Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə77/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   73   74   75   76   77   78   79   80   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
168 
Ədəbiyyat: 
 
1.
 
Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001, 288 s. 
2.
 
Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin Azərbaycanın Pravoslav xristian 
icmasına təbriki. //“Azərbaycan” qəzeti, 4 may 2013-cü il. 
3.
 
Azərbaycan YUNESKO-da keçirilən Müxtəliflik Festivalında uğurla təmsil olunmuşdur // 
“Azərbaycan”, 26 may 2010-cu il. 
4.
 
Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. I-
XXXXVI kitablar. Elektron külliyat. - http://preslib.az/books.html 
5.
 
Həsənov Ə.M. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, 2016, 700 s. 
6.
 
Həsənov  Ə.M.  Heydər  Əliyevin siyasi kursunda multikulturalizmə baxış  və yanaşmalar. // 
Geostrategiy” jurnal, № 01(31), yanvar-fevral 2015,s.3-7. 
7.
 
Abdullayev K.M. Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir // “Azərbaycan” 23 
iyul 2014-cü il. 
8.
 
Qurbanlı M.Q. Azərbaycanı tolerantlığın ən mükəmməlnümunəsinə çevirən lider. // “Azərbaycan” 
6 may 2015-ci il.  
9.
 
Həsənov S.S. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 
komentariyası. Bakı, 2014, 272 s. 
10.
 
 Hüseynov S.Y. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik. Bakı, 2012, 176 s.  
11.
 
Hüseynov S.Y. Azərbaycan dini tolerantlığa və sabitliyə töhfə verən örnəkdir // “Xalq qəzeti” 11 
fevral 2011-ci il. 
12.
 
 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu   
-http: //www.president.az/articles/2672; http://www.meclis.gov.az/; http://scwra.gov.az/docs/169/; 
http://www.e-qanun.az/framework/7649; 
13.
 
UN General Assembly ResolutionA/RES/48/126 “United Nations Year for Tolerance”. 
14.
 
UN General Assembly Resolution A/RES/55/23 “Year of Dialogue among Civilizations”. 
15.
 
UN General Assembly Resolution A/RES/60/04 “Global Agenda for Dialogue among 
Civilizations”. 
16.
 
“Xalq qəzeti”, 28 may 2001-ci il. 
17.
 
“Azərbaycan” 10 mart 2003-cü il. 
18.
 
 “Xalq qəzeti”, 11 sentyabr 2010-cu il 
19.
 
“Azərbaycan”, 31 iyul 2010-cu il. 
20.
 
 “Azərbaycan”, 31 sentyabr 2008-ci il. 
21.
 
“Azərbaycan” 24 iyun 2012-ci il 
22.
 
 “Azərbaycan” 4 iyun 2015-ci il 
23.
 
 “Azərbaycan” 10 sentyabr 2015-ci il. 
24.
 
“Azərbaycan”, 21 avqust 2015-ci il 
25.
 
“Xalq qəzeti”, 16 sentyabr 2015-ci il. 
26.
 
“Azərbaycan” 12 dekabr 1998-ci il. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
169 
Bəxtiyar Tuncay,
 
sənətşünaslıq üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutu 
Azərbaycan, Bakı 
Mənsur Rəhbəri 
İran  
 
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN FOLKLORUNDA  
ORTAQ MOTİV VƏ SÜJETLƏR 
 
Açar sözlər: assimilyasiyasız inteqrasiya, «Qodu-qodu» oyunu, ipəkçilik, barama qurdu, avarlar, udinlər 
Ключевые  слова:  интеграция  без  ассимиляции,  игра  «Году-году»,  щелководство,  щелкопряд, 
авары, удины 
Key words: unassimilated integration, the game “Godu-godu”, sericulture, silkworm, Avars, Udins. 
 
XX əsrin 60-cı illərində Kanadada əhalinin etnik, mədəni, dini, irqi müxtəlifliyi ilə bağlı ölkə-
nin vəziyyətini əks etdirən termin kimi meydana gəlmiş “multikulturalizm” anlayışı dövrün ictimai-
siyasi və mədəni tələbatını əks etdirən geniş prosesləri əhatə etməkdədir. Multikulturalizm Kanada-
nın «dövlət təsisatları tərəfindən 1971-ci ildə tanınmış, ölkənin çoxtərkibli əhalisinin mədəni assi-
milyasiyası siyasətinin iflasını bir növ rəsmiləşdirmişdir». Sonrakı illərdə digər Qərb ölkələrində də 
qəbul edilən «multikulturalizm modeli mədəni fərqliliyin müxtəlif formalarının "assimilyasiyasız 
inteqrasiya" şəklində qanuniləşdirməsini nəzərdə tutur. Bu halda mədəni özünəməxsusluğunu, həyat 
tərzini, özəl xüsusiyyətlərini, adət-ənənələrini saxlamaq hüququ olan müxtəlif etnomədəni, dini və 
s. icmalar bir dövlətin hüdudlarında birgə yaşayır. Lakin multikulturalizm eyni zamanda mədəni 
rəngarəngliyin sosial mexanizmlər vasitəsilə  nəzarətdə saxlamaq və  tənzimlənmək üsuludur. Yel 
Universitetinin politologiya və fəlsəfə professoru Seyla Benhəbib mədəni plüralizm vəziyyətini ra-
dikal və ya mozaik multikulturalizm termini ilə müəyyənləşdirir. Onun şərhində mozaik multikultu-
ralizm mozaikanı təşkil edən elementlər kimi öz eyniliyini və sərhədlərini vahid siyasi təsisat tərki-
bində qoruyub saxlayan icmaların varlığını bildirir» (1. 10).  
Alimin fikrincə, «adları çəkilən sosial tənzimləyicilər həmin mədəni modelin gerçək yaşamaq 
qabiliyyətini təmin edir. Bu halda mozaika sahəsini yaradan mədəniyyət və submədəniyyətlərin do-
nuq, statik qurum deyil, artmaq və  dəyişilmək proqramına malik varlıq olması  şərti mühüm rol 
oynayır» (2. 8). 
Multikulturalizmin hazırda sosial elmlərdə  qəbul olunmuş  təfsirinin demoqrafik, ideoloji və 
siyasi kimi üç səviyyəsini fərqləndirən A.İ.Kuropyatnik yazır ki, «demoqrafik səviyyənin mahiyyəti 
milli icmaların demoqrafik, etnomədəni göstəricilərinin endogen (miqrasiya) və ekzogen (immiqra-
siya) amillərin təsiri altında baş verən dəyişiklikləri təsvir etməkdən ibarətdir. Bu halda multikultu-
ralizm immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası siyasəti kimi dərk edilir. İdeoloji 
səviyyə çərçivəsində milli ideologiyaların müddəaları müzakirə edilir. Siyasi səviyyə multikultura-
lizm prinsiplərinin milli-mədəni azlıqların hüquqlarının ideologiya, siyasət kimi əyani tətbiqinə, on-
lara sosial dəstək proqramların gerçəkləşdirilməsinə yönəlmişdir. Bu halda multikulturalizm dövlət 
və onun tərkibində olan milli-mədəni azlıqlar arasında münasibətlərin ahəngdarlığına, habelə bu az-
lıqların daxilində münasibətlərin nizamlanmasına yönəlmiş siyasi proqram kimi çıxış edir» (3. 46). 
Maraqlıdır ki, Avropa və Amerikanın qabaqcıl dövlətlərinin XX əsrdə gəlib çıxdıqları mədəni 
fərqliliyin müxtəlif formalarının "assimilyasiyasız inteqrasiya"sı fikri Şərqdə, o cümlədən minillər-
dir ki, tətbiq edilir və bunun ən gözəl örnəyi Azərbaycanda çox qədim zamanlardan yaşamaqda olan 
müxtəlif azsaylı xalqların özünəməxsus milli folklorudur. 
Fikrimizi ölkəmizdə yaşayan iki qafqazdilli xalqın – avar və udinlərin milli folklor nümunələri 
əsasında aydınlaşdırmağa çalışaq. İlk öncə qeyd edək ki, bu xalqların hər biri çox qədim zamanlardan 
bu yerlərin sakinidirlər, bütün həyatları boyu bölgənin aparıcı xalqı olan Azərbaycan türkləri ilə 
yanaşı yaşamışlar və daim sözügedən ərazidə mövcud olmuş dövlət quruluşlarında birgə təmsil olun-
muşlar. Bu baxımdan Manna və Qafqaz Albaniyası dövlətlərinin adını ilk sırada qeyd etmək lazımdır. 
 Strabonun yazdığına görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan 
albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə