Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə68/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   64   65   66   67   68   69   70   71   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
149 
Ədəbiyyat: 
 
1)
 
Abdullayev K. (Kamal Abdulla) Dilçiliyə  səyahət (Dilçi olmayanlar üçün dərslik). Bakı - 
“Mütərcim”-2010 
2) Cavadоv Q. Hüseynоv R. Udilər (tarixi-etnоqrafik tədqiqat). Bakı-1996 
3) Cavadоv Q. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı-2000, 439 s. 
4) İsayev Ə. Bu dağlar, ulu dağlar (Axtarışlar və publisistik qeydlər). Bakı-Şur-2011 
5) Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı-Təhsil-2003 
6) Əsgərov M.B., Mahmudov M. Ön söz. Mətanət Yaqubqızının “Azərbaycan folklorunda  tolerantlıq 
və multikulturalizm (Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik  qrupların folklor örnəkləri 
əsasında)” kitabında. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016, s. 4-9. 
7) Süleymanov Ə. Zaqatala çələngi. Bakı-“Elm və təhsil”-2014 
8) Təhmasib M. Məqalələr. Bakı-Elm-2005 
9) Çəmənzəminli Y.V. Əsərləri IIIc., Bakı-“Elm”-1977 
10) http//azertag.az 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
150 
Sevil Atayeva, müəllim 
Qəbələ rayonu Nic qəsəbəsi, 3 saylı orta məktəb  
Azərbaycan, Qəbələ, Nic 
 
AZƏRBAYCAN FOLKLORUNDA FƏRQLİ MƏDƏNİYYƏTLƏRİN QOVUŞMASI 
 
Açar sözlər: Nic, udi, toy, adət-ənənə, təndir 
Ключевые слова: Nic, Уди, свадьба, традиции, печи 
Key words: Nij, Udi, wedding, tradition, oven 
 
Udilərin kompakt yaşadıqları yer hal-hazırda Qəbələ rayonunun Nic qəsəbəsidir. Nic qəsəbəsin-
də udilərin sayı 4500 nəfəri, Oğuz rayonunda isə 82 nəfəri təşkil edir. Eləcə də udilərin bir qismi Gür-
cüstanda yaşayır ki, onların sayı barədə dəqiq məlumat yoxdur. Bu gün verilən məlumata görə, dün-
yada udilərin sayı 10 min nəfərdir. Onların sayca çox yaşadıqları yer Qazaxıstan, Ukrayna və Rusiya 
Federasiyasıdır. Uzaq diyarlarda yaşamalarına baxmayaraq, tarixi vətənləri ilə sıx əlaqə saxlayırlar. 
Udi icmaları diasporaların fəaliyyəti ilə tanış olur və “Orayin” Udi Mədəniyyət Mərkəzi ilə  sıx 
əlaqədədirlər və birgə  tədbirlər təşkil edirlər. Diasporaların qarşısına qoyduqları birinci vəzifə udi 
dilinin qorunması, adət-ənənələri yaşatmaq və bu ənənənin gənc nəsillərə tətbiq olunması və qorun-
masıdır. Gənc nəsil demək olar ki, hər il kəndə gəlir və ailə qurmaq məsələlərini kənddə həll edirlər. 
Toy mərasimləri başqa yerdə keçirilsə belə udi adət-ənənəsi ilə keçirilir. Əksər hallarda Nicdən toya 
musiqiçilər dəvət edirlər. Toyda udi və Azərbaycan musiqilərini səsləndirirlər və beləliklə, özlərini 
vətənədə hiss edirlər. Toy mərasimi keçmiş adət-ənənə üzrə keçirilir. Belə ki, oğlan və qız evində eyni 
vaxtda başlayır. Toyun birinci günü üstünlük qız evinə verilir. Belə ki, gecə yarısı bəy oğlan evindən 
gənclərlə birgə qız evinə gətirilir və orada səhərə qədər şənlənirlər. İkinci gün yenə də hər iki həyətdə 
eyni vaxtda başlanır, amma bu gün üstünlük oğlan evində olur. Gəlini aparandan sonra qız evinin 
adamları  oğlan evinə  gəlir. Bu gün oğlan evində yeyib-içmək verilir, üstünlük yaşlılarda olur. Qız 
evinin adamları toy həyətini tərk edəndən sonra da məclis gecəyə qədər davam edir.  
Udi övladları kəndə gələndə birinci öz babalarının və nənələrinin qəbrini ziyarət edir və şam 
yandırırlar. Sonra isə qohumlarının evinə gedib onlarla görüşürlər. Hal-hazırda gənclər öz ulularını 
tanımaq, onlar barədə məlumat almağı özlərinə borc bilirlər, bu isə təqdirəlayiq haldır. Öz nəslinin 
şəcərəsini hər ailə hazırlayır. 
Əvvəlcə yaşlı adamların görüşünə getməyi özlərinə borc bilirlər. Bu gün də gənclərin yaşlıla-
ra diqqət və ehtiramlarını görürük. 
Udi həyətini təndirsiz təsəvvür etmək çətindir. Bu ənənəni də uzaqlarda yaşayanlar,  əsasən 
həyətyanı sahəsi olanlar davam etdirirlər. Qəbələdən təndir aparıb, yeni yaşadıqları yerdə qururlar. 
Udi çörəyi və firraması mütləq təndirdə bişirilməlidir. Bu gün də Rusiyanın magistral yollarına ya-
xın yerlərdə kafe və restoran açaraq Azərbaycan və udi yeməklərini nümayiş etdirirlər. Böyük 
zövqlə Azərbaycan və udi mətbəxinin nemətlərini qonaqlara daddırırlar. 
Udilər açdıqları obyektlərə Azərbaycan adlarını qoyurlar. Bununla da azərbaycançılıq ideya-
larını yayırlar. 
Nic həm də elm adamlarının yaşayış məskənidir. İlk öncə dilçilik sahəsində öz sözünü demiş 
Voraşil Qukasyanın adını  çəkmək olar. Hətta bir necə ailə vardır ki, ailə üzvlərinin hamısı elmlə 
məşğuldurlar. Bunlar Qoasarlar ailəsinin üç nəsli, Kuranovlar ailəsindən iki qardaş, Danakari 
ailəsindən ata, iki övladı və V. Şaxqularıdır. 
 
Xülasə 
 
Udilər hal-hazırda Qəbələ rayonunun Nic qəsəbəsində, Oğuz rayonunda, eləcə  də bir qismi 
Gürcüstanda, Qazaxıstanda, Ukraynada və Rusiya Federasiyasında yaşayırlar. Uzaq diyarlarda yaşamalarına 
baxmayaraq, onlar tarixi vətənləri ilə sıx əlaqə saxlayırlar. Udi icmaları diasporaların fəaliyyəti ilə tanış olur 
və “Orayin” Udi Mədəniyyət Mərkəzi ilə sıx əlaqədədirlər və birgə tədbirlər həyata keçirirlər. Diasporaların 
qarşısına qoyduqları birinci vəzifə udi dilinin qorunması, adət-  ənənələri yaşatmaq və bu ənənənin gənc 
nəsillərə tətbiq olunması və qorunmasıdır.  


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
151 
Резюме 
  
Удинцы в настоящее время проживают в поселке Нидж района Кабала, в районе Огуз, а также 
некоторая  часть  их  в  Грузии,  Казахстане,  Украине  и  в  Российской  Федерации.  Несмотря  на 
проживание  в  дальних  странах,  они  поддерживают  тесную  связь  со  своей  исторической  Родиной. 
Удинские  общины  знакомятся  с  деятельностью  диаспор  и  будучи  в  тесной  связи  с  Удинским 
Культурным Центром «Орайин» проводят совместные  мероприятия. Главной  задачей  поставленной 
перед  диаспорами  является  сохранение  удинского  языка,  увековечивание  обычаев-традиций, 
применение этой традиции к молодому поколению и хранение. 
 
Summary 
 
 Udis, (descendants of the ancient Caucasian Albanians) not only live in Nij village of Gabala region, 
Oghuz region, but they also live in Georgia, Kazakhstan, Ukraine and The Russian Federation. Though they 
live in far countries, they connect with their historical native land. Udi communities acquaint with the 
activities of diaspors and they are closely connected with Udi Cultural Center “Orayin” and they organize 
various ceremonies together. Protecting the Udi language, immortalizing and defending the traditions and 
realising these traditions to young generations is the first aim required from the diaspors by Udis. 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə