Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə67/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   63   64   65   66   67   68   69   70   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
147 
Saxurlarda: 
 
Qaba tökülən qaşığa gələr. 
 
Azərbaycan dilində: 
 
Nə tökərsən aşına, o çıxar qaşığına. 
 
Görkəmli folklorşünas M.Təhmasib müxtəlif xalqlar arasında ortaq mədəniyyətin, ortaq cə-
hətlərin olduğunu özünün “Ara uzaq, ürək yaxın” məqaləsində belə qeyd edirdi: “Əgər qədim şu-
merin atalar sözü ilə bugünkü amerikalıların atalar sözü arasında bu dərəcə yaxınlıq varsa, türk-
dilli xalqların bu zəngin janrları arasındakı yaxınlıq, şübhəsiz ki, daha çox olmalıdır, vardır da”. 
M.Təhmasibin fikrinə dəstək olaraq deyə bilərik ki, uzaq məsafələrdə yaşayan insanlar arasın-
da bu qədər yaxınlıq, oxşarlıq varsa, onda nə üçün tarixən bir-biri ilə çiyin-çiyinə yaşayan insanlar-
da, onların məişətində, adət-ənənələrində yaxınlıq olmasın. Ona görə də bölgə əhalisinin örnəklərin-
də meydana çıxan oxşarlıq, yaxınlıq labüddür. Deməli, istər bölgə ərazisində yaşayan əhali, istərsə 
də dünyanın o biri ucunda yaşayan başqa xalqlar milliyyətindən asılı olmayaraq ortaq cəhətlərə, or-
taq mədəniyyətə, ortaq mənsubiyyətə malikdirlər. 
Toy və yas mərasimlərində də ortaq cəhətlər özünü göstərir. İstər toyda, istər dəfndə keçirilən 
xüsusi ayinlər maraq doğurur. Bu bölgədə toyda hədəfi nişan almaq məqamı vardır. Bu, gəlinin 
oğlan evinə gətirildiyi zaman həyata keçirilir. Mərhum professor Qəmərşah Cavadov özünün “Udi-
lər” kitabında qeyd edir ki, Səməd Vurğunla Zeynal Xəlil Nicə qonaq gedir. Onlar burada bir toyda 
iştirak edirlər. Udilərdə bir ağacın başına heyvan kəlləsi asırlar. (İngiloylarda alma) Səməd Vurğu-
na da təklif edirlər ki, hədəfi nişan alsın. Bunu görən Səməd Vurğun belə deyir: “Bu lap Bamsı 
Beyrəyin toyunu xatırlatdı”. Bu, onu göstərir ki, bu adət-ənənələrin tarixi qədimdir və ortaq adət-
ənənələrdən qaynaqlanır. 
Toyda işlənən alma, su, yağ, bal, çörək və s. bölgə əhalisinin mərasim və ayinlərində bu və 
ya digər baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, bu vasitələrdən nəinki bölgə 
əhalisi, Orta Asiya, Gürcüstan, İran, hətta uzaq bölgələr – İndoneziyada da istifadə edirmişlər. Qeyd 
etdiyimiz kimi yenə də bir mənbədən qaynaqlanan ortaq ənənələr.  
Bayramlar da bu qəbildəndir. Məsələn, “Qodu-qodu”, “Novruz bayramı” və s. 
Şəki-Zaqatala bölgəsi əsil tolerantlıq və multikulturalizm məkanıdır. Mövcud bölgədə multi-
kulturalizmin kökünü birinci növbədə insanların əski inanclarında axtarmaq lazımdır. Bu öz əksini 
tarixən qədim ziyarətgah yerlərində günü bu gün də insanların milliyyətindən asılı olmayaraq bölgə 
əhalisinin birgə tapındığı  məkanlarda tapmışdır: Kürmük kilsəsi, adına  əfsanələr qoşulmuş  Pəri 
qala; Diş piri, Dilək piri, Uşaq piri, Yel ziyarəti, Qorxu ziyarəti və s.  
Ərazi böyüklüyünə görə Oğuz rayonu Şəki-Zaqatala bölgəsinin ən kiçik rayonlarından biridir. 
70-ci illərdə təkcə bu rayonda 18 xalqın nümayəndəsi yaşayırdı. Azərbaycanlı, ləzgi, rus, udi millət-
lərinin bir yerdə yaşadığı bir küçədə - Dostluq küçəsində böyüyüb boya-başa çatmışam.  
Tanınmış folklorşünas Əli Süleymanov bu bölgəyə qonaq qismində gələn insanların regionda 
yaşayan xalqlar və etnik qruplarla bağlı fikirlərini özünün “Zaqatala çələngi” kitabında xoş xatirə-
lərlə yad edir: “Bir dəfə Dağıstan Dövlət Filarmoniyasının kollektivi rayonumuzda qastrol səfərində 
olmuşdur. Kollektivin rəhbəri N. Pavlovdan soruşanda ki, “Zaqatalada ən çox nə xoşunuza gəldi?” 
O cavab verdi: - Ən çox zaqatalalıların qonaqsevərliyi, insanpərvərliyi, xüsusilə  də buradakı  ona 
qədər müxtəlif millətin nümayəndələrinin mehribanlığı, onların bir-birinə can deyib, can eşitmə-
ləri bizdə unudulmaz bir təəssüratın yaranmasına səbəb olmuşdur (7, səh:48). 
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 
qeyd edir ki, Azərbaycanın əsas özəlliyi milli məhəllələrin və qəsəbələrin olmamasıdır. Eyni küçədə 
müxtəlif dini icmaların nümayəndələri yaşayır və birlikdə müxtəlif dini bayramları və mərasimləri 
qeyd edirlər (19). 
Azərbaycanın görkəmli yazıçısı Y.V.Çəmənzəminli “Həyatımızın iyirmi ili” məqaləsində mü-
səlmanlarla xristianların tarixi münasibətlərindən bəhs edərək yazırdı: “Geniş kütlə qardaşcasına 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
148 
yaşayır, orada bir münaqişəli məsələ yox idi... Xalq məscid və kilsə ayrılığı ilə belə hesablaşmaq is-
təmirdi. Türklərin nəzir eləyib kilsə həyətində qurban kəsdiyi və xristianların türk pirinə şam gətir-
diklərini çox görmüşəm” (9; səh:66-312). 
Yazıçı – jurnalist milliyyətcə  saxur olan Əhməd  İsayev “Bu dağlar, ulu dağlar” kitabında 
müxtəlif millətlərin nümayəndələrinin dostluğu haqqında belə yazır: “Azərbaycan bəlkə də yeganə 
ölkədir ki, burada yüzdən çox etnosun nümayəndəsi bir süfrə başına yığışır, 20-dən artıq azsaylı 
xalqın, milli azlıq və etnik qrupun övladları müxtəlif guşələrdə kompakt halda yaşayırlar: heç nəyə 
fərq qoymadan, ... dost-doğma ailə kimi. Hamısının da dilinin, dininin, etnik psixologiyasının, mad-
di və mənəvi mədəniyyətinin, məişətinin, adət-ənənəsinin qorunub saxlanması üçün hər cür şərait 
yaradılır. Bu, dövlətimizin humanist siyasətinin əsasıdır” (4, səh:116). 
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət 
müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Yaradıcılıq Fondunun sədri, akade-
mik Kamal Abdullayev Azərbaycan ərazisində yaşayan xalqlardan və etnik qruplardan danışaraq 
bildirib ki, “Azərbaycanda yaşayan bütün xalqlar və etnik qruplar yaşadıqları ərazini – Azərbaycanı 
öz ortaq Vətənlərinə çeviriblər... Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa 
heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur” (10)  
Çünki Azərbaycan azərbaycanlıların Vətənidir. Azərbaycan özünü bu torpağın vətənda-
şı hesab edənlərin Vətənidir. Azərbaycan müxtəlif xalqların və etnik qrupların – udi, avar, sa-
xur, ingiloy, ləzgi, talış, tat və başqalarının Vətənidir. Hər bir xalq qoynunda boya-başa çatdı-
ğı bu torpağın yetirməsidir. 
Azərbaycan bütün xalqların və etnik qrupların varlığı nəticəsində bu qədər zəngindir. Din, dil və 
mədəniyyət baxımından.  Şəki-Zaqatala bölgəsi mozaik bir bölgədir. Bu bölgə respublikada müxtəlif 
xalqların və etnik qrupların ən çox yaşadığı ərazidir. Bu bölgəni bir mirvari boyunbağıya, bu xalqları isə 
sapa düzülmüş mirvariyə bənzətsək, onda görərik ki, bu xalqlardan birinin olmaması düzənin pozulma-
sına, Azərbaycan respublikasının vəhdətinin pozulmasına gətirib çıxaracaqdır. Ona görə də qeyd etmək 
lazımdır ki, Azərbaycan respublikasının gözəlliyi və özəlliyi onun bütövlüyündə, vəhdətindədir. Yaşa-
sın bu gözəlliyi və özəlliyi özündə qoruyub saxlayan çoxmillətli vahid Azərbaycan xalqı! 
 
Xülasə 
 
Şəki-Zaqatala bölgəsi Azərbaycan respublikasında həm rəngarəng etnik tərkibə, həm də zəngin adət-
ənənələrə malik olan bir ərazidir. Burada udilər, avarlar, saxurlar, ingiloylar, ləzgilər, digər xalqlar və etnik 
qruplar yaşayırlar. Bu bölgədə yaşayan xalqlar və etnik qrupların nümayəndələrindən toplanmış folklor 
örnəkləri vahid Azərbaycan folklorunun tərkib hissəsidir. Bu örnəklər regional atlasda özünə xüsusi yer 
qazanmışdır. 
 
Резюме 
 
Шеки-Закатальский  регион  Азербайджанской  Республики  является  регионом  с  красочным 
этническим составом и территорией с богатыми обычаями и традициями. В данном регионе испокон 
веков бок обок проживают удины, аварцы, цахуры, ингилои, лезгины и другие народы и этнические 
группы.  Фольклорные  образцы,  собранные  у  представителей  данных  народов  и  этнических  групп, 
проживающих в этом регионе, являются неотъемлемой частью единого Азербайджанского фолькло-
ра. Данные образцы имеют особое место в Азербайджанском фольклорном атласе. 
 
Summary 
 
Shaki-Zagatala region is the area in Azerbaijan Republic that has both colorful ethnic composition and 
rich customs and traditions. Udis, Avars, Tsakhurs, Ingiloys, Lezghins and other nations and ethnic groups 
live here. The folklore samples collected from the representatives of the nations and ethnic groups living 
here are the part of unified Azerbaijan folklore. These samples got special place in the regional atlas. 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə