Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə56/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   52   53   54   55   56   57   58   59   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
124 
inkişaf etdiyi bu məkanda məscid də, kilsə də, sinaqoq da şəhərin mərkəzində inşa olunub. Mam-
ruxda Armatey kilsəsi və müxtəlif yerlərdə onlarla xristianlıq nümunələri – Alban abidələri, şəhər 
mərkəzində Sinaqoq, XVII-XVIII əsrlərə məxsus məscidlər, tarixi abidələr bir qayda olaraq dövlət 
tərəfindən qorunur. 
Burada yaşayan milli etniklərin tarixi, dili, özünəməxsus mədəniyyəti, adət-ənənələri inkişaf 
etdirilir, qorunur və təbliğ olunur. Mədəniyyət evi və klublarda çalışan 243 nəfərdən 63 nəfəri avar, 
18 nəfəri ingiloy, 36 nəfəri saxurdur. 
Mədəni-turizm dəyərləri ilə seçilən Zaqatalada son illər mədəniyyət və turizmin inkişafı ilə 
bağlı  uğurlu layihələr həyata keçirilmiş, parklar, muzeylər, tarixi-memarlıq abidələri bərpa olun-
muş, yeni mədəniyyət müəssisələri yaradılmış, turizm istirahət mərkəzlərinin fəaliyyəti gücləndiril-
mişdir. Zaqatalada regionda analoqu olmayan yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, bun-
dan başqa Heydər parkı, akademik Zərifə Əliyeva adına park, Dədə Qorqud meydanı, Rayon Mədə-
niyyət Mərkəzi, 3 muzey, 57 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, 11 turizm obyekti və müxtəlif 
ictimai-iaşə obyektləri burada yaşayan və buraya gələn hər bir şəxsə xidmət göstərir, mədəni inkişa-
fa dəstək olur, mədəni inkişafı canlandırır. Saxurların yaşadığı Suvagil kəndindəki, ingiloyların ya-
şadığı Əliabad qəsəbəsindəki mədəniyyət müəssisələri paytaxt şəhərlərin mədəniyyət müəssisələri 
ilə müqayisə oluna bilər. 
Xalq kollektivləri, rəqs qrupları nəinki rayon və respublikada, eyni zamanda xarici dövlətlər-
də öz folklor nümunələrini təbliğ edirlər. Bu anlamda “Hudulki” avar xalq folklor kollektivi 2013-
cü ildə Belarusun Bobruysk şəhərində keçirilən festivalda da uğurla çıxış edib. Azərbaycanı təmsil 
edən “Hudulki” xalq kollektivi burada müxtəlif konsert salonlarında, eləcə də açıq havada keçirilən 
6 konsertdə iştirak edib, 10-a yaxın nömrə təqdim etmişdir. Festivalın açılış mərasimində Azərbay-
canın milli mətbəx və  sənətkarlıq nümunələrinin nümayiş olunduğu sərgi xüsusilə böyük marağa 
səbəb olub. Qoz ağacı materialından hazırlanmiş “Dostluq çələngi” suveniri və Azərbaycanı, regio-
nu təmsil edən digər hədiyyələr festivalın təşkilatçılarını yaxşı mənada təəccübləndirmişdir. On bir 
dəfə keçirilən bu festivalda 2-ci dəfə iştirak edən kollektiv 22 dövlətin 38-ə yaxın folklor kollektivi-
nin qatıldığı bu tədbirdə Azərbaycan dövlətini layiqincə təmsil etmişdir. 
Bu minvalla Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə birgə 2014-cü 
ildə Fransanın Paris şəhərində keçirilən "Top Resa 2014" beynəlxalq turizm sərgisində regionu təm-
sil etdiyim üçün qürur duyuram, özümü xoşbəxt sanıram. 
2008-ci ildən ənənəvi olaraq keçirilən Prezident kuboku uğrunda Çövkən oyunu və ümummil-
li lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalında rayonun ingiloy 
və avar gənclərindən ibarət komandaları müntəzəm iştirak etmiş, Qəbələ,  Şəki, Masallı, Balakən, 
Qax,  İsmayıllı, Ağsu rayonlarında keçirilən Beynəlxalq festivallarda, tədbirlərdə avar, saxur, 
ingiloy kollektivləri və müxtəlif azsaylılar iştirak etmiş, yüksək yerlər əldə etmişdirlər. 
2015-ci il noyabr ayının 19-da Mədəniyyət və Turizm Nazirliyi Bakı sakinlərini Azərbayca-
nın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən 
“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rayo-
na həsr olunmuş “Zaqatala mədəniyyət və incəsənət günləri” adlı tədbir təşkil olunmuş, burada ra-
yonun sosial-iqtisadi inkişafını, turizm imkanlarını, zəngin mədəniyyətini, mətbəxini  əks etdirən 
sərgi, incəsənət ustalarının konserti təqdim olunmuşdur. Zaqatalada yaşayan milli azlıqların “al-əl-
van çələng” şəklində təqdim etdiyi proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. 
Hər il Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Turizm və Səyahətlər sərgisində “Hudulki”, 
“Lilay”, “Ceyranım” kollektivlərinin nümayəndələri rayonun folklor həyatını canlandıra bilmişlər. 
Doğmalığın, isti münasibətin, qarşılıqlı hörmət hissinin, çoxmədəniyyətliliyin, bir sözlə, mul-
tikulturalizmin tam beşiyi olan bu məkanın folklor nümunələrinin öyrənilməsinə, araşdırılmasına və 
təbliğinə, xüsusilə 2012-ci ildən sonra diqqət artırılmışdır. 
AMEA-nın Folklor İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzi, 
Azərbaycan Turizm və Menecment Universiteti ilə bir çox tədbirlər, Mədəniyyət və Turizm Nazirli-
yinin nümayəndələrinin iştirakı ilə zona müşavirələri keçirilmişdir. 2013-cü ildə “Zaqatala alimləri-
nin və yazarlarının folklorşünaslığın təbliğində rolu” mövzusunda elmi konfrans,“Azərbaycan folk-
loru milli sərvətimizdir” mövzusunda dəyirmi masa, 2014-cü ildə “Azərbaycanda folklor turizmi: 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
125 
mövcud vəziyyət və inkişaf perspektivləri”, “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və 
yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzularında dəyirmi masalar keçirilmişdir. 
Həmin tədbirlərdə  mədəniyyət işçilərinə  və rayonun yaradıcı ziyalılarına Mədəniyyət və Turizm 
Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur. 
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi 
haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə 
bağlı dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Zaqatala rayonunun Əliabad qə-
səbəsində silsilə tədbirlərin həyata keçirilməsi də təqdirəlayiqdir. Həmin tədbirlərdə “Azərbaycanda 
dövlət-din münasibətləri” mövzusunda müzakirələr aparılmış, qəsəbə sakinlərinin iştirakı ilə mədə-
niyyət evində “Qafqaz Albaniyası və onun hazırkı varisləri” mövzusunda konfrans keçirilmiş, kon-
sert proqramı təşkil olunmuş, Zaqatala şəhər Heydər Əliyev Mərkəzində “Kitabi-Dədə Qorqud”un 
Zaqatala bölgəsində izləri” mövzusunda dəyirmi masa keçirilmişdir. 
2014-cü ildə Zaqatala rayon MKS-də AMİ-nin Zaqatala filialının müəllimi, tarix üzrə fəlsəfə 
doktoru Qüdrət Qırtımovun “Zaqatala: tarixi abidələrimiz” başlıqlı yeni kitabının, o cümlədən ta-
nınmış  şair, həvəskar Aşıq Valeh Rəhim oğlu Həsənlinin 2014-cü ildə çapdan çıxmış “Mən necə 
yazmayım Zaqataladan”, “Vüqar və Aypara” dastanı, “Mərcan gözlər” kitablarının təqdimat məra-
simləri keçirilmişdir.  
Son illərdə xalq tətbiqi və dekorativ sənəti növlərinin yaşadılması, gələcək nəsillərə ötürülmə-
si məqsədilə müxtəlif kurslar, dərnəklər təşkil olunmuş, suvenir istehsalı ilə bağlı müəyyən işlər gö-
rülmüş, rayonda qədim xalçaçılıq sənətini yaşadan “Xalça evi” istifadəyə verilmiş, Suvagil, 
Yengiyan, Əliabad xalçaçılarının əl işləri respublikanın müxtəlif sərgilərində nümayiş etdirilmişdir. 
Bu xalqın istiqanlılığından, qonaqpərvərliyindən, ənənəsindən irəli gələn bir xüsusiyyətdir ki, 
ailələrin bir çoxu milli tərkib baxımından rəngarəngdir. Azərbaycan, gürcü, avar, saxur, tat, ləzgi, 
ingiloy qızları, gəlinləri düşdüyü ailədəki dinə, mühitə, adət-ənənəyə böyük hörmətlə yanaşır, eyni 
zamanda özünün də hüquqlarını qoruyur. Belə mühitdə böyüyüb boya-başa çatacaq gələcək nəsil 
zəngin mədəniyyətlə əhatə olunaraq inkişaf edir. 
Zaqatalanın təbii zənginliyi, ərzaq çeşidi, çoxsaylı xalqların yemək nümunələri arzu edilən süf-
rəni açmağa imkan verir. Mətbəx nümunələri rəngarəngliyi ilə seçilir. Bu regiona məxsus olan qaxac 
ət yeməkləri, xüsusilə Sürhüllünün, maxaranın, düyü, qoz halvasının hansı etnik qrupa mənsub olması 
ilə yox, dadı, ləzzəti ilə müzakirə olunur. Folklorşünas Əli Süleymanovun əsərlərində geniş təsvir olu-
nan qızılgüllər açanda avarların may ayında keçirdikləri “Rohul baq”, “Hulma” (yelləncək), “Vardi” 
(qızılgül), “Toyole” (gül), Saxurların “Seyran”, İngiloyların “Qorqot” adlandırdıqları şənliklər birliyi, 
bolluğu, səmimiyyəti, dostluğu və ruzini bölüşmələri geniş təsvir olunmuşdur. Yurdumuzun el bay-
ramları, xalq yaradıcılığı nümunələrinin zənginliyi, qədimliyi həmişə diqqəti cəlb etmişdir.  
Azərbaycan mədəniyyətini sazsız, tarsız, muğamsız təsəvvür etmək mümkün olmadığı kimi, 
ləzgi-həngi adlanan ləzginkasız, Dədə Qorqud ruhunu daşıyan tənburu olmadan da təsəvvür etmək 
mümkün deyildir. Buranın çox fərqli, maraqlı toy adət və ənənələri vardır ki, bu rəngarənglik bu 
gün də qorunur və daha da zənginləşdirilir.  
Nə xeyirdə, nə də şərdə dini ayrı-seçkiliyə bu yurdda heç vaxt yol verilməmişdir. XIX əsrdə 
yaşayan Seyid Əhməd Əfəndinin dəfn mərasimində bütün dinlərin nümayəndələri iştirak etmiş, bu 
böyük din xadiminin ölümünə öz təəssüflərini bildirmişlər. Tarixi mənbələrdə belə faktlar çoxdur. 
Valideynlər seçilmədiyi kimi dinlər də seçilmir. 
Quran ayəsində deyilir: “Biz Allahın Peyğəmbərləri arasında fərq `qoymuruq”. İslam dininin 
daşıyıcıları olan biz zaqatalalılar da insanlar, millətlər və dinlər arasında heç bir fərq qoymuruq. 
Odur ki, Azərbaycan və onun lokal guşəsi olan Zaqatala bu gün bütün yer kürəsinə mutikulturaliz-
min, tolerantlığın məcmusu, toplusu, ən səciyyəvi nümunəsi kimi təqdim oluna bilər. 
 
Xülasə 
 
Məqalədə Zaqatalada mövcud multikultural dəyərlərdən söz açılmış, ərazidəki bu dəyərlərin öz tarixi 
köklərinə bağlı olduğu  əsaslandırılmışdır. Daha sonra Zaqatalanın etnik tərkibi canlandırılmış,  etnik, dini 
ayrılıqlara baxmayaraq, multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşını bir vəhdət halında birləşdir-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə