Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə74/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   70   71   72   73   74   75   76   77   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
162 
ruhunda tərbiyə edilməsinin vacib məsələ olduğunu vurğulayan ümummilli lider, eyni zamanda bu 
işin mürəkkəb və  çətin olduğunu da qeyd edirdi. Ulu öndər gənclərdə tolerantlıq mədəniyyətinin 
uşaqlıqdan tərbiyə edilməsini diqqətə çəkərək ünsiyyət mədəniyyətinin formalaşdırılması və Azər-
baycan gənclərində bu xüsusiyyətlərin tərbiyə edilməsinin vacib şərt olduğunu tövsiyə etmişdir. O, 
bu məsələlərdən bəhs edərək demişdir: “Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədə-
niyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başla-
maq lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konfrans-
lar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaş-
dırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin ger-
cəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir”
38

Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər 
Heydər Əliyevin təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmış və Komitə ölkə-
mizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi, eləcə də dövlətin din siyasəti sa-
həsində müxtəlif funksiyalarını yerinə yetirir. Ümumiyyətlə, milli dəyərlərimizin qorunması və gə-
ləcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımı-
zın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində  də 
xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi al-
tında qorunur və daha da inkişaf etdirilir. Eyni zamanda, bəşər sivilizasiyanın müxtəlif mədəniyyət-
lərinin qorunması üçün dinlər və  mədəniyyətlər arasında dialoqun yaranması mühüm əhəmiyyət 
kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrü-
bəsi nümunə ola bilər. Bu baxımdan, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc ya-
naşı yaşamasının unikal nümunəsidir. 
Bundan əlavə, ümummilli lider İslam dini ilə bağlı bir sıra beynəlxalq elmi tədbirlərin respub-
likamızda keçirilməsinin təşəbbüskarı olmuşdur. Onun təşəbbüsü və dəstəyi ilə 1993-2002-ci illərdə 
İslam dini, mədəniyyəti ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirilmişdir. Bu tədbirlərdən biri 
olan 1998-ci il dekabrın 9-11-də Bakıda keçirilmiş “İslam sivilizasiyası Qafqazda” adlı beynəlxalq 
simpoziumdur. Azərbaycan İslam dünyasının bir parçası olduğuna və Şərqlə Qərbin qovuşuğunda 
yerləşdiyinə görə bu beynəlxalq simpoziumun Bakıda keçirilməsini təbii hesab etmək olar. Eyni za-
manda, İslam dininin və İslam sivilizasiyasının Qafqazda yayılması ilə bağlı məsələlərin elmi cə-
hətdən araşdırılması  zərurətini, o cümlədən respublika, regional və beynəlxalq təşkilatların müra-
ciətlərini nəzərə alaraq Heydər Əliyev bu aktual və vacib tədbirin Bakıda keçirilməsini dəstəkləmiş-
dir. Simpoziumda Türkiyə, Rusiya, ABŞ, Misir, Almaniya, Fransa, Küveyt və digər ölkələrdən gəl-
miş nümayəndələr iştirak etmişlər
39

Azərbaycan vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olun-
ması ilə yanaşı, dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.Qeyd etmək lazımdır 
ki, 1995-ci ildə YUNESKO-nun yaranmasının 50 illik yubileyi münasibətilə Beynəlxalq Tolerantlıq 
günü təsis edilmiş və burada əsas məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək 
dinc yanaşı yaşamağa çağırışdan ibarətdir
40
. Bundan irəli gələrək Heydər  Əliyevin təşəbbüsü ilə 
1999-cu ildən etibarən noyabrın 16-nın Azərbaycanda tolerantlıq günü kimi qeyd olunması ümum-
milli liderin multikultural dəyərlərə, tolerant ənənələrə verdiyi yüksək qiymətin göstəricisidir
41
.  
Bu baxımdan, ümummilli lider haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik 
inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və 
azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm 
prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ümummilli liderinin rəhbərliyi 
ilə, nəhayət ki, demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi
                                                            
38
Hüseynov S. Azərbaycan dini tolerantlığa və sabitliyə töhfə verən örnəkdir // “Xalq qəzeti” 11 fevral 2011-ci il. 
39
 “Azərbaycan” 12 dekabr 1998-ci il. 
40
UN General Assembly Resolution A/RES/48/126 “United Nations Year for Tolerance”. 
41
 Həsənov  Ə. M. Heydər  Əliyevin siyasi kursunda multikulturalizmə baxış  və yanaşmalar. // “Geostrategiy” 
jurnal, № 01(31), yanvar-fevral 2015,s.3-7. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
163 
“dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara 
malik” olmalarını təmin etməli idi
42

Ümumiyyətlə, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə  fərqlənsə  də, 
qeyd etmək vacibdir ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə  məhz Heydər 
Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Belə ki, 1920-ci ildə bağlanmış Jen Mironosets baş kil-
səsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir
43
. Azərbaycanda səfərdə olan Mosk-
vanın və bütün Rusiyanın Patriarxı II Aleksi 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan et-
miş və ona baş kafedral kilsə statusu vermiş və kilsənin açılış mərasimində Azərbaycan Prezidenti 
Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak et-
mişlər. Moskva və Ümumrusiya Patriarxı II Aleksi Azərbaycanda dövlət-din münasibətlərinin düz-
gün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında ümummilli lider 
Heydər Əliyevin mühüm rol oynadığını, eləcə də Azərbaycanın bu sahədə nümunə olmasını vurğu-
layaraq demişdir: “Azərbaycan qədim dini ənənələrə  və  mədəniyyətə malik bir ölkədir. Bu gün 
Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezi-
denti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini 
icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlə-
rinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə 
Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır”
44
.  
Bundan əlavə, ölkəmizdə 1997-ci ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir
45
. Ümu-
miyyətlə, Azərbaycan müstəqillik  əldə etdikdən sonra buradakı  yəhudi icmaları beynəlxalq yəhudi 
təşkilatları ilə  əlaqələrini möhkəmləndirmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiy-
yətlərini, qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır
46

Bu, hazırda da Avropada ən böyük sinaqoqdur. Bununla yanaşı, Azərbaycanda dini tolerantlığın for-
malaşmasında Prezident Heydər Əliyevin xidmətini yüksək dəyərləndirən Ümumgürcüstan Katalikos 
Patriarxı II İlya Azərbaycanda mövcud olan dini tolerantlıqdan və bu sahədə də Heydər Əliyevin və 
onun davamçılarının xidmətini yüksək qiymətləndirərək demişdir: “Bu gün Azərbaycanda mövcud 
olan tolerant mühitin formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın 
öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla müasir dünyanın çağırışlarına ləyaqətli cavab verə bilməsi 
şəxsən onun və onun davamçılarının müdrik və uzaqgörən siyasətinin nəticəsidir”
47

Müasir dövrdə çağdaş dünyanın qarşısında duran ən mühüm problemlərdən biri fərqli siviliza-
siyalar, dinlər, mədəniyyətlər arasında anlaşmanın,  əməkdaşlığın optimal yollarının tapılmasıdır. 
Son illərdə bu mövzuda müxtəlif səviyyəli müzakirələr aparılmış, beynəlxalq tədbirlər keçirilmiş və 
qurumlar təsis olunmuşdur. 2001-ci il sentyabrın 11-də Amerikada baş vermiş terror hadisəsindən 
sonra meydana gələn və bir sıra hallarda mədəniyyətlərin toqquşması, sivilizasiyalar və dinlərarası 
savaş kimi təqdim edilən proseslər dünyada geniş miqyaslı dialoq zərurətini aktuallaşdırmışdır. 
Qeyd etmək lazımdır ki, ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra dinlərarası və sivi-
lizasiyalararası dialoq zərurəti daha da aktuallaşmış və bu istiqamətdə apanlan elmi-nəzəri tədqi-
qatların və əməli tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır.Təsadüfi 
deyildir ki, XXI əsrin ilk ili - 2001-ci il BMT Baş Assambleyası tərəfindən “Sivilizasiyalararası dialoq ili” 
elan olunmuş
48
 və 2001-ci il noyabrın 9-da BMT Baş Assambleyasında “Sivilizasiyalararası dia-
loq üçün qlobal gündəlik”adlanan qətnamə  qəbul edilmişdir
49
. Bunlar onu göstərir ki, qlobal-
laşma dövründə sivilizasiyalararası dialoqun həyata keçirilməsi daha çox əhəmiyyət kəsb edir. 
Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessi-
yalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Vətəndaşlarının böyük əksəriyyətini mü-
                                                            
42
 Abdullayev K.M. Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir // “Azərbaycan” 23 iyul 2014-cü il. 
43
 http://www.azerbaijan.az. 
44
 “Xalq qəzeti”, 28 may 2001-ci il. 
45
 Qurbanlı M.Q. Azərbaycanı tolerantlığın ən mükəmməl nümunəsinə çevirən lider. // “Azərbaycan” 6 may 2015-ci il. 
46
 “Azərbaycan” 10 mart 2003-cü il. 
47
 Qurbanlı M.Q. Azərbaycanı tolerantlığın ən mükəmməl nümunəsinə çevirən lider. // “Azərbaycan” 6 may 2015-ci il.  
48
UN General Assembly Resolution A/RES/55/23 “Year of Dialogue among Civilizations”. 
49
UN General Assembly Resolution A/RES/60/04 “Global Agenda for Dialogue among Civilizations”.
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə