Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə100/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   96   97   98   99   100   101   102   103   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
221 
Xülasə 
 
Din uzun əsrlər boyu bəşəriyyətin ictimai – siyasi həyatının ayrılmaz hissəsi olmuşdur. Bu gün din 
Qərbdən tutmuş  Şərqədək bütün meridianlarda getdikcə  ən təsirli amillərdən birinə çevrilməkdədir.Tarix 
sübut edir ki, dünya dinləri arasında islam dini qədər qısa zaman kəsiyində güclü təsirə malik olmaqla daha 
geniş əraziləri əhatə edən digər bir din olmamışdır. 
 İslam radikalizmdən çox uzaq olan bir dindir. Bu gün İslam digər dinlərdən də artıq mərhəmətə, 
rəhmdilliyə, bağışlamağa, nəvazişə çağıran ideologiyaya əsaslanır. İslam peyğəmbərindən bəhs edən yüzlərlə 
hədis insanların bir-birilərini bağışlamağı, rəhm etməyi tövsiyə edir. 
 
Резюме 
  
Религия  многие  годы  являлась  неотъемлемой  частью  общественно-политической  жизни 
человечества. В настоящее время религия постепенно превращается в самые трепетные факторы во 
всех  меридианах,  с  Запада  на  Восток.  История  подтверждает,  что  между  мировыми  религиями  не 
существовало такой религии как Ислам, которая имея сильное влияние, за короткое время охватила 
бы широкие территории. 
Ислам является религией далекой от радикализма. В настоящее время Ислам основывается на 
идеологию призывающую к добродушию, милосердию, помилованию, ласке, нежели другие религии. 
Сотни  хадисов  рассказывающих  об  исламском  Пророке  призывают  людей  к  помилованию, 
состраданию друг к другу. 
 
Summary 
 
 The religion has been the main part of the social-political life of the humanity for centuries. Today the 
religion has been being one of the most effective factors in all meridians from the West to the East. The 
history proves that, there isn’t any religion among the world religions except Islam in a short time which has 
powerful effect surrounding the wide territories . 
The religion Islam differs from radicalism. Today Islam is based on the ideology of calling to caress, 
excused, charity and mercy more than other religions. Hundreds of hadithes about the prophet of Islam 
recommend to the humanity to forgive and to excuse one another. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
222 
Mahir Qəribov, tarix üzrə fəlsəfə doktoru 
İctimai Televiziyanın əməkdaşı 
Azərbaycan, Bakı 
 
 
QAFQAZDA MİLLİ MÜXTƏLİFLİYƏ QARŞI ERMƏNİ VANDALİZMİ 
 
Açar sözlər: sivilizasiya, Qafqaz, albanlar, etnik müxtəliflik, multikultural dəyərlər 
Ключевые слова: цивилизации, Кавказ, албанцы, этническое разнообразие, мультикультурные 
ценности 
Key words: civilization, the Caucasus, Albanians, ethnic variety, multicultural values 
 
Qədim tarixə, zəngin mədəniyyətə sahib olan Qafqaz bölgəsi dünya sivilizasiyasının ən qədim 
izlərini özündə yaşadır. Avrasiya materikində yerləşən bu diyar Azığ mağarası, Qobustan qaya rəsm-
ləri ilə bizə qədim əcdadlarımızdan xəbər verir. Antik dövrdə Azərbaycanın şimal vilayətlərində al-
ban, kaspi, sak, kadusi, qarqar, uti, qel, leq və digər tayfalar yaşayırdılar. Ölkənin ərazisi Kiçik Qaf-
qazdan və Arazın orta axarlarından Böyük Qafqaz dağlarının şimal-şərq qurtaracağına - Dərbəndə qə-
dər uzanırdı. Hələ I əsrdə Yunan coğrafiyaşünası Strabon özünün 17 cildlik “Coğrafiya” əsərində ya-
zırdı ki, “Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hər biri öz dilində danı-
şır.”
61
 Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan ərazisində bu tarixi ənənəvilik bu gün də 
davam etməkdədir. Müasir dövrdə ölkəmizin  şimal regionunda əlliyə yaxın azsaylı xalq və etnik 
qruplar yaşayır ki, onlar Azərbaycan dövlətinin qayğı və himayəsini daim üzərlərində hiss edirlər.  
  Təbii şəraiti, zəngin təbii ehtiyatlara malik olması səbəbi ilə daim böyük dövlətlərin maraq 
dairəsində olan Qafqazın qədim əhalisi haqqında antik müəlliflərdən Lucius Plutarx yazır ki, “Pom-
pey Qafqazda yaşayan xalqların  ərazisindən keçdi. Orada bu xalqlardan ən başlıcası Albanlar və 
İberlər idilər.”
62
 
Albanların Azərbaycanlıların soykökü, İberlərin isə gürcülərin əcdadı olduğunu nəzərə alsaq, 
belə bir sual ortaya çıxır. Bəs ermənilər harada yaşayırdılar? 
Bu suala erməni tarixçisi Baxşi İşxanyan 1916-cı ildə yazdığı “Naradnosti Kafkaza” əsərində 
cavab verir. “Ermənilərin həqiqi vətəni kiçik Asiyadadır, yəni Rusiya hüdudlarından kənardadır və 
ermənilər Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaşıblar.”
63
 
 XVII əsrin sonlarından etibarən Rusiyanın rəsmi dövlət siyasətinin  əsas istiqamətlərindən 
biri Cənubi Qafqazı ələ keçirmək və buranı Çar Rusiyasının cənub istinadgahına çevirmək idi. Bu 
məqsədlə İrandan və Osmanlı imperiyası ərazilərindən 400 minə qədər erməni XIX əsrin birinci ya-
rısında Azərbaycana köçürülərək İrəvan, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Mehri, Dərəlləyəz, 
Vedibasar bölgələrində yerləşdirildi. Rusiyanın bu köçürmə siyasəti, 1878-ci il Berlin müqaviləsi-
nin 61-ci maddəsinə uyğun olaraq Balkan xristianlarına verilən “milli müqəddəratını  təyin etmə 
hüquqlarını”nın ermənilərə  də aid edilməsiylə daha geniş vüsət aldı  və ermənilər bu vəziyyətdən 
sui-istifadə edərək öz məkrli niyyətlərini həyata keçirməyə başladılar.  
Erməni millətçilərinin öz planlarının həyata keçirilməsində erməni kilsəsinin fəaliyyəti olduq-
ca səciyyəvidir. Hələ 1808-ci ildə çar I Aleksandr ruslara kömək məqsədi ilə apardığı cəsusluq fəa-
liyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqqədəs Anna ordeni ilə təltif 
etmişdi. Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevski öz xatirələrində yazırdı: "Həqiqət 
ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş  şəkildə qaçırlar. Onların 
bütün fəaliyyəti ağlasığmaz, görünməmiş, hələ eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır 
ki, başqalarında ermənilərə rəğbət, türklərə nifrət hissi yaransın."
64
 
Erməni tarixçisi Nalbandiyan öz əsərində yazırdı. “Erməni kilsəsi erməni milləyyətçiliyinin 
görünən ruhudur.”
65
 İndiyə kimi erməni terrorçu təşkilatlarının tökdüyü qanlara qarşı erməni kilsəsi 
bir dəfə də olsun rəsmi olaraq öz etirazını bildirməmişdir.  
                                                            
61
Страбон. География в 17-ти книгах./Пер. и прим. Г.А.Стратановского, Москва., 1964. S. 8 
62
 Плутарх. Помпей, гл. XXXIV, Сравнительные жизнеописания. Пер. С.А.Стратановского, т. II, М.: 1963, с.548. 
63
Б.Ишханян, «Народности Кавказа», Санкт-Петербург, 1916. с. 27 
64
“Rusiyanın Van və Ərzurumdakı Baş Konsulu Mayevskinin xatirələri. Bakı:1994. s 28
 
65
M. Nalbandian, «Recueil complet des oeuvres », tome I, Paris. 1986. 32.  


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə