Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə58/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   54   55   56   57   58   59   60   61   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
128 
Təbii ki, aşıq  ədəbiyyatında bütün zamanlarda məhəbbət mövzusu aparıcı olmuşdur. Belə ki, 
klassik aşıqlarımızdan tutmuş müasir dövrə qədər aşıq şerində məhəbbət mövzusu hər zaman insan 
hisslərinin tərənnümçüsü, poeziyanın ayrılmaz mövzusu olmuşdur. Мəhəbbət mövzusu qədim zaman-
lardan həm  şairləri, həm də  aşıqları özünə  cəlb etmişdir. Aşıq yaradıcılığında aparıcı mövzulardan 
olan məhəbbət isə tək qadına, sevgiliyə olan hiss deyildir. Vətənə, anaya məhəbbət, təbiətə məhəbbət
övlada məhəbbət və s. formalarda da özünün ruhi müvazinətini saxlayır. Bu baxımdan Xəstə Qasımın 
yaradıcılığında tərənnüm olunan məhəbbət anlayışı geniş mənaya malik bəşəri anlayışdır.  
 
Xəstə Qasım, tamam oldu sözlərim, 
Eşq ucundan kabab oldu gözlərim, 
Qərib yerdə, yad ölkədə, gözlərim, 
Vətən deyib ağla, ağlar qal indi [12, 23].  
 
Odur ki, təbliğ olunan məhəbbət anlayışı təkcə sevgilini yox, insanlığı, doğma yurda olan sev-
gini, yurd həsrətini də özündə ehtiva edir. 
Sarı Aşıq, Aşıq Qurbani, Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Xəy-
yat Mirzə, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Abdulla, Aşıq Əsəd müasirlərindən Növrəs İman, 
Aşıq Avdı, Dərya Məhəmməd, Əmrah Gülməmmədov, Aşıq Bəhram və.s. kimi ustad aşıqların ya-
radıcılığında məhəbbət lirikası mövzu və məzmun baxımından rəngarəngdir. Dünyanı fəth edən, in-
san qəlbini ovsunlayan, şairlərin ilham pərisinə çevrilən eşq klassik ənənə baxımından aşıq şeirinin 
əsas qaynağı olmuşdur.  
 
Sən mənim sultanım, sən mənim canım, 
Oyan, gözlərinə qurban olduğum. 
Sən cavan vicdanın, sən mənim canım, 
Oyan, gözlərinə qurban olduğum. 
 
Yaxud: 
 
Mən səni istərəm dildə, duvada, 
Səni and verirəm o min bir ada. 
Köhnə sevgilinəm məni sal yada, 
Oyan, gözlərinə qurban olduğum [5, 359]. 
 
Bütün başqa sevgililər kimi, Aşıq Bəhrəmin [Həsənov Bəhrəm] sevgilisi də ona zülm edən, 
cəfa çəkdirən sənəmdir. Aşıq onun zülmündən, laqeydliyindən şikayətlənsə də, ancaq sevgilisinin 
eşqi ilə odlara tutuşub yandığını söyləyir, buna baxmayaraq dərdinin çarəsini yenə də onda axtarır. 
Bu klassik aşıq mövzusunda həm məhəbbət, həm ayrılıq, həm də vüsal həsrəti vardır.  Şair sanki 
əlacsız qaldığından sevgilisinin ona həmdərd olmasını istəyir. Aşıq Bəhrəm dastançı aşıq olub. Zən-
nimizcə elə bu səbəbdən də aşıq bu şeiri "Tahir-Zöhrə" dastanında aşağıdakı şeirdən bəhrələnərək 
yazılıb. Dastanda Tahar Mirzə sevgilisi Zöhrəni oyatmaq üçün belə deyir: 
 
Dan yerinə yenə düşdü nişana
Oyan, gözlərinə qurban olduğum. 
Uşdu şeyda bülbül qondu gülşana, 
Oyan, gözlərinə qurban olduğum. 
 
Alma atdım yastığına dayandı, 
Yastığın da al qırmızı boyandı. 
Sənnən yatan qız-gəlinnər oyandı, 
Oyan, gözlərinə qurban olduğum [3, 185]. 
 
Hər iki şeirdə "Oyan gözlərinə qurban olum" ifadəsi işlənmişdir. Burada hər iki aşiq sevgilisi-
ni oyadarkən onun gözlərinə qurban olduqlarını dilə  gətirirlər. Aşıq Veysəlin yaradıcılığında eşq, 
sevgi, həsrət də bu baxımdan diqqətçəkicidir: 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
129 
Ala gözlü benli dilber, 
Bir gün gelsen bize doğru. 
Seni sevdim canü dilden 
Çekme kendini naza doğru. 
Ne pervam var ne de perdem
Sanma beni hali bir dem. 
Söyler seni teller her dem 
Kulak versen saza doğru. 
Aşığa zülfükar isen, 
Gülşende güle zar isen. 
Hakikatli bir yâr isen 
Ben geleyim size doğru. 
Gönülleri bir edelim, 
Gayrileri biz nidelim. 
İkimiz de bir gidelim 
Yürüyelim ize doğru. 
Bir gün için feryadı zar, 
Bülbül eder her dem seher. 
Aç sinemi gel gör ne var 
Arttı derdim yüze doğru. 
Kafi derdim bir derd katma
Veysel'i yabana atma. 
Kerem eyle çok uzatma 
Kavuşalım yaza doğru [12]. 
 
 Aşıq yaradıcılığında məhəbbət mövzulu klassik sənətdən gələn “qəddi çinar”, “beli nazik”, 
“gümüş  kəmər”, “qələm qaşlı”, “gözü xumar”, “bəxtəvər” kimi ifadələr daha çox işlənir. Aşığın 
məhəbbət şerində təsvir edilən sevdiyi gözəl bal dodaqlı, al yanaqlıdır. Aşıq belə bir gözəlin eşqinə 
görə minnət hissi keçirir. Aşıq Avdının aşağıdakı qoşması bu baxımdan klassik aşıq şerinin gözəl 
nümunələrindən biri sayıla bilər: 
 
Hüsnün mərhəmətinə ziyarətim var, 
Üzü lala, yanaxları al gülüm.  
Hökmün var, daha oldum beyqərar, 
Dili dərman, dodaqları bal gülüm. 
 
Soruşum əhvalını, sıxım əlini, 
Qoy bilim məqsədini, xiyalını, 
Xəstənəm təbibim, kəsmə yolunu
Hərdən dolan bu yanlara gəl gülüm. 
 
Bilirəm deməzsən necoldu Avdı, 
Onun cəsədini yandırdı odu, 
Kənar gəzmə bircə sənsən muradı, 
Sinəsinin sazı, tarı ol, gülüm [5, 220]. 
 
Aşıq Ələsgərin yaradıcılığında klassik aşıq sənəti ənənələrinin inkişaf etdirilməsinin, aşıq şe-
rinin müxtəlif şəkil və formalarında orijinal nümunələrin yaranmasının şahidi oluruq. Burada klas-
sik forma dedikdə qoşma, gəraylı, bayatı, divani şeir şəkilləri nəzərdə tutulur. XX əsr ustad aşıqla-
rın yaradıcılığında əsasən qoşma və onun müxtəlif növləri, gəraylı, divani daha çox nəzərə çarpır. 
Bütün bunlar təbii ki, klassik şeir şəklinin yaşadılması mənasına gəlir. Ancaq unutmamaq lazımdır 
ki, bu şeir  şəkilləri bütün zamanlarda aşıq poeziyasının  ədəbi-estetik  şeir texnikasının təməlində 
durmuşdur. Ona görə də klassik ənənə dedikdə bu janrların və şeir şəkillərinin müasir aşıq poeziya-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə