Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə49/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   45   46   47   48   49   50   51   52   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
107 
olmaqla, bu sahələrlə bağlı elmi-tədqiqat müəssisələri də yaradıldı. (Qeyd üçün deyək ki, folklor 
hələ o zamanlarda ədəbiyyatın bir qolu kimi öyrənilirdi. Yalnız müstəqillik dönəmindən sonra bu 
sahə ilə bağlı əlahiddə müəssisə təşkil olundu və folklor burada tam müstəqil statusda öyrənilməyə 
başlanıldı.) Bir tərəfdən müsbət qarşılanan bu yenilik digər halda çatışmazlıqlardan da sığortalan-
mamışdı. Əksər hallarda sahələr arasındakı inteqrasiyalar nəzərə alınmır və elmlər bir-biri ilə sıx tə-
masda öyrənilmirdi. Bu da heç şübhəsiz, qənaətlərin keyfiyyətinə (təbii ki, mənfi planda) təsirsiz 
qala bilməzdi. Beləliklə, müəyyən bir zaman kəsiyində bu sahələr bir-birindən təcrid halında tədqiq 
olundu. Birmənalı olaraq, Azərbaycan da bu dönəmdə fərqli yolla gedə bilməzdi. Sovet nəzəri siste-
mindən asılı olduğu üçün istər-istəməz bu çərçivədə davranmalı idi. Keçilmiş mərhələdə bəzi nai-
liyyətlər əldə olunsa da, elm adına o dönəmdən qaldırılan bir çox mübahisəli məsələlər əfsuslar ol-
sun ki, hələ  də  həllini tapmayıb. Həmin dönəmdən açıq qalmış problemlərimizdən biri də  məhz 
haqqında bəhs etdiyimiz nüansdır. Maraqlıdır ki, hazırda əksər alimlər etnoqrafiyanı etnologiya adı 
altında öyrənməyi daha məqbul sayırlar. Onların baxışlarına görə etnoqrafiya sadəcə xalqı “təsvir 
etmək” anlamında sahəyə tətbiq olunmuş leksik vahiddir. Bu da anlayışın mahiyyəti yetərincə əsas-
landırmadığına şübhə yoxdur ki, bir ismarıcdır. Həmin mövqedə olanlar etnologiya terminini daha 
uğurlu hesab edir və onların qənaətincə bu klişe (etno-xalq, loqos-təlim) xalq həyatının daha çox sa-
hələrinə nüfuz etməyə imkan verir. Eynilə biz də problemə bu cür yanaşırıq ki, müstəqil sahələr 
kimi bildiyimiz folklor və etnoqrafiya bir çox hallarda ortaqlıq təşkil edir və bu minvalla, təklif et-
diyimiz klişe (folklor turizmi) altında hər iki sahənin təbliği və təşviqi məsələləri nəzərdə tutulmuş-
dur. Kompleks (mövsüm və  məişət) mərasimlərimizdə, ümumiyyətlə bu fərq ortadan götürülür
folklor və etnoqrafiya demək olar ki, iç-içə təbliğ olunur (Novruz, Qodu-Qodu, toy, yas və s. bu sə-
ciyyədə olan mərasimlər nəzərdə tutulur).  
İnanc turizmi isə konturları bəlli, həm də dar çərçivədə tətbiqi nəzərdə tutulmuş turizm istiqa-
mətidir. İlk olaraq, bu sahə miflərimizi, əfsanə və rəvayətlərimizi, bir sözlə, arxaik mədəni tərzimizi 
bizə təlqin edir. Qeyd üçün deyək ki, inanclar müstəqil janr kimi hazırda folklorşünaslığımızda təd-
qiq olunur. Bu isə o deməkdir ki folklor turizmi, haqqında danışılan turizm profilləri ilə müqayisədə 
çoxplanlı fəaliyyət sahəsidir və fikrimizcə, milli-mənəvi dəyərlərimizin təbliği baxımından hazırda 
bu sahə daha perspektivli görünür. İnanırıq ki, təqdim etdiyimiz bu kreativ sahə ölkəmizdə inkişaf 
etməkdə olan turizm hərəkatına yaxın gələcəkdə fayda gətirəcəkdir.  
Folklor turizmi indilikdə müxtəlif elmlərə aid bilgilərlə də təmərküzləşən sahə kimi əhəmiyyət 
kəsb etməkdədir. Bu bilgilərin folklorla rabitəsini nəzərə alıb, onları iki qismə ayırmaq olar. Bir qism 
bilgilər var ki, bunlar birbaşa folklorla rabitədədir. Tarix və arxeologiyaya aid bilgiləri bu baxımdan 
nümunə  gətirmək olar. Digər qism bilgilər də vardır ki, bunlar dolayısı ilə folklorla rabitədədir. 
Bunlar da astronomiya, coğrafiya və s. təbiət elmlərindən ibarətdir. Həmin fərq daha aydın bilinsin 
deyə biz bu bilgiləri mahiyyətinə görə, yəni aid olduqları sahənin səciyyəsi üzrə bloklaşdırıb 
təsnifatını aparmağı da lazım bildik. Blokların adlandırılmasında da eynilə bu prinsipi gözləməyə 
çalışmışıq.  
1.
 
Tarixi səciyyə:  Əsasən arxeologiya, tarix və memarlığa aid bilgiləri bu blokda 
düzənləməyi zəruri hesab etmişik.  
2.
 
Folklor səciyyəsi: Folklor, etnoqrafiya (etnologiya) və s. etnosla bağlı bilgiləri isə bu 
blokda düzənləməyi məqbul saymışıq. 
3.
 
Ekoloji səciyyə: Nəhayət, coğrafiya və digər təbiət elmləri ilə əlaqəli bilgiləri də bu blokda 
düzənləməyi münasib bilmişik. 
 Söz ki folklor turizmindən düşüb, o halda bunun olduqca cəlbedici, həm də ayrılıqda götürül-
müş əraziyə tətbiqi mümkün olan marşrutlarından birinin üzərinə gəlməyimiz, qənaətimizcə proble-
mi daha aydın anlatmamıza kömək edə bilər.  
Zaqatala. Antik dövr Qafqaz Albaniyasının ərazilərindən sayılmış Zaqatala Böyük Qafqazın 
cənub ətəklərində, çağdaş Azərbaycanın şimal-qərbində yerləşir. Hələ b.e.ə.-nin I əsrində yaşamış 
yunan alimi Strabonun “Coğrafiya”  əsərində Qafqaz Albaniyasında 26-dan artıq xalqın yaşadığı 
qeyd olunmuşdur. Hazırda bölgədə 20-yə qədər xalqın mövcud olması faktın boş yerdən qaynaqlan-
madığını  əsaslandırır. Odur ki, milli-etnik rəngarəngliyi və  ənənəvi tolerantlğı ilə seçilən bu 
bölgəyə səyahət etmək olduqca maraqlı olar. Bölgə eyni zamanda arxeoloji baxımdan da aktuallıq 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
108 
kəsb edir. Əgər ciddi araşdırmalar aparılsa ərazidən tariximizlə, eləcə də qədim Qafqazın tarixinə 
dair çox unikal məlumatlar əldə etmək olar ki, bu da nəinki Azərbaycan, hətta dünya mədəniyyəti 
tarixinə yenilik kimi daxil ola bilər. Bənzərsiz tarixi abidələri, təbii sərvətləri – dağları, meşələri, 
şəlalə və digər unikal yerləri ilə seçilən bölgəni “səma altında muzey” adlandırmaq olar. Tanrının 
bəxş etdikləri öz yerində, bu muzeyin insan əli ilə yaradılmış elə eksponatları ilə  də qarşılaşmaq 
olur ki, bunların da qarşısında heyrətlənməmək olmur. Bu eksponatların mühüm hissəsini isə daşla 
işləmələr təşkil edir. Məzmun və təyinatından asılı olaraq, bu tikililəri iki qismə ayırmaq olar (Qeyd 
üçün deyək ki, hər bir tikilinin plan həlli, istifadə təyinatı, yerləşdiyi təbii-coğrafi şəraitindən asılı 
olaraq, tikilinin hansı  məqsəd üçün aparıldığını müəyyənləşdirmək olur). İndi də  həmin bölgüyə 
diqqət çəkək: 
1. Dini dünyagörüşü səciyyələndirən tikililər (məbədlər, məscidlər); 
2. Müdafiə səciyyəli istehkamlar (qalalar). 
Dini dünyagörüşü səciyyələndirən abidələri də bir neçə qismə bölmək olur. Bunlar da 
aşağıdakılardan ibarətdir: 
1. İlkin etiqadlarla (Ayla, Günəşlə) bağlı olanlar; 
2. Atəşpərəstliklə bağlı olanlar; 
3. Xristianlıqla bağlı olanlar; 
4. İslam dövründə inşa olunanlar (2, 11)  
Fərqli dinlərə  məxsus tikililərin bölgədə günümüzədək salamat qalması bura gələn turistlərdə 
daha artıq maraq oyadır. Bildiyimiz kimi, hər bir yeni yaranan din özündən əvvəlki dinin maddi və 
mənəvi olanlarını sıxışdırmağa çalışır. Maraqlıdır ki, bölgə bir neçə dini mərhələni adlasa da, hər bir 
dövrün mədəni qatı, söz yox ki, təbii deformasiyalar nəzərə alınmazsa, çox ciddi fəsadlara uğrama-
mışdır. Şübhəsiz, bu durum bölgədə zaman-zaman sakin olmuş insanların həmin mədəni qata olan to-
lerant münasibətini təzahür etdirir. Bu isə özlüyündə bölgədə bu gün mövcud multikultural dəyərlərin 
boş yerdən qaynaqlanmadığını, onun öz tarixi köklərinə bağlı olduğunu bir daha bizə təlqin edir. 
Salamat qalmış məbədlərdən dövrünə görə ən ilkinləri Aya inamla bağlı olanlarıdır. Bunların 
da ən səciyyəvi nümunəsi Pəri qalasıdır. 
Pəri qalası. Yuxarı Çardaxlar kəndində sıldırım qayaların üzərində yerləşən qəsr-məbəddir. 
Ərazi haqqında qısa bilgi. Yuxarı Çardaxlar rayonun dağətəyi kəndlərindəndir. Rayon ərazi-
sində dövlət mühafizəsinə götürülmüş 108 abidədən 3-ü, o cümlədən, V əsrdə inşa olunduğu ehti-
mal olunan Pəri qalası, XIII əsrə aid bürc (Şuay qalası da deyilir) və XVIII əsrə aid məscid bu ərazi-
də yerləşir. Qalanın yerləşdiyi dağın ətəyindəki sahədə “Pəri qalası” adlı kafe (piknik yeri) fəaliyyət 
göstərir. Mövsüm ərzində kafe 800-1000 nəfərə qədər turist qəbul edə bilir. 
Araşdırmalar əsaslandırır ki, Pəri qalası alban-xristian məbədidir. XX əsrin 80-ci illərinin əv-
vəllərində bu məbəddə Azərbaycan Arxeologiya İnstitutunun arxeoloqu Aliyə Qarəhmədova tərə-
findən aparılmış qazıntılar zamanı aşkar edilmiş əşyalar da bunu sübut edir. Eramızın IV əsrindən 
başlayaraq İran Sasani imperiyası bu əraziləri işğal etdikdən sonra yerli xristianları təqib edib sıxış-
dırmaqla yanaşı, Albaniyanın bu ərazilərində  zərdüştlüyü geniş yaymağa başladılar. Bu məqsədlə 
xristian-alban məbədləri dağıdılır, bununla da atəşpərəstliyin yayılması üçün geniş zəmin hazırla-
nırdı. Lakin bu regionda, o cümlədən indiki Zaqatala ərazisində atəşpərəstliyin geniş yayılmasına 
Sasani hökmdarları nail ola bilmədilər. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı atəşpərəstliklə 
bağlı ciddi tapıntıların aşkarlanmaması da məhz bunu əsaslandırır. Sasanilərin xristian albanlara 
zərdüştlüyü zorla qəbul elətdirmək cəhdlərinə albanlar öz məbədlərini əlçatmaz dağ yerlərində, Ala-
zan sahillərinin keçilməz meşələrində tikməklə  və xristianlıqla bağlı olan ayinləri burada icra et-
məklə cavab verirdilər. Balakən, Zaqatala, Qax bölgələrinin sözü gedən ərazilərinin əlçatmaz yerlə-
rində inşa edilmiş xristian-alban məbədlərinin də məhz islamdan əvvəki dövrlərdə meydana gəldiyi-
ni ehtimal etmək olar. Digər xristian-alban məbədləri ilə müqayisədə lap əlçatmaz dağ ərazisində 
yerləşən Pəri qalası da istisna deyildir ki, bu cür təqiblərə etiraz olaraq həmin dönəmlərdə inşa olun-
muş abidələrimizdəndir.  
Zəngin tarixi olan bölgənin özünəməxsus folklor həyatı da diqqət çəkməkdədir. Bu folklor 
mövzularının isə böyük bir qismini bölgədəki mövcud təbii və tarixi abidələrə həsr olunmuş əfsanə 
və rəvayətlər təşkil edir. Maraqlı orasıdır ki, həmin mətnlərin də böyük bir qismi “Pəri qala” möv-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə