Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə76/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   72   73   74   75   76   77   78   79   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
166 
2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaş-
ma memorandumu imzalanmışdır. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma 
layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda 
məskunlaşan xalqların etno-mədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçiril-
məsi də  nəzərdə tutulmuşdur.  İlkin  əməkdaşlıq çərçivəsində fond tərəfindən Bakıdakı Müqəddəs 
Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii 
şüşələrlə əvəz edilmiş, eyni zamanda, məbədin fasadında keramik panno yerləşdirilmişdir. Fond bu 
kimi tədbirləri ardıcıl olaraq davam etdirməkdədir
57

Ümumiyyətlə, tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Pa-
risdə Versal Sarayının parkında abidələri bərpa edir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsə-
sinin yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzələdən zərərçəkən qızlar məktəbini yeni-
dən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını 
müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ 
Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl mədəniyyət layihəsinə imza atır. 
Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasi-
bətilə xaricdə həyata keçirilən bir çox layihənin müəllifidir. Fondun Parisdə, Moskvada, Berlində, 
Romada, Vatikanda təşkil etdiyi tədbirlər ölkəmizin multikulturalizm modelinin təbliğində mühüm 
rol oynamış, eləcə də Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düş-
müşdür. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər. 
Mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində görülən 
işlərin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı 
Kiril tərəfindən Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə, Vatikan dövlətinin ən yüksək mükafat-
larından sayılan “Medalla Sede Vacante” medalı ilə təltif edilmişdir. Eyni zamanda, Heydər Əliyev 
Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də mədəniyyətlərarası dialoqun və dinlər-
arası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür. Bu baxımdan, 
2012-ci il iyunun 22-də Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma 
Papasının Müqəddəs Arxeologiya üzrə  Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı ilə 
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair iki-
tərəfli saziş” imzalanmışdır
58
. 2015-ci il iyunun 2-də Roma Papası Fransis Mehriban xanım Əliyeva 
ilə görüşü zamanı, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası-
nı yüksək qiymətləndirmişdir
59

Azərbaycanın birinci xanımı, YUNESKO və  İSESCO-nun xoşməramlı  səfiri Mehriban 
Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər 
Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilir. Heydər 
Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı  səfiri Mehriban xanım 
Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” 
mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın 
gələcəyində onun əhəmiyyətini göstərirdi. 
YUNESKO və  İSESCO-nun xoşməramlı  səfiri Mehriban Əliyeva çıxışında ölkəmizin tole-
rantlıq mərkəzi kimi əhəmiyyətini qeyd edərək demişdir: “Ekstremizm və terrorçuluğa qətiyyətlə 
yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə ge-
niş fikir verməliyik...Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər-
dir bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm 
köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oy-
namağa hazırdır”
60
. Ümumiyyətlə, ölkəmizdə mədəniyyətlərarsı dialoqla bağlı keçirilən tədbirlərin 
məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyət-
də sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olu-
nan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşə-
                                                            
57
 “Azərbaycan”, 31 sentyabr 2008-ci il.
 
58
“Azərbaycan” 24 iyun 2012-ci il
 
59
“Azərbaycan” 4 iyun 2015-ci il 
60
 “Azərbaycan” 10 sentyabr 2015-ci il. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
167 
ri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi 
problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması, xüsu-
silə də, islamafoboya kimi təhlükəli meyillərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində 
özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi 
faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrü-
bəsi digər ölkələr üçün örnək ola bilər. 
Bundan əlavə, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin daha da genişlənməsi 
və möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı 
İlham  Əliyev bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Bunun başlanğıcı olaraq, 2014-cü ilin 
fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə 
Dövlət müşavirliyi xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın 
dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkə-
lərdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan 
reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, dövlət başçısı 2014-cü il mayın 14-də 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır. 
Ümumiyyətlə, multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada dövriyyə-
yə çıxarılsa da və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verilsə də, Azərbaycan mühitində 
bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilmişdir. Bu sahədə yarana biləcək problemlərə 
qarşı qabaqlayıcı tədbirlərin operativ şəkildə həyata keçirilməsi dövlət-din münasibətlərinin yüksə-
lən xətt üzrə inkişafına böyük zəmin yaratmışdır. Dünyanın müxtəlif bölgələrində din və milli zə-
mində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyə-
tin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-
dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır. 
Eyni zamanda, mədəniyyətlərarası dialoq barışdırıcı amil kimi çıxış edərək, müharibə və mü-
naqişələrin qarşısını almaqla inam və qarşılıqlı etimad yaratmaqda böyük təsirə malikdir. Aparılan 
müşahidələr, həyata keçirilən tədbirlər də göstərir ki, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dia-
loqa artıq öz töhfəsini verməkdədir. Mədəniyyətlərarası dialoq, əslində, elə bəşəriyyətin tarixi de-
məkdir. Bu baxımdan müasir mədəniyyət üçün dialoq daha aktual məsələdir.  
 
 
 
Xülasə 
 
Məqalədə Heydər Əliyevin multikultural dəyərlər kontekstində dəyişməz siyasi kursu tədqiq edilir. 
Bununla yanaşı, Azərbaycanın daxili və xarici siyasətində mədəni müxtəliflik, multikultural dəyərlər və tole-
rantlıq təhlil  edilir. Daha sonra məqalədə davamlı, sabit inkişafın əsası kimi Azərbaycanda multikulturaliz-
min yeni mərhələsi, sivilizasiyalararası dialoq və mədəniyyətlərarası münasibətlər diqqətdən keçirilir. 
 
Резюме 
 
В  статье  исследуется  устойчивый  курс  Гейдара  Алиева  в  контексте  мультикультуральных 
ценностей. Наряду с этим, анализируется культурное разнообразие, мультикультуральные ценности и 
толерантность  во  внутренней  и  внешней  политике  Азербайджана.  В  статье  также  рассматриваются 
как основа устойчивого развития новый этап мультикультурализма, межцивилизационный диалог и 
межкультурные отношения в Азербайджане.  
 
Summary 
 
The article explores continued political course of Haydar Aliyev in the context of multicultural values. 
At the same time, the cultural diversity in internal and external policy of Azerbaijan, multicultural and 
tolerant values have been investigated. The new phase of Azerbaijani multiculturalism, dialogue among 
civilizations and cultures is analyzed on the basis of sustainable development.  
 
 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə