Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə51/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   47   48   49   50   51   52   53   54   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
111 
Summary 
 
In the article it is said about the tourism notion, the problems about the development and perspectives 
of this branch in our country are looked through. The opportunities of the usage of priority in propaganda 
and agitation problems of our folklore have been determined and its applied principles are studied. Besides it 
considering the priority connecting with the other branches of our life we think it is necessary to look at this 
problem in the integration with these branches. We hope that the investigation of the problem will influence 
to the expanding of the tourism movement in our country. 
 
 
Ədəbiyyat: 
 
1.
 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm qanunvericiliyi toplusu. Bakı: Avrasiya-press, 
2 cilddə,1-ci cild, 2011. 
2.
 
Hacı Vaqif, Akif Məmmədli. Balakən-Zaqatala bölgəsinin qədim tarixi abidələri (nəşriyyat və nəşr 
tarixi kitabda göstərilməyib). 
3.
 
https://www.youtube.com/watch?v=jB7-gqXrbec 
4.
 
http://regionplus.az/az/articles/view/4019 
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
112 
Sevinc Mahmudova, tədqiqatçı, 
 “Orayin” Udi Mədəniyyət Mərkəzinin əməkdaşı 
Azərbaycan, Qəbələ, Nic 
 
FOLKLOR TURİZMİNDƏ NİCİN ROLU 
 
Açar sözlər: Çotari kilsəsi, Yaloylu təpə, Komrat, Xan yolu, kətə 
Ключевые слова: Церковь Чотари , холм Ялойлу, Комрат, дорога Хан, кулебяка 
Key words: Chotari Church, Yaloylu hill, Komrat, Khan road, pie 
 
Respublikamızın  əsas turizm məkanlarından biri olan Qəbələ rayonunda Nic qəsəbəsinin 
özünəməxsus yeri vardır. Turistlərin udi folkloruna, mətbəxinə  və xristian məbədlərinə, eyni za-
manda Nic qəsəbəsində yerləşən tarixi məkanlara marağı çoxdur. Qəbələ şəhərinin qədimliyini əks 
etdirən tarixi məkanlar “Çotari” kilsəsi, “Yaloylu təpə” mədəniyyəti, “Kilsəli təpə”, Çuxur Qəbələ -
Tarixi Bədii Qoruğu, “Dambatan”, “Komrat” ziyarətkah yeri, ”Xan yolu”, “ Pirlər”, XVIII-XIX əsr-
lərə aid qapılar, “Cəngi” instrumental milli qrupu və qədim adət-ənənələri özündə əks etdirən udi 
toyları turistlərin diqqətini çəkir.  
“Çotari” kilsəsi, verilən məlumata görə XVII əsrə aiddir. 2006-ci ilin 25 may tarixində restav-
rasiya olunmuş  və  kənd sakinlərinin yenidən istifadəsinə verilmişdir. Kilsənin açlışında bir sira 
dövlət və din xadimləri iştirak etmişlər. Dünyada bir çox məşhur incəsənət, siyasət və başqa sahə-
lərdə öz sözlərini demiş insanlar vardır ki, bunlardan ikisi məşhur fransız aktyoru Jerar De Partye, 
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə də Nicdə, yeni təmir olunmuş kilsədə olmuşlar. 
“Yaloylu təpə” mədəniyyəti. Bu ərazidə XIX əsrin sonlarında bir kənd müəllimi tərəfindən 
həvəskar qazıntı aparılmışdır.1926-ci ildə isə arxeoloji ekspedisiya burada tədqiqat işləri aparmış-
dır. Daha sonralar isə arxeoloq Saleh Qazıyev tərəfindən daha geniş arxeoloji qazıntılar aparılmış-
dır.Verilən məlumata görə “Yaloylu təpə” mədəniyyəti II minilliyə aiddir. Bu mədəniyyəti açıq 
səma altında muzey də adlandırmaq olar, ona görə ki, burada tapılan məişət əşyaları dulusçuluğun 
yüksək səviyyədə inkişaf ediyini subut edir. Təəssüf ki, buraya kütləvi şəkildə turistlər üçün ekskur-
siya təşkil etmək mümkün deyildir. 
“Kilsəli təpə”-də 2013-2015-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. 
“Dambatan” iki gəncin sevgisini ifadə edən nağıla əsaslanan yerdir. 
“Komrat” ziyarətkahı V-VII əsrə aiddir. Həm müsəlmanların, həm də xristianların ziyarət 
ediyi və qurban kəsdiyi yeganə yerdir. “Komrat”- “Böyük ata” deməkdir. 
Əfsanəyə görə, VII əsrdə İmam Əli islam dinini təbliğ etmək üçün Qəbələyə gəlir. Qəbələdə 
gözəl bir qıza aşiq olub onunla evlənir. Evlənəndən bir müddət sonra Qəbələni tərk etmək məcbu-
riyyətində qalır. Gedərkən yoldaşına qızıl bilərzik hədiyyə edir. İmam Əlinin gedişindən bir müddət 
sonra onun yoldaşı bir oğlan uşagı dünyaya gətirir. İllər gecir, İmam Əli Qəbələyə qayıdır. Kəndin 
girəcəyində 10-12 yaşlı bir oğlan uşağının oynadığını görür. Uşaq o qədər güclü idi ki, özündən 
yaşca böyüklərlə güləşir, onlara qalib gəlir. Qalib gəldiklərini isə dağdan aşagı atır. Bunu görən 
İmam Əli dözə bilməyib uşağı özü dağın başından atmaq qərarına gəlir. Dağdan atdığı zaman isə 
oğlanın əlində olan qızıl bilərziyi görür, amma artıq gec idi. Yoldaşı ilə görüşüb söhbət edir, söhbət 
zamanı öyrənir ki, dağdan atdığı uşaq öz oğlu imiş. Öz oğlunun cəsədini tapıb dəfn edir. Qəbri üs-
tündə isə türbə tikdirir. O gündən isə Komrat ziyarətgah məskəninə çevrilir. 
“Xan yolu” - meşənin içindən keçən yol. Özünəməxsus tarixə malikdir. Udilərin “Tubul pəh-
ləvan” nağılında
24
 tamlıqla bu yolun təsviri verilmişdir. 
Nicdə təxminən 300- 400-ə yaxın pir vardır. Hətta bir məhəllədə 3 və ya daha çoxuna rast gəl-
mək olar. Təəssüf ki, onların hamısı tədqiq olunmayıb. Kəndarası belə bir söz, inanc da var. Təbii 
fəlakət baş verəndə insanlar bir-birilərinə deyirlər: “Qorxmayın, kəndin dörd tərəfini pirlər  əhatə 
edir, onlar qoymaz ki, kəndə ziyan dəysin.” 
                                                            
24
 Bu nağıl Azsaylı xalqların folkloru. I kitab. Bakı-“Elm və təhsil”-2014 kitabında yer almışdır. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
113 
   Udi toyları turistlərin maraqlarına səbəb olan ən gözəl mərasimlərdən biridir. Oğlan qız evi-
nə elçi göndərəndə elçilər özləri ilə bir dənə qırmızı alma aparırlar. Almanı oğlan adamları qız ana-
sına verirlər, qızın anası isə almanı aparıb qıza təqdim edir. Əgər qız razıdırsa, almanı bölərək yarı-
sını özünə saxlayır, yarısını isə oğlana göndərir. Anlamı - biz artıq butövüq. Alma tam qayıtsa, bu 
isə o deməkdir ki, qız bu izdivaca razı deyildir. 2 gün toy davam edir, eyni zamanda həm qız, həm 
oğlan evində. Toyları “Cəngi” instrumental qrupu
25
 şənləndirir.  
Gecə toyu, yəni birinci gün qız evində uzun çəkir. 2-ci gün isə oğlan evində. Gəlin gətirilən 
gün oğlan evində ya yumurta, ya da ki, fəsilə uyğun alma kaprona qoyulub hündür bir ağacdan 
asılır və daha sonra bir ovcu nişan alıb onu vurur, ta ki hədəfə  dəyənə  qədər. Atəş açılır. Bunun 
anlamı o deməkdir ki, qız evi eşitsin ki, oğlan evi qızı aparmağa gəlir.  
Nic toylarında bəyin öz toyunda küpdən çaxır çıxartması, qız gəlin köçdüyü evdə qaynanası 
gəlib gəlinin əlinə nəmər vermədən oturmaması, qız evindən gəlini gətirəndə oğlan evinin qız evini 
çaxırla oğlan toyuna dəvət etməsi böyük maraq doğurur. Toy günü qız evində gəlinin başı üzərində 
udi milli mətbəxinə məxsus olan kətə şirniyyatının kəsilməsi, gəlinin ömrü şirin, ruzili-bərəkətli və 
bolluq içində keçməsi mənasında anlaşılır. Kəsilən kətənin yarısı oğlan evinə verilir, yarısı qız evin-
də qalır. Kətənin yarısının qız evində saxlanmasının səbəbi də qız özü ilə ata evinin ruzisini apar-
masın anlamına gəlir. Qudalar oğlan evində çörək kəsirlər. Bu adətin anlamı isə qudalıgın əbədi ol-
masına işarədir. 
XVIII-XIX əsrə aid olan qədim qapılar hansı arko üslubunda hazırlanıb, bu turisrtlərin mara-
ğını cəlb eləməkdədir. Udi mətbəxi də turistlərin diqqətini çəkir. Udi mətbəxində digər mətbəxlər 
kimi hər fəslin özünə aid yeməkləri vardır. Məsələn: Yaz fəslinə uyğun olaraq Xandzil, Afar, yay 
fəslinə uyğun Pağla, Pağlın xaşoy, Püşniklə nak, payız fəslinə uyğun Üknə siyoğ, qış fəslinə uyğun 
Üknə dolma, Muçanakla siyüğ, Çilov, Çekun, Muçanaki xup, Paklin kiftə, Paklin siyoğ, Hərisə
26

Jojabi hindişkə, hər fəsildə isə Jaldi yek, Doğaç hazırlanır. 
Yuxarıda göstərilənlər Qəbələyə gələn hər bir turistin marağına səbəb olur. 
 
 
Xülasə 
 
Turistlərin udi folkloruna, udi mətbəxinə və onların xristian məbədlərinə, eyni zamanda Nic qəsəbə-
sində yerləşən tarixi məkanlara marağı çoxdur. “Çotari” kilsəsi, “Yaloylu təpə” mədəniyyəti, “Kilsəli təpə”, 
Çuxur Qəbələ -Tarixi Bədii Qoruğu, “Dambatan” , “Komrat” ziyarətkah yeri, ”Xan yolu”, “ Pirlər”, XVIII-
XIX əsrə aid qapılar, “Cəngi” instrumental milli qrupu və udi toyları, hansı ki, bu günə kimi öz adət-ənənəsi 
ilə turistlərin diqqətini çəkir.  
 
Резюме 
 
Туристы проявляют большой интерес к фольклору, кухне удинов и их христианским храмам, а 
также, к историческим местам расположенным в поселке Нидж. Церковь «Чотари», культура «холма 
Ялойлу», «холм  Килсели  (Церковный)»,  Чухур  (Яма)-Габала  Исторический  Художественный  Запо-
ведник,  храмы  «Дамбатан», «Комрат», «Дорога  Хан», «Священные  места  для  поклонения»,  Врата 
XVIII-XIX  вв.,  национальная  инструментальная  группа  «Джанги»  и  удинские  свадьбы,  которые  по 
сей день привлекают внимание туристов своими обычаями-традициями. 
 
Summary 
 
Tourists are not only interested in Udi folklore, kitchen and their christian temples, but also they are 
interested in historical places situated in Nij village. The sightseeings such as “Chotari Church”, the “Yaloylu hill” 
culture, “Kilsali hill”, Protected Historical Artistic - Chukhur Gabala, “Dambatan”, the sanctuary “Komrat”, 
                                                            
25
 Bu qrup 1992-ci ildə yaradılmış və bu günə kimi fəaliyyət göstərməkdədir. Qrupda müxtəlif yaşları əhatə edən 
ifaçılar vardır. 
26
 Udilər əkinci olduqları üçün bu yemək udi mətbəxində xüsusi yer tutur
.
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə