Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə97/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   93   94   95   96   97   98   99   100   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
209 
İradə Əliyeva, tarix üzrə fəlsəfə doktoru, 
AMEATarix İnstitutu, elmi katib 
Azərbaycan, Bakı 
 
"XIX ƏSRİN BİRİNCİ YARISINDA GÜRCÜ EGZARXININ İNGİLOYLARI 
XRİSTİANLAŞDIRMAQ CƏHDLƏRİ” 
 
Açar sözlər: İngiloylar, Gürcüstan, xristianlıq, ekzarx, Zaqatala 
Ключевые слова: Ингилои, Грузия, христианство, экзарх Закатала 
Key words: Ingiloys, Georgian, christianization, exarchate, Zagatala 
 
Azərbaycanın şimal-qərbində, Car-Balakən camaatlığı və İlisu sultanlığında (indiki Balakən, 
Zaqatala, Qax rayonlarının ərazilərində azərbaycanlılarla (yəni muğallar) yanaşı, avarlar, saxurlar, 
ingiloylar yaşayır. Əsasən Qanıx – Alazan vadisində məskunlaşmış ingiloylar qədim gel tayfaları-
nın daşıyıcıları olmaqla ayrıca bir etnosdur. İngiloylar konfessional qrup deyil müstəqil avtaxton 
etnosdur. 
Alazan vadisində yerləşmiş,  əkinçilik və maldarlıqla məşğul olan ingiloyların tarixinə dair 
əldə olunmuş faktiki materialların təhlili və onlardan çıxarılan nəticələr göstərir ki, elmin praktika-
sında tarixi keçmişi bu qədər saxtalaşdırılmış və tarixi bu qədər təhrif olunmuş digər bir etnos tə-
səvvür etmək çətindir. 
Zaqatala dairəsinin münbit hissəsində yaşayan yerli əhali dağlıq, sərt Dağıstandan köçüb gəl-
mişləri qəbul etmiş və onlara müsəlman dini adətinə uyğun olaraq yeni gəlmiş qonşularına xüsusi 
xeyriyyə vergisi olan “zəkat” ödəmişlər [1, 92-92 arxa]. 
Çarizm Qafqazın müsəlman əhalisi arasında xristianlaşdırmaq siyasətin həyata keçirilməsinə 
hələ XVIII əsrin ortalarından başlamışdı. Müsəlman  əhali arasında xristianlığı yaymaq məqsədilə 
Qafqaza pravoslav missionerləri hələ 1745-ci ildə göndərilmiş, lakin bu ilk cəhd uğursuz olmuş, 
onlar iyirmi ildən artıq bir müddətdə  əsasən osetinlərdən olmaqla 2142 nəfəri xristianlığı  qəbul 
etməyə  məcbur edə bilmişdilər. Qafqazın dağlı xalqları arasında xristianlığı yaymaq məqsədilə 
1771-ci ildə  təşkil olunmuş Mozdok-Osetin komissiyası da yarandığı vaxtdan 1792-ci ilə kimi 
keçmiş iyirmi il müddətində  cəmi 6675 nəfəri pravoslavlaşdıra bilmişdi [7, 24-81].  Şimal-Qərbi 
Azərbaycanda isə bu məkrli niyyətin həyata keçirilməsi üçün ingiloylar seçilmiş, bu məqsədlə də 
onların xristianlaşdırılması, pravoslavlaşdırılması, gürcüləşdirilməsi kimi çirkin bir siyasətə  əl 
atılması  nəzərdə tutulmuşdu.Bölgənin tarixi və  əhalisi haqqında hələ kifayət qədər məlumatlara 
malik olmayan Rusiya generalları və Qafqazda böyük Gürcüstan yaratmaq xülyasına düşmüş gürcü 
şovinistləri Şimal – Qərbi Azərbaycan torpaqlarının “əzəli Gürcüstan torpaqları”, bölgənin qədim 
sakinləri olan ingiloyları isə müsəlman olmalarına baxmayaraq, “xristian həyat tərzi keçirən” və 
gizlində guya bu dinə sitayiş edən “gürcülər” hesab edirdilər.  İmperiya maraqları ilə üst-üstə 
düşdüyündən Rusiya generalları gürcülərin məkirli niyyətlərini ideoloji silaha çevrilərək ingiloylara 
münasibətdə öz planlarını qurmağa başladılar. 
Bölgənin  əhalisi və tarixi haqqında məlumat toplayan çarizmin ideoloqları Car-Balakən 
camaatlığının tarixi keçmişi ilə bağlı gürcü tarixi ədəbiyyatında kök salmış yanlış iddianı – qədim 
gürcü torpaqları olan bu bölgənin Şah Abbasın köməyi ilə dağlılar tərəfindən işğal olunması, yerli 
gürcü əhalinin zorla müsəlmanlaşdırılması kimi yanlış konsepsiyanı qəbul etməklə Rusiyanın bu 
“tarixi ədalətsizliyi” aradan qaldırmaq, bölgəni işğal edərək Gürcüstana qatmaq zorunda olduğu-
nu qeyd edirdilər [5, 19]. Tarixşünaslıqda geniş yayılmış bu konsepsiyaya görə ingiloylar “mü-
səlmanlaşdırılmış gürcülər” hesab olunur və Rusiya tarixşünaslığında konkret məqsədlə forma-
laşdırılmış olan bu konsepsiya gürcü tədqiqatçıları tərəfindən böyük dəstək alaraq daha da inkişaf 
etdirilmişdir. 
Qafqazda Pravoslav Xristianlığının Bərpası  Cəmiyyətinin müxtəlif illərə dair hesabatları ilə 
yanaşı, bu cəmiyyətin yaranmasının 50 illiyinə həsr olunmuş 1910-cu il nəşri olan yubiley buraxılı-
şında cəmiyyətin 50 illik fəaliyyəti (1859-1909-cu illər) zamanı Qafqazın müsəlman əhalisi arasın-
da xristianlığın yayılması sahəsində gördüyü işlərdən bəhs olunur. Burada cəmiyyətin Zaqatala dai-
rəsindəki fəaliyyətindən, onun yerli əhali, xüsusilə ingiloylar arasında xristianlığın yayılması üçün 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
210 
gördüyü tədbirlərdən, kilsə kitabxanalarının açılması, kilsələrin, ibadət evlərinin tikilməsi üçün və-
saitin ayrılması, dini-ideoloji təbliğat sahəsindəki fəaliyyəti barədə məlumat verilir. Çar Rusiyasının 
Şimal-Qərbi Azərbaycanın işğalı ilə bağlı planlarında ingiloylara xüsusi yer ayrılmaqla yanaşı, böl-
gə  əhalisinin assimilyasiya edilməsi məqsədi ilə buraya kazakların köçürülməsi, ayrı-ayrı icmalar 
arasında, eləcə də müttəfiq münasibətlərdə olan Car-Balakən camaatlığı ilə İlisu sultanlığı arasında 
nifaq salmaq kimi tədbirlər də daxil idi [8, 17].  
Çar məmurları tərəfindən bölgə əhalisinin assimilyasiya olunması məqsədilə hazırlanmış di-
gər bir layihəyə görə isə camaatlıqların qonşu müsəlman xalqlarla əlaqələrini mümkün qədər məh-
dudlaşdırmaq, əvəzində isə gürcü Kaxetiya ilə münasibətlərin qurulması məqsədilə hərtərəfli şərai-
tin yaradılması  nəzərdə tutulmuşdu. Bütün bu tədbirlərdən məqsəd bölgədəki  əsrlərin sınağından 
çıxmış güclü türk-islam ittifaqı amilini məhv etmək idi. 
Missionerlik fəaliyyəti ilə  məşğul olan digər keşişlərdən fərqli olaraq, sənədlərdə keşiş  İov 
Tsiskarovun aprelin 27-dən - iyulun 26-dək olan qısa müddətdə 1145 nəfəri xristianlığa döndərdiyi 
qeyd olunur. Keşiş  İov Tsiskarovun buna necə nail olduğu sənədlərdə qeyd olunmasa da, artıq 
faktiki deyil, “formal xristianlaşdırma” prosesinin başlandığı aydın olur [10, 2-15 arxa]. 
İngiloyların xristianlığın qəbulu işinə  şirnikləndirilməsi məqsədilə müxtəlif yollara əl atılırdı. 
Belə  tədbirlərdən biri barədə Car-Balakən vilayətinin rəisinin general adyutant Reada göndərdiyi 
1855-ci il 17 fevral tarixli məruzəsində o, Zaqataladakı müsəlmanlar üçün nəzərdə tutulmuş birsinifli 
ibtidai məktəbə xristianlığı  qəbul etmiş ingiloyların da qəbul olunması  məqsədilə  həmin məktəbin 
həm müsəlman, həm də xristian öyrəncilərin qəbul olunacağı ikisinifli məktəbə çevrilməsinə razılığın 
verilməsini xahiş edirdi. Onun fikrincə, xristian və müsəlmanların bir yerdə oxuması son nəticədə on-
ları bir-birinə daha da yaxınlaşdırardı. Bu məktəbdə Cənubi Qafqazdakı digər bu tipli məktəblərdə ke-
çilən fənlərlə yanaşı, həm də dini mənsubiyyətindən asılı olmayaraq, bütün ingiloylar üçün məcburi 
şəkildə gürcü dilinin, eləcə də müsəlmanlara tatar (azərbaycan) dilinin, müsəlman və xristianlara mü-
vafiq olaraq islam və xristian dini ehkamlarının tədrisi də nəzərdə tutulmuşdu [9, 5-8]. Lakin həmin 
vaxtı Şimali Qafqazdakı hərəkatın hələ də davam etməsi çarizmin əl-qolunu bağlayır, xristianlığın ya-
yılması işində sərt, repressiv tədbirlərə əl atmağa imkan vermirdi. Lakin bütün bunlara baxmayaraq, 
verilən rəsmi məlumatlarda 1850-1856-cı illərdə İlisu məntəqəsinin Qax, Əlibəyli, Qorağan, Kötüklü, 
Meşəbaş kəndlərinin əhalisinin bütövlükdə, Şotavar və Yengiandan bir neçə ailənin, digər kəndlərdən 
isə tək-tük adamların zorla xristianlaşdırıldığı qeyd olunurdu [4, 10-11]. 
Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin fondlarında saxlanılan sənədlərdə xristianlaşdırıl-
mış ingiloyların adları, onlara verilən xristian adı, hansı gün xristianlaşdırılıblar o tarix və xristian 
işini aparan keşişin adı göstərilmiş bu sənədlər yüz iyirmi səhifədən ibarət olmaqla 1850 – 1869-cu 
illəri əhatə edir [4, 10-11]. [Sənəd 1, 2, 3
Verilmiş bütün güzəşt və imtiyazlara baxmayaraq ingiloyların böyük əksəriyyəti ata-babaları-
nın, əcdadlarının dinindən dönmək istəmir, var gücləri ilə ona qarşı müqavimət göstərirdilər. 
Çarizmin yerlərdəki məmurlarının belə etiraf etdiyi kimi “ingiloyların məsələsinin qaydaya 
salınması və onlar arasında xristianlığın yayılması işinə kömək etmək məqsədilə 1859-cu il fərma-
nının tətbiqi ilə həyata keçirilən inzibati tədbirlər tükəndiyindən bu işdə yeganə vasitə kimi zor tət-
biqi üsulu seçilir [2, 63]. Bu barədə dairədə işləmiş müstəntiq Purseladze yazırdı: “...xristianlığı qə-
bul etmək istəməyənlərin, buna etiraz edənlərin döyülərək işgəncə verilməsi, müsəlman din xadim-
lərinin cəzalandırılması və hətta Sibirə sürgün olunması, hədə-qorxu, şirnikləndirmələr və s. kimi 
onlarla faktlar qeydə alınmışdır” [6, 35]. 
Edilən bütün ciddi cəhdlərə baxmayaraq, ingiloylar arasında aparılan xristianlaşdırma işi 
istənilən nəticəni vermir. Gətirilən faktlardan məlum olur ki, keçmiş müddətdə əhalidən xristianlığı 
qəbul edənlərin bir hissəsi onu çarizmin verdiyi yalançı  vədlərə inanaraq qəbul etmişdisə, digər 
əksər hissəsinə zorakı yollarla qəbul etdirilmişdi. Aldadılan əhali yenidən müsəlmançılığa qayıtmaq 
tələbi ilə çarizmə müraciət edirdilər. Onlar dəfələrlə zorla xristianlaşdırılmaları ilə bağlı hakim 
dairələrə müraciət etsələr də, bu şikayət və narazılıqlar nəticəsiz qalırdı ki, bu da əhalidə çarizmə 
qarşı sonsuz nifrəti daha da dərinləşdirirdi [3, 210-212]. 
Zaqatala dairəsinin hakimiyyət orqanları  və xristian missionerlərin Qafqaz komandanlığının 
himayəsi ilə bölgədə apardığı zorakı xristianlaşdırma – gürcüləşdirmə siyasəti yerli əhalinin ciddi 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə