Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə45/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   41   42   43   44   45   46   47   48   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
98 
Yaxud: 
 
Gedirdim İrəvana, 
Rast gəldim bir cavana, 
Dedi yaman bürküdü 
Ermənilər tülküdü (1, s.47). 
 
Atalar sözü ilə bağlı nümunələrdə dil fərqi ilə eyni atalar sözlərindən istifadə edilir, etnik dilə 
tərcümə edilməklə işlədilir, zaman-keçdikcə dillərdə möhkəmlənərək sanki milli xalq yaradıcılığı ki-
mi təqdim edilir. Məs, “Tısbağa çanağından çıxdı, çanağını bəyənmir” (168), “Canavardan (Qurddan) 
qorxan qoyun saxlamaz” (169), “Öz gözündə odun (tiri) görmür, özgənin gözündən qıl axtarır” (169), 
Sicim (örkən) nə  qədər uzun da olsa, doğanaqdan keçər”, “Üz- üzdən, göz- gözdən utanar” (168), 
“Özünə umac ova bilmir, başasına halva çalır(əriştə kəsir)” (169) və s. Belə atalar sözləri həm zaxur, 
həm ingiloy, həm də avarların xalq ədəbiyyatında həddindən artıqdır və Azərbaycan xalq yaradıcılığı-
nın məhsuludur. Ərazidə yaşayan millətlərin “şənlik və mərasimlərində türk dilinin Azərbaycan ləh-
cəsində mahnılar oxumuşdur” (3, s.28) ki, bu mahnıların  əksəriyyəti gənclik və gözəllik, sevgi və 
ayrılıq duyğularını  tərənnüm edir. Bu ərazidən toplanan tapmacaların hamısı türklərə  məxsusdur, 
inanclar, yazın gəlişi ilə bağlı mərasim, toy və yas mərasimləri, atalar sözləri və məsəllər, andlar, alqış 
və qarğışlar isə bölgədə yaşayan bütün etnik qrupların arasında demək olar ki, eyni işlənir. Bu 
örnəklər həm etnik qrupun öz dilində, həm də Türk dilinin Azərbaycan ləhcəsində işlədilir.  
Məsələn:  
 
Cavanlıqda qocalığa can saxla,  
Döyüşəndə (boğuşanda, dalaşanda) barışığa üz saxla, 
Yaman günə bir balaca cib saxla. (1, s.84
 
Azərbaycan ərazisindən qələmə alınan mənalı miflər həyat və kainat haqqında, tarixi, astrono-
mik, coğrafi və etimoloji problemlərlə ilə bağlı çox şey öyrədə bilir ki, biz onlardan dəyərli fakt və 
məlumatlar əldə edə bilirik. Xüsusilə də, bəşəriyyətin (hətta müasir dövrümüzdə belə üzləşdiyi) mə-
həbbəti, sevgisi, ehtirası, həvəsi, şövqü, qəzəbi, hiddəti və zəifliyinin xarakterik xüsusiyyətlərini öy-
rənmək olur. Biz qədim sivilizasiya ilə sıx bağlı olan bir cəmiyyətdə yaşayırıq ki, bu cəmiyyətin xa-
rakterik xüsusiyyətləri və dil çalarlıqları xalq nağıllarında təsvir edilir. 
İnsan qədim əcdadları kimi həyat uğrunda, yaxşı yaşamaq naminə, öz həyatını arzu və istəklə-
rinə uyğun idarə edə bilmək uğrunda mübariəzə aparır və sağ qalmaq üçün planlar qurur. Bu zaman 
insan həyatını düzənə salan, ona kömək edən, yaxud məhv etməyə çalışan qüvvələr dövriyyəyə girir 
və bu qüvvələr miflər vasitəsilə təqdim edilir. 
Böyük mif yalnız yeni mental məlumatlar əldə etməyimiz üçün dəyərli deyil, eyni zamanda 
yeni informasıyaların toplanması və anlamaq üçün imkan yaradır. Azərbaycan miflərinin əsrlər bo-
yu yaşamasının səbəbi odur ki, insanlar öz həyatlarında baş verən bir çox hadisələrdən dərs və il-
ham almışlar.Bu nağıllarda əhəmiyyətli nüanslar vardır ki, araşdırıcılar müxtəlif yeni mədəniyyətlər 
aşkar edə bilirlər. Bu miflər tədqiqatçılara planetdə olan fərqli mədəniyyətlərin təmsilçisi olan xalq-
ları təqdir etməyə imkan verir. 
Bu araşdırmada Azərbaycan ərazisində yaşayan müxtəlif etnik qrupların mif və əfsanələr va-
sitəsi ilə mədəniyyətlərinin müəyyən sahəsi öyrənilmişdir.Udin, avar, zaxor, ingiloy, ləzgi millətləri 
Azərbaycan- türk ənənələrini irsən alıb, yenidən yaradıb yaşadan Azərbaycan vətəndaşlarıdır. 
Türklər Azərbaycan mədəniyyətinin  əsas daşıyıcılarıdır. Lakin ərazidə yaşayan bütün etnik 
qrupların allahları və mifləri, ilahi təcrübələri, astronomik maraqları demək olar ki, eynidir..  
Azərbaycan folklorunda bütün etnik qruplar təbiət güclərinə böyük hörmətlə yanaşır və onlara 
tanrı kimi münasibət göstərir. Onların Günəş baba, Yağış baba, Yel baba, və Yeraltı dünya tanrıları 
vardır. Quraqlıq kimi təbii hadisələr baş verərsə, onu tanrı qəzəbi kimi qəbul edir və bu qəzəbdən 
bərk qorxurdular. Bütün tanrılar təbiətlə sıx bağlı idi. Onlar bütün elementlərə nəzarət edir: Günəşin 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
99 
doğması, Günəşin batması, yağış və külək bütün xalqların yaşaması üçün vacib olduğuna görə ni-
zamlanır və onları qəzəbləndirməmək üçün müxtəlif rituallar keçirilir, qansız qurbanlar verilirdi. 
Azərbaycanın tarixi inanclarında fiziki və ruhani dunya arasında qırılmaz  əldaqələr vardır, 
bütün bizi əhatə edən canlı və cansız şeylər özlərinəməxsus vahid ruha malikdir. 
Azərbaycan türk panteonuna (çoxallahlı dinin bütün allahları) Günəş, Ay, Yağış, Taxıl, və 
Külək tanrıları daxildir. Bu fiqurlar sonrakı zamanlarda yaranan nağıllarda da yenidən peyda olub-
lar. Azərbaycan incəsənətinə yarışir, yarıinsan olan məxluqların təsvirləri aiddir. Bu ərazidə yaşa-
yan insanlar inanırdılar ki, sehirbazlar özlərini şirə çevirə bilirlər.  
Tədqiqat xalq nağılları və miflərin elementlərini və xüsusiyyətlərini anlamaq imkanı verir. On-
ların fərqli və paralel tərəflərini müəyyən etmək mümkündür. Araşdırma zamanı Azərbaycan mədəni 
fonu və irsinin ən mənalı tərəfləri, bu xalqların nağıl, əfsanə, rəvayəti, mif mədəniyyəti, cəmiyyət qa-
nunları və dini prosesləri öyrənilir. Etnik qrupların mifik üslub və çalarlıqları müəyyən olunur.  
Xalqların qədim mədəni irsi miflər vasitəsilə yaradılmışdır. Bu bütün mədəniyyətlərdə belə-
dir. Araşdırmanın ən əhəmiyyətli tərəfi isə Balakən-Şəki regionunda məskunlaşmış xalqların nağıl 
və ya miflərinin mənasının anlamı və əhvalatların simvollar vasitəsilə şərhi təqdim edilir. 
Azərbaycan  şifahi xalq ədəbiyyatında həyat təcrübəsi universaldır, xalq nağıl və miflərində 
əyləncə xüsusiyyəti güclüdür. Mifoloji qəhrəmanın gücü, səlahiyyətləri xalqın sevgi və  rəğbətini 
qazanır, onların müxtəlif istedad və bacarıqları dərindən tədqiq edilməsi nəzərdə tutumuşdur. Tanrı-
ların səlahiyyətləri və niyyətləri diqqət mərkəzində saxlanılıb. 
Bəzi mif və nağıllarda yumor elementləri də diqqəti cəlb edir.Bu yumorda dərin müdriklik və 
öyüd götürməli olan elementlər vardır. Heyvan və bəşəriyyətin təbiəti haqqında həqiqətlər çox uni-
kal və tipikdir, çünki vərdişlərin və yaradılmanın təbii reallığa xas olan yolları var. Bu araşdırmalar 
dünya xalqlarının fərqli olmasına baxmayaraq, əslində eyni hiss və duyğu ilə yaşamasını önə çəkir 
və digər xalqların mədəni müxtəlifliyinə hörmətin inkişaf etdirilməsi duyğuları yaradır. 
Din və qanunlar mif və şifahi ənənə vasitəsi ilə öyrənilir. İnsanlar Torpaq, Günəş və Ay tanrı-
larını ən vacib qəbul etmişdirlər. Günəş həm ən yaxşı tanrıdır: həyatın əsasını təşkil edir, onsuz can-
lı varlıqlar məhv olar, həm də pislik edən tanrıdır: quraqlıq yaradır, ölümə səbəb olur. Yer həmişə 
ona ibadət edənlərə üstünlük verir, itaətsiz və unutqanlar üçün isə amansız cəza təşkil edir. Meşə 
sərt, şıltaq və sirlidir, ərzaq ehtiyatı ilə zəngindir, canlıların ehtiyaclarını ödəmə gücündədir. Ağac 
və bitkilərin kökləri insan üçün yanacaq, mebel, dərman, içki və paltar üçün vasitədir. 
Azərbaycan miflərinin öyrənilməsi bir çox heyvanların sehirli gücə malik olmasını dərk etmə-
yimizin açarı olur. Hər bir xalqın nümayəndələri heyvanların mənşəyi ilə maraqlanmış, onların 
müxtəlif xüsusiyyətlərini izah edən çoxlu əhvalatlar yaratmışlar.  
Meşələr heyvanlar aləmi ilə zəngin sahələrdir. Azərbaycan ərazisində yaşayan etnik qruplar 
təbiətdə olan hər şeyin bir ruhu olduğuna inanırdılar. Bəzi ruhlar təsirli səviyyədə güclü, bəziləri isə 
zəifdir. Əsas ideya bu güclərin arxasında gizlənir. Bəzi ağacların ruhu daha yayğın və zəifdir. Güclü 
hesab edilən mifoloji heyvan və ya ağac ruhlarını müqayisəli öyrənmək vacibdir. 
Hekayələri tədqiq edərkən mənəvi dərsləri öyrənmək iki səbəbə görə vacibdir: ilk növbədə 
təbiət əfsanələri vasitəsilə təsvir edilən təbiətə xas xüsusiyyətlər özünü doğruldur və mübahisə edilə 
bilməz. İkincisi isə əhvalatlar vasitəsilə məsləhət verilməsi hər zaman inandırıcı və güclü formadır. 
Əfsanələrin sonunda mənəvi dərs diqqəti cəlb edir. Bu da problemlərin birbaşa deyil, əyləncəli və 
yaddaqalan şəkildə təqdimatı və onların həlli üçün məsləhət verilməsi ilə izah edilir, bu da bir tərbi-
yə üsuludurdur. Bu gün belə funksiyanı daşıyan əfsanələr vardır. 
Azərbaycanın sirli sivilizasiyalarda olduğu kimi xanlıqları, döyüşçüləri var idi; etnik qrupların 
liderləri, onların xanımları və övladları bu ərazinin qəhrəmanları idi. Əkinçilər, ovçular, daxmaları 
tikən ustalar hörmətli və müdrik insanlar hesab edilirdi. 
Xüsusi mədəniyyət yaşamış insanların danışdıqları  əhvalat və hekayələr vasitəsilə dolayı 
yolla tarix də öyrənilir. Ölkə ərazisində yaşanan tarixi reallıqlar mif və nağıllarda öz əksini tapır. 
Ərazidə baş verən hadisələr haqqında bir sıra anlayışlar  əldə edilir. Bayatıların  əksəriyyəti 
Azərbaycan türk dilində yaradılmışdır.  


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə