Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə104/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   96   97   98   99   100   101   102   103   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
229 
Резюме 
 
Культурный  ландшафт  Лагича  включает  в  себе  язык,  традиции  народных  ремесел  и  быт 
местного  населения.  Здесь  можно  увидеть  культурное  наследие  Азербайджана,  Турции  и  Ирана.  В 
этой статье исследуется проблема потери ценностей связанных разделением чувств радости и печали 
между людьми на протяжении важных событий повседневной жизни.  
 
 
Literature: 
 
1.Aliev D. Personal correspondence, Lahij, 2016. 
2.Boyce M. Zoroastrians. Their Religious Beliefs and Practices, London, New York, Routlege, 1987. 
3.Boyce M. Zoroastrianism It’s Antiquity and Constant Vigour. Costa Mesa CA and New York: 
Mazda Publishers, Bibliotheca Persica, 1992.  
4.Bunyadov T. Azerbaycan Etnoqrafiyasi, vols.1-3 [The Ethnography of Azerbaijan], Baku: Sherq-
Qerb, 2007.  
5.Clifton J.M. Studies of Languages of Azerbaijan, Vol.2. North Eurasia Group SIL International and 
Institute of International Relations Academy of Sciences of Azerbaijan, St Petersburg and Baku, 2002. 
6.Suleymanov M. Azerbaycan Diyari Lahic, [Lahij Frontier of Azerbaijan], Baku: Bilik, 1995. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
230 
Şakir Albalıyev, filologiya üzrə fəlsəfə doktoru, dosent  
AMEA Folklor İnstitutu, aparıcı elmi işçi 
Azərbaycan, Bakı 
 
NOVRUZ BAYRAMI TOLERANTLIQ ÖRNƏYİ KİMİ 
 
Açar sözlər: Novruz, multikultural, sivilizasiya, din, irq 
Ключевые слова: Новруз, мультикультуральный, цивилизация, религия, раса 
Key words: Novruz, multicultural, civilization, religion, race 
 
Tədqiqatçı Niyaz Niftiyev “Azərbaycanda birgəyaşayış və multikulturalizm” əsərində yazır: 
“Azərbaycan müxtəlif etnik və dini qurumların  ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı 
üzərində qurulmuş  və  həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. 
Tarixən Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq 
milli mentalitetimizə xas olmuşdur. Yüzilliklər boyunca Azərbaycanda dünya dinləri və millətləri 
sülh və əmin-amanlıq şəraitində dinc-yanaşı fəaliyyət göstərmişlər” (s.14).  
Burada tolerantlıq amilini ölkəmizdə aparılan milli dövlət siyasəti ilə  əlaqələndirən müəllif 
eyni zamanda tolerantlığı haqlı olaraq milli mentalitetimizin xarakterik əlaməti ilə də bağlayır. Doğ-
rudan da, geniş qəlbə, saf təbiətə malik olan Azərbaycan xalqı yaranışından özgəsinə qarşı da, doğ-
masına, yadına qarşı da, qonşusuna qarşı da doğma və mehriban münasibətdə olmuş, özü ilə özgələ-
ri arasında dini və irqi ayrı-seçkiliklərə görə nifaq salmamış, əksinə insani meyarları üstün tutmaqla 
humanist prinsiplər əsasında dostluq, qardaşlıq ittifaqına girmişdir. Elə bunun da nəticəsidir ki, ta 
əzəldən Azərbaycan torpağında tolerant bir mühit hakim olmuş və bu sağlam ab-hava bütün dövr-
lərdə olduğu kimi, müasir zəmanəmizdə də xalqımızın mənəvi ruhunun tələbi və istəyi kimi döv-
lətimiz tərəfindən qorunmuş  və müdafiə edilmişdir. 2016-cı ilin ölkə prezidenti İlham  Əliyev cə-
nabları tərəfindən “Multikulturalizm ili” elan olunması isə məhz mental dəyərlərimizin və dövlətçi-
lik siyasətinin həmrəyliyinin bariz ifadəsidir. 
Xalqımızın tolerantlıq ruhunun ifadəçisi kimi sonsuz sayda etnik-psixoloji amillərdən doğan 
mənəvi dəyərlərimizi misal gətirmək olar. Xalqımızın özü ilə yaşıd olan Novruz bayramımızın 
özündə də biz tolerantlıq ənənəsinin əski çağlardan çağdaş dövrümüzədək özünü yaşatdığının əyani 
şahidiyik. 
“Azərbaycan türkləri çox əzəli çağlardan  əcdadlarının yaranış  və törənişi,  əski maldar və 
əkinçilik görüşləri, zaman və fəsil anlayışları, bolluq və firavanlıq istəkləri ilə bağlı silsilə bayram-
lar yaratmışdır. Bu bayramları zaman keçdikcə daha əzəli ayin, etiqad, ənənə və mərasimlərlə, oyun 
və nəğmələrlə, yallı və rəqslərlə bəzəyib tarixin yaddaşına həkk etmişdir. Yüzilliklər dolabında tür-
kün vətən və torpaq uğrunda cəngavərlik savaşlarında bu bayramların şirin nəğməsinin bəndi unu-
dulanı da, rəngi solanı da, nəqşi pozulanı da olmuşdur. Lakin xalq bu bayramları unutmamış, zaman 
keçdikcə daha çoşqun bir yaradıcılıqla nəğməsinin pozulmuş ahəngini, sözünün unudulmuş bəndini 
cilalamış, onu mənəvi varlığının daha qüdrətli rəqsi, yallısı, oyunu, tamaşası ilə bəzəmişdir. 
Türkün bayramları bayramdan-bayrama təzələnmiş, zinətlənmiş, daha geniş torpaqlara, ulusla-
ra, ölkələrə yayılmışdır. Türkün bayramına gələn qonşu ellər onun min bir adət-ənənəsini, mərasimi-
nin özü ilə aparmış, türkün bayramının öz elində öz bayramı kimi qoruyub saxlamış və onu böyük 
təntənə və toy-büsatla keçirmişdir. Türkün belə böyük, ulu bayramlarından biri də hər il köhnə təq-
vimlə fərvərdin ayının 7-8-9-da, yeni təqvimlə mart ayının 20-21-22-də keçirilən Novruz bayramıdır”. 
Mərhum folklorşünas Azad Nəbiyevin bu fikirləri çox böyük mətləblərə işarə vurur. Türkün 
bayramının, adət-ənənə və  mərasiminin qonşu ölkələrə aparılıb, orada onların öz bayramları kimi 
qorunub, böyük təntənə ilə keçirilməsi amili türk təfəkkürünün, türk mədəniyyətinin dünyadakı do-
minantlığı ilə izah olunmalıdır. Bəs bu dominantlıq hansı münasibətlə təzahür edir? Hər şeydən əv-
vəl, bu, türklərin bütün dünyaya mədəniyyət yayıcıları kimi yüksək nüfuzunun göstəricisidir. Bəli, 
türklər ta əski çağlardan bəşəriyyətə mədəni-mənəvi miraslar bəxş ediblər. Onların biri də yuxarıda 
Azad müəllimin də fikirlərində ifadə olunduğu kimi, Novruz bayramıdır. Novruz bayramı bir mədə-
niyyət hadisəsi kimi öz təsirini təkcə türk-islam dünyasında yox, digər dinlərdə  və millətlərdə  də 
göstərmişdir.  


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
231 
“Yəhudilərin “Pesah” dedikləri, xristianların “Pasxa” bayramı da mənşəyi baxımdan insanın 
təbiətə inandıqları dövrün dünyəvi yaz bayramının davamından ibarətdir. Novruz yeni il bayramı 
kimi qeyd olunur və Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsa-
nələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir. 
İslama görə, Novruz bayramı Həzrəti Əlinin doğum, taxta çıxdığı və Fatimə ilə evləndiyi gün 
hesab edilir. Lakin bu bayram eyni zamanda Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, 
Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin ba-
lığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür və s. Bu isə o de-
məkdir ki, Novruz bayramı özü VII əsrdə yox, daha qədimdə yaradılmışdır.  
Novruz - “yeni gün”, yeni ilin birinci günü deməkdir. Azərbaycanda yeni ilin Novruz adı ilə 
qeyd edilməsinin çox qədim tarixi vardır. E.Ə. VI əsrə aid olan qədim ədəbi abidə “Avesta”da ilin 
yeni günündə, Novruz bayramında təbiətin oyanması təsvir olunur” (s.46-47). 
Fikir verin, yəhudilərin “Pesah” bayramı, xristianların “Pasxa” bayramı öz mənşəyini Novruz 
bayramından götürür. Bu isə bilavasitə onu göstərir ki, bizim Novruz bayramımız professor Azad 
Nəbiyevin də təbirincə desək, “daha geniş torpaqlara, uluslara, ölkələrə yayılmışdır”, bunun da bir 
təzahürü bir milli hadisə qismində yəhudi mədəniyyətində “Pesah” bayramında, digər təzahürü isə 
dini zəmində xristian dünyasındakı “Pasxa” bayramı ilə müşayiət olunur. Demək, Novruz bayramı 
həm millətləri, xalqları  həmrəylik duyğuları altında birləşdirən, həm də dinləri bir-birilərinə 
yaxınlaşdıran-qovuşduran tolerantlıq örnəyi kimi bütün dünyada özünün iradəsini- mənəvi gücünü 
nümayiş etdirir. Novruz bayramı o dərəcədə cahanşümul əhəmiyyətə malikdir ki, onu bütün dinlər 
və dünyagörüşləri müxtəlif tərzlərdə özününküləşdirmə istəyində olmuşdur. Əgər İslam dünyasında 
Novruz bayramı  Həzrəti  Əlinin qırmızı geyinib taxta çıxdığı günlə, yaxud Həzrəti Məhəmmədə 
peyğəmbərliyin verildiyi günlə əlaqələndirilirsə və hətta bu münasibətlə Novruz bayramında İslam 
dünyasının haram buyurduğu içkinin içilməsi yasaq olunursa, bu, Novruzun təkcə türk dünyasında 
yox, həm də türk-islam dünyasında, bütövlükdə  Şərq aləmində yayıldığını  və insanları milli-dini 
birliyə - dünyadakı sabit əhval-ruhiyyəni, sülhü qoruyub saxlamağa xidmət edən Bayram olduğunu 
bir daha təsdiqləməkdədir. Eyni zamanda əgər Novruz bayramı, ümumiyyətlə, Adəm peyğəmbərin 
yaradılıb-xəlq olunduğu gün kimi düşünülürsə, bu fikir, bu ideya özü də birbaşa mifik-fəlsəfi-dini 
düşüncədə bütün bəşəriyyətin vahid babası sayılan Adəmin dünyaya gəldiyi gün kimi müqəddəs he-
sab olunur. Bu düşüncə özü də Novruz bayramının dinindən-dünyagörüşündən, irqindən-milliyyə-
tindən asılı olmayaraq, tolerantlıq missiyası daşıyıcısı olduğundan xəbər verir, Novruz bayramının 
bütün dünya əhalisini bir müqəddəs bayraq altında – mərasim hadisəsi ətrafında birləşdirdiyini isbat 
edir. Novruz bayramının dinindən, irqindən, milli mənsubluğundan asılı olmayaraq qeyd edilməsi 
amili də məhz onun bu cür tolerantlıq əhval-ruhiyyəsini özündə əks etdirməsi səbəbi ilə izah olun-
malıdır. Novruzun “Avesta”da öz əksini tapması da, orada onun astronomik hadisə kimi ilin yeni 
günü – təzə ilin başlanması günü kimi, təbiətin oyanış hadisəsi kimi qəbul olunması faktı isə bir tə-
rəfdən Novruzun dünyəvi mahiyyətinə işıq salırsa, o biri tərəfdən isə həm də Novruzun zərdüştlərin 
dini abidəsi olan “Avesta”dakı dini nüfuza malik yüksək mövqeyini göstərməkdədir. Yəni dini ki-
tabda- mənəvi-ədəbi abidədə müqəddəsləşdirilən Novruz bayramı dünyəvi əhəmiyyətli gün kimi də 
yüksək tutulmuşdur. 
Novruzun Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün kimi, yaxud Nuh peyğəmbərin 
gəmisinin quruya çıxıb qayaya toxunduğu gün kimi və s. hesab edilməsi düşüncəsi də Novruzun bir 
mərasim – bayram hadisəsi olmaqla tolerantlıq səciyyəsi daşıdığının göstəricisidir. Belə ki, Yunus 
peyğəmbər, eləcə də bütün digər peyğəmbərlər də hamısı bütün dinlər tərəfindən birmənalı şəkildə 
müqəddəs sayılır. Bu isə özlüyündə həm də o mənaya gəlir ki, peyğəmbərlər hər bir din daşıyıcısı 
tərəfindən qəbul oldunduğu kimi, Novruz bayramı da mərasimi akt olmaqla dini tolerantlıq baxı-
mından xüsusi əhəmiyyətə malikdir. Bu, həmçinin onunla izah olunmalıdır ki, hər bir peyğəmbər 
Allah elçisi olmaqla, öz üzərində bəşəri əhəmiyyətli bir missiya daşımaq üçün fəaliyyət göstərir, bu 
mənada peyğəmbərlərin həyatı bütün dünya insanları və bütün din mənsubları üçün bir əvəzolun-
maz insanlıq örnəyidir. Əgər Yunus peyğəmbərin balığın qarnından çıxması bir peyğəmbərin nicatı, 
dünyaya gəlişini və insanlara özü ilə bir sevinc gətirəcəyini səciyyələndirirsə, demək, həmin gün 
hesab olunan Novruz bayramı da dini baxımdan böyük məhəbbət və ehtiramın mücəssəməsi hesab 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
232 
olunur ki, bu da öz növbəsində insanlara dini tolerantlıq hissi nümayiş etdirməyə əsaslı stimul verir. 
Yəni Novruz bayramının tolerantlıq örnəyi kimi qarşılanmasının özəyində dini-mifoloji-fəlsəfi 
amillər dayanır. 
Nuh peyğəmbərin gəmisinin dəryadan xilas olub quruya çıxdığı günə bağlanması düşüncəsi 
də Novruz bayramının xilasedici bir gün kimi insanlar arasında bayram edilməsi anlamına gəlir. 
Başqa sözlə, yeni gün anlamı verən Novruz bayramının mahiyyəti bəşəriyyətə, insanlığa xidmət 
məqamı ilə üst-üstə düşür. Özgə cür ifadə eləsək, Novruzun dünya xalqları və dünya dinləri arasın-
da böyük sevgi ilə qarşılanmasının əsas səbəbləri bir tərəfdən dini məzmuna oturdulub hansısa bir 
peyğəmbərin, yaxud dini hadisənin adı ilə izah olunmasındadırsa, digər tərəfdən də Novruzun ma-
hiyyətinin insanlara xilaskarlıq, firavan yaşayış bəxş etmək kimi mühüm funksiya daşımasında ax-
tarılmalıdır. Çünki sadəcə dini baxımdan Nuh peyğəmbərlə əlaqələndirilməsinə görə yox, bu bay-
ram həm də insanların Dünya tufanından xilas olunduğu günlə əlaqələndirilməsinə görə müqəddəs 
sayılır. Eləcə də dini nöqteyi- nəzərdən Adəm peyğəmbərin xəlq olunduğu bir müqəddəs gün kimi 
qələmə verilən Novruz bayramı bununla həm də dünyaya bəni-adəm övladının, yəni insanların bəxş 
olunduğu mübarək gün kimi dünyəvi düşüncədə özünə yer alır. Elə bu mənada simvolik bir həqiqət 
də vardır. Belə ki, Novruz bayramının yaşı elə bəşəriyyətin yaşı qədər qədimdir. Ona görə ki, Nov-
ruzu bir bayram kimi bəşər təfəkkürü yaradıb, formalaşdırmışdırsa, demək, onun bir bayram kimi – 
mübarək gün kimi Adəm peyğəmbərin xəlq olunduğu günlə  əlaqələndirilməsində  də bir fəlsəfi 
məntiq özünü göstərir. Yəni Adəm peyğəmbər – adəmlərin, bəni-insanların peyğəmbəri-bilicisi 
olub, yetkin təfəkkür sahibi olan bəşər nəslini özlüyündə simvollaşdırırsa, deməli, bu yetkin şüur 
səviyyəsinə malik bəşər nəslinin də özü ilə bərabər Novruz kimi cahanşümul əhəmiyyətli, bəşəri də-
yərli bir bayramı yaratması təbii idi və bu iki amilin üst-üstə düşməsi də, eyni günə təsadüf etməsi 
də təsadüf yox, elə məntiqi zərurətin məhsulu idi.  
Tədqiqatçı  Kəmalə Osmanovanın dedikləri bu məqamda öz yerinə düşür ki, “Novruzun 
əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan 
bəzilərinə dini mahiyyət qazandırılır və beləliklə  də  əski mərasim mədəniyyəti ilə dini adətlər 
birləşmiş olur” (s.46).  
Bax beləcə, əski mərasim mədəniyyəti olan Novruz bayramı da dini adətlərlə - dini dünyagö-
rüşü ilə qovuşub, iç-içə girmiş və nəticədə dünyəvi dəyərlərlə dini dəyərlərin birliyi kimi xalqlar, 
millətlər, dinlər arasında dostluğun, həmrəyliyin ifadəçisinə çevrilmişdir. 
Doğrudan da, tədqiqatçı K.Osmanovanın xatırlatdığı kimi “Xristianlar və Musəvilər 20-25 de-
kabrdan romalıların Günəşin dönümü kimi qeyd etdikləri əski “saturnalı” bayramı, miladi təqvimin 
IV əsrində “Mövludi-İsa” bayramı kimi xristianlar tərəfindən qeyd edilməsi” kimi hallar eyni ilə bi-
zim Novruz bayramına da müncər edilə bilər. Dünyəvi bayram kimi meydana çıxmış, əski xalq mə-
rasimlərimizin əks-sədası kimi dünyaya yayılmış Novruz bayramı müxtəlif dini görüşlərlə də çar-
pazlaşmış və sülhün, multikultural dəyərlərin və dini tolerantlığın bariz örnəyinə çevrilmişdir. 
Novruz bayramının “Yaran suvar” (Bahar bayramı) adı ilə ləzgilər tərəfindən də qeyd edilmə-
sindən danışan mərhum ləzgi yazarı Əfruz xanım Rəhimova “Ləzgilərin bahar bayramı” adlı yazı-
sında göstərir ki, “Bahar bayramı ləzgicə “Yaran suvar” adlanır. “Yar”- bahar, “suvar” isə bayram 
deməkdir. Ləzgilərin qədim çoxallahlılıq dinində “Yar" həm də münbitlik tanrısıdır. 
Bayramın azuqəsi hələ payızda məhsul yığımından dərhal sonra ayrılardı. Hər ərzağın saxlan-
ması üçün qab və xüsusi şərait olardı. Bəzi ərzaqlar “kandu”da (ərzaq saxlanan taxta qab, əsasən un 
üçün nəzərdə tutulur), taxta çəlləklərdə, bəzi ərzaqlar isə yerdə quyu qazılaraq “fur”da (taxıl, kartof 
qoyulmaq üçün qazılan yer), alma isə ayıdöşəyi döşənmiş zirzəmidə, qarpız, armud ot tayasının 
içində saxlanardı. Uzun müddət saxlanması mümkün olmayan meyvələr isə təndirdə xüsusi qablar-
da, “kalal”da (palçıqdan hazırlanan oval qab) qurudulardı. Məxsusi olaraq bahar bayramı üçün ay-
rılmış ərzaqlar “kandu”larda (taxtadan hazırlanmış qab) saxlanar, ağzı suvanar, küplər “xurx”la (kü-
pün ağzını bağlamaq üçün dəri parçası) möhkəm bağlanardı. Evdə hamı bilirdi ki, bunlar ancaq ba-
har bayramı  ərəfəsində açılacaq. Ehtiyat ətin xüsusi şəraitdə qurudulub “kaxaj” (qaxac) şəklində 
saxlanması üstün tutulardı” (bax: “Azərbaycan – Elmi iş” (aylıq beynəlxalq elmi-nəzəri jurnal), 
№1 (38), xüsusi buraxılış. Bakı, 2015, s.31-32). 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
233 
Burada bir-iki incə məqamın üstündə dayanmaq istəyirəm. Birincisi, burada Novruz bayramı 
adı ilə təqdim olunan “Yaran suvar”- Bahar bayramı adındakı “yar”- bahar ifadəsinin həm də qə-
dimdə ləzgilərdə münbitlik tanrısı olması dolayısı ilə də olsa, bayramın dini görüşlərlə bağlanılma-
sına işarə edir. Bu da, yuxarıda da qeyd olunduğu kimi, əski mərasimlə dini adətlərin birləşməsini 
burada da göstərir. Bu isə təbiidir, çünki mifik görüşlərlə səsləşən bu qədim xalq bayramına poli-
teizm dövrünün qədim inanclarının da qaynayıb-qovuşması və bununla ilahiləşdirilməsi labüd pro-
ses idi. Əslində, burada bir təbii qanunauyğunluq da özünü göstərir. Belə ki, əski çağlarda insanla-
rın mifik görüşləri ilə dini inancları bir-birləri ilə qovuşuq – sintez halında idi. Novruzun mahiyyə-
tində münbitlik- artım tanrısının dini-mifik səciyyədə iştirakı bir-birlərini inkar yox, tamamlayan, 
təsdiqləyən amillər kimi çıxış edirlər. Bu məsələ də Novruzun dini- tolerantlıq mücəssəməsi kimi 
özünü göstərməsini şərtləndirən hallardan hesab olunmalıdır. 
O ki, qaldı ləzgilərdə bayram azuqəsini hazırlamağa payız mövsümündən başlanması amilinə, 
bu fakt özü isə dolayısı ilə də olsa, Novruzun təkcə bir fəsillə- yaz, bahar fəsli ilə məhdudlaşmadığını, 
Novruzun mövsümi sərhədlərinin payızı da, qışı da əhatə etdiyini göstərməkdədir. Bundan başqa, 
Novruz bayramına tədarük üçün görülən ərzağın saxlandığı qabın ləzgicə “kandu” adlanmasına, ya-
xud qurudulmuş ətin ləzgicə “kaxaj” (qaxac) adlanmasına, bu sözlər də qədim türk- Azərbaycan söz-
ləri olub, Novruz bayramının özü kimi, Azərbaycan dilindən və  mədəniyyətindən başqa xalqlara 
kompleks halında transformasiya olunmasını göstərir. Belə ki, Cəbrayıl rayonunun Dağ Tumas kən-
dindən olan yazıçı-publisist Nazir Çərkəzoğlunun “Gəyən düzü” romanında da belə bir cümləyə rast 
gəlirik: “Kəndlilər əməkgününə düşən taxılı kəndilərə, çuvallara, bardanlara doldurub qışa ehtiyat gö-
rürdülər” (“Xudafərin” qəzeti, № 3-4 (6765-6766). 21 mart 2016-cı il). Buradakı “kəndi” ifadəsi ilə 
ləzgicə işlənən “kandu” sözü, eləcə də ət qurusu olan “qaxac” sözü ilə “kaxaj” sözü eyni ifadələrin fo-
netik variantlarıdır. Bütün bu kimi dil faktları bir daha onu göstərir ki, mövsüm mərasimi olan Novruz 
adət-ənənələrimiz başqa xalqların həyatına, məişətinə daxil olduğu kimi digər onunla bağlı olan 
məişət avadanlıqlarımızın da adları tərcüməsiz-filansız həmin xalqların danışıq dilinə daxil olmuşdur. 
Professor Cəlal Qasımov Novruz bayramının dini baxışlarla qaynayıb-qarışmasından danışa-
raq göstərir ki, “Qədim Novruz ritual-mifoloji kompleksi daha sonralar müxtəlif dinlərə nüfuz et-
miş, fərqli dini-ideoloji baxışlara qarışmışdır. Belə hesab edirik ki, Novruz bayramı tarixən mövcud 
olduğu transmilli məkan-zaman sistemində, əsasən, bir çox əhəmiyyətli mifoloji-dini, dini-ideoloji 
baxışların, dünyagörüşü sistemlərinin içərisindən keçmişdir” (səh.117).  
Məsələyə bu cür geniş rakursdan baxan alim daha sonra fikirlərini tezis şəklinə salıb, 
ümumiləşdirmə aparmaqla, belə bir sistemə salır:  
“Müasir dünyada kəmiyyət və  məzmun göstəricilərinə görə son dərəcə  zəngin semantik 
struktura malik olan Azərbaycan Novruz bayramının simvolikasını, atributlar sistemini aşağıdakı 
mifoloji, dini sistemlərdə və dini-mifoloji dünyagörüşlərində axtarmaq məqsədəuyğundur: 
1.
 
Şamanizmin (şamançılıq dini, şaman mifoloji təsəvvürlər sisteminin) nümunəsində  əski 
türk mifoloji animistik dünyagörüşündə; 
2.
 
Əsas göstəricilər səviyyəsindən monoteist din səviyyəsinə qalxmış və Avropa tədqiqatçıları-
nın “tanrıçılıq” (“tenqrianstvo”) adlandırdıqları dinin nümunəsində türk dini-milli dünyagörüşündə; 
3.
 
Semantik mahiyyətinə görə politeizmə dayanan zərdüştiliyin nümunəsində əski Azərbay-
can və İran ərazisində yaşayan etnosların qədim mifoloji-dini dünyagörüşündə; 
4.
 
Peyğəmbəri (vəhy daşıyıcısı) Musa (ə.) olan yəhudiliyin nümunəsində bu dini qəbul etmiş 
xəzər türklərinin dini-mifoloji dünyagörüşündə; 
5.
 
Peyğəmbəri (vəhy daşıyıcısı) İsa (ə.) olan xristian dininin nümunəsində bu dini qəbul etmiş 
türk xalqlarının dünyagörüşündə; 
6.
 
Peyğəmbəri (vəhy daşıyıcısı) Məhəmməd (s.) olan İslam dininin nümunəsində Azərbaycan 
və başqa müsəlman türk xalqlarının dini dünyagörüşündə” (səh.118). 
Görkəmli alim Cəlal Qasımovun bu müddəalarından da bir daha açıq şəkildə Novruz bayra-
mının dini tolerantlıq örnəyi olduğu aydın görünür. Əlbəttə, bu tolerantlıq Novruz bayramının bəşə-
ri məzmun kəsb edən yüksək mənəvi ölçüləri özündə daşıması ilə əlamətdardır.  
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
234 
Xülasə 
 
Məqalədə türk dünyasının bəşəri əhəmiyyətli bayramı olan Novruz bayramından, onun multikultural 
dəyərlərindən danışılır. Eyni zamanda təkcə dünyanın mədəni sivilizasiyalarını ənənə baxımından birləşdirən 
bayram kimi yox, həmçinin müxtəlif dinlərin, irqlərin ortaq bayramı kimi də qeyd edilir. Məqalədə 
göstərilənlər  əyani faktlar əsasında, ayrı-ayrı dinlərə  və irqlərə  mənsub olan xalqların adət-ənənələri, 
mərasimləri kontekstində nəzərdən keçirilir. 
 
Резюме 
 
В  статье  рассказывается  о  празднике  Новруз  имеющей  национальное  значение  во  всем  тюрк-
ском мире, и о его мультикультуральных ценностях. А так же этот праздник отмечается не только с 
точки  зрения  традиций  объединяющих  цивилизацию  мировой  культуры,  но  и  как  общий  праздник 
различных религий и рас. В данной статье на основе убедительных фактов рассматриваются обряды, 
обычаи и традиции народностей, относящихся отдельным религиям и расам. 
 
Summary 
 
In the article it is said about the Novruz holiday which is the very important in Turk world and its 
multicultural values. At the same time it is celebrated not only as the holiday connecting the cultural 
civilizations of the world due to the tradition, but also as the common holiday of the different religions and 
races. In the article the traditions, ceremonies belonging to the different religions and races are looked 
through on the base of facts.  
 
Ədəbiyyat: 
 
1) Niyaz Niftiyev. Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı - 2015 
2) Kəmalə Osmanova. Xalq mərasimləri və nəğmələri. Bakı-“Elm və təhsil”-2014 
3) Azərbaycan – Elmi iş (aylıq beynəlxalq elmi-nəzəri jurnal), №1 (38), xüsusi buraxılış. Bakı, 2015 
4) “Xudafərin” qəzeti, № 3-4 (6765-6766), 21 mart 2016-cı il 
5) Cəlal Qasımov. Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi. Bakı-“Nurlan”-2011 
6) Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı (dərslik). Bakı-“Turan” nəşrlər evi-2002 
 
 
 
 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə