Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə98/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   94   95   96   97   98   99   100   101   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
211 
narazılığına və XIX əsrin 60-cı illərinin  əvvəllərində burada həyəcanlı  vəziyyətin yaranmasına, 
1861-ci ildən etibarən dairənin bir çox kəndlərində  pərakəndə  çıxışların başlanmasına səbəb 
olmuşdu. Bəhs olunan bu dövrdə əhalinin zorakı xristianlaşdırma siyasətinə qarşı silahlı mübarizəyə 
qalxmasında 1860-cı ildən etibarən Azərbaycanın  şimal qəzalarında, eləcə  də Zaqatala dairəsində 
geniş yayılmağa başlamış “Zikr” adlanan təlimin də xüsusi rolu olmuşdur. Bölgənin demək olar ki
bütün böyük kəndlərində, o cümlədən böyük ingiloy icmalarında təbliğatçılar fəaliyyət göstərirdilər 
və onlar əhalini açıq şəkildə qazavata – kafirlərə qarşı cihada, müqəddəs savaşa səsləyirdilər. 
1861-ci ildən etibarən Əliabad başda olmaqla bölgənin, demək olar ki, bütün kəndlərində zo-
rakı xristianlaşdırmaya qarşı mübarizə başlayır. Əvvəlcə ingiloylar bütün mümkün olan vasitələr-
dən istifadə edərək bu siyasətə qarşı öz etirazını nümayiş etdirirlər. Onlar dəfələrlə zorakı xristian-
laşdırma ilə bağlı hakimiyyət orqanlarına yazılı müraciətlər etsələr də, bu şikayət ərizələri nəticəsiz 
qalmışdı. Semyon Esadze yazır ki, “Hakimiyyət orqanlarının özbaşınalıqlarından Tiflisə  dəfələrlə 
göndərilmiş şikayətlər, bir neçə dəfə aparılmış istintaqlar nəticəsiz qalmışdı. Hətta ali hakimiyyət 
administrasiyasının diqqətini özlərinə cəlb etmək məqsədilə əhalinin yekdilliklə Türkiyəyə köçürül-
mələri ilə bağlı xahişləri belə hakimiyyət orqanlarında heç bir reaksiya doğurmadı. Nəticədə 1862-
ci ildə Əliabad kəndindən 40 araba ailə məcburi xristianlaşdırmaya etiraz əlaməti olaraq Türkiyəyə 
köçmüş və hazırda onların Türkiyə Respublikasının Adana vilayətinin Ceyhan ilçəsindəki Dağıstan 
kəndində yaşayan varisləri – bu gündə  Əliabad kəndi ilə  əlaqələrini üzməmişdir. Lakin Cənubi 
Qafqaz müftisinin, o cümlədən bir sıra nüfuzlu müsəlman ruhanilərinin yardımı  və hökumətin 
gördüyü tədbirlər sayəsində Türkiyəyə bu kütləvi köçün genişlənmədən qarşısını almaq mümkün 
olmuşdu [12, 214-215]. [Sənəd 4, 5, 6
Bütün dinc vasitələrlə istəklərinə nail ola bilməyən ingiloylar zorla xristianlaşdırılmaları ilə ba-
rışa bilməyib 1863-cü ilin əvvəllərindən etibarən silaha sarılırlar. Həmin vaxt məcburi xristianlaşma-
ya qarşı fəal mübarizə aparan Car kəndinin üsyançı dəstələrinin təşəbbüsü ilə ayağa qalxmış ən böyük 
ingiloy kəndi olan Əliabad kəndliləri də onlarla birləşərək həm dinc, həm də zorakı vasitələrdən 
istifadə etməklə  əhalini xristianlığı  qəbul etməkdən çəkinməyə çağırırlar. Məhz həmin silahlı  dəs-
tələrin hökumət qüvvələrinə qarşı müvəffəqiyyətli mübarizəsinin nəticəsində missionerlər tərəfindən 
zorla xristianlığı qəbul etməyə məcbur edilmiş adamlar yenidən müsəlmanlığa qayıdırdılar [11, 75].  
Qafqaz komandanlığı və yerli rus idarə orqanlarının bu bölgədə apardığı siyasətinə qarşı yara-
nan narazılığın kütləvi həyəcanlar, açıq çıxışlara səbəb ola biləcəyindən çəkinən çar hakimiyyəti bu 
istiqamətdəki siyasətini yumşaltmağa məcbur olur. 
1861-1863-cü illərdə dairədəki xristianlaşdırmaya  qarşı ayrı-ayrı silahlı  dəstələr tərəfindən 
başlanmış pərakəndə çıxışların kulminasiya nöqtəsi, Azərbaycan tarixində müqavimət hərəkatı kimi 
tanınan 1863-cü il üsyanı olur. Üsyan iyunun əvvəllərində baş verir. Artıq 1862-ci ildən Balakəndə 
kilsə tikintisi üçün əməli addımların atılması, zorakı xristianlaşdırma siyasətinin həyata keçiril-
məsinə  cəhd üsyanın məhz buradan, tarixən islam dininin dayaqlarının çox güclü olduğu və 
ingiloyların, demək olar ki, yaşamadığı bu kənddən alovlanmasına səbəb yaratmışdır. 
Beləliklə, nəticə olaraq qeyd etmək lazımdır ki, 1863-cü il Əliabad üsyanının ən mühüm əhə-
miyyəti ondan ibarət olur ki, çarizm ingiloylar arasında, ümumiyyətlə, Zaqatala dairəsində zorakı 
xristianlaşma siyasətindən müvəqqəti əl çəkməyə məcbur olur. 1863-1865-ci illərdə Qax, Əlibəyli, 
Qorağanın bir hissəsi istisna olmaqla digər ingiloy kəndləri tam olaraq islama qayıtdılar və bu kənd-
lərdə yaradılmış  aşağı kilsə  təşkilatları – prixodlar ləğv olundu. Balakən kəndindəki kilsənin 
tikintisi dayandırıldı. 
Xalqlar həbsxanası olan Rus imperiyası tarixində 1863-cü il Əliabad üsyanı qalibiyyətlə başa 
çatması və üsyançıların istədiklərinə nail olması baxımından özünəməxsusluğu ilə seçilir və mühüm 
əhəmiyyət kəsb edir. 
  
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
212 
Xülasə 
Kənd təsərrüfatı  və maldarlıqla məşğul olan ingiloylar tarixən hakim dairələrə sadiq olmuşlar. 
Bununla belə, XIX əsrin ortalarından başlayaraq Car Balakənin azad cəmiyyətlərinin dəstəyindən məhrum 
olan  Əliabad kəndinin ingiloy əhalisi güclə xristianlaşdırma  şəraitində rus hakim dairələrinə silahlı 
müqavimət göstərməyə başladı. Bu anlamda, ərazidə xristianlıq geniş yayıla bilmədi. İngiloylar yerlərdə çar 
hökumət dairələrinin siyasətindən narazılıqlar ifadə etməyə başladılar. Bu 1863-cü ildə  Əliabad kəndində 
üsyana səbəb oldu. Zaqatala və Car-Balakəndəki üsyandan fərqli olaraq hakim dairələr ingiloylara qarşı güc 
tətbiq etmədilər. Bunu ingiloyların qələbəsi kimi dəyərləndirmək olar. Nəticə olaraq hökumət ingiloyları 
güclə xristianlaşdırmaq fikrindən əl çəkdi və zorla xristianlaşdırılmış əhali yenidən islama qayıtdı.  
Резюме 
 
Ингилои,  исторически  занимавщиеся  земледелием  и  скотоводством,  всегда  были  лояльны  к 
властям. Однако, начиная с середины XIX века, в условиях насильственной христианизации, лишен-
ные  помощи  свободных  обществ  Джара-Балакана,  ингилойское  население  селения  Алиабад  начало 
оказывать вооруженное сопротивление русским властям. В этом смысле  христианство не получило 
широкое  распространение  среди  ингилойцев.  Ингилойцы  посылали  жалобы  в  государственные 
органы, где выражали недовольство подобной политике царских властей. Поскольку данные жалобы 
не нашли отклика, это стало одной из причин восстания в селении Алиабад в 1863 году. В отличие от 
Закатальского и Джаро-Балаканского восстания, власти не применили силу против ингилойцев, что 
можно считать победой последних. В результате восстания правительство отказалось от политики на-
сильственной  христианизации  ингилойцев,  а  многие  из  тех,  кто  принял  христианство  вернулись  в 
Ислам. 
 
Summary 
 
Ingiloys historically engaged in agriculture and cattle breeding have always been loyal to the 
authorities. However, since the middle of the 19
th
 century, in conditions of forced Christianization, deprived 
of the help of free societies Jar-Balakan, Ingiloian population of the village of Aliabad Russian authorities 
started to provide armed resistance. In this sense, Christianity couldn’t spread in this region. As the given 
complaints have not found the response. It has served one of the reasons of revolt in settlement Aliabad in 
1863. As against Zagatala’s and Jar-Balakan rebellion, authorities have not applied force against ingolian 
which have actually won. As a result of rebellion the government has refused a policy violent Christianity 
ingolian and many of those who has accepted Christianity have returned to Islam. 
 
 
 
Ədəbiyyat: 
 
1.
 
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, F.15, s.1, iş 32 
2.
 
F. 125, s.1, iş 142 
3.
 
F. 579, s.1, iş 1 
4.
 
 F. 579, s.1, iş 4 
5.
 
Hacıəli Ş. Şimal-Qərbi Azərbaycan: İngiloylar. Bakı, Təhsil, 2007, 277s. 
6.
 
Əliyeva İ.H.1863-cü il Əliabad üsyanı. Azərbaycan Texniki Universiteti Elmi Əsərləri, 2009, №2, 
7.
 
Акты  собранные  Кавказской  Археографической  Комиссией.  Т.VIII,  Тифлис,  Типог. 
Главного Управления Наместника Кавказа,1881. 
8.
 
Новая реч. 1886 (разные номера). 
9.
 
Центральный Государственный Исторический Архив Грузи (ЦГИАГ) 416, s.2, iş 35 
10.
 
488, s. 1, iş 24265 
11.
 
F. 4, s.8, iş 166  
12.
 
Эсадзе  С.  Историческая  записка  об  управлении  Кавказом,  ч.1,  Тифлис,  типография 
Гуттенбергь, 1907, 616с. 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə