Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə50/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   46   47   48   49   50   51   52   53   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
109 
zusundadır. Özlüyündə isə “Pəri qala” mövzusu iki qismə bölünür. Daha öncə yaradıldığı ehtimal 
olunan mifoloji rəvayətlərdir ki, bunları da birinci qismə aid etmək olar.  
Pəri qala (qaya) mövzusunda mifoloji rəvayət. Qədim zamanlarda babalarımızı qoruyan bir 
Pəri varmış. Pəri onlara hər işdə yardımçı olarmış. Bir gün bu Pəri getmək istəyəndə əcdadlarımız 
yığışıb Tanrıya yalvarır ki, Pəri getməsin, onlarla əbədi qiyamətə kimi qalsın. Onların duaları 
eşidildi. Pəri qayaya dönür və qala kimi onların keşiyində durur. İndi cinayət baş verirdisə, cinayət-
kar öldürülmürdü. Pəri qayanın ixtiyarına verilirdi. Əgər Pəri o adamı bağışlayırdısa, deməli, gü-
nahkar deyilmiş. Bundan sonra o adam ikinci dəfə doğulmuş hesab olunurdu. (3,
 
https: 
//www.youtube.com/watch?v=jB7-gqXrbec) 
“Pəri” sözünün həm də “İlahə” sözü ilə sinonimlik təşkil etdiyini nəzərə alsaq, onda məbədin 
Ay inancı ilə (Aya etiqadla) bağlı əfsanələrin də meydana gəlməsinə təsiri olduğunu etiraf etməli-
yik. Arxeoloji araşdırmalar zamanı qaladan tapılmış üzərində yazısı olan maddi dəlil də bu nüansı 
aydınlatmada önəmli faktordur. Məşhur alim Jan Polski əşyanın üzərindəki yazının “Selena” (yu-
nanlarda Ay ilahəsi) mənasını ifadə etdiyini müəyyənləşdirmişdir. 
Araşdırmalar dərinləşdikcə belə bir versiya da meydana çıxır ki, öncədən məbəd “Pəri qalası” 
adını daşımamışdır. Ehtimal ki, məbədin bu cür adlandırılması VIII əsrdə ərəblərin bu bölgəyə gəlişi, 
İslamın burada yayılması  və bundan sonrakı dövrlərlə bağlıdır. Strateji cəhətdən  əlçatmaz dağ rel-
yefində yerləşən bu məbəd ərəblərə qarşı və bundan sonrakı dövrlərdə digər yadelli işğalçılara qarşı 
yerli  əhalinin silahlı müqavimətinin təşkili üçün də çox güman, ən  əlverişli istehkam-sığınacaq ol-
muşdur. Bir sıra tarixi sənədlərdə də məbədin XIV əsrin axırlarında Cənubi Qafqaza yürüşü zamanı 
Əmir Teymurun qoşunlarına şiddətli müqavimət göstərmiş yerli əhalinin əsas istehkamlarından biri 
olduğu göstərilir. Bu da onu əsaslandırır ki, Pəri qala mövzusunda digər qisim əfsanə və rəvayətlərin 
meydana gəlməsi məhz bu tarixi səciyyə ilə bağlıdır. Bu anlamda tarixi düşüncədən qaynaqlanan 
rəvayətdə deyilir ki, qala mühasirəyə alınarkən Teymurun qoşunlarına qarşı döyüşə Pəri adında bir 
qadın rəhbərlik etmişdir. Teymurun təslim olmaq barədəki təklifini Pəri rədd edir. Uzun sürən ağır 
döyüşlərdən sonra Teymurun əsgərləri məbədi çox çətinliklə tuturlar. Düşmən əlinə keçməmək üçün 
Pəri özünü bu məbəddən – dağın başından ataraq öldürür. Yəqin ki, bu hadisədən sonra (XIVəsrin 
sonları) məbəd Pəri qalası adını almışdır. (4, http: //regionplus.az/az/articles/view/4019)  
O da qeyd olunmalıdır ki, “Pəri qalası” alban memarlığının əlçatmaz dağ zirvəsində tikilən ən 
təkrarolunmaz nümunəsidir. Unikal tarixi mədəniyyət abidəsi kimi onun başlanğıc görünüşünü sax-
lamaq şərtilə bərpaya və qalaya gedən yolun yenidən qurulmasına ehtiyac vardır. Maraqlıdır ki, elm 
və texnikanın inkişaf etdiyi müasir dövrümüzdə də “Pəri qalası” öz əlçatmazlığı ilə insanlığı heyrət-
ləndirməkdədir.  
  Ekoloji  səciyyəsi. Ərazinin əsas hissəsini enliyarpaqlı ağaclardan ibarət meşə örtüyü təşkil 
edir. Qızılgül plantasiyaları Zaqatalaya özəl bir yaraşıq verir. Burada qızılgül yağı istehsal edən za-
vod fəaliyyət göstərir ki, vaxtilə Bolqarıstanın “Qazanlıq” vadisi adlanan fəaliyyət mərkəzindən 
sonra dünyada ikinci istehsalçı olub. Hətta o zaman Avropadakı müəssisə ilə təsərrüfat əlaqələrinin 
rəmzi ifadəsi kimi Zaqataladakı təsərrüfata (zavod və ətraf əraziyə) “Qazangül” adı verilmişdir. Ha-
zırda “Qazangül” təsərrüfatında plantasiyalar genişləndirilir, gül yağı istehsal edən zavod yenidən 
qurulur. Ölkə iqtisadiyyatının yüksəlişinə təsir göstərən bu amil digər halda ərazidəki ekoloji taraz-
lığın saxlanılmasını da şərtləndirir. Bir müddət qəsəbə adını daşısa da, əraziyə verilən bu status son-
radan ləğv edilmişdir. 
Möhtəşəm qalaları, istehkamları, məbədləri günümüzdən baxdıqda Zaqatalanın qədimliyini 
simvolizə edirsə, qızılgül də bu diyarın qonaqpərvərliyini, insanlığa sədaqətini, özəlliklə  də müa-
sirliyini hazırda simvolizə etməkdədir. Rəmzi mənada zərifliyi, gözəlliyi, məhəbbəti ifadə edən qı-
zılgül, həqiqi mənada xoş ətir saçan, təbiəti saflaşdıran, ölkə üçün önəmi olan strateji bir bitkidir. 
Odur ki, gəlin, hamılıqla bu nadir bitkinin qayğısını çəkək! 
Rayon ərazisinin təbii baxımdan seçilən bir landşaftında eko-turizm üçün əlverişli şəraiti olan 
Zaqatala qoruğu yerləşir. Burada maral, dağ keçisi, qaban, ayı, canavar, quşlardan kəklik, qırqovul, 
dağ qartalı və digər vəhşi canlılar yaşayır. Bütün bunlar onu əsaslandırır ki, artıq bugünkü Zaqatala 
Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilmişdir və ölkə var-qüvvəsini sərf edir ki, 
bu nadir guşə bütün dünyanın səyahət həvəskarlarına əlçatan olsun. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
110 
Qeyd üçün deyək ki, problemin digər səviyyələrlə də əlaqəsindən söz açmaq olardı. Belə ki, 
araşdırılan sahənin yeni olduğunu, yaxud hazırkı durumda problemə dair ictimai fikrin yetərincə 
məlumatlı olmamasını nəzərə alıb, hələlik müzakirəsini daha zəruri bildiyimiz səciyyələrin üzərində 
dayanmışıq. Hər halda müəyyənləşdirdiyimiz daha iki səciyyə haqda fraqmental şəkildə  də olsa 
burada bilgi verməyi lazım bildik. Həmin səciyyələr aşağıdakılardan ibarətdir: 
Beynəlxalq (tranzit) səciyyəsi.  Qafqaz Albaniyasından qərbə - Bizans, Roma, Yunanıstana 
gedən ticarət yollarının birinin bölgədən (Zaqatala, o cümlədən Balakən və Şəkidən) keçməsini nə-
zərə almaqla marşrutun beynəlxalq turlar üçün də işləkliyini (perspektivliliyini) təmin etmək olar. 
Bu da bölgənin mədəni inkişaf səviyyələrini (bu gününün tarixi ilə transformasiyasını, tranzit möv-
qeyini və s. üstünlüklərini) təqdim etmək üçün digər bir maraqlı istiqamətdir. 
 İnformativ səciyyəsi. “Turizm ili”ndə (2011-ci il) abidənin kütləvi informasiya vasitələrində 
geniş təbliğatı aparılmış, 2 şəkli Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Azərbaycan” kita-
bına daxil edilmiş, II Respublika Daxili Turizm Sərgisində isə “əlahiddə görünüşü ilə seçilən” abidə 
qismində foto-sərgisi nümayiş etdirilmişdir.  
 Turun əhəmiyyəti. I şərt. Abidələrimiz tariximizi bizə yansıdır. Onların qorunması dövlət-
çiliyimizin qorunması ilə birbaşa bağlantılıdır. Bu qorunma həm də milli təhlükəsizliyimizin qorun-
masının etibarlı təminatıdır. Abidələrimiz silinərsə, tariximiz məhv olar, təhlükəsizliyimiz isə təmi-
natsız qalar.  
II şərt. Abidələrimiz folklorumuzun tariximizlə ilişgisini həm də bizə yansıdır. Burada tarix 
olduğu kimi qorunmasa da hər halda qalıntı şəklində də olsa izlərini saxlatmaqdadır. Bu da onu işa-
rələdir ki, folklor bir çox qaranlıq qalmış tarixi mətləbləri aydınlatmada alternativsiz vasitəyə çevri-
lə bilir. Odur ki, folklorumuzun toplanılması, qorunması və gələcəyə ötürülməsi aktual məsələ kimi 
hər zaman bizi düşündürməlidir.  
III şərt. Bildiyimiz kimi, əksər tarixi - memarlıq abidələrimiz ən unikal təbii şəraiti olan və 
strateji baxımdan əhəmiyyət daşıyan ərazilərimizdə inşa olunmuşdur. Həmin abidələrin daha effekt-
li təbliği üçün bu göstərici də əlverişli vasitə kimi nəzərə alınmalıdır. Beləliklə, qədim tarix, maraqlı 
əfsanələr və sağlam ekoloji mühüt Zaqatalaya səyahət edən turistlərə zəngin təəssürat bəxş edəcək, 
buradan aldıqları təəssüratı isə onlar heç zaman unutmayacaq! 
  
 
 
Xülasə 
 
Məqalədə folklor turizmi anlayışına aydınlıq gətirilmiş, ölkəmizdə bu sahənin inkişaf və perspektivinə 
dair məsələləri nəzərdən keçirmişdir. Folklorumuzun təbliği və təşviqi məsələlərində prioritetdən faydalan-
manın mümkünlüyü müəyyənləşdirilmiş və bunun tətbiqi prinsipləri burada irəli sürülmüşdür. Bundan başqa 
prioritetin həyatımızın digər sahələri ilə əlaqədə olduğunu nəzərə alıb, problemə bu sahələrlə inteqrasiyada 
baxmağı lazım bilmişik. Problemin öyrənilməsinin ölkəmizdə turizm hərəkatının genişlənməsinə təsiri olaca-
ğına ümid edirik.  
 
 
Резюме 
 
В статье приводится ясность к понятию фольклорный туризм, обращается внимание на вопро-
сы развития и перспектив этой сферы в нашей стране. Выясняется возможность пользы приоритетов 
в вопросах пропаганды и поощрения, выдвигаются принципы его применения. Помимо этого учиты-
вая связь приоритета с другими сферами нашей жизни мы сочли нужным рассматривать проблему в 
интеграции с этими проблемами. Мы надеемся, что изучение этой проблемы повлияет на расширение 
туристического движения в нашей стране.  
 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə