Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə71/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   67   68   69   70   71   72   73   74   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
156 
Rza Zeynal oğlu Xəlilov, filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA Folklor İnstitutu, şöbə müdiri 
Azərbaycan, Bakı 
 
SMOMPK TOPLUSUNDAKI BİR ERMƏNİ-TAT SEHRLİ NAĞILI HAQQINDA 
 
Açar sözlər: qriqoryan-tatlar, nağıl, QƏXTMT, Şamaxı 
Ключевые слова: григоряно-таты, сказка, СМОМПК, Шемаха  
Key words: Gregorian-Tat,  fairy-tale, SMOMPK, Shamakhi 
 
SMOMPK toplusunda göstərilən başlıqla dərc edilmiş bu mətn  Şamaxı  şəhər məktəbinin  şagirdləri 
olmuş Əfəndiyev və Şahverdiyev tərəfindən tat dilində Şamaxı qəzasının Mədrəsə kəndində 1893 və ya 1894-
cü ildə yazıya alınmışdır. 
Sözü gedən nağıla “Qeydlər” yazan L.L. imzalı müəllif tatları bir millət kimi təqdim etdikdən, onların 
mənşəyindən bəhs etdikdən sonra belə bir ehtimal irəli sürmüşdür. Böyük ehtimalla, onlar Sasanilər 
dövründə (IV-cü əsrdə) Mədrəsəyə köç etmiş və sonralar xristianlığı erməni-qriqoryan inancı əsasında qəbul 
etmişlər. Yaxud da, onlar Şərqi Qafqazın cənubi dağlıq  ərazilərində yerləşmiş köçkün ermənilərdən 
törəmişlər. Onlar sonradan yaxın qonşuları müsəlman tatların dilini öyrənmişlər.  
Qənaətimizcə, bu qövmün erməni-qriqoryan inancında olması onların yazıda belə (erməni-tat) 
adlandırılmasını təmin etmişdir. Yuxarıdakı izahı nəzərə alaraq, biz (R.X.) bu ifadəni yazıda qriqoryan-tat 
kimi verməyi zəruri saydıq. 
 
Qafqaz Tədris  İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq Tiflisdə rus dilində  nəşr edilən 
“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” (QƏXTMT – SMOMPK) toplusu 
Çar Rusiyasının əraziləri, hüdudları daxilində yaşayan böyük və kiçikliyindən asılı olmayaraq müx-
təlif Qafqaz xalqlarının, folkloru, etnoqrafiyası, tarixi, dili və mədəniyyəti ilə bağlı materiallar top-
layıb nəşr etdirmişdir. Sözügedən toplu bu yolda öz məram və prinsiplərinə sadiq qalaraq 1894-cü 
ildəki XX buraxılışında (cildində) “Erməni–tat mətnləri” adlı bir yazı nəşr etdirmişdir. Bu mətnlər-
dən biri sehrli nağıl, digəri isə dini məzmunlu nağıl olmaqla iki folklor mətn tipini nümayiş etdir-
məkdədir. Hər iki mətn Azərbaycan ərazisində, daha dəqiq deyilsə, Şamaxı qəzasının Mədrəsə kən-
dində Şamaxı şəhər məktəbinin şagirdləri Əfəndiyev və Şahverdov tərəfindən toplanıb yazıya alın-
mışdır (1, 25-30). Təəssüf ki, burada hər iki mətnin söyləyicisi haqqında, onun kimliyi haqqında bir 
məlumat verilməmişdir. Hər halda bu mətnlərin tat dilində olduğunu nəzərə almış olsaq, onların 
söyləyicilərinin milliyyətcə tat olduğunu və bundan əlavə Azərbaycan bölgə folklor mühitindən
nağıl yaradıcılığından xəbərdar olduqlarını ehtimal şəklində  də olsa, deyə bilərik. Mətnlər tat 
dilində olsa da, burada hər cümlənin sözbəsöz sətiraltı tərcüməsi, bundan əlavə ayrıca mətn şəklində 
filoloji tərcüməsi də verilmişdir. 
Azərbaycan folklor mühitində özünəməxsus yeri olan hər bir azsaylı xalqın, etnik qrupun et-
nik qeyri – maddi mədəniyyətinin, müəyyən görüş  və baxışlarının məhsulu olan folklor əsərinin 
həm də geniş  mənada ümumazərbaycan folklor əsəri olduğunu qəbul etmiş olsaq onun tarixi-
tipoloji cəhətdən maraq doğurduğunu nəzərə almalıyıq.  
Bununla yanaşı hər hansı bir məlum süjetin, motivin müxtəlif etnik mədəniyyət, etnopsixolo-
giya və.s. şəraitində nə kimi dəyişikliklərə uğraması da maraq doğurmaya bilməz. 
Görkəmli rus qafqazşünası, SMOMPK toplusunun naşiri və redaktoru L.Lopatinski toplunun 
bu cildinə yazdığı müqəddimədə cildin ikinci şöbəsində nəşr edilmiş kürd, talış, yəhudi - arami və 
aysor nağıl mətnlərindən, onların müxtəlif xalqlardakı variantlarından bəhs etmiş və bu sırada er-
məni – tat mətnlərindən, xüsusən də “Div və padşah oğlu” nağılı haqqında da öz müşahidə  və 
tənqidi qeydlərini də bildirmişdir (1, 25-30). Onun tənqidi qeydləri əsasən mətnin quruluşu, mətnin 
başdan sovdu, qayçılanmış vəziyyətdə olması ilə bağlıdır. Nağılın qısa məzmununa nəzər salaq: 
Üç oğlu olan bir padşahın həyətində yeddi ildən bir bar gətirən alma ağacı vardı. Alma yeti-
şəndə kimsə gəlib almanı dərib aparırdı. Odur ki, padşah almaya həsrət qalmışdı. Padşahın əvvəlcə 
böyük oğulları alma ağacının qaravulunu çəkməyə getdilərsə də bir şey edə bilmədilər. Axırda kiçik 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
157 
qardaşa növbə çatdı. O, bağa gedib ağacın qaravulunu çəkməyə başladı. Bir div gəlib almanı oğur-
lamaq istəyəndə kiçik qardaş xəncərini çəkib onu yaraladı. Div qanı axa-axa qaçıb getdi. 
Qardaşlar qanın izi ilə gedib bir quyuya rast gəldilər, div həmən quyuda gizlənmişdi. Böyük 
qardaşlar quyuya düşə bilmir, kiçik isə quyuya düşüb divi öldürür. O, divin var-dövlətini və atını da 
özü ilə götürüb quyudan yuxarı çıxır. Qardaşlar onu görüb sevinirlər. Onlar atalarının yanına gəlir-
lər. Ataları hər üçünü evləndirir. Bir vaxtdan sonra kiçik qardaş padşah olur. 
L.Lopatinski “Erməni – tat mətnləri” adlı materiala yazdığı “Qeyd”də bir millət olaraq tat sö-
zünün etimologiyası, tatlar, onların yaşadıqları yerlər və dinləri haqqında məlumat vermişdir. O, 
müsəlman tatların Bakı quberniyasının şimal-şərqində, Bakı, Göyçay, Quba qəzalarında yaşadıqla-
rını və buradakı sakinlərin əhəmiyyətli hissəsini təşkil etdikləri topluda erməni – tat folklor mətnlə-
rinə örnək olaraq yazmışdır. Təqdim edilmiş, “Div və padşah oğlu” (1, 25-30) adlı sehrli nağılın 
əsasını geniş yayılma arealı olan A T 300 (“Şahzadə qızın azad edilməsi”), “Kiçik qardaş”, “Sehrli 
oğru” və s.kimi sujet tipləri və motivlər təşkil etməkdədir. 
 AT 300 süjet tipi Azərbaycan nağıl məkanında geniş yayılmışdır və burada bu süjet tipinin 
əgər belə demək mümkünsə, müxtəlif variantları da mövcuddur. Azərbaycan nağılı “Məlikməm-
məd” (2, 299-320) nağılı bu süjet tipinin parlaq örnəyini nümayiş etdirməkdədir. Təməlində bu sü-
jet tipinin və yuxarıda adı çəkilən motivlərin durduğu sehrli nağılların kompozisiya nağılın sonrakı 
süjet xəttinin quruluşu cəhətdən ümumi olan çıxış vəziyyəti ilə xarakterizə olunur. Y.M.Lotman na-
ğılda başlanğıcın əsas modelləşdirmə funksiyası olduğunu qeyd edir (3, 260). Bu, doğrudan da belə-
dir. Belə ki, adətən bu tip sehrli nağılların süjetləri “çatışmazlıq – çatışmazlığın ortadan qaldırılma-
sı” modeli üzrə gerçəkləşir və burada “sehrli oğru” motivinin işlədilməsi çatışmazlığın çıxış situasi-
yasını, şəraitini təşkil edən əsas amil kimi çıxış edir.  
 “Div və padşah oğlu” və “Məlikməmməd” nağılında “çatışmazlıq” “sehrli oğrunun” (divin) 
padşahın bağından almanın oğurlanması ilə başlayıb “çatışmazlığın ortadan qaldırılması” padşahın 
oğlunun əvvəlcə divi yaralaması və daha sonra isə yeraltı dünyada onu öldürülməsi ilə bitir. Bu mə-
sələ ilə bağlı olaraq qeyd etmək lazımdır ki, Azərbaycan nağılından fərqli olaraq erməni–tat nağılın-
da div tərəfindən oğurlanan almanın qeyri–adi xüsusiyyəti göstərilmir. Məlum olduğu üzrə “Məlik-
məmməd” nağılında almanın gəncləşdirici, həyatı yeniləmək xüsusiyyəti var ikən, ikinci nağılda isə 
alma ağacının yalnız yeddi ildən bir bar verdiyi söylənilir. Azərbaycan nağılındakı almanın bu xü-
susiyyəti yaşlaşmış, xəstə padşah ölkənin idarə olunması, ölkə xalqının rifahı  və xoşgüzəranı ilə 
bağlı özünün magik funksiyalarını yerinə yetirmək iqtidarında deyildir və o, bu funksiyaları yerinə 
yetirə bilən gənc və sağlam bir şəxslə əvəz olunması ilə bağlı arxaik təsəvvürlərlə səsləşir. 
 Padşahın magik funksiyaları ilə bağlı arxaik təsəvvürlərin işığında “çatışmazlığın” dünya dü-
zəninin pozulması mənasına gəlməsi ilə bu modelin xüsusi əhəmiyyəti üzə çıxır, bəlirlənir. Bu mo-
delin digər və ya ikinci qütbü olan “çatışmazlığın” aradan qaldırılması nağıl qəhrəmanının sınaqdan 
keçməsini nəzərdə tutur ki, bu da V.Y.Proppun rəyinə görə neofitin inisiyasiyası  mərasimlərinin 
tərkib hissələrində biri idi (4, 86). Adətən, müxtəlif mifoloji varlıqlarla mübarizə, döyüşdən ibarət 
olan sınaqlar silsiləsi, qəhrəmanın “öz” “doğma” sosiumunun hüdudları xaricində üçlu kosmik 
vertikal (şaquli, dik xətt) – göy yer-yeraltı dünya arasında yerdəyişmələri vaxtı baş verir. 
 Göründüyü kimi, hər iki nağılda süjetin əsasında, üzərində inkişaf etdiyi “çatışmazlıq” –“ça-
tışmazlığın” ortadan qaldırılması modeli əsasən eyni istiqamətdə “sehrli oğru” motivinin iştirakı ilə 
gerçəkləşir. Erməni – tat nağılı özünün bu qısaldılmış, SMOMPK “variantında” kiçik qardaşın qu-
yudan çıxması və hər üç qardaşın bir gündə ataları tərəfindən evləndirilməsi və bir müddət sonra 
atasının taxtı, tacı ona verməsi ilə bitir.  
 AT 300 süjet tipi üzərində qurulan sehrli nağılların klassik nümunəsi olan Məlikməmməd na-
ğılından fərqli olaraq biz burada məsələn, bəzi epizodları yeraltı dünyada divin əsir etdiyi şahzadə 
qızların azad edilməsi, yenə də yeraltı dünyada suyun müqabilində ona qurban verilmiş şahzadə qı-
zın azad edilməsi xain böyük qardaşların cəzalandırılması və s. epizodları görməyirik. Yəqin elə bu 
səbəbdən L.Lopatinski bu mətni “başdansovdu”, “qayçılanmış” adlandırmış  və bunda söyləyicini 
günahlandırmışdır. “Div və padşah oğlu” nağılı bu şəkildə belə göstərir ki, hər iki nağılın təməlin-
də, əsasında eyni süjet tipi olursa da, müxtəlif etnik sosial, tarixi, mental amillərdən asılı olaraq bu-
rada süjet xətti müəyyən fərqli istiqamətlərdə inkişaf edə bilər. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə