Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə81/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   77   78   79   80   81   82   83   84   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
176 
özüldə yeni dəyərlər yaratmalıyıq. Bir xalq olaraq halallığımız, mərdliyimiz – üzağlığımızdır. Azər-
baycan folkloru bu qoruyuculuq işində bizə hər zaman yardımçı ola bilmək imkanına malikdir.  
Bayatı çağırmaq uca ruhumuzdan doğub. Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək de-
məkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır, təsdiqini tapır. Bir bayatıda bir 
kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin 
dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq hünərdir. Bayatı dili ana dilimizin həm də üz-
ağlığıdır. M.Yaqubqızı araşdırmasında - Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrup-
ların folklor örnəklərindən misallar gətirir, bayatı janrının orada da geniş şəkildə işlənildiyini bildi-
rir: “Məsələn, bir avarın söylədiyi bayatıya baxaq: 
 
Şalı Şamdan alaram, 
Dunça üstən salaram. 
Manzara bafta, zarı 
Car bazardan taparam.  
 
Saxurun söylədiyi bayatı: 
Tamburun qolu uzun, 
Çantası düzüm-düzüm. 
Bir buyana baxsana, 
Ay mənim ala gözlüm. 
 
İngiloyun söylədiyi bayatı nümunəsi: 
Suyun o tayında gözəl qız, 
Çikila yellədi (işarə etdi). 
Onu o tayda sevgi öldürdü, 
Məni burada istəyim. 
 
 
Bir sıra folklor örnəkləri var ki, bu nümunələrə istər ləzgi, istər avar və s. xalqın nümayəndə-
ləri öz rəng çalarını artırmaqla öz möhürünü qoymaqla örnəkləri özününküləşdirmişdir. Buna görə 
də örnəklər həm variativliyi, həm də möhürlənmiş bayatı nümunələri kimi özünəməxsusdur. 
Məsələn, bir bayatıda: 
 
O qızın ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü avar balası 
 
Muğala oxşarı var. 
 
 Yaxud: 
 
Başında ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü ləzgi balası 
Muğala oxşarı var. 
 
Bir avarın, yaxud da bir ləzginin dilindən söylənən bu bayatıların ortaq qəliblənmiş 
Azərbaycan variantı var: 
 
Başında ağ şalı var, 
Yanağında xalı var. 
Özü ceyran balası 
Gör kimə oxşarı var” (2, 104?! 
 
Milli dəyərlər və çağdaşlığa gəlincə, əsil dəyər zamanı ötür, köhnəlmir. Azərbaycan folkloru 
bu gün çağımızda təhlükəli tendensiya yaradan qloballığa (kürəsəlliyə) qarşı durmaqda ölkəmizdəki 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
177 
hər bir xalqa yenilməz güc verə bilər. Kürəsəlləşmə (qloballaşma) ulusallığa qarşıdır. Ulusal-fərdi-
dövləti özümlüyü, müstəqilliyi qorumaq üçün milli dəyərlərin qorunması qaçılmazdır. Çağımızda 
informasiya savaşı tüğyan edir. Dünya bütün uğurlarına baxmayaraq sanki tükənmiş durumdadır. 
Qlobalçılıq dəhşətli eyniyyət, antidoğmalıq, insani-bəşəri dəyərlərin, oturuşmuş milli ölçülərin 
adiləşməsini və s. yaradır, bər-bəzəkli görüntülərlə baş qatır. Bu gün hər çeşidli informasiya müqa-
vimətsiz evimizin içinə girir, insanı ram edir. Ulusal dəyərlər – içimizdən yaranan, başqasından fər-
qimizi göstərən dəyərdir. Dövlət, xalq bu kimi dəyərlərin əsasında var olur. Çox güman ki, adamlar 
informasiya bolluğunda çasırlar, neyləyəcəklərini bilmirlər. Azərbaycan folklorunda özünü aydınca 
göstərən vətənpərvərlik ideyası, insana təqdim edilən ideyanı ağılla, səbirlə öyrənib yetkin qərar çı-
xarmaq - tələskənlik etməmək, insanın insana qarşı kinli olmaması və s. bu kimi hallara qarşı dur-
maqda müəyyən rol oynaya bilər.  
Azərbaycan folklorunun davamlı yaşamından, etkisindən çıxan sonuc: bundan sonra dünyada 
idrakiliyin əsas yön olduğu çağda hər xalqın bəşərin bir parçası, bəşərin təmsilçisi kimi yaradıcılığı-
nı ortaya qoymaq imkanı yaranır. Eləcə də folklorumuz insanların ulusa, uluslara – bəşərə, dövlətçi-
liyə ciddi münasibətinin yaranması üçün düşüncə yönü, insanlarımıza ulusallığı  aşılamaqla bizi 
gözləyən çoxçeşidli təhlükələrdən qurtulmağa da imkan yaradır. İndi dünyanın əsas problemi inam-
sızlıqdır. İnsan necə xilas olsun, xoşbəxt olsun? Bu kimi suallar həmişə folkloru da əsas mövzula-
rından olub. Dünyaya, həyata, təbiətə, insan olaraq yanaşa bilmək, müəyyən canlıları obrazlaşdır-
maq türk xarakterində özünü daha aydın şəkildə göstərməkdədir.  
Azərbaycan aşıq sənəti insani-bəşəri halıyla ölkəmizdə yaşayan hər bir kəs üçün doğma sayıl-
mağa özündə haqq tapır. Zaqatala bölgəsindəki etnik zənginliyin insanlıq-ulusallıq-bəşərilik yönün-
də davamlı olaraq cilalanmasında aşıq sənəti özünəməxsus, bənzərsiz rol oynayır. Zaqatala aşıq mü-
hitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, bölgədə aşıq sənəti müxtəlif xalqla-
rın nümayəndələri arasında yayılıb, indi də sevilməkdədir (3, 15). 
Saxurların adət-ənənələrinin formalaşmasında Azərbaycan-türk ruhunun, adət-ənənəsinin 
doğma, yaradıcı-yaşadıcı təsiri aydınca duyulur. Saxur toylarında oxunan bayatı-mahnılarda insanın 
başqasının xoşbəxtliyini ürəkdən istəməsi, eləcə də muradına yetə bilməyənin kədəri doğmacasına 
ifadə olunur:  
 
Abay yixeyir xərna,  
İş haana sos vorna.  
Yed yiş xine vuxi şu,  
Qor moxecın qeeb muğba.  
Divarısne ulmoyzar,  
Ger çiyeka gümoyzar.  
Dekkike izin dexxa,  
Darvazayle humoyzar.  
 
Tərcüməsi:  
Qaynana böyük olsa da, iş görən gəlindir. 
Ana və qız kimi olun siz, gorda yeriniz dar olmasın. 
 
Divar yanında durma, 
Başını yerə çox dikmə. 
Atam izn verməmiş 
Darvazadan boylanma. 
 
Quş deyiləm uçam, 
Gedib ağaca qonam. 
Yalqız maral deyiləm, 
Ovçunun əlinə keçəm (5). 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə