Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə64/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   60   61   62   63   64   65   66   67   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
140 
Buna cavab olaraq Car-Balakən camaatı rus hökumətinə itaətsizlik göstərdi. 1804-cü ilin apreilndə 
general Qulyakovun başçılığı ilə rus qoşunları Car-Balakənə saymazcasına yürüş etdi. Carı 
amansızlıqla yandırdı, buradan Zaqatalaya doğru hərəkət etdi. Bu saymazlıq, qəddarlıq Car-Balakən 
camaatının heysiyyatına toxundu, onları ildırım sürəti ilə təşkilatlandırdı. Rus qoşununu mühasirəyə 
aldılar. Qulyakov başda olmaqla çox hissəsini məhv etdilər.  
Rus qoşunundan az bir hissə qaçıb ölümdən yaxa qutara bildi. Elə bu çağdan Qafqaz Car-Ba-
lakən camaatı “məkr və hiyləyə” qarşı barışmaz camaat kimi tanındı. Bu məğlubiyyətdən sonra rus 
qoşunlarını Car-Balakəni tam tutması 1830-cu ilə qədər uzandı. 1830-cu ildə ruslar Car- Balakəndə 
hərbi qala tiksələr də həmişə qorxu və vahimə içində yaşadılar. Car-Balakən camaatının nəzərində 
ruslar “məkr və hiyləyə” simvolu olduğundan onlara nifrət etdilər, barışmazlıq göstərdilər (46). 
Car-Balakən rus imperyasına qarşı üsyanların mənbəyinə çevrildi. Rus tarixçisi isə bundan “hər cür 
həycanlar burada daim közərir və buradan alovlanır. Buradan hər cür yürüşlər hazırlanır və canlı 
dalğalar püskürür” [46, 9] deyə imperiyanın paytaxtına məlumat verirdi. Beləliklə, rus imperiyası-
nın Azərbaycana ayaq basdığı ilk gündən Car-Balakən Qafqazda azadlığın sönməz əbədi ideya oca-
ğına çevrildi. Qafqaz müsəlmanlarının əbədi azadlıq həmrəylik ocağı oldu. Rus imperiyasına qarşı 
1832, 1837, 1852, 1863, 1871-ci illər Qafqaz üsyanları buradan alovlanırdı. 1918-ci ilin martında 
Bakını dünyadan təcrid edib onu yaradılmaqda olan Böyük Ermənistanın, xristian dünyasının bey-
nəlmiləl paytaxtına çevirməsi üçün bolşevik-daşnakların  şəhəri müsəlmanlardan təmizləmək üçün 
tətbiq etdiyi soyqırımın qarşısında bu camaatın həmrəyliyi oldu. Erməni daşnaklarının Bakıda törət-
dikləri cinayətlərdən xəbər tutan kimi bütün Dağıstanı həyəcan bürüdü. Dağıstanda bütün yerli qə-
zetlər Bakı hadisələri haqqında məlumat yaydı. “Cərüdatu Dağıstan” qəzeti Dağıstan əhalisinin Ba-
kıda müsəlman qardaşlarının yardımına səfərbər olmaqda fədakarlıq göstərdi. Bakıya hərbi yardım 
etmək üçün İmam Qotsinskinin başçılığı ilə könüllülərdən ibarət 1500 nəfərlik əsgəri hissə yaradılıb 
Bakıya yola düşdü. İmam Qotsinskinin ordusu keçdiyi yolların ətrafından daha 1000 nəfər onlara 
qoşuldu.  İmam Qotsinskinin qoşunları aprelin 7-də  Xırdalan  ətrafına çatıb döyüş mövqeyi tutdu. 
Bolşevik-daşnak qüvvələri tərəfindən Bakıdan kənara sıxışdırılmış Müsəlman korpusunun hərbi 
hissələri və digər milli hərbi qüvvələr yenidən təşkilatlanıb aprelin 8-də bolşevik-daşnak təcavüzü-
nə qarşı İmam Qotsinskinin orduları ilə birlikdə döyüşə girdilər [47, 71-74].  
Ruhunu göylərə, Tanrıya qovuşan Qafqaz dağlarından,  Şeyx  Şamilin istiqlal şəhidlərinin 
azadlıq ruhundan alan dağlı xalqları 1918-ci ilin mayın 11-də İstiqlalını elan etdi. Azərbaycan Cum-
huriyyəti qurulan kimi dərhal Dağlılar Respublikası ilə qarşılıqlı əməkdaşlıq, istiqlalın birgə qorun-
ması haqqında razlığa gəlindi. Hər iki respublikanın rəhbərləri razılığa gəldilər ki, müharibə vaxtı 
bir-birinə kömək etsin, hətta hər iki dövlətin ordusu bir şəxsin komandanlığı altında birləşdirilsin. 
Azərbaycan Cumhuriyyəti Dağlılar Respublikasına 10 milyon manat kredit ayırdı [52, 169-177]. 
Dağlılar respublikasını bir tərəfdən rus ağqvardiyaçıları, digər tərəfdən Rus bolşevikləri mən-
gənə kimi sıxırdı. Belə bir şəraitdə Dağıstan xalqlarının siyasi liderləri və müdirikləri “Dağıstanın 
gələcəyini Azərbaycana birləşmədə görürdülər” [52, 177].  
Azərbaycan hökuməti bütün vasitələrlə Dağıstan Respublikasına yardım edirdi. Azərbaycan 
Respublikasının Nazirlər şurasının sədri Fətəli xan Xoyski Dağıstan Respublikasını Denikin təhlü-
kəsindən qorumaq üçün Böyük Britaniyanın Qafqazda nümayəndəsi general Tomsona nota verdi. 
Bunun ardınca Azərbaycan Cumhuriyyəti dərhal Dağıstan respublikasını Denikin təhlükəsindən qo-
rumaq üçün təhlükəsizlik tədbirləri həyata keçirməyə başladı. 1919-cu ilin aprel ayında Azərbaycan 
Parlamenti Şimali Qafqaz hadisələrini müzakirə etdi, Dağlilar Respublikasına kömək məqsədilə xü-
susi komissiya yaradıldı. Komissiyanın 30 aprel tarixli “Qardaşlara vətəndaşlara” başlıqlı Azərbay-
can xalqına onun bütün vətəndaşlarına müraciətində deyilir: “Şimali Qafqazda öz əcdadlarına və ki-
çik xalqların azadlığı  və müstəqilliyi prinsiplərinə sadiq olan azadlıq sevər dağlılar Denikinin və 
kompaniyasının mürtəce qüvvələri ilə qeyri-bərabər mübarizədə öz qanlarının tökürlər. Dağlılar öz 
istiqlallarını qəhrəmancasına müdafiə etməsi Azərbaycanlılarda zülmət və zülm müməssili Deniki-
nin Azərbaycanın özünün müstəqilliyinə rəhm etməyəcəyi şüuru doğurmalıdır. Hər bir müsəlmanın 
müqəddəs borcu nə qədər gec deyil dağlı qardaşlarımıza köməyə gəlməkdir. Partiyalararası komis-
siya dağlılara kömək məqsədi ilə təcrübəli zabitlərin komandanlığı altında könüllülər dəstəsi yaradı-
lır. Vətandaşlar! Könüllülər sırasına daxil olun. Parlamentin binasında könüllü yazılmaq olar ”. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
141 
Beləliklə, Azərbaycan Parlamentinin çağırışına cavab olaraq respublikanın hər tərərfindən kö-
nüllülər axışıb gəldi. Təcrübəli zabitlərin rəhbərliyi ilə hərbi hissələr təşkil edilib Dağıstana yola sa-
lındı. Onunla birlikdə sanitar briqadalarda yaradılıb yola salınırdı. Dağlılar respublikasına yardımın 
gedişi haqqında Azərbaycan Respublikası Xarici işlər Nazirliyi 1919-cu il 24 iyun tarixli məluma-
tında deyilir: “Partiya və siyasi cəryan fərqi olmadan Azərbaycan əhalisini ümumxalq qəzəbi bürü-
dü... Hər gün Azərbaycanın düşmənləri ilə mübarizə məqsədi ilə könüllülər dəstələrinin yaranması 
haqqında məlumatlar daxil olur. Ziyalılar səs verirlər, fəhlələr tərpənirlər hamı cəhbəyə getməyə ha-
zır olduğunu bildirməyə başladı” [52, 177-178]. 
Bir faktı da diqqətə çatdırmağa lüzum görürük. Bolşeviklər Azərbaycanın işğalını asanlaşdır-
maq məqsədi ilə  şimal sərhəddindəki hərbi hissələri buradan çıxarmaq üçün 1920-ci ilin Novruz 
bayramı gecəsi martın 22-də gecə saat 3-də Qarabağda erməni qiyamı təşkil etdi. Ermənilər birinci 
olaraq Əsgəranda yerləşən Azərbaycan ordusunun 50 nəfər əsgərini öldürdülər. Bunu ardınca mülki 
əhalinin kütləvi qırğınına başladılar. Erməni təcavüzünü dəf etmək üçün Müdafiə Nazirliyi general 
mayor Həbib bəy Səlimovun rəhbərliyi ilə Ağdamda hərbi qərargah yaratdı. Qarabağa birinci kömə-
yə gələn 200 nəfərlik könüllü silahlı dəstə Zaqatala İmamı Nurulla Əfəndi tərəfindən Zaqatala şəhə-
rində təşkil olunmuşdu [48, 339]. 
Yuxarıda Azərbaycan xalqının tərkibində, tarixində  iştirak edən etnik qurupların, bu etnik 
qrupların bir hissəsindən yaranan Dağıstanın müsəlman xalqlarının tarixinin ən ağır məqamlarında 
bir-biri yolunda şəhid verən vahid xalqa məxsus etnopsixoloji simaya, mənəvi-mədəni dəyərlərə 
malik olmasını faktlarla diqqətə çəkdik.  
Azərbaycan xalqının tərkibini təşkil edən etnik qrupların (xristianlarda dini adət-ənənə, məra-
simlər istisna olmaqla, bu da mütləq səviyyədə deyil) inam və etiqadları adət-ənənələri, ailə, toy, 
yeni il-novruz bayramı, qarşılıqlı yardım üsulları, el köməklikləri, yas mərasimləri, atalar sözləri və 
zərb - məsəllər eyni məzmun və formadadır. Yemək və içkilərdə onların hazırlanması saxlanması 
və istifadəsində coğrafi şəraitdən, onun təhcizindən asılı olan cuzi fərqlilik hiss olunur [11; 20; 53; 
54]. Azərbaycan Xalq Cumhuriyyətinin və Dağlılar Respublikasının təşəbbüsü kimi irəli sürülmüş 
bu dəyərlərin qorunub yaşadılması ideyası 1918-ci ildə arzu olaraq yaşandı. Azərbaycan xalqı ikinci 
dəfə müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il 
tarixli “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və 
azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında”  Fərmanı [10, 
292-296] əslində, həyata keçməmiş ideyanın yeni dövrdə gerçəkləşdirilməsi uğrunda mücadilə idi. 
Araşdırmalar göstərir ki, Azərbayacan folklorundakı  təbiətə, cəmiyyətə, müxtəlif sosial-mə-
nəvi münasibətlərə, ümumiyyətlə həyatın bütün sahələrinə aid atalar sözü, zərb-məsəllər, oxşama-
lar, alqışlar, andlar, qarğışlar, laylalar eyni məzmunda bütün etnik və etnoqrafik qrupların folkloru 
üçün də səciyyəvidir (11; 27). Bəzi araşdırmaçılar bu nümunələrin Azərbaycan türkcəsində yaranıb 
sonra bütün ölkəyə yayılıb onun etnik və etnoqrafik qrupları tərəfindən mənimsənilməsi kimi yanlış 
mülahizə söyləmişlər. Əksinə bu nümunələr Azərbaycan və Dağıstan xalqlarının bütün etnik və et-
noqrafik qrupları tərəfindən yaradılmışdır. 
Etnoloji  ədəbiyyat, ümumiyyətlə ictimai elmlər daha çox ərazi birliyini, birgəyaşayışı 
birləşdirici əsas kimi izah edir. Bu, həqiqətənmi belədir? Bəli! Amma həmişə yox. Bunu görmək və 
dərk etmək üçün nə uzaq ölkələrə səyahət etməyə, nə də çox oxumağa ehtiyac yoxdur. Ölkəmizin 
tarixinə, etnik mənzərəsinə  nəzər salmaqla bu izahın yanlış olduğunu görə bilərik. Azərbaycanda 
tədqiqat mərkəzi kimi seçilən  Şəki-Zaqatala zonasında hətta bir kənddən ibarət etnik mənlik 
şüuruna və ada, öz dilinə malik etnik qruplar var ki, çox kiçik bir ərazidə əkinçilik, maldarlıq və 
sənətkarlıqla məşğul olmaqla min illərdir yanaşı yaşayırlar. Sovet imperiyası  təsərrüfatları bir 
kolxozda birləşdirdi. Birgə  işləyib yaşadılar, rusca təhsil aldılar, dövlət idarələrində rus dilini 
işlətdilər. Amma onlardan heç biri digərinə, nə də rusa çevrilmədi. Elə Respublikamızda da milli 
etnik mənzərə belədir. 
Müəyyən  ərazidə yaşayan tayfalar, etnik qrupların vahid mənəvi mədəni dəyərlərə 
yiyələnməsi, son nəticədə vahid xalq kimi formalaşması onların “biz və onlar” fərqləndirməsindən 
keçir. Qonşu yaşayan etnik qruplar daima özlərini, adət-ənənəsini, mənəvi dəyərlərini qonşunun 
(onlardan olmayanların) mənəvi dəyərləri ilə müqayisə edirlər. Müqayisə prosesində adət-ənənəsinə 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə