Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə60/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   56   57   58   59   60   61   62   63   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
132 
Məcidova Reyhan  
Mahmudova Şəfəq 
AMEA Şəki Regional Elmi Mərkəzi  
Azərbaycan, Şəki  
 
 
QƏDİM ŞƏKİNİN MİLLİ OYUNLARI 
 
Açar sözlər: qədim Şəki, milli oyunlar, ağac, daş, təbiət, təbiət, kompüter 
Ключевые слова: древний Шеки, национальные игры, дерево, камень, природа, компьютер. 
Key words: ancient Sheki, national games, wood, stone, nature, computer 
  
Müşahidələr göstərir ki, sivilizasiyanın inkişafı ilə bağlı bir çox milli oyunlar tamamilə unudu-
lur, bəzi oyunlar isə unudulmaqdadır. Bu gün yetişməkdə olan nəsil çox təəssüf ki, bu cür oyunlardan 
məhrumdur. Yaşadığımız kompüter əsrində uşaqlarımızın yeganə əyləncəsi kompüter və telefon, daha 
dəqiq desək, internet oyunlarıdır. Bu isə uşaqlarda həm fiziki, həm də psixoloji problemlərin yaran-
masına səbəb olan ən böyük amildir. Təbiətlə təmasdan məhrum olan və yalnız kompüterin zəhərli 
şüalarını qəbul edən uşaqlarda müxtəlif xəstəliklərin yaranması ehtimalı daha yüksəkdir. 
Bu cür uşaqlarda özünəqapanma, depressiyaya düşmə hallarına çox rast gəlinir. Tədricən göz-
lər zəifləyir, beyin həddindən artıq yükləndiyi üçün yaddaşsızlıq yaranır. Eyni zamanda bəzən otu-
raq həyat tərzi keçirdiyi üçün uşaqlarda artıq çəki, sümüklərdə əyilmələr daha bir çox xəstəliklər də 
yaranır. Eqoizm, pessimizm, autizm (özünəqapanma) kontaktın zəifləməsi, stress, əsəbilik, gərgin-
lik, zehni yorğunluq, diqqət yayğınlığı (pozğunluğu) əmələ gəlir. Bu isə gələcək nəslin intiharına 
səbəb ola biləcək amillərdən birincisidir.  
Xalq arasında uşaqlarla bağlı atalar sözlərinin yaranması da heç də təsadüfi deyil. Övladlarını-
za qayğı göstərin. Böyüklərə hörmət kiçiklərə  məhəbbətdən başlayır. Uşaq olan evdə söz-söhbət 
olmaz və s.  
Milli oyunlar Məmməd Dadaşzadə, Azad Nəbiyev, Mürsəl Həkimov, Ramazan Qafarlı kimi 
görkəmli folklorşünas alimlər tərəfindən tədqiq edilmişdir. 
İnsanlarda var olmaq, özünütəsdiq və yaratmaq tələbatı erkən yaşlarından oyanır və zaman 
keçdikcə yeniyetməlik çağlarında daha da inkişaf edir. İnsanlarda hər cür yaradıcılıq qabiliyyətinin 
formalaşmasında  ən böyük amil fəaliyyət növləridir, hansı ki, bunların hər birinin müxtəlif yaş 
dövrlərində özünəməxsus prioritetliyi vardır. İnsanın formalaşmasında yeri olan fəaliyyət növləri sı-
rasında oyunların xüsusi rolu vardır.  İnsanlar oyunlar zamanı qarşıya qoyulan məsələlərin həllinə 
çalışır, bir sıra hadisələr arasında daxili rabitə olduğunu müəyyənləşdirir, müşahidələrini ümumləş-
dirib nəticələr çıxarır və mühakimələr yürütməli olurlar. Onlar oyunların köməyilə nizam –intizam 
qaydalarını mənimsəyir, arzuolunan adət və vərdişlərə yiyələnir, birgəfəaliyyət, ünsiyyət qaydaları-
nı öyrənir, ən əsası da yoldaşlıq, dostluq münasibətlərinin subyektlərinə çevrilirlər. 
Burada sovet pedaqoqu V.A.Suxomlinskinin fikirlərini xatırlamaq yerinə düşər. “Oyunlar ilk 
yaşlarından uşaqların əlindən tutaraq sanki onları elm qalasına, çətinliklər və mübarizələrlə zəngin 
olan mənəviyyat dünyasına aparır. Xalq oyunları müdrik baba kimi uşaqlara yol göstərir, gah cüssə-
li bir pəhləvan kimi onları mübarizəyə çağırır, gah da qayğıkeş ana kimi laylay çalır” [11; 2].  
Təcrübə və müşahidələr göstərir ki, daha çox kiçik yaşlı uşaqlar tərəfindən yaradılan oyunlar 
hətta yeniyetmələr tərəfindən də maraqla qarşılanır və həvəslə oynanırdı. Deməli, insanlar yeriməyi 
dərk edən gündən oynamağa başlayırlar. Bu oynamaq həvəsi oyuncaqla başlayıb, söz oyunları ilə 
davam edərkən məntiqi təfəkkürün, fiziki, mənəvi, psixoloji inkişafın formalaşmasına yardımçı 
olur. Çünki uşaqlar artıq yeniyetməlik çağından sonra demək olar ki, söz oyunlarına daha çox 
üstünlük verirlər. 
Oyunlar üçün təqlidçilik, dinamiklik, yumor, komik hərəkətlər, cildəgirmə və s. xarakterkdir. 
Demək olar ki, əksər oyunlarda insanlar uşaqlıqdan başlayaraq öz aktyorluq məharətlərini göstərir-
lər. Bu səbəbdən də oyunlarda dram ünsürlərinin olduğunu aydınca müşahidə etmək olar. 
Söylənilənlər zəmanəsinin klassikləri səviyyəsinə yüksəlmiş insanlar tərəfindən təsdiq edilib-
dir. Fikrimizi əyaniləşdirən bəzi mülahizələrə nəzər yetirək. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
133 
Görkəmli Azərbaycan filosofu və astronomu Nəsrəddin Tusi “Əxlaq Nasiri” əsərində yazır: “ 
Uşaq hər vaxt oynamaq istəsə, icazə verilməlidir, lakin oyun gözəl olmalıdır, yorub əldən salmama-
lı, körpənin qanını qaraltmamalı, zehnini kütləşdirməməli, təlim və  tərbiyəsini çətinləşdirməməli-
dir” [9; 160]. Bu fikrin əlavə şərhə ehtiyacı yoxdur. Danılmazdır ki, oyunlar şəxsiyyətin formalaş-
masına yardımçı olur ki, bu da oyunların gələcək nəslin  əsil  şəxsiyyət kimi yetişməsində  əvəzsiz 
vasitə olduğunu söyləməyə əsas verir. Oyun zamanı uşaqların təfəkkürü, nitqi, hafizəsi, təxəyyülü, 
diqqəti fəaliyyətdə olur. 
N.K.Krupskaya haqlı olaraq vurğulayırdı ki, “Oyunda uşağın gözü iti görür, zirəkliyi, təşəb-
büskarlığı inkişaf edir, iradəsi möhkəmlənir” [10; 28].  
Böyük zəka sahibləri, psixoloq alimlər, insanşünaslar təsdiqləyirlər ki, hərəkətli oyunlar fiziki 
inkişafa, söz oyunları isə zehni və psixi inkişafa kömək edir.  
Prof. R.Qafarlı “Uşaq folklorunun janr sistemi və poetikası” kitabında yazır: “Uşaqların oyun 
fəaliyyətində iki mühüm məsələ diqqəti cəlb edir: bir tərəfdən oyunlarla uşaqlar praktik fəaliyyətə 
başlayırlar, sərbəstliyə öyrəşirlər, digər tərəfdən bu fəaliyyət nəticəsində  mənəvi və estetik zövq 
alır, əhatə olunduqları ətraf mühüti dərk etməyə çalışırlar. Bütün bunlar son nəticədə uşaqların həm 
fiziki, həm də mənəvi inkişafına kömək edir, onların şəxsiyyətini formalaşdırır” [7; 477
Oyunların uşaq, yeniyetmə  və  gənclərin həyatında  əhəmiyyətini ümumiləşdirərək aşağıdakı 
nəticələrə gəlirik: 
1. İnsanlar arasında ünsiyyət formalaşır. 
2. Uşaq, yeniyetmə və gənclərin fiziki, mənəvi, psixoloji və intellektual inkişafına təkan verir, 
onların kamilləşməsində və cəmiyyətə inteqrasiyasında müsbət rol oynayır. 
3. İnsanların komandada işləmək qabiliyyəti aşılanır. 
4. Təfəkkürün, nitqin, diqqətin, hafizənin fəaliyyətinə kömək edir. 
5. Müşahidəçilik qabiliyyətini artırır. 
6. Uşaq, yeniyetmə və gənclərin pis vərdişlərdən cəkinməsində, faydalı əmək vərdişlərinin və 
həyat eşqinin formalaşmasında müsbət rol oynayır. 
7. İnsanların təbiət amillərindən istifadə və faydalanma qabiliyyətinin aşılanmasına təkan verir. 
8. Uşaq, yeniyetmə  və  gənclərin analitik düşünmə, təhlil və ekstremal hallardan çıxmaq 
qabiliyyətlərinin formalaşmasına, ümumi motivasiyasına müsbət təsir göstərir. 
9. Nizam-intizam qaydalarını öyrənməyi, qayda-qanuna əməl etməyi aşılayır. 
10. Liderlik və həm də mühafizəkarlıq hisslərinin formalaşmasına təsir edir. 
11. Milli və  mənəvi dəyərlərin qorunub saxlanmasında, təbliğ  və  təşviqində mühüm rol 
oynayır. 
12. Müxtəlif millətlərin nümayəndələri arasında dostluğun və  əməkdaşlığın yaranmasına 
təkan verir.  
 Burada onu da qeyd etməliyik ki, Şəkidə özünə yer alan müəyyən oyunlar Azərbaycanın di-
gər bölgələrində  də oynanılır. Bəzilərinin adı başqa, qaydası eyni, bir qisminin adı eyni olsa da 
oyun qaydası başqadır. Şəkidə oynanılan oyunlara oxşar oyunlar daha çox Gəncəbasar və Ağbaba 
bölgəsinə  məxsusdur. Məsələn: Gəncəbasarda “Çiling-ağac” “Xan-vəzir”, “Siçan-pişik”, “Dala 
yaylıq atma”, “Beşdaş”, “Ənzəli”, “Bənövşə”, “Yeddi daş” (Şəkidə 7 kirəmit) oyunlarının oyun tex-
nologiyası eynidir, lakin Ağbabada “Dala yaylıq atma”, “Siçan pişik”, “Əl üstə kimin əli” kimi 
oyunlar ad baxımından eynilik təşkil etsə də oyun texnologiyası fərqlidir.  
  
Xülasə 
 
Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olan fərqli və oxşar folklor nümunələri, adət-ənənələr 
xalqımızın milli sərvətidir. Yurdumuzun hər qarışı bu cür sərvətlərlə  zəngindir.  Şəki bölgəsinin də özünə-
məxsus, zəngin, əlvan folklor nümunələri, adət-ənənələri vardır. Bunlardan biri də olduqca maraqlı, faydalı 
hesab edilən milli oyunlardır. Şəki folklor və etnoqrafiyası nümunələri janr müxtəlifliyi, spesifik əlamətləri 
və zəngin informasiya tutumuna görə Azərbaycan folklorşünaslığı və etnoqrafiyasında mühüm yer tutur.  
Məqalədə uzun illərdən bəri  Şəki  şəhəri  ərazisində tarixən oynanılan milli oyunlar haqqında söhbət 
açılır, onların oyun qaydası tədqiq edilir, mahiyyəti və əhəmiyyəti təhlil müstəvisinə çıxarılır. Eyni zamanda 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə