Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə66/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   62   63   64   65   66   67   68   69   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
144 
50.İ.Mustafayev, S.Murtuzayev. İmam Şamil. B., 1993 
51. M.Mahmudzadə Şeyx Şamil və onun varisləri B. 1998 
52. N.Nəsibzadə.Azərbayacanın xarici siyasəti (1918-1920). B., 1996 
53. Q.Cavadov. Azərbayacanda el köməkliyi adətləri. B., 1993 
54. Q.Rəcəbli. Azərbayacandan qarşılıqlı yardım formaları. B., 2008 
55. Qurani-Kərim Z.Bünyadov və V. Məmmədəliyevin tərcüməsi. B., 2013 
56. Коран. Перевод смыслови коментарии Валери Порохов.М., 1997. 
57. F.Məmmədova. Azərbayacаnın siyasi tarixi və tarixi coğrafiyası. B., 199 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
145 
Mətanət Yaqubqızı, filologiya üzrə fəlsəfə doktoru, dosent, 
AMEA Folklor İnstitutu, aparıcı elmi işçi,  
Azərbaycan, Bakı 
 
 
ŞƏKİ-ZAQATALA FOLKLORUNDA TOLERANTLIQ 
 
Ayramaz bizləri təğyiri-lisan
27

Ayramaz bizləri təbdili-məkan
28

Ayramaz bizləri İncil, Quran... 
   
 
 
 
 
 
 
 
 
 
(Abdulla Şaiq
 
  Bütün dünyada bir məslək olmalıdır. Müsəlman, xaçpərəst, bütpərəst – hamısı birdir. 
   
 
 
 
 
 
 
 
 
 (Şəhriyar) 
 
Açar sözlər: Etnik tərkib, xalq, etnik qrup, region, atlas 
Ключевые слова: Этнический состав, народ, этническая группа, регион, атлас 
Key words: Ethnic composition, people, ethnic group, region, atlas 
 
Şəki-Zaqatala regionu müxtəlif xalqların və etnik qrupların yaşadığı ərazidir. Bu ərazidə udi-
lər, avarlar, saxurlar, ingiloylar, ləzgilər, digər xalqlar və etnik qruplar yaşayırlar. Mövcud xalq və 
dillərin yaranması ilə bağlı alimlərimiz dörd müxtəlif mülahizə irəli sürür. 
Birincisi, ilk insanlar və onların dili ilkin olaraq Allah tərəfindən yaradılıb, sonrakı inkişaf 
nəticəsində müxtəlif irq və dil fərqləri formalaşıb.  
İkincisi, insanlar və onların dili kosmosda yaranıb, sonrakı inkişaf nəticəsində müxtəlif irq və 
dil fərqləri formalaşıb. Misir ehramları, Hind-Çin ərazisində yerləşən məbədlər üzərindəki şəkillər 
bunu sübut edir.  
Üçüncüsü, dil təkamül yolu ilə insanların özləri tərəfindən bir məkanda yaradılıb.  
Dördüncüsü, ilk insanlar və onların dili müxtəlif məkanlarda paralel şəkildə yaranmışdır. 
Onlar yarandığı andan fərqli olmuşdur (6, səh:4-7). 
Bizim fikrimizcə, birinci mülahizəyə görə ilk insan və onun dilləri Allah tərəfindən eyni bir 
məkan daxilində yaradılmış, bir ortaq dildən – Ulu dildən  şaxələnmiş, protodillərə parçalanmış, 
mövcud dillərdə sabitləşmişdir. Görkəmli dilçilərimiz Q.Kazımov, K.Abdulla da birinci mülahizə-
nin tərəfdarıdırlar. Akademik K.Abdulla yazır ki, əgər dillərin dərinliyinə varsaq, elə bir nöqtəyə 
gəlib çıxacağıq ki, orada oxşarlıqlar, fərqlər silinəcək, eyni bir, ümumi bir dil qalacaq (Bax:1; 5). 
İndi isə azsaylı xalq və milli azlıq termini haqqında danışmaq istəyirik. Əslində bu ter-
minlərin işlədilməsində nə böyük qəbahət, nə də məntiqi yanlışlıq vardır. Sadəcə onu qeyd etmək 
istəyirik ki, Azərbaycan  ərazisində elə xalqların, elə millətlərin nümayəndələri yaşayır ki, onların 
yer üzərindəki ümumi sayı  nəzərə alınsa, onlara “azsaylı xalq” demək doğru olmazdı. Məsələn, 
Azərbaycan ərazisində say baxımından faktiki azlıq təşkil edən, amma yer üzərindəki ümumi sayı 
Azərbaycanda yaşayan və respublika əhalisinin  əksəriyyətini təşkil edən türk mənşəli aborigen 
xalqdan daha çox olan ruslara, nə “azsaylı xalq”, nə  də “milli azlıq” demək, bizcə, doğru deyil. 
Azərbaycan  ərazisində ruslar kompakt şəkildə sadəcə  Gədəbəy rayonunun Saratovka və  İsmayıllı 
rayonunun İvanovka kəndlərində yaşayırlar. Daha sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhər-
lərində, eləcə də digər rayon mərkəzlərində yaşayırlar. İstənilən halda onların Azərbaycandakı ümu-
mi sayı təxminən talışlar, ləzgilər qədərdir. Ona görə də Azərbaycan Respublikası ərazisində ya-
şayan və vahid Azərbaycan xalqının ayrılmaz hissəsi olan heç bir xalqa “azsaylı xalq”, yaxud 
“milli azlıq” deməsək, daha yaxşı olar. Ona görə ki, vahid Azərbaycan xalqı sayından, azlığından 
və ya çoxluğundan asılı olmayaraq respublika ərazisində yaşayan bütün xalqların və etnik qrupların 
                                                            
27
 Dil ayrılığı 
28
 Yer ayrılığı 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
146 
birliyi, vəhdəti əsasında formalaşır. Məhz buna görə də azsaylı xalq və milli azlıq terminlərinin 
yerinə Azərbaycan ərazisində yaşayan xalqlar və etnik qruplar kimi deyim və ifadədən istifadə 
etmək, bizcə daha doğrudur və biz termində istifadə etməyə üstünlük veririk. Məsələn: Şəki-Zaqata-
la regionunda yaşayan xalqlar və etnik qruplar. Udi xalqı, udi xalqının nümayəndələri və s. 
Diqqətinizi Şəki-Zaqatala bölgəsində yaşayan xalqlar və etnik qrupların folklor örnəklə-
rinə yönəltmək istəyirik. 
Bir bayatı nümunəsinin fərqli variantlarına baxaq: 
 
O qızın ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü avar balası 
Muğala oxşarı var. 
 
Yaxud: 
 
Başında ağ şalı var, 
Ağ şala oxşarı var. 
Özü ləzgi balası 
Muğala oxşarı var. 
 
Yaxud da:  
 
... Özü gürcü balası 
Muğala oxşarı var. 
 
Bu bayatı nümunəsinin orijinal qəliblənmiş ortaq variantı mövcuddur. Bayatı belədir: 
 
Başında ağ şalı var, 
Yanağında xalı var. 
Özü ceyran balası 
Gör kimə oxşarı var. 
 
İstər avarların, istər ləzgilərin, istərsə də gürcülərin dilindən söylənilən bu bayatı nümu-
nəsi  Şəki-Zaqatala bölgəsində yaşayan bütün azərbaycanlıların, bütün xalqların və etnik 
qrupların ortaq xəzinəsidir.  
Bölgədə işlənən atalar sözlərində ortaq cəhətlər özünü güclü surətdə göstərir. Məsələn, 
Udilərdə
 
Ağacın barı onun dibinə düşər. 
 
Azərbaycan dilində
 
Alma budağından gen düşməz.  
 
Avarlarda
 
İti öldürən atar. 
 
Azərbaycan dilində: 
 
İti öldürənə sürütdürərlər. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə