Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə52/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   48   49   50   51   52   53   54   55   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
114 
“Khan road”, “Sacred places”, the gates belonging to the 18th-19th centuries, the national instrumental group 
“Jangi” and Udi weddings attract tourists attention by its traditions up to nowadays. 
 
 
Ədəbiyyat: 
 
1) Роберт Мобили. Удины: язык, религия, фольклор традиции.Баку-2006 
2) Роберт Мобили. Удины: язык, религия и этнография. Баку-2011 
3) Keeçari G. Udilərdə ənənəvi toy mərasimləri. Gəncə-“Agah”-2004 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
115 
Oleq Danakari 
“Orayin” Udi Mədəniyyət Mərkəzinin rəhbəri 
Azərbaycan, Qəbələ, Nic 
 
MULTİKULTURAL ZƏMİNDƏ QARŞILIQLI MÜNASİBƏTLƏR 
  
Açar sözlər: Qəbələ, Nic, udi, unikal, Alban kilsəsi 
Ключевые слова: Кабала, Нидж, Уди, уникальный, Албанская церковь 
Key words: Gabala, Nic, Udi, unique, Albanian church  
 
Azərbaycanda qədim tayfalardan biri olan udilərin bugünkü nəsilləri hazırda yığcam halda ki-
çik bir icma şəklində Qəbələ rayonunun Nic qəsəbəsində və Oğuz şəhərində yaşamaqdadırlar. Azər-
baycan dövləti öz müstəqilliyini qazanandan sonra onların unikal dilini, dinini, özünəməxsus adət-
ənənələrini, eyni zamanda başqa mədəni və mənəvi sərvətlərini qoruyub saxlamaq üçün böyük işlər 
görülmüş və görülməkdədir. Bu işləri həyata keçirmək üçün Nic qəsəbəsində iki ictimai təşkilat ya-
ranmışdır: - “Orayin” (“Bulaq” ) Mədəniyyət Mərkəzi və Alban dini xristian icması. 
Hal-hazırda Nic qəsəbəsində 6,3 min əhali var; onlardan 3300 udi, 2737 azərbaycanlı, 192 ləzgi 
və 71 nəfər digər xalqların nümayəndələridir. Qəsəbəmizdə 5 məktəb, 2 uşaq bağçası, 1 yaradıcılıq 
evi, 1 kilsə, 2 məscid, 2 məbəd və digər tarixi abidələr mövcuddur. Bu rəqəmlər onu göstərir ki, qəsə-
bə beynəlmiləldir və tolerant şəraitdə müxtəlif xalqın nümayəndələri sülh və əmin-amanlıq şəratində 
bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşaraq icma kimi fəaliyyət göstərirlər. 
Azərbaycana gələn xarici qonaqların bir hissəsi, istər dövlət xadimləri, istərsə də digər sahələri 
təmsil edən məmurlar udilər yaşayan Nic qəsəbəsinə səfər edirlər. Buraya səfər zamanı qonaqlar to-
lerantlıq şəraitində yaşayan insanları görüb, onlara yüksək qiymət verərək xoş təəssüratla qayıdırlar. 
2003-cü ildə “Orayin” (Bulaq) Mədəniyyət Mərkəzinin bülletenindən bir məqalənin mətnini 
təqdim etmək istəyirəm. Məqalə “Dostluğumuz əzəlidir, əbədidir” adlanır. Bu məqaləni milliyətcə 
azərbaycanlı olan Niyazi Əhmədov yazmışdır. O, yazır:  
“Yaşım altmışı keçib, dörd oğlan, iki qız böyütmüşəm, heç vaxt vəzifəm olmayıb. Sadə kənd 
həyatı keçirmişəm. Rəhmətlik atamın mənə bir vəsiyyəti olub: deyib ki, oğul, ömrüm udilərlə dost-
luq mühitində keçib. Bu dostluğu  ən qiymətli miras kimi sənə tapşırıram. Onu qoru və daha da 
möhkəmləndir. Onun vəsiyyətinə daim əməl eləmişəm. Elə bilməyin ki, udilərlə dostluq edən təkcə 
bizim ailədir. Kəndin hansı küçəsinə yolunuz düşsə, iki xalqın övladlarını bir yerdə görərsiniz. Tari-
xin sınaqlarından şərəflə çıxmış bu dostluğumuz əzəlidir, əbədidir. Hörmətlə: Niyazı Əhmədov.” 
Belə insanların sayı-hesabı yoxdur. Həqiqətən, son vaxtlar Nic qəsəbəsində yaşayan udilərlə 
münasibət o qədər yüksək səviyyəyə çatıb ki, azərbaycanlını, udini, ləzgini ayrı-ayrılıqda görə bil-
məzsiniz. Xeyir-şər işlərində həmişə bir-birinə dayaq olurlar. 
Hamı bilir ki, hal- hazırda dünyada baş verən iqtisadi və siyasi böhran bizim dövlətimizə də 
mənfi təsir göstərib. Lakin çətinliklərə baxmayaraq, Azərbaycan xalqı, dövlətimiz son vaxtlar mul-
tikulturizm dəyərlərini daha da üstün tutaraq bu sahədə dünyaya meydan oxuyur. Udilər yaşayan 
Nic qəsəbəsi buna canlı misaldır. Bu qəsəbədə sülh, əmin-amanlıq və tolerant şəraitində bütün 
xalqların nümayəndələri yaşayır və inkişaf edir. 
Son vaxtlar udilər yaşayan qəsəbədə çoxlu uğurlu işlər görülmüşdür. Alban kilsəsinin bərpası, 
Bibliyanın udi dilinə tərcüməsi, ibtidai siniflər üçün udi dilində dərsliklərin hazırlanması və çapı, 
udi yazarlarının kitablarının çapı, dövlət, milli və dini bayramların keçirilməsi, qəsəbədə abadlıq iş-
ləri, yeni 2 mərtəbəli məktəbin tikilməsi və digər sosial problemlərin həlli məsələləri qəsəbədə ya-
şayan xalqları sevindirir və onları gələcəyə ruhlandırır. 
Biz udilər Azərbaycan dövlətinin tutduğu ictimai-siyası və iqtisadi yolu bəyənirik və dəstəklə-
yirik və bizə həmişə qayğı göstərənlərə minnətdarlığımızı bildiririk. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
116 
Xülasə 
 
Udilər kiçik bir icma şəklində Qəbələ rayonunun Nic qəsəbəsində və Oğuz şəhərində yaşamaqdadırlar. 
Azərbaycan dövləti tərəfindən udilərin unikal dilini, dinini, özünəməxsus adət-ənənələrini, eyni zamanda 
başqa mədəni və mənəvi sərvətlərini qoruyub saxlamaq üçün böyük işlər görülmüş və görülməkdədir. Alban 
kilsəsinin bərpası, Bibliyanın udi dilinə tərcüməsi, ibtidai siniflər üçün udi dilində dərsliklərin hazırlanması 
və çapı, udi yazarlarının kitablarının çapı, dövlət, milli və dini bayramların keçirilməsi, qəsəbədə abadlıq 
işləri, yeni məktəbin tikilməsi udi xalqına qayğının nəticəsidir.  
 
Резюме 
 
Удины как малочисленная община, продолжают жить в поселке Нидж района Кабала и в горо-
де Огуз. Азербайджанским Государством проделаны огромные работы для сохранения уникального 
языка, религии, своеобразных обычаев-традиций удинов, а также их других культурных и моральных 
ценностей.  Реставрация  Албанской  церкви,  перевод  Библии  на  удинский  язык,  подготовление  и 
печать учебников для начальных классов на удинском языке, печать книг удинских писателей, прове-
дение  их  государственных,  национальных,  религиозных  праздников,  работы  по  благоустройству  в 
поселке, постройка новой школы является результатом заботы об удинском народе. 
 
Summary 
 
 Udis have been living as a small community in Nij village of Oghuz region and Oghuz city. The great 
works have been done and have been doing for protecting the unique language, the religious, the traditions 
that belong to them, and other cultural and sipiritual recources of udis by Azerbaijan republic. Restoration of 
the Alban church, translating the Bibliyan into the Udi language, preparation and publication of the 
textbooks for the elementary classes in the Udi language, publishing the books by Udi writers, celebrating 
the state, national and religious holidays, the constrution works in the settlement, and building the new 
school are the results of the care to Udis. 
 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə