Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə55/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   51   52   53   54   55   56   57   58   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
122 
 
Özet 
 
Bu çalışmada XX asrın başlarında, 1907 yılında, daha bebekken ailesi ve 7 kardeşiyle  Şimali 
Kafkasya’dan Türkiye’ye, iç karışıklar sebebiyle, göçmek zorunda kalmış bir yazar "Kadircan Kaflı" ve 
"Şimali Kafkasya" adlı eseri multikultiralizm perspektifinden değerlendirilecektir. 
 
Резюме 
 
В  данной  статье  рассматриваются  произведение  «Северный  Кавказ»  с  точки  зрения  мульти-
культурализма,  а  также  многострадальное  жизниописание  автора  этого  произведения  «Кадирджана 
Кафлы»,  который  по  причине  беспорядков  был  вынужден  переселиться  из  Северного  Кавказа  в 
Турцию в начале XX века, в 1907 году, в раннем детстве вместе с семьей и 7 братьями и сестрами.  
    
 
 
Summary 
 
This study will evaluate the work "Northern Caucasus" by Kadircan Kafli which will focus on the 
aspects of multiculturalism. Kadircan Kafli (whom was a baby) with his family and seven children, were 
forced to emigrate due to domestic disturbance from Caucasus to Turkey at the beginning of the 20th 
century. 
 
Kaynakça: 
 
1.
 
Kaplan, Muharrem, Kadircan Kaflı ve Eserleri Üzerine Bir İnceleme, Kesit Yay. İstanbul, 2013 
2.
 
Kaflı, Kadircan, Şimalî Kafkasya, Vakit Matbaası, İstanbul, 1942 
3.
 
Köseoğlu, Nevzat, Türk Dünyası Tarihi ve Türk Medeniyeti Üzerine Düşünceler , Ötüken Yay., 
İstanbul, 1990 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
123 
Zümrüd Ağakişiyeva, müdir 
 Zaqatala rayon Mədəniyyət və turizm şöbəsi  
Azərbaycan, Zaqatala 
 
ZAQATALADA MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ 
  
Açar sözlər: multikulturalizm, dəyər, Azərbaycançılıq ideyası, turizm 
Ключевые слова: мультикультурализм, ценность, идея Азербайджанства, туризм 
Key words: multiculturalism, value, the idea of Azerbaijan-study, tourism 
 
Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olur, çünki onların hər biri 
ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir (H.Əliyev). 
Beynəlxalq aləmdə multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını 
tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur.  
Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşma-
dan yaşadığı gözəl bir dövlətdir. Bu gün də Azərbaycanda müxtəlif dinlərə  məxsus bir çox etnik 
qrupların nümayəndələri yaşayır ki, onlar da müstəqil, suveren dövlətimizin uğurlu inkişafına öz 
töhfələrini verməkdədir. 
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan tarixən sahibi olduğu 
tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etmiş, Möhtə-
rəm Prezidentimiz İlham  Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanda həyat tərzindən 
dövlət siyasəti səviyyəsinədək yüksəlmişdir. 
Bu gün azərbaycançılıq ideyası və multikultural dəyərlər ümumən Azərbaycan xalqını etnik, 
dini fərqliliklərə baxmayaraq, bir vəhdət halında birləşdirir. 
Tarixi ənənəyə söykənən və uzun əsrlər formalaşan tolerantlıq mühiti azsaylı xalqların hüquq-
larının qorunması, onların ana dilini, mədəniyyətini, dinini yaşatması üçün əlverişli şərait yaradıb. 
Belə  ənənələrə sahib olan ölkəmiz dünyanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq 
mərkəzinə çevrilib. Sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli - Azərbaycan Mul-
tikulturalizmi təşəkkül tapıb. 
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüzdən artıq ölkənin dövlət nümayən-
dələri qarşısında çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycan sivilizasiyaların, mədə-
niyyətlərin və dinlərin kəsişdiyi bir məkanda yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Biz 
Şərqlə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. 
Təsadüfü deyil ki, ölkədə multikulturalizm mühitinin formalaşmasına, Azərbaycan və dünya 
mədəniyyətinin inteqrasiyasına, çoxsaylı xeyriyyəçilik işlərinə dəstəyinə görə ölkənin birinci xanı-
mı Mehriban Əliyeva 2015-ci ilin adamı naminasiyası üzrə qalib elan olunmuşdur. Ölkəmizdə keçi-
rilən dünya miqyaslı tədbirlər, multikulturalizm ənənələrinin təbliği Azərbaycanın bu sahədə oyna-
dığı əvəzsiz rolunu bir daha göstərdi. 
Bu gün dünyanın multikulturalizm, tolerantlıq mərkəzinə çevrilən Azərbaycanın lokal, həm 
də dilbər guşələrindən olan Zaqatala rayonu multikulturalizm və tolerantlığın qorunub saxlanıldığı 
ən səciyyəvi mərkəzlərindən hesab oluna bilər. 
Bunun üçün ərazidəki tarixi abidələrə  və ya 20-dən yuxarı xalqın nümayəndəsinin tarixən 
mehriban, birgə yaşamalarına nəzər salmaq, bizcə, kifayətdir. Burada milli mənsubiyyətindən asılı 
olmayaraq, hamı vahid ailə kimi yaşayır. Mədəniyyətlərin müxtəlifliyi, rəngarəngliyi bu yurdun 
əvəzsiz sərvətidir. 
Zaqatalanın zəngin etnik tərkibi vardır. Rayon əhalisinin təxminən 68 faizini Azərbaycan türk-
ləri, 21 faizini avarlar, 10 faizini saxurlar təşkil edir. Rayonda 1 faiz digər xalqlar və etnik qruplar – 
Mesxeti türkləri, qumıqlar, laklar, ruslar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır. 
Ümumtəhsil məktəblərinin ibtidai siniflərində avarlar, saxurlar və ingiloylar üçün onların ana 
dillərində dərslər tədris olunur. Şəhərdə iki saylı məktəbdə tədris tam rus dilində aparılır, bir çox 
məktəblərdə rus bölmələri fəaliyyət göstərir. 
Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Zaqatalaya hələ XIX əsrin ortala-
rında rus çarının fərmanı ilə şəhər statusu verilmişdir. Müxtəlif mədəniyyətlərin və dinlərin paralel 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə