Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə101/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   96   97   98   99   100   101   102   103   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
223 
Siyasi terroru özünün başlıca fəaliyyət metodu seçən «Hnçak», «Daşnaksutyun», «Armena-
kan», «Ramqavar» təşkilatları  tərkibində onlar uydurma “Dənizdən-dənizə böyük Ermənistan” 
təbliğatını aparır və insanları saxta erməni xülyasına inandıraraq qanlı hadisələrə təhrik edirdilər.  
“Türk, kürd, kim olursa olsun, vur, hər cür şəraitdə öldür!” şüarı ilə çıxış edən «Daşnaksütun» 
komitəsinin 1892-ci ildə qəbul edilən proqramında “Xalqı silahlandırmaq üçün bütün imkanlardan 
istifadə etmək və dəstələr yaratmaq”
66
 başlığı altında xüsusi maddə var idi və bu maddə törədiləcək 
terror fəaliyyətləri üçün zəmin yaradırdı.  
Azərbaycanın tarixi torpaqlarına yerləşdirilən və azərbaycanlıların qonaqpərvərliyindən istifa-
də edən ermənilər, XX əsrin əvvəllərindən etibarən Bakıda, Naxcıvanda, İrəvanda, Gəncədə, Zən-
gəzurda, Şuşada, Cəbrayılda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər.  
1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilmə-
si haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə 
oldu. Bu da öz növbəsində erməni terrorizminin genişlənməsinə, onlarda antitürk, antimüsəlman 
əhval-ruhiyyənin artmasına səbəb yaratdı. Erməni kilsəsi İrəvan və Eçmiədzində bu qanun əleyhinə 
qiyamlar təşkil etdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, 
sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətdilər.
67
 
1905-ci ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclən-
məsi Zaqafqaziyada güclü əks-səda doğurdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etdilər. 
Rusiyanın hakim şovinist dairələri də  zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk
antimüsəlman kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və erməni-
pərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Bakıda,  İrəvanda, Naxçı-
vanda, Zəngəzurda, Qarabaqda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı 
silahlı hücumlar edir, həmin  ərazilərdən onları  təmizləməklə ermənilərin say üstünlüyünə nail ol-
maq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız beşində ermənilər çoxluq təş-
kil edirdilər. 1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis departa-
mentinin adı çəkilən sənədində deyilir: “Daşnaksütun” öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını 
çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, 
digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzə-
rinə  yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabçılaşdırmaq 
üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus 
məmurları  və ayrı-ayrı  şəxslər terror qurbanı oldular: general Əlixanov qubernatorlar Nakaşidze, 
Andreyev, polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından).
68
 
Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə 
müsəlmanların yaşadıqları  ərazilər bir-birindən ayrıldı. Son 5-6 ildə onların sayı yarım milyona 
çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və 
Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşal-
dılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qutarmışdılar”.
69
 
Bu qanlı hadisələr ilk mərhələdə 1907-ci ilin sonlarınadək davam etdi. Tarixi qaynaqlara əsa-
sən demək olar ki, 1905-1907 və 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən qanlı qırğınlar-
da təxminən yarım milyon insan, o cümlədən azərbaycanlılar, ləzgilər, avarlar, yəhudilər, kürdlər, 
talışlar və ruslar erməni terrorunun qurbanı oldular.  
Azərbaycanda ermənilərin törətdiyi qırğınların səbəbini öyrənmək və ona siyasi qiymət 
vermək məqsədilə 15 iyul 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin Fövqəladə Təhqiqat Ko-
missiyası yaradıldı.
70
 Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında qurulan,  lakin tərkibi xarici 
ölkələrin nümayəndələrindən təşkil olunmuş bu komissiya bir il ərzində ermənilərin azərbaycanlı 
əhaliyə qarşı törətdiyi qırğınları fakt və dəlillər əsasında topladı və Paris sülh konfransına yollanan 
                                                            
66
 Erdal İlter, “Ermeni Propagandasının Kaynakları” Ankara 1994, s. 46 
67
Azərbaycan Tarixi, Sənədlər və Nəşrlər Üzrə, Bakı 1990, s. 17 
68
 V. Arzumanlı, N. Mustafa, “Tarixin qara səhifələri-Deportasiya. Soyqırım. Qaçqınlıq.” Bakı 1998, s. 24 
69
Daşnaki (İz Materialov Departamenta Politsii), Bakı 1989. s. 11 
70
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı, 2007, s. 125 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
224 
Azərbaycan nümayəndə heyəti Avropa dillərinə tərcümə edilmiş həmin materiallardan ibarət 6 cild 
və 95 fotoşəkilin surətlərini böyük dövlətlərin başçılarına və beynəlxalq təşkilatlara təqdim etdi. 
Bu gün də bu siyasət, soyqırım cinayəti davam etməkdədir. 1993-cü ildə BMT tərəfindən 
Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan  ərazilərini tərk etməsilə bağlı 4 qətnamə 
olmasına baxmayaraq Ermənistan dövləti hazırda bu mənfur siyasəti davam etdirməkdədir.  
Ermənistanın hərbi təcavüzünə və vaxtaşırı terroruna məruz qalan Azərbaycan Respublikası 
öz haqq səsini, reallıqları dünya ictimaiyyətinə çatdırmağa çalışır, Ermənistan-Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həlli üçün məqsədyönlü və 
ardıcıl iş aparır. Artıq aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın 
ədalətli mövqeyini qəbul edir və ərazilərimizin işğalı faktını etiraf edirlər.  
Zaman ötür, illər dəyişir, ancaq erməni  şovinistlərin xisləti dəyişmir. Onlar Qafqazdakı etnik 
müxtəlifliyə özlərinin məkrli niyyətlərini həyata keçirmək üçün vasitə kimi baxırlar. Ancaq dünya bir-
liyi buna biganə qalmamalıdır. Çünki buna göz yummaq təcavüzün yayılmasına şərait yaratmaq de-
məkdir. Ksenofobiya, işğalçılıq və terror təkcə ayrı-ayrı millətlər üçün deyil, bütövlükdə insanlıq 
əleyhinə yönəlmiş mənfur əməllərdir. Bu isə sözün əsl mənasında bəşəriyyət üçün böyük təhlükədir! 
 
Xülasə 
 
Ərəblərin “Mavərayi Qafqaz”, Avropalıların “Transqafqaz”, Rusların “Zaqafqaziya” adlandırdıqları 
Qafqaz regionu Mərkəzi Asiyanı Avropaya bağlama xüsusiyyətinə görə həm qərb, həm də şərq ölkələrinin 
maraq dairəsindədir. Burada olan etnik müxtəliflik multikultural dəyərlər baxımından mənəvi zənginlik 
olmaqla yanaşı Qafqaza siyasi təsir göstərmək istəyən qüvvələr üçün önəmli faktordur. 
 
Резюме 
 
 Этот  Кавказский  регион  названный  арабами  «Мавараи  Кавказ»,  европейцами  «Транскавказ», 
русскими «Закавказье» из-за своей особенности связывать Восток с Западом входит в круг интересов 
как  западных,  так  и  восточных  стран.  Этническое  разнообразие  этого  региона  в  аспекте 
мультикультуральных  ценностей  будучи  моральным  богатством,  и  вместе  с  тем  является  важной 
причиной для сил желающих оказать политическое влияние на Кавказ.  
 
Summary 
 
The region Caucasus called by different nations, such as by Arabs as “Mavarayi Caucasus”, by 
Europeans “Transcaucasia”, by Russians “Zacaucasus” is in the centre of interest both in the west and the 
east countries according to its character connecting the Central Asia with Europe. According to the ethnic 
variety multicultural values it is the important reason for the powers wishing to influence the Caucasus 
which has the spiritual richness.  
 
Ədəbiyyat: 
 
1.Azərbaycan Tarixi, Sənədlər və Nəşrlər Üzrə, Bakı 1990  
2.Страбон. География в 17-ти книгах./Пер. и прим. Г.А.Стратановского, Москва., 1964  
3.Плутарх. Помпей, гл. XXXIV, Сравнительные жизнеописания. Пер. С.А.Стратановского, т. II, М.: 
1963 
4.Б.Ишханян, «Народности Кавказа», Санкт-Петербург, 1916 
5.Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı, 2007 
6.“Rusiyanın Van və Ərzurumdakı Baş Konsulu Mayevskinin xatirələri. Bakı:1994 
7.M. Nalbandian, « Recueil complet des oeuvres », tome I, Paris. 1986 
8.Erdal İlter, “Ermeni Propagandasının Kaynakları” Ankara 1994 
9.V. Arzumanlı, N. Mustafa, “Tarixin qara səhifələri-Deportasiya. Soyqırım. Qaçqınlıq.” Bakı 1998 
10.Daşnaki (İz Materialov Departamenta Politsii), Bakı 1989 
 
 
 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə