Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə59/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   55   56   57   58   59   60   61   62   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
130 
sında yaşadılmasından daha çox bu şeir formalarının aşıq sənəti üçün spesifikliyindən danışmaq la-
zımdır. Çünki bütün zamanlarda aşıqlar qoşma, gəraylı, təcnis, divani, müxəmməs yazmışlar.  
 
A bimürvət, axı səndən ötəri  
Ah çəkməkdən bağrım qana dönübdü. 
Qədd əyilib, gül irəngim saralıb, 
Xəzan dəymiş gülüstana dönübdü. 
 
Dindirirəm, danışmırsan, gülmürsən,  
Xəbər alıb еv halını bilmirsən, 
Еndiribən məclisimə gəlmirsən,  
Yoxsa, taxtın Sülеymana dönübdü [1, 42]. 
 
Aşıq “A bimürvət, axı səndən ötəri ah çəkməkdən bağrım qana dönübdü” deməklə yarını cani-
dildən sevdiyini nəzərə çatdırır. Aşıq göstərir ki, gül qəddi əyilərək xəzan dəymiş gülüstana dönsə də 
sevgi qarşısında acizdir. Məhəbbət mövzusunda klassik aşıq yaradıcılığı üçün spesifik olan həsrət
ayrılıq, yarın vəfasızlığı, hicran kimi motivlər də yer alır. Sovet dönəminin aşıqlarının yaradıcılığında 
da məhəbbət lirikasında aşiqin kədəri, sinəsinə çəkilən dağ, ayrılıq həsrəti yanıqlı bir dillə tərənnüm 
edilir. Aşıq Sadıq Abdıyevin məhəbbət lirikasında qəmli motivlər üstünlük təşkil edir: 
 
Məni eşq oduna salan bivəfa, 
Çəkmisən dağ üstdən dağı sən mənə. 
Ya zillətdən qurtar, ya al canımı, 
Olmusan insafsız yağı sən mənə. 
 
Aşığın digər bir qoşmasında da ayrılıqdan, hicran dərdindən söhbət açılır: 
 
Başına döndüyüm mehriban yarım, 
Qoy deyim dərdimi, bil ayrılanda. 
Bil ki, yaman olur hicran həsrəti, 
Gəl gözüm yaşını sil ayrılanda [5, 582-583]. 
 
Yuxarıda sadalanan şeir növlərinin əsas mövzusunu da məhəbbət lirikası təşkil etmişdir. Mə-
həbbət hisslərinin, duyğularının təsviri aşıqların klassik mövzular içində  ən çox müraciət etdiyi 
mövzudur. Bu mövzuda aşıqlar sadəcə ənənəni yaşatmaqla qalmamış, eyni zamanda, istər deyim, 
istər tərənnüm, istər məcaz, istərsə də bənzətmə baxımından aşıq sənətinə yeniliklər də gətirmişlər. 
Abdulla Padarlı məhəbbət mövzusunda yazdığı qoşma və gəraylılarında sevdiyi gözələ incə hisslər 
tərənnüm edərək təsvir etdiyi hadisənin canlı mənzərəsini yarada bilir: 
 
Nə tutmusan qızıl yəhər qaşımdan, 
Qəm çəkmə sən gözdən axan yaşımdan. 
Sən ki, getsən ağlım gedər başımdan, 
Get gözəl, səfərin mübarək olsun [2, 7]. 
 
 
Azərbaycan aşıq şerinin klassik ənənələri (təbiət təsviri, məhəbbət lirikası, yurd həsrəti, vətən nis-
gili) müasir dövr yaradıcı aşıqlar tərəfindən də davam etdirilir. Aşıqların şeirlərində sevgiliyə olan saf 
məhəbbət özünəməxsus boyalarla təsvir edilərək gözəlləri asta yerişli, kəklik gülüşlü, ceyran baxışlı, 
gül camallı, şirin dilli, ismətli, həyalı adlandırır, onların sevgisini uca tuturlar. Burada maraqlı nüans 
aşıqların çox vaxt sevgililərinin adını gizli saxlamaları, onlara İsmi Pünhan, Leyli, Mehriban, Sarıtel 
və ya ümumi bir sifətlə ay gözəl, laləm, bənövşəm deyə xitab etmələridir. Bu cəhətdən Ustad aşıq 
Növrəs İmanın, Aşıq Ələsgərin, aşıq Avdının yaradıcılığını spesifik xarakter daşıyır.  
 Türkdilli 
xalqların ümumbəşəri mövzuları  tədqiqat obyektinə çevrilməsinə baxmayaraq, 
aydınlaşmamış məqamlar qalmaqdadır.  
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
131 
Xülasə 
 
Aşıq yaradıcılığı xalqın həyatı ilə  sıx bağlı olduğundan hər dövrdə  zənginləşmiş, kamil sənətəsəri 
olmuş və bu günə qədər müxtəlif mərhələlər keçirmişdir. Şifahi mədəniyyət hadisəsi kimi aşıq sənəti xalqı-
mızın milli duyum və düşüncə tərzini, saz (musiqi) və söz birliyini özündə yaşadan, klassik ənənəyə bağlı 
yaşam fəlsəfəsidir. Məqalədə aşıq sənətinin bəşəri mövzuları olan Vətən, ana, torpaq, sevgi bir çox aşıqların 
yaradıcılığında öz əksini tapmışdır. 
 
Резюме 
 
Ашыгское  творчество  тесно  связано  с  жизнью  народа  и  с  каждым  новым  периодом  оно 
обогащается  и  становится  более  совершенным  произведением  искусства,  которая  по  сей  день 
проходит  различные  этапы  своего  развития.  Ашыгское  искусство  как  явление  устного  творчества 
является  философией  образа  мышления  нашего  народа,  его  (музыки)  саза,  которая  продолжает 
существовать  в  искусстве  слова  и  находит  свое  место  в  классических  традициях.  В  данной  статье 
рассказывается о таких универсальных темах ашигского творчества как любовь, Родина, мать, Земля, 
которые находят свое отражение в творчестве многих мастеров данного искусства. 
 
 Summary 
  
 Having a close connection with the life of the nation ashug activity has become rich in all times, it has 
become the work of art and has passed the different periods till today. As an oral culture event the ashug 
activity is the life philoshopy belonging to the classic traditions which connects the style of the national 
sense and meditation, saz (music) and the unity of the word. 
In the article being the human themes such as the native land, mother, land, love are appeared in the 
activities of some ashugs. 
Ədəbiyyat: 
 
1.Aşıq Ələsgər, seçilmiş əsərləri, "Şərq-qərb" nəşriyyatı, Bakı 2004  
2.Abdulla Padarlı, seçilmiş şeirlər, toplayanı Əzizə Cəfərzadə, Gənclik Bakı. 1979, 
3.Azərbaycan folklor külliyyatı, 30-cu cild. Dastanlar / toplayıb tərtib edən Elxan Məmmədli. Bakı: 
Elm və təhsil, 2012, 419 s.  
4.Həkimov M. Azərbaycan klassik aşıq yaradıcılığı. Bakı: APİ, 1982, 85 s. 
5.Qəsəbova İ. XX əsr Qazax aşıqları və el şairləri. Bakı: Nurlan, 2009, 708 s. 
6.Həziyeva  Ş. Qars aşıq mühitinin elmi-kultroloji tədqiqi probleminə dair / Elmi əsərlər // 
www.elmart.admiu.edu.az  
7.Memmedli  Ş. Aşık  Şenlik Baba ve Borçalı / Uluslararası  Aşık  Şenlik Sempozyum- Kafkaz 
Universiteti // www.turansam.org  
8.Terekemeler (Karapapak Türkleri) // www.blog.milliyet.com.tr  
9.Həziyeva  Ş. Qars aşıq mühitinin elmi-kultroloji tədqiqi probleminə dair / Elmi əsərlər // 
www.elmart.admiu.edu.az  
10.Memmedli  Ş. Aşık  Şenlik Baba ve Borçalı / Uluslararası  Aşık  Şenlik Sempozyum- Kafkaz 
Universiteti // www.turansam.org  
11.Terekemeler (Karapapak Türkleri) // www.blog.milliyet.com.tr  
12.Xəstə Qasım, "46 şeir" Gənclik Bakı, 1975 
13.www.turkedebiyati.org/sairler/asikveysel.html 
  
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə