Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə57/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   53   54   55   56   57   58   59   60   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
126 
diyi məqalədə xüsusi olaraq vurğulanmışdır. Məqalədə birmənalı olaraq qeyd olunur ki, bu müxtəlifliyin 
əzəli və əbədi qarantı məhz Azərbaycan xalqı və dövlətidir.  
 
Резюме 
 
В  статье рассматриваются  мультикультуральные  ценности, имеющиеся в Закатале, обосновы-
ваются,  что  эти  ценности  имеют  свои  исторические  корни.  Затем  оживлен  этнический  состав 
Закаталы.  В  данной  статье  особенно  отмечается,  что  мультикультуральные  ценности  невзирая  на 
этнические,  религиозные  разнообразия  объединяют  Азербайджанских  граждан  как  единое  целое.  В 
статье  однозначно  отмечается,  что  именно  Азербайджанский  народ  и  государство  является 
изначальным и вечным гарантом этого разнообразия.  
 
Summary 
 
  In the article it is said about the multicultural values that exist in Zagatala and it has been proved that 
these values have been connected with its historical rootstocks. Later the ethnic structure of Zagatala has 
been revived, connecting each Azerbaijan citizen in the unity form by multicultural vales has been 
mentioned especially in spite of ethnic, religious differentness. In the article it is said that, Azerbaijan people 
and Azerbaijan Government is the eternal and immortal guarantee of this variety.  
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
127 
İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folkor İnstitutu 
Azərbaycan, Bakı 
 
AŞIQ YARADICILIĞINDA BƏŞƏRİ TƏMAYÜLLƏR 
 
Açar sözlər: aşıq, saz, vətən, ana, sevgi, təbiət 
Ключевые слова: ашиг, саз, Родина, мать, любовь, природа 
Key words: ashug, saz, native land, mother, love, nature 
 
Milli-etnik mədəniyyətin əsas qaynağı olan folklor əcdadlarımızın bizlərə miras qoyduqları tü-
kənməz sərvətdir. Aşıq ədəbiyyatını öyrənməyin və onun çoxsahəli fəaliyyətini, zəngin repertuarını 
aşkarlamağın əsas yolu bu sənətin regional-mədəni və sosial mühit özünəməxsusluqlarına xüsusi diq-
qət yetirmək olduqca aktual məsələdir. Aşıq sənəti  ənənəyə  əsaslanan yaradıcılıqdır. Aşıq sənəti 
özündə dil, fikir, sənət meyarlarını ehtiva etməklə yanaşı həm də xalqın fəlsəfi simvolikası, şeir sə-
nəti, musiqi ifası kimi bir çox məsələləri ənənənəvi olaraq bu gün də davam etməkdədir. Bu sənət in-
sanın kamilləşməsində əxlaq və tərbiyyə məktəbinin əsasında aparıcı rol oynayır. Türk dilli xalqların 
aşıq sənəti bir-birləri ilə sıx sənət əlaqəsi qurmaqla həm sənətin inkişafına şərait yaratmışlar, həm də 
klassik aşıq yaradıcılığının inkişafında mühüm rol oynamışlar.  Şurəddin Məmmədli qeyd edir ki, 
“Borçalının ona yaxın və doğma bölgələrlə  ədəbi  şəbəkədə qovuşmasının məhvərini bu çeşidli 
bölgələrin etnik tarixi tale baxımından qohumluqları təşkil etmişdir. Belə bir yaxınlıq onların mədəni-
etnoqrafik yaşayış, danışıq tərzlərində, psixoloji ovqatlarında olduğu kimi, ədəbi  ənənələrində  də 
vəhdəti  şərtləndirmişdir. Və bu geniş  şəbəkədə Borçalı  ədəbi mühiti özünəməxsus mövqe qa-
zanmışdır. Bunu ədəbi məkanların həm  şəcərə kökündə, həm də  bədii vəhdətində görürük". Şəcərə 
kökü vahidliyi deyəndə onu nəzərdə tuturuq ki, Tiflisdə də, Axısqada da, Qarsda da əksər saz-söz sər-
rafları Borçalı  əsilli olmuşlar.  Şurəddin Məmmədli digər araşdırmalarında yazır ki, “Bəlli zamanda 
Borçalı aşıqları saz sənətini özləri ilə bərabər Axısqaya, Qarsa, Urmiyaya və Qarapapaq elinə daşımış 
və bu aşıq ortamları Borçalı  aşıq tərzi üzərində köklənmişdir” [10]. Bu fikirləri Türkiyəli folklor 
araşdırmaçıları  Səlahəddin Dündar və Heydər Çətinqaya da öz araşdırmalarında geniş  şərhlə izah 
etmişlər [11]. 
Bu amilin də qaynağı ondadır ki, zaman-zaman Borçalıdan miqrasiyalar, deportasiyalar (sür-
günlər, köçkünlər) vaxtı sənətkarlar bu yurddan məhz Axısqaya, Göyçəyə, Ağbabaya, Qarsa, Urmi-
yaya, həmçinin Qazağa, Qarabağa getmişlər. Və borçalılar təzə yurdda öz əzəli adət-ənənələrini, 
ələlxüsus da saz-söz ləngərini saxlamışlar” [6, 110].  
Qazax, Borçalı, Göyçə, Qars ədəbi mühitinin sənət  əlaqələri Azərbaycan  ədəbiyyatı üçün 
önəmini dəyərləndirmiş olur. Beləliklə, demək mümkündür ki, Azərbaycanda qərb bölgələrinin aşıq 
mühitləri daha dəqiq desək Borçalı, Axısqa, Göyçə və Qars ədəbi mühitlərinin qarşılıqlı sənət əla-
qəsinin, mövzu çevrəsinin sintezidir. Və bu bölgələri bir-birinə sənət vəhdəti birləşdirir. Şərqiyyə 
Həziyevanın Qars Aşıq mühitinin elmi-kulturoloji tədqiqi probleminə dair məqaləsindəki aşağıdakı 
fikirləri düşüncələrimizi bir daha təsdiqləyir: “Qars aşıq mühitinin Azərbaycan mədəniyyətində 
özünəməxsus yeri danılmazdır və fikrimizcə, yalnız Borçalı, Göyçə və digər aşıq məktəbləri ilə tari-
xi-müqayisəli təhlillər yolu ilə bu özəlliyin bütün təfərrüatlarını ortaya qoymaq olar [8]. 
Aşıq yaradıcılığı dünyanın poetik dərkinin ifadə forması olaraq gerçəkliyi, mənəviyyatı sənət 
səviyyəsində dəyərləndirir. Aşıq yaradıcılığı həm də yüksək bəşəri ideyalar daşıyaraq mahiyyət eti-
barilə xalqın arzularının tərənnümündən ibarətdir. Bəşəri mövzuların aşıqlar tərəfindən diqqətdə ol-
ması da məhz bu səbəbdən yaranmışdır. Belə ki, Vətən, ana, təbiət və məhəbbət aşıq yaradıcılığında 
aparıcı mövzu olub. Ümumiyyətlə, klassik vətən, ana, təbiət və məhəbbət mövzusu müxtəlif zaman-
larda və müxtəlif aşıqlar tərəfindən işlənsə də, hər zaman həm yeniliyi, həm də canlılığı ilə seçilir. 
Dəfələrlə deyildiyi kimi, klassik mövzulara qayıtmaq keçmişə qayıtmaq deyil, aşıq sənətinin əsrlər-
cə cilalanmış kanonik qanunlarını qorumaq cəhdi, aşığı aşıq edən sənət prinsiplərini qoruyub saxla-
maq idi. M.Həkimovun da yazdığı kimi, aşıq ədəbiyyatında indi də əsas yer tutan klassik ənənələrin 
(təbiətin tərənnümü, məhəbbət lirikası, vətən həsrəti, yurd nisgili) aşıqların, istərsə də el şairlərinin 
yaradıcılığında öz əksini tapması qanunauyğun mədəni hadisədir [4].  


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə