Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə99/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   96   97   98   99   100   101   102   103   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
213 
 
Sənəd 1.  
 
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
214 
 
Sənəd 2. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
215 
Sənəd 3. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
216 
Sənəd 4. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
217 
Sənəd 5. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
218 
Sənəd 6. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
219 
 
Vidadi Rzayev  
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  
 Ölkədaxili layihələr sektorunun baş mütəxəssisi 
 rzayev1956@bk.ru 
 
 
İSLAM VƏ MÜASİRLİK 
 
Açar sözlər: din,sivilizasiya, sekulyarizm, radikalizm, islam 
Ключевые слова: религии, цивилизации, секуляризм, радикализм, Ислам 
Key words: religion, civilization, secularism, radical, Islam 
 
Bəşəriyyət yarandığı və özünü tanıdığı dövrlərdən başlayaraq tarixə müxtəlif dinlər, təriqətlər 
bəxş etmiş, insanlıq tarixi sosial-ictimai əsaslara dayansa da, dinlər, teoloji baxışlar mübarizəsindən 
ibarət olmuş, son orta əsrlər də daxil olmaqla istər Şərq, istərsə də Qərb sivilizasiyaları tarixində, 
demək olar ki, bütün hərəkat, cərəyan və çevrilişlər ya dini zəmində, ya da dini bayraq altında həya-
ta keçirilmişdir. Bir sözlə, din uzun əsrlər boyu bəşəriyyətin ictimai-siyasi həyatının ayrılmaz 
hissəsi olmuşdur. 
Fransa Burjua İnqilabı ilə başlayan və getdikcə daha çox ölkələri təsiri altına salan sekulya-
rizm (dinin dövlətdən ayrılması) ideyası 300 ilə yaxın bir dövrdə dini bəşəriyyətin siyasi və ictimai 
həyatından çıxarmağa çalışaraq buna müəyyən qədər nail olsa da, öz missiyasını başa çatdıra bilmə-
miş və hazırki mərhələdə, hətta mövqelərindən geri çəkilməyə başlamışdır. 
Həqiqətən də, bu gün din Qərbdən tutmuş  Şərqədək bütün meridianlarda getdikcə  ən təsirli 
amillərdən birinə çevrilməkdədir. Avropada xristian-demokrat partiyalarının hakimiyyətə gəlməsi, 
Amerikada yüzlərlə yeni sektaların yaranması, Asiyada milli dirçəliş  hərəkatlarının dini zəmində 
aparılması ilə xarakterizə olunan bu qayıdış  ən böyük “dinsiz imperiya”nın SSRİ  və sosialist 
ölkələri blokunun süqutu ilə nəticələnmişdir. 
Tarix sübut edir ki, dünya dinləri arasında islam dini qədər qısa zaman kəsiyində güclü təsirə 
malik olmaqla daha geniş əraziləri əhatə edən digər bir din olmamışdır. Dünyanın müsəlman əhali-
sinin sayı 1975-ci ildə cəmi 500 milyon nəfər idisə, bu gün bu rəqəm 1,5 milyardı ötmüşdür. Qərbi 
Avropa tədqiqatçıları miqrasiya proseslərinin son dövrlərdə artması və təsiri nəticəsində çoxlu say-
da avropalının islamı qəbul etməsi nəticəsində 40 -50 ildən sonra bu bölgənin islam dini üçün başlı-
ca mərkəz olacağını həyəcanla proqnozlaşdırırlar. 
Lakin müsəlmanların sayca artmasına baxmayaraq, hələ əsl mənada yekdil, bütöv bir ümmət-
dən danışmaq mümkün deyildir. Bir tərəfdə radikal islamın hakim olduğu Əfqanıstan, Əlcəzair, Li-
viya, Yəmən, digər tərəfdə vətəndaş müharibəsini yaşayan Suriya, İraq və qonşu ölkələrdə dini zə-
mində baş verən münaqişələr, yüz minlərlə insanın toqquşmalar nəticəsində öz yurdlarını tərk et-
mək məcburiyyətində qalması müasir islamın yaşadığı ağır mərhələni təşkil edir. Radikal islamçılıq 
və ya “islam fundamentalizmi” artıq dünyanın ən təhlükəli probleminə çevrilmişdir. Təəssüflə qeyd 
etmək lazımdır ki, ən acı və qlobal konfliktlərin səbəbkarı kimi bu gün Qərb mətbuatında islam fun-
damentalizmi önə çəkilir. Əslində baş verən münaqişələr, toqquşmalar və terror dalğasını körüklə-
yən qüvvələr elə məhz Qərbin xüsusi orqanları tərəfindən yaradılmış, maliyyələşdirilmiş dırnaqara-
sı islamçı təşkilat və qruplardır. Belə radikal dini cərəyanlardan olan “vəhhabilik” hələ XVIII əsrin 
ortalarında Britaniya xüsusi xidmət orqanları tərəfindən yaradılmışdır. Tam əminliklə demək müm-
kündür ki, bu cərəyan İslamı və müsəlmanları mədəni dünyanın gözündən salmaq, müsəlman əhali-
nin yaşadığı ərazilərdə qarşıdurmalar yaratmaq, Qərbin geopolitik maraqları baxımından faydalan-
maq məqsədi ilə yaradılmış uzunmüddətli bir siyasi proyektdir. Bu proyektin davamı olaraq Qərbin 
dəstəyi ilə isə son onilliklərdə “Əl-Kaidə”, “Boko –həram”, İŞİD kimi digər terrorçu dini cərəyanla-
rın yaradılmasına rəvac verilmişdir. 
Əslində, özü-özlüyündə islam radikalizmdən çox uzaq olan bir dindir. Bu gün Qərb mətbua-
tında təbliğ edilənlərin tam əksinə olaraq, islam digər dinlərdən də artıq mərhəmətə, rəhmdilliyə, 
bağışlamağa, nəvazişə çağıran ideologiyaya əsaslanır.  İslamın müqəddəs kitabı olan “Qurani-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
220 
Kərim” nahaq yerə  Rəhman və  Rəhim olan Allahın adı ilə başlamır və bu ad sonralar dəfələrlə 
təkrarlanır.  İslam Peyğəmbərindən bəhs edən yüzlərlə  hədis insanların bir-birilərini bağışlamağı, 
rəhm etməyi tövsiyə edir. 
Bununla belə, islam eyni zamanda acizliyi, zülmə boyun əyməyi və dini inanca təzyiqi 
sükutla qarşılamağı da qətiyyətlə pisləyir.  İslam mahiyyət etibari ilə radikallıqdan çox-çox uzaq 
olduğu halda, özünə qarşı təzyiqlərə də son dərəcə həssaslıqla reaksiya göstərir. Tarixi faktlar sübut 
edir ki, islam radikallığı əslində antiislam radikallığına qarşı cavab addımı olmuşdur. 
Etiraf edilməlidir ki, bu gün islam düşüncəsi müəyyən mənada böhran yaşayır. İslam dininə 
itaət edənlər arasında məzmundan daha çox formaya diqqət edənlərin sayı artmışdır ki, bu da isla-
mın mahiyyətinə zərəz verir. İslam peyğəmbəri səhabələri arasında tez-tez təkrarlayardı ki, “Mən 
gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”. Əslində “Qurani-Kərim” bir əxlaq, ədəb-ərkan ko-
deksi olmaqdan daha çox yüksək ideyalar mənbəyidir. Bunun nəticəsidir ki, İslam dini əsrlər boyu 
bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer yutmasını təmin et-
mişdir. İslam dini insanları həmişə saflığa, təmizliyə, şəfqətə, ülvi mənəviyyata dəvət etmişdir. 
Söz yox ki, müasir dünyanın  ən aktual problemlərindən biri də din və dövlət münasibətləri 
məsələsidir. Bu məsələ son onilliklərdə çoxsaylı regional və beynəlxalq konfrans, diskussiya, fo-
rum, görüş, parlament iclaslarının mövzularına çevrilmiş, mübahisə, hətta münaqişə səbəbi də ol-
muşdur. Azərbaycan dünyada az ölkələrdən sayıla bilər ki, din və dövlət münasibətləri demokratik 
və sivil həll edilmiş olsun. 
Hazırda Azərbaycanda yaşayan əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil etdiyi halda, 
burada digər dinlərin nümayəndələri də tam sərbəst və azad yaşayırlar. Digər dinlərin nümayəndələ-
rinin öz dini ayinlərini sərbəst icra etmələri üçün tam şərait yaradılmışdır. Azərbaycan hüquqi, de-
mokratik, dünyəvi və unitar dövlət kimi dünya birliyində layiqli yer tutmaqla dövlət-din münasibət-
lətini qanunçuluq əsasında qurur və dövlət dini inancların sağlam məcrada inkişafı üçün hər cür 
dəstək göstərir. Dini bilgiləri xurafat və nadanlıqdan qorumaq üçün dövlət tərəfindən dini təhsilin 
inkişafına xüsusi önəm verilir. Elə bu məqsədlə 1991-ci ildən Bakı İslam Universiteti və 1992-ci il-
dən Bakı Dövlət Universitetində İlahiyyat fakültəsi açılmışdır. Sovetlər dönəmində Azərbaycanda 
cəmi 17 məscid fəaliyyət göstərdiyi halda bu gün onların sayı 2000-i ötmüşdür. 
Müasir dünyada dərinləşən sivilizasiyalararası toqquşmalar və ziddiyyətlər hər bir xalqın 
milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirib. 
İlk baxışda təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin mi-
nilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərə kölgə salır, onun etnik, irqi, dini və si-
yasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə  əvəzlənməsinə  rəvac verir. Milli özünəməx-
susluğu qorumaq instikti və yaxud bəhanəsi altında son nəticədə başqa dinlərə, hətta millətlərə mü-
nasibətdə dözümsüzlük halları artır. 
İctimai münasibətlər sisteminin sivil şəkildə tənzimlənməsi ilk növbədə insanların əks mədə-
niyyətlərə və dinlərə olan dözümlülük səviyyəsindən asılıdır. Təsadüfi deyil ki, son illər bir sıra iq-
tisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üs-
tünlük verilir. Respublikamız son illərdə Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşki-
latına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısına, Ümumdünya Mədəniyyətlərarası Dialoq 
Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə və digər beynəlxalq tədbirlərə uğurla ev sahib-
liyi etmişdir. 2017-ci ildə isə Bakı şəhəri İslam Ölkələri idman yarışına qonaqpərvərliyini göstərə-
cəkdir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan multikultural və tolerant ideyalar ətrafında 
intellektual müzakirələr məkanına çevrilir. 
Azərbaycanda mədəni müxtəlifliyin inkişafına xidmət edən və siyasi əsası Ümummilli lider 
Heydər  Əliyev tərəfindən qoyulan bu strateji xətt hazırda ölkə  rəhbəri  İlham  Əliyev tətəfindən 
uğurla davam etdirilir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən  İlham  Əliyevin 
müxtəlif xalqların mədəniyyətlərinin və dini inanclarının qorunması və inkişaf etdirilməsi ilə bağlı 
müdrik siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə