Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə75/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   71   72   73   74   75   76   77   78   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
164 
səlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Azərbaycan öz mədəniyyəti, 
tarixi, adət-ənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlıq dövlət strategiyası 
olaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu zəngin ənənə hazırda Azər-
baycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsrlərdir ki, xalqımız tolerantlıq, 
dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə 
mühüm töhfələr vermişdir. Ona görə  də dövlət başçısı  İlham  Əliyevin 2016-cı ili Azərbaycanda 
“Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri vardır. 
Belə ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bir çox obyektiv amil-
lərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləş-
məklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynamış, bununla bağlı dərin tarixi baza 
formalaşdırılmışdır. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmamış və bu 
proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir 
tolerantlıq mühiti yaratmış və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. 
Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün 
zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır. 
Multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist 
dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu kontesdən yanaşdıqda Azərbay-
canda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün 
bütün zəruri şəraitin yaradıldığını görürük. Müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multi-
kulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşmışdır ki, indi bu dəstək özünün yük-
səliş dövrünü yaşayır. 
Azərbaycan Prezidenti İlham  Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbrikində 
çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olma-
yaraq, Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianların öz hüquq və azadlıqla-
rından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətən-
daşlıq mövqeyi nümayiş etdirdiyini bildirərək demişdir: “Yüz illər boyu yüksək mənəvi-əxlaqi də-
yərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı 
xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud 
olmuşdur. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və 
etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin 
təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik”
50

Ölkəmizin tarixən müxtəlif dinlər, mədəniyyətlər üçün dinc yanaşı yaşama məkanı olması 
Azərbaycanın bu proseslərdə ön sıralarda yer almasını  zəruri edir. XX əsrin  əvvəlində bir 
müsəlman ölkəsi olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı vermiş, müsəlman 
Şərqində ilk dəfə mütərəqqi Qərb dəyərlərini dövlət səviyyəsində  əxz və  tətbiq etmiş Azərbaycan 
üçün bugünkü dünyaya mədəni tolerantlıq örnəyi olmaq, mədəniyyətləri qovuşduran məkan rolunda 
çıxış etmək tarixin üzərimizə qoyduğu bir missiyadır. 2009-cu il oktyabrın 13-14-də “Bakı - İslam 
Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə 
də ISESCO, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı 
ilə respublikamızda  İslam  Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI 
konfransı keçirilmişdir. Məhz ilk dəfə olaraq Azərbaycanda  İslam  Əməkdaşlıq Təşkilatına üzv 
ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı.  
Bununla yanaşı, UNESCO 2001-ci ildə  Mədəni müxtəliflik üzrə Universal Bəyannaməni və 
2005-ci ildə Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyanı qəbul 
etdikdən sonra mayın 21-i Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü elan edilmişdir. 
2008-ci ildən etibarən hər il bu tarixdə ənənəvi olaraq UNESCO-da və dünyanın bir çox bölgələrində 
müxtəlif qitə və regionların mədəniyyətlərini əks etdirən konsert, sərgi və digər mədəniyyət tədbir-
lərindən ibarət olan Müxtəliflik Festivalı keçirilir. 2010-ci il mayın 17-dən - 26-dək UNESCO-da 
Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın mənəvi və maddi dəstəyi ilə təş-
kil edilmiş  Mədəni Özünüifadə Müxtəlifliyi üzrə Ümumdünya Günü münasibətilə üçüncü ənənəvi 
                                                            
50
 Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbriki – 
“Azərbaycan” qəzeti, 4 may 2013-cü il. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
165 
Müxtəliflik Festivalı keçirilmişdir. Bu festival Latın Amerikasından tutmuş Yaxın  şərq və  Cənub-
şərqi Asiyaya qədər mədəni müxtəlifliyi əks etdirən rəngarəng tədbirlərlə yadda qalmışdır
51

2009-cu ilin noyabr ayında Azərbaycan UNESCO-nun “Mədəni Özünmüdfiə Müxtəlifliyinin 
Qorunması və Təşviqinə dair Konvensiyası”na qoşulmuş və sənəd 2010-cu il mayın 15-dən Azərbay-
can Respublikasında qüvvəyə minmişdir. Bununla da ölkəmiz bu təşkilat çərçivəsində mədəniyyət və 
turizm sahəsində həyata keçirilən layihələrdə iştirak imkanlarını genişləndirmişdir. Konvensiya çərçi-
vəsində ölkəmizdə “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçirilmişdir
52

Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu il iyunun 29-dan 30-dək Ba-
kıda keçirilmiş və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qloballaşma şəraitin-
də  mədəniyyətlərin dialoqu” forumu da bütün dünyada sivilizasiyalar arasında dialoqa öz dəyərli 
töhfələri ilə yadda qalmışdır. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə həm də mədəniyyətlər və 
sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu göstərir
53
. Məlumdur ki, maddi mədəniyyətin, 
elmin, texnologiyanın, iqtisadiyyatın, fiziki sağlamlığın, idmanın prioritetliyinə əsaslanan Qərb si-
vilizasiyası və mənəvi mədəniyyətin, əxlaqın, dini dəyərlərin prioritetliyinə əsaslanan Şərq siviliza-
siyası ancaq bir-birini qarşılıqlı surətdə tamamladıqda onun kamil insanın formalaşmasındakı rolu 
haqqında danışmaq olar. 
Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və 
xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxkonfesiyalı respublika olan Azərbay-
canın milli siyasəti bütün etnik qruplar, o cümlədən milli azlıqlar üçün şəraitin təmin edilməsi və 
yaradılmasıdır. Respublikada multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, 
humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideya və ter-
min kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin əxlaq kateqoriyası-
na çevrilmişdir. 
Ölkəmiz bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların bir ailə kimi yaşadığı tolerantlıq mə-
kanıdır. Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar ara-
sında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimiz-
dir. Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhud-
ilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-
mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf et-
dirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə 
çevirib. Qürurverici haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. İndi dün-
yada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir.  
Ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət ve-
rən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini uğurla həyata keçirir. La-
yihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış, eyni zamanda “Or-Av-
ner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa 
edilmişdir
54
. Bununla yanaşı, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının 
bərpasında Azərbaycanın iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da 
məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişlən-
dirilməsinə xidmət edir
55

Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması  və onun 
daha da möhkəmləndirilməsində görülən işlər nəticəsində respublikamızda rəsmi olaraq 598 dini 
icma qeydiyyatdan keçmişdir. Bunlardan 577-si İslam, 21-i qeyri-islam təmayüllü dini icmadır. 
Eyni zamanda, ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir
56

                                                            
51
Azərbaycan YUNESKO-da keçirilən Müxtəliflik Festivalında uğurla təmsil olunmuşdur // “Azərbaycan”, 26 may 
2010-cu il. 
52
 “Xalq qəzeti”, 11 sentyabr 2010-cu il 
53
 “Azərbaycan”, 31 iyul 2010-cu il. 
54
 “Azərbaycan”, 21 avqust 2015-ci il 
55
“Xalq qəzeti”, 16 sentyabr 2015-ci il. 
56
 Yenə orada
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə