tarlalar çör-çöpdən, alaqdan təmizlənir. 
“Yar” sözünün ikinci mənası "qırmızı” deməkdir. Qədim vaxtlarda ləzgilərin bayram süfrəsi qırmızı 
rəngdə olarmış. Adətən toyları Yar ayına salardılar. Bəyə “yaran çam”, yəni bahar bəyi, gəlinə 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
93 
“yaran svas”, yəni bahar gəlini deyərdilər. Gəlinlər bahar xalçası toxuyardılar. Toy günü gəlinin 
üzünü “düqürlə”, yəni qırmızı duvaqla örtərdilər.  
Bayrama hazırlıqla bağlı buğda cücərdilərdi. Onun şirəsindən “tlaç”- vitaminli içki, əzilmişin-
dən “selema”- səməni halvası hazırlanardı. Bəziləri arzuları həyata keçərsə, “селема” səməni halva-
sı bişirəcəyini niyyət edər, qohum-qonşuya pay paylayardılar. Qoz-fındıq təmizlənər,  şirniyyatlar 
bişirilərdi.  
 
Bahar bayramı gəlib, 
Dərdi, qüssəni unut. 
Süfrəmizi bəzəsin, 
Səməni ilə qovut. 
 
Səməninin şirəsi, 
Qovurğa-hər cürəsi, 
Nutufası, kambarı, 
Yaxın gəl, yeyək barı. 
Yanar şamın sayı yox, 
Tanrım versin payı çox... 
Bayramımız gur olsun. 
Həm kuzan, bakluk, piçek, 
Mexkut, tsavur olsun. 
 
Halva, qoğal yan-yana, 
Doyunca ye, nuş olsun. 
Tsiklen, qutab da gətir, 
Bolluq olsun, xoş olsun. 
 
-deyərək insanlar öz arzularını bildirər, baharın gözəlliyini vəsf edər, hamını şənlənməyə ça-
ğırardılar.” Bayram günü bişirilən xörəklər, süfrəyə qoyulan ərzaqlar təkcə ailə üçün nəzərdə tutul-
murdu. Bayram qazanları asılanda, süfrəyə düzüləndə, yeyiləndə öncə ağsaqqal və ağbirçəklər tərə-
findən bu ocaqda dünyasını dəyişən ruhlar yad olunardı. Birinci onların ruhuna payı ayrılar, qəbir 
üstündə paylanardı. Eyni zamanda bu niyyətlə ləzgilərə məxsus “kuzan” (şirinçörək) bişirilərdi. 
 Bahar bayramı kəndlərdə daha şən keçirilərdi. Bütün kənd əhli ev-ev gəzərək bayramlaşardı, 
kiçiklər böyüklərin ayağına gedərdilər. Birinci xəstələrə, ağsaqqallara baş çəkər, onlara bayram payı 
verərdilər. Bayramlaşmağa gedən uşaqlara, cavanlara noğul, qoz, fındıq və quru çərəzlərdən başqa 
yumurta da verərdilər. Hansına yumurta payı çox düşmüş olsa, öz aralarında ona hamı tərəfindən 
sevilən, nüfuzlu adam kimi baxar, və ona həsəd aparardılar. 
  Qırmızı rəng ləzgilərin məişətində, geyimlərində ən üstün yer tutur. Qədim ənənələrə görə 
Yer qırmızı öküzün buynuzları üzərində yerləşir. Onlar qırmızı öküzə ibadət etmiş, onu Yaran Su-
varda (Bahar bayramında) qurban kəsmişlər. Qurbanlıq seçilmiş öküzə yaxşı qulluq edir, təmizliyi-
nə baxır, boynuna qırmızı saplar bağlayırdılar. Kəsməzdən əvvəl həmin öküzlə gecə kəndin ətrafın-
da üç dəfə dövrə vururdular.Kəsilmiş qurbanlıq əti kənd camaatı arasında bərabər şəkildə paylayır-
dılar. Bayrama iki-üç həftə qalmış  və bayramdan sonra bir ay (aprelin 4-dək) gənclər biləklərinə 
qırmızı sap bağlayarlar.  
 Bayramdan öncə bitkilərin quru budaqlarını tonqal üçün toplayır və onları konus şəklində xü-
susi ayrılmış yerlərə yığırdılar. Əvvəllər tonqalları evlərin yastı damlarında da qalayırdılar. Martın 
21-dən 22-nə keçən gecə evlərin damlarında, kənd meydançalarında, məhəllələrdə tonqal qalayırdı-
lar. Tonqalların sayı hökmən yeddi olmalı idi. "Köhnə yan! Yeni doğul!" - deyərək köhnə əşyaları 
alovun içinə tullayırdılar. Yağlı əsgilərdən, samandan, odlu kürəciklərdən məşəl hazırlayırdılar. İn-
sanlar səhərə qədər rəqs edir , nəğmələr oxuyur , şənlənirdilər. 
 
Bahar gəlsin bayramlı,  
Qovud, çovdar təamlı.  
İməcliklər, toy-busat,  
Verir bizə xoş ovqat. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə