Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə63/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   59   60   61   62   63   64   65   66   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
138 
M.Yaqubqızı dillərin yaranması və yayılması haqqında elmi-nəzəri müddəa və əfsanələri diq-
qətə çatdırdıqdan sonra “dil müxtəlifliyinin ən çox kök atdığı yerlər dağlıq ərazilər”in olması [11, 
49] faktını diqqətə çatdıraraq yazır ki, dil müxtəlifliyinin ən çox özündə təcəssüm etdirən ərazilər-
dən biri Qafqaz sıra dağlarının silsiləsinin cənub-qərb hissəsində yerləşən Şəki-Zaqatala bölgəsidir 
[11, 49]. Sözünə davam edən müəllif yazır ki, “Dünyada elə bir dil tapmaq olmaz ki, o müxtəlif dia-
lektlərə bölünməmiş olsun. Bu baxımdan regionda yaşayan xalqların və etnik qrupların dialekti də 
istisna təşkil etmir.”, udi dilinin iki dialekti, avar dilinin çoxlu dialekti var ki, bu dialektlərdə danı-
şan dil daşıyıcıları bir-birini çətin başa düşürlər, “saxur dili bir neçə dialektə bölünür”, bu dialektlə-
rin özləri də bir neçə şivəyə bölünür [11, 54]. 
Göründüyü kimi, tədqiqatçı bəhs olunan etnik qrupların dillərindəki dialektlərin vəziyyətinə 
dil inkişafının ümumi qanunauyğunluğu kimi yanaşır. Belə dillərdə dialektlərin mövcudluğu təbii 
qanunauyğunluqdur. Ancaq bir rayon hüdudunda, kiçik bir bölgədə məskun olan təxminən 6 min 
nəfər udi, 45 min nəfər avar və 13 min nəfər saxurun [20, 213, 287, 297] dilində bir-birini çətin 
başa düşəcək səviyyədə dialektlərin mövcudluğu bu dillərin inkişafını təmin edən səbəblərin çatış-
mazlığından xəbər verir. Bu səbəblər isə obyektiv olaraq göz önündədir. Belə ki, iqlimi bütün il 
boyu eyni ərazidə yaşamağa imkan verən, təbii sərvətləri zəngin, əhalini tam təmin edən qapalı dağ 
və meşə mühitində, dağ vadilərində, dərin dərələrində məskunlaşmış bu etnik qruplar yaşayış üçün 
nəinki uzaq ərazilərdə, hətta yaxın ərazilərdə məskunlaşmış doğma və qohumlarla əlaqə saxlamağa 
ehtiyac, zərurət duymamışlar. Kiçik bir ərazini vətən bilən, onu son dərəcə əzizləyən, qoruyan, yo-
lunda şəhid olan bu alturistlərdə dil yaradıcılığı etnik həyatın ən zəif cəhəti olmuşdur. Etnik toplum-
ların yaranması qanunauyğunluqlarını öyrənən etnologiya və əhali coğrafiyası elmləri etnik coğrafi-
yanın formalaşmasında təbii-coğrafi şəraiti başlıca səbəb kimi müəyyən etmişlər [49, 13]. Biososial 
cəhətdən bir kökdən, bir soydan olan Azərbaycan xalqının bu etnik qruplarının dilinin, o cümlədən 
Azərbaycan türkcəsinin ulu kök dildən tarixin hansı mərhələsindən şaxələndiyini, bir qrupunun dağ 
vadilərində qapalı vəziyyətə düşdüyü, digərinin isə bütün Qafqazı-Azərbaycanı, daha geniş ərazini 
əhatə edən ümumünsiyyət vasitəsinə çevrildiyini xüsusi dil nümunələri, dil faktı ilə  əsaslandıran 
dilçilik tədqiqatları hələlik əlimizdə yoxdur. 
Təsadüfi deyil ki, Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil metal istehsalı 
mərkəzinə çevrilmişdi. İstehsalın həcmi və texnoloji üstünlük Azərbaycana məxsus idi. Şimali Qaf-
qazın ən yüksək Maykof mədəniyyəti Azərbaycan-Qarabağ mənşəli idi [12, 98-112; 35, 104-115].  
Etnoslar, xalqlar arasındakı xoşməramlı, mədəni-mənəvi, sosial-iqtisadi, siyasi-ideoloji əlaqələr 
ilkin olaraq dil əlaqəsindən başlanır, onun ardınca gedir. E.ə. IV minilliyin başlanğıcında Qafqazı öz 
mədəni təsirinə salan Azərbaycan mədəniyyəti məhz türk dilinin müxtəlif dilli tayfalar arasında ün-
süyyət vasitəsinə çevirilməsi nəticəsində yaranmışdır. Bu da Azərbaycan multikulturalizminin ikinci 
təməl əsasıdır ki, qədim dövr və orta əsrlərdə yüksələn xətlə inkişafı haqqında dövrün mənbə və təh-
qiqatları ətraflı məlumat verir [24; 25]. Yeni dövrdə Qafqazada bu proses və münasibətlər haqqında 
ən  ətraflı  məlumat verən rus işğalçılarının hərbi-siyasi və müxtəlif aspektli sənədləridir. Qafqazın 
işğalı başa çatdırıldıqdan sonra buranın iqtisadi-sosial, mənəvi vəziyyəti haqqında imperiyanın 
mərkəzinə hazırlanan ilk sənədlərin birində deyilir: “Zaqafqaziyanın dili türk dilidir, gözəlliyi, 
musiqiliyi, öyrənmək üçün asanlığı, təəccüblü deyil ki, Avropada fransız dili necedirsə, burada türk 
dili elədir” [42, 78-79]. Rus ziyalılarından A.A. Bestujev-Marlinski yazırdı ki, Azərbaycan türkcəsini 
bilən “Asiyanın bir tərəfindən o biri qurtaracağına qədər gedə bilər” [10, 25]. 1837-ci ilin sonlarında 
rus  şairi M.Y. Lermontov dostu S.A. Payevskiyə  məktubunda yazırdı: “Tatarca (türkcə-X.X.) 
öyrənməyə başlamışam, hansı ki burada ümumən Asiyada zəruridir, necə ki fransız dili Avropada” 
[10, 35].  
1898-ci ilin yayında Dağıstanda olmuş Q.F.Qan yazır ki, burada rus dilini heç kim bilmir, 
bütün Dağıstanda türk-tatar dili beynəlmiləl dil sayılır, mənim məlumatçı sputnikim Tiflisdəki keç-
miş Avstriya konsulu bu dil vasitəsi ilə mənə kömək edirdi [43, 71-72]. Mənbələr məlumat verir ki, 
Dağıstanın nəinki müsəlman xalqları, burada yaşayan erməni və yəhudilər də Azərbaycan türkcə-
sində ünsiyyət qururdular [44, 168].  
Rus imperiyası Qafqaza daxil olduğu gündən Qafqaz xalqları arasında etnik mənəvi, sosial-si-
yasi, ideoloji-psixoloji birliyi pozub, dağıdıb parçalamaq üçün onun əsasları, mənbəyi Azərbaycan 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
139 
türkcəsinin nüfuzunu qırmaq, mövqeyini sındırmaq, öldürmək üçün tədbirlər həyata keçirməyə baş-
ladı [10, 24]. Məqsədinə nail ola bilməyən rus imperiyası 1857-ci ildən rusdilli, xüsusən Qafqazda 
yaşayıb işləməsi nəzərdə tutulanlar üçün Azərbaycan türkcəsinin öyrədilməsinə başlayır [10, 27].  
Rus imperiyası ardıcıl olaraq doğma vətənində Azərbaycan türkcəsinin funksiyasına, mövqeyinə 
zərbələr vurmaqla onu zəiflədirdi. 1905-ci ildə rus imperiyasinda başlayan milli azadlıq hərəkatında 
Qafqazın müsəlman xalqları Azərbaycan türkləri ilə çiyin-çiyinə, vahid xalq kimi mübarizə aparırdılar.  
Azərbaycan milli-azadlıq hərəkatının liderlərinin siyasətində milli dil- ana dili siyasəti  əsas 
yer tuturdu. 1917-ci ilin oktyabrında “Müsavat partiyası”nın I qurultayında dövlət müstəqilliyinə 
nail olan kimi Azərbaycan türkcəsinə dövlət dili statusu veriləcəyi, onunla bərabər milli etnik qrup-
ların, azsaylı xalqların ana dilini sərbəst inkişaf etdirmək, ana dilində  məktəb, təhsil müəssisələri 
yaradacağını elan etdi [10, 60-62]. Azərbaycanda milli azadlıq hərəkatı qalib gəldi, Azərbaycan 
Xalq Cumhuriyyəti dövləti quruldu. Azərbaycan Xalq Cümhuriyyəti və onun ilk parlamenti təşkil 
olunarkən respublikanın etnik mənzərəsi nəzərə alınaraq dövlət strukturlarında və parlamentdə az-
saylı xalqların nümayəndələrinə yer ayrılmışdı. Parlamentdə milli azlıqların fraksiyası yaradılmışdı. 
Bütün azsaylı xalqların, icmaların nümayəndəsi parlamentdə təmsil olunurdu (45). 27 iyun 1918-ci 
ildə Azərbaycan türkcəsi dövlət dili elan edildi. Çar Rusiyasının Azərbaycanda yeritdiyi dil siyasəti 
nəticəsində Azərbaycan türkcəsi elə bir vəziyyətə salınmışdır ki, nə dövlət aparatı, nədə məktəblərin 
bu dildə  işləmək imkanı yox idi. Dövlət aparatında, məktəblərdə türk dilində  işləyəcək kadrlar, 
müəllimlər, dərsliklər, kitab və digər vasitələr yox dərəcəsində idi. Azərbaycan Cümhuriyyəti nəin-
ki türkdilli məktəblərin, milli etnik qrupların, azsaylı xalqların dilinin inkişaf etdirilməsi siyasətini 
ardıcıl həyata keçirsə də, onu başa çatdırmağa ömrü yetmədi. Rusiyada hakimiyyətə gəlmiş bolşe-
viklər 1920-ci ildə Qafqazı, Azərbaycanı yenidən işğal etdilər. Azərbaycanda, Qafqazda hakimiyyə-
ti  ələ keçirən rus-erməni birliyi hakimiyyəti  ələ keçirdiyi gündən müxtəlif üsullarla ardıcıl olaraq 
Azərbaycan türkcəsini sıxışdırmağa başladı. Dağıstan kommunist-bolşevik partiyası 29 noyabr 
1923-cü ildə keçirilən II plenumunda Azərbaycan türkcəsini dövlət və  təhsil dili kimi qəbul etdi, 
beləliklə Azərbaycan türkcəsi 1928-ci ilə kimi Dağıstanda  ənənvi, milli dövlət dili kimi xalqın 
həyatının bütün sahəsində fəaliyyətini davam etdirdi [10, 75].  
Müstəqillik şüarları ilə Azərbaycanın dövlət hakimiyyətini qəbul edən bolşeviklər 1920-ci il 
24 iyul tarixində Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiyasında “milli azlıqlar 
maarif  şöbəsi haqqında  əsasnamə  qəbul etdilər, həmin ilin dekabrında Azərbaycan Hərbi  İnqilab 
Komitəsi I və II dərəcəli məktəblərdə  tədrisin  şagirdlərin ana dilində aparılması haqqında xüsusi 
dekret verdi. Problemi tədqiq etmiş tarix elmləri doktoru Q.Cavadov yazır ki, əsas diqqət yerli 
etnoslara deyil, ermənilərə, rus və yəhudilərə yönəldildi. Başqa sözlə, azsaylı xalqlar istilahı altında 
respublikanın aborgen etnosları deyil, başlıca olaraq ermənilər, ruslar və  yəhudilər nəzərdə tu-
tulurdu. Ona görə də dövlət tərəfindən azsaylı xalqlar haqqında verilən imtiyazlardan birinci növbə-
də onlar istifadə edirdilər. Dövlət idarə orqanlarına əsasən bu xalqların nümayəndələri cəlb olundu” 
[45]. Lakin az da olsa respublikanın aborogen etnik qruplarının dilində məktəblər də açıldı. “Lakin 
30-cu illərin sonunda azsaylı xalqların nümayəndələrinin rus məktəblərinə axını başlanır, bununla 
əlaqədar olaraq 1939-40-cı  tədris ilində respublikadakı azsaylı xalqlara məxsus olan məktəblərin 
sayı xeyli azalmış olur. Artıq 40-ci illərin başlanğıcında faktiki olaraq Azərbaycanın  əksər  əra-
zilərində tat, talış, kürd, avar, ləzgi, udi milli məktəbləri fəaliyyətlərini dayandırdılar” (45). 
Azərbaycan multikulturalizminin mənbələrini hər kəsin aydın dərk etməsi üçün XVIII əsr 
mənbəyi “Car salnaməsi” (B, 1997) əsərində bölgə əhalisinin zəngin etnopsixoloji xüsusiyyətlərin-
dən ikisini, Dağıstan və Azərbaycan hadisələrinə bu iki xalqın reaksiyasından bir neçə faktı oxucu-
ya təqdim etməyə ehtiyac duyuruq. 1803-cü ilin martında rus qoşunları general Qulyakovun ko-
mandanlığı ilə Car-Balakən bölgəsinə daxil oldu. Heç bir hərbi zərurət olmadan, əhalini qorxutmaq, 
gözünü qırmaq üçün Balakəni dağıdıb viran qoydu. Martın 29-da Carı bütünlüklə tutdu. 1803-cü 
ilin 12 aprelində Tiflisdə rus qoşunlarının komandanı ilə Car ağsaqqları arasında bağlanan müqavi-
ləyə görə carlılar hər il car xəzinəsinə 220 put ipək verməli, rus qoşunlarının Carda yerləşdirilməsi-
nə şərait yaratmalı, rus hökuməti isə bunun müqabilində Car-Balakən camaatının daxili işlərinə qa-
rışmamalıdır. Lakin elə müqavilənin ilk günündən rus hökuməti heç bir öhdəliyinə  əməl etmədi, 
xalqın inam evi, allah evi kimi dəyərləndirdiyi məscidləri uçurub yerində kilsə tikdirməyə başladı. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə