Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə43/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   39   40   41   42   43   44   45   46   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
94 
Bahar bayramında yetkin qızların hər işinə göz qoyular, gəlin bəyənərdilər. Gənc oğlanlar 
keçini bəzəyib musiqiçilərin müşaiyəti ilə evləri gəzir və “yar” üçün bayram payı yığardılar. Musiqi 
- zurna, tütək və yaxud fleyta ilə ifa olunurdu . Onlar həyətlərə daxil olur, ev sahibəsinin səliqə-
səhmanını tərifləyir, təmbəlliklərinə görə isə təmbeh edirdilər. Əlbəttə, bunlar məzəli şəkildə olur-
du, heç kim incimir, hamı sevinir, şənlənirdi. Qadınlar, qızlar onların çantalarını meyvə, boyadılmış 
yumurta, fətir, halva, qovrulmuş buğda (qovurğa ) və qoz-fındıqla doldururdular. 
Ləzgilər Bahar bayramında yeddi cür xörək bişirirlər. Hətta ailənin maddi cəhəddən xörək ha-
zırlamaq imkanı olmasa belə, onun köməyinə yeddi məhsuldan ibarət şilə çatır. Şilə qurudulmuş ət-
dən, qarğıdalı, arpa, lobya, noxud, kartof və digər tərəvəzlərdən hazırlanır. Hətta duzu da həmin 
yeddi məhsuldan biri hesab edirlər. Qohumlar, qonşular, dostlar bir-birinə qonaq gedir, “ Yaran Su-
varkay!”-deyə bayramlaşırlar. Bahar bayramı ərəfəsində küsülülər barışır, insanlar yaxşılıq etməyə 
çalışır, günahlarının bağışlanması üçün Allaha yalvarırlar. 
Bahar bayramında tez-tez keçirilən kəndirbazların oyununda keçi maskalı oyunbazın iştirakı 
da heç də təsadüfi deyil. Döyüş tanrısı Keçi daim el qəhrəmanlarını, pəhləvanları müşayiət edir, on-
ları şər qüvvələrdən qoruyur: 
 
Döyüş tanrımsan, 
Keçi, canımsan. 
Elə bizi mərd, 
Düşmənə çox sərt. 
 
Başımız üstdən, 
Qarğanı qov sən. 
Ağrımızı al, 
Qıy vursun qartal. 
Ondan güc alaq, 
 Biz zəfər çalaq.  
 
 “Bütün varlığı ilə təbiətə bağlı olan insanlar öz əməklərinin, zəhmətlərinin hədər getməmə-
sinə nail olmaq, təbii fəlakətlərdən yaxa qurtarmaq üçün həmişə sözün gücündən, ovsun və sehrdən 
istifadə edərdilər. 
 
A Guni, gün olsun görək, 
Guniyə gəl gün verək. 
Gün sevməz qara qarğa, 
Günəşdə yansın gərək. 
 
A Peşepay, peşepay, 
Peşepay yağış istər. 
Oyma, oyma, oyma yağış, 
Bir quru yer qoyma yağış. 
 
Yağış taxıla, 
Taxıl daxıla. 
Hamı amin desin, 
Tanrı qəbul eləsin.” 
 
  Ləzgilər ya sentyabrın 22-də, ya da martın 22-də yeddi erkək keçi kəsərlər. Məhz bu ay və 
günlərin seçilməsinin özəlliyi var. 22 mart yeni ilin gəlişi, 22 sentyabr isə ilin yarı olması və məhsul 
yığımının başa çatması ilə əlaqələndirilirdi. İnsanlar həmin il ailəsinin ac qalmayacağına görə şükür 
edər və il məhsulu olan keçilərdən yeddisini şükranlıq rəmzi olaraq kəsərlər. Həmin keçilərdən biri-
nin buynuzunu evlərin divarından asardılar. Buynuzlar hər il yenisi ilə əvəzlənərdi. Evlərdən keçi 
buynuzu asmaq adəti indi də qalmaqdadır. Keçinin seçilməsinin səbəbi onun müdriklik əlaməti olan 
saqqalının olmasıdır. Bundan başqa, keçinin südü ən təmiz süd sayılır, tükündən yasdıq düzəldirlər, 
yağı isə masaj üçün əvəzsiz vasitədir.  


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
95 
Onlar toyları adətən martın 21-dən mayın 21-dək edirlər. Bu da səbəbsiz deyil. İlkin məna bu 
ayların müqəddəs ay hesab edilməsidir. Ləzgilərdə belə bir deyim var ki, bu aylarda doğulan oğlan 
uşaqları güclü olar. Çünki bu ay canavar doğan ay sayılır.  
Bahar bayramında hər kəs ürəyində niyyət tutar, il ərzində arzularının necə həyata keçəcəyini 
bilmək istəyərdilər. Torpaqda yuvalar qazır, yuvaların içinə mismar, yumurta, kömür qoyurdular. He-
sab edirdilər ki, yuvaların içindən sürünərək keçmək onları gözdən və cadudan qoruyacaqdır. İnanca 
görə subaylar istəklisinin adını üç dəfə təkrar edərək aya baxdıqda, baş yastığının altına ona aid olan 
hər hansı bir əşyanı qoyduqda, yuxuda gələcəkdə onunla ailə quracaq adamı görməsi mümkündür. 
Bahar bayramı – “Yaran Suvar” ləzgilərdə milli birlik bayramı hesab olunur. Və bu bayram il 
ərzində insanları birliyə, dostluğa, barışa və sevgiyə çağırırdı. Ailələrdə, eldə-obada bolluq və bərə-
kətin əsası bu bayramda qoyulurdu. Ləzgilər Bahar bayramını sevinclə qarşılayır və bu bayramın 
uğurlar gətirəcəyinə inanırlar. 
Tədqiqatçı Əfruz Rəhimovanın ləzgilər tərəfindən qeyd olunan minillik tarixi olan “Yaran su-
var” Bahar bayramı haqqında əldə etdiyi məlumatları əvəzsiz xəzinə hesab etmək olar. Bahar bay-
ramı -Yaran Suvar Azərbaycan xalqı  və  ləzgilər arasında mənəvi bir körpü, qarşılıqlı hörmət, 
məhəbbət və dostluqdan hörülən qırılmaz bir bağdır. 
 
 
Xülasə 
 
Ləzgi xalqı təbiətdə baş verən dəyişikliyi müxtəlif mərasimlərlə qeyd edirdilər ki, bunlardan biri də 
“Yaran Suvar” bayramıdır. Yaran suvar - Bahar bayramı qədim adətləri, xalq oyunları, folklor nümunələri, 
bir-birindən maraqlı şənlikləri ilə seçilir. Ləzgilər Bahar bayramını ən əziz bayram kimi sidq-ürəkdən qeyd 
edir və bu bayramla birgə öz adət-ənənələrini, folklorunu qoruyub saxlayırlar. 
 
Резюме 
 
У лезгин имеется множество разных праздников. Но самым замечательным из всех праздников 
является Яран Сувар, что означает "Праздник Весны". Отмечают его в день весеннего равноденствия, 
в  основном 21 марта.  Он  представлял  собою  своеобразный  триумф  жизни,  тепла,  света  над  зимней 
стужей,  злыми  силами,  которые  воплощала  в  себе  зима.  Яр  по-лезгински  означает  «красный», 
«солнце». Праздник «Яран Сувар» из народов Кавказа в описанном виде проводят только лезгины. 
 
Summary 
 
The Lezghins have various holidays. The most remarkable of them is “Yaran suvar”, which means 
“Spring Holiday”. This holiday, expressing the light and heating over the bad forces, triumph of life, is 
celebrated on the 21
st
 of March. “Yar” means red, “the Sun” in the Lezghin language. The Lezghins are the 
only people among the Caucasus people who celebrate it in this fom. 
 
Ədəbiyyat: 
 
1.
 
Əfruz Rəhimovanın Qusar bölgəsindən topladığı folklor örnəkləri /Tərtib ed. Sahibə Sədnikqızı // 
Azərbaycan-Elmi iş.-2015.-№1.- 122 s. 
2.
 
Kərimova S., Məlikməmmədov M. Ləzgilər //Samur.-203.-30 sentyabr.-S.6. 
3.
 
Xəlil A. Türk xalqlarının yaz bayramları və Novruz. Bakı - Elm və təhsil, 2013,150 s. 
4.
 
Rəhimova S. Yaran suvar (Bahar bayramı). Bakı: Adiloglu,2006,140s. 
5.
 
Rəhimova Ə. Yaran Suvar-Bahar bayramı //Samur.-2015.-18 mart.-s.6. 
6.
 
Seyidov M. Yaz bayramı. Bakı: Gənclik, 1990, 96s. 
7.
 
Albalıyev Ş. Folklordan gəlmişdi. Kredo 2015, 31 iyul, s. 15. 
 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə