Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə73/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   69   70   71   72   73   74   75   76   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
160 
sanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Respublikanın ərazisində yaşayan hər bir 
vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik ol-
malı... bütün demokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüralizm, söz azadlığı, 
vicdan azadlığı, dini etiqad azadlığı, milli-dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hü-
quqi bərabərliyi təmin edilməlidir”
29

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində XX yüzilli-
yin 90-cı illərinin əvvəllərində milli-etnik və dini müxtəlifliklərdən ölkəmizi münaqişələrə cəlb et-
mək məqsədilə istifadə olunması cəhdlərinin qarşısı qətiyyətlə alınmış, bütövlükdə bu məkrli plan 
alt-üst olunmuşdur. Ümummilli lider respublikamızın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji 
istiqamət seçərək, öz müdrik siyasəti ilə tarix boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, 
tolerantlıq ənənələrini yeni bir mərhələyə qaldırmağa nail olmuşdur. Azərbaycan əhalisinin çoxmil-
lətli tərkibini milli sərvətimiz hesab edən ümummilli lider bütün siyasi fəaliyyətini bu misilsiz sər-
vətin qorunub saxlanılması, əbədi olması istiqamətinə yönəltmişdi.  
Ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycanda multikulturalizm və 
tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb. Respublikada multikultural dəyərlər davamlı olaraq 
təhsil, mətbuat və ictimaiyyətdə  təşviq olunub, dini mədəni müxtəliflik mühiti dövlətin diqqət və 
qayğısı ilə  əhatə edilmişdir. Həmin illərdə Heydər  Əliyev Azərbaycan vətəndaşlarının etnik milli 
duyğularını nəzərə almaqla, həm də məqsədyönlü şəkildə ictimai-siyasi özünüdərk hislərinin, vətən-
daşlıq və vətənpərvərlik duyğusunu formalaşdırılması kimi ciddi bir dövləti funksiyanı yerinə ye-
tirərək, bütün ölkə vətəndaşlarını azərbaycançılıq platformasında birləşdirmişdir. Onun həmin dövr-
də səsləndirdiyi “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”, yaxud, “Vətən bir-
dir və hamı bu Vətən üçün çalışmalıdır!” çağırışı bu sahədəki fəaliyyətin  əsas göstəricisi hesab 
oluna bilər
30

Müstəqilliyimizin ilk illərində Ermənistanın Azərbaycana təcavüzü, ağır sosial-iqtisadi şərait, 
din sahəsinə də ciddi təsir göstərirdi.Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zə-
mində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdı-
ran şəxslərdən biri olmuşdur.Barışmaz erməni millətçiləri hər imkandan istifadə edərək, Qərbə və 
Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "islam təhlükəsi" gözləni-
lir. Bununla yanaşı, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyillərin yayılması üçün 
bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhə-
siz ki, belə  hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmir, əksinə, bu işə böyük 
zərbə vururdu. Qeyd etmək lazımdır ki, hələ Azərbaycan SSR-də əhalinin mütləq əksəriyyəti islam 
dininə mənsub olduğu halda rəsmən fəaliyyət göstərən 53 dini icmadan ancaq 18-i islam dini təşki-
latı idi. Həmin dövrdə Azərbaycanda 31 xristian dini təşkilatı və təriqəti, 4 yəhudi dini təşkilatı qey-
də alınaraq fəaliyyət göstərirdi
31

Ümummilli lider Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mənəvi, milli-etnik və dini hə-
yatının tarazlı inkişaf modelini yaratmaqla yanaşı, həm də həlli prinsiplərini ortaya qoydu. Mütə-
xəssislərin fikrinə görə, Heydər  Əliyev ölkə daxilində ümumi ahəngi pozmadan, etnik-milli və 
milli-siyasi aspektlər arasında optimal nisbəti nəzərə almaqla, dövlətin təkamül yolu ilə inkişafına 
ciddi zəmin yaratdı  və dövlətçilik probleminin ən  əlverişli həlli yolunu ortaya qoydu
32
. Heydər 
Əliyev milli-vətəndaş birliyini, hərtərəfli inkişaf etmiş, iradəli və  əzmkar vətəndaş idealını çox 
bacarıqla və ustalıqla ümumazərbaycançılıq ideyası ilə bağlayaraq, vahid amala doğru yönəltməyi 
bacarırdı. Tarixi təcrübə sübut edir ki, güclü birləşdirici ideyası olan insan birlikləri (xalqlar, millət-
lər, dini icmalar və s.) bu cür ideyaları olmayanlara həmişə qalib gəlmişlər. 
Təbii olaraq, ümummilli lider etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqı-
nın və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikul-
turalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O 
                                                            
29
Əliyev H.Ə. Müstəqilliyimiz  əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. I-XXXXVI kitablar. 
Elektron külliyat. - http://preslib.az/books.html 
30
 Həsənov Ə.M. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, 2016, s. 73. 
31
Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001, s.231. 
32
 Həsənov Ə.M. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı, 2016, s.77.
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
161 
qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gə-
tirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə ya-
şayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazi-
sində yaşayan bütün millət və xalqların ümumi vətənidir”
33

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra dini azlıqların hüquqlarının qorun-
ması  və  təminatı sahəsində çox mühüm addımlar atılmışdır. Vicdan azadlığının təmin edilməsinə 
yönəlmiş müvafiq qanunvericilik bazasının formalaşdırılması, onun mütəmadi olaraq təkmilləşdiril-
məsi və uğurlu tətbiqinə nail olunması da müstəqil Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamət-
lərindən biri kimi daim diqqət mərkəzindədir. Ölkəmizdə vicdan azadlığının təmin edilməsinə yö-
nəldilmiş normativ hüquqi aktların içərisində 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haq-
qında” Azərbaycan Respublikasının Qanunu xüsusi yer tutur
34
.  
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra bu qanun daha 
da təkmilləşdirilmiş, 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilmişdir. Bu qanuna görə, Azər-
baycanda vətəndaşlıq hüququna malik olan “hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdi-
rir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar 
əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”
35

Azərbaycanın çoxmillətli və müxtəlif dinlərin ardıcıllarının yaşadığı ölkə olması, milli siyasə-
tin müxtəlif millət, etnik qrup və dini azlıqların dinc yanaşı yaşaması və dözümlülük prinsipləri əsa-
sında müəyyənləşdirilməsi, Konstitusiyada da təsbit olunmuşdur: “Dövlət irqindən, milliyyətindən, 
dinindən, dilindən, cinsindən, mənşəyindən,  əmlak vəziyyətindən, qulluq mövqeyindən,  əqidəsin-
dən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı ol-
mayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə  təminat verir və bütün vətəndaşlar eyni 
hüquqlara malikdir”
36

Qanunun qəbul edildiyi vaxtdan ötən 20 ildən artıq müddət ərzində, ölkə həyatının bütün sa-
hələrində olduğu kimi dini etiqad azadlığının təmin olunması istiqamətində də əhəmiyyətli müsbət 
dəyişikliklər baş vermiş, bu sahədə dövlət siyasətinin əsasları təkmilləşdirilmiş, yeni idarəçilik prin-
sipləri formalaşmışdır. Bu prosesə, əsas insan hüquq və azadlıqlarının təsbit olunduğu yeni Konsti-
tusiyanın ümümxalq səsverməsi yolu ilə qəbul edilməsi, Azərbaycan Respublikasının, vicdan azad-
lığı ilə bağlı müddəaları da özündə əks etdirən bir çox beynəlxalq konvensiyalara qoşulması amillə-
ri də öz pozitiv təsirini göstərmişdir. Bütün bunların, habelə dövlət tərəfindən bu sahədə düzgün və 
çevik qanunvericilik siyasətinin həyata keçirilməsinin nəticəsidir ki, ötən müddət ərzində dini qu-
rumların, xüsusilə ölkə  əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi islam dini təşkilatlarının cə-
miyyət həyatındakı rolu keyfiyyətcə  dəyişmiş  və müasir, sivil dövlət-din münasibətlərinin tələb 
etdiyi bir səviyyəyə yüksəlmişdir. 
Beynəlxalq sənədlərin dini etiqad azadlığının təmin edilməsində vacib rolu, həm də belə bir 
vəziyyətlə bağlıdır ki, bir çox hallarda bir ölkədəki dini konfessiyaların mərkəzi və ya idarəsi, habe-
lə əsas ziyarətgahları başqa bir ölkədə yerləşir. Məsələn, Azərbaycandakı pravoslav dini icmalarının 
mərkəzi Rusiya Federasiyasında, katolik icmasının mərkəzi Vatikanda, islam dini icmalarının əsas 
ziyarətgahları isə Səudiyyə Ərəbistanında, İranda və İraqdadır. Buna görə də dini qurumlar arasın-
dakı normal əlaqələrin qurulması, ziyarətlərin təşkili üçün beynəlxalq müqavilələrin imzalanması 
zərurəti yaranır
37
. Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiya-
lar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə  vətəndaşlarının  əksəriyyətini təşkil 
edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılmış digər 
dinlərə də qayğı göstərir. 
Dini dözümlülüyü, tolerantlığı daima dəstəkləyən Heydər Əliyev gənclərimizin bu ruhda tər-
biyə olunmasını həmişə tövsiyə edirdi. Yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük 
                                                            
33
 Abdullayev K.M. Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir // “Azərbaycan” 23 iyul 2014-cü il. 
34
http://www.e-qanun.az/framework/7649;http://www.meclis.gov.az/; 
http://www.president.az/articles/2672;http://www.president.az/articles/7787; http://scwra.gov.az/docs/169/ 
35
Həsənov S. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun komentariyası. Bakı, 2014, s.3. 
36
http://www.azerbaijan.az/portal/General/Constitution/doc/constitution_a.pdf 
37
 Yenə orada, s.34. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə