Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə62/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   58   59   60   61   62   63   64   65   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
136 
etnik qruplar antropoloji cəhətdən, fiziki tipcə, həm də  mədəniyyətcə yekcins olmuş “etnogenezi 
yerli - aborgen etnik mədəniyyət əsasında formalaşmışdır” [13; 14; 28; 29; 31,92; 30] . 
Hələ kommunist rus imperiyasının əzəmətli illərində korkoranə sifariş yerinə yetirərək prole-
tar, muzdur tarixçilərin türklərin Qafqaza gəlmə fikrinin tarixi və elmi həqiqəti ifadə etmədiyini 
əsaslandıran beynəlxalq səviyyəli alimlər olmuşdur. Dünyada antropologiya elminin ən nüfuzlu nü-
mayəndələrindən Y.Y Roqinski yazırdı: “Digər tərəfdən, bəzi hallarda antrpoloji analizlər kütləvi 
miqrasiya haqqında hipotizləri inkar edir. Belə ki, Azərbaycanın türkdilli əhalisində monqoloid əla-
mətlərinin olmaması türk dilinin Şərqi Qafqazda monqoloid irqinə məxsus işğalçıların hücumunun 
nəticəsində yaranması fikrinin tamamilə inkar edilməsinə gətirib çıxarır” [31, 340]. 
Antropoloq, SSRİ EA Antropologiya İnstitutunun direktoru akademik V.Alekseyev yazır: 
Azərbaycanda qədim əhalinin antropoloji tipi hazırda necədirsə, eləcə də olmuşdur. Bunlar ensiz si-
fətli miniatür xəzərlər (kaspilər) idilər. Deməli, aqvanlar (albanlar) Azərbaycanlıların qohumları de-
yil, onların babaları və ulu babalarıdır” [32,54]. 
Elmi müddəaları ilə nəinki keçmiş Sovet imperiyasında, elmin inkişaf etdiyi qabaqcıl ölkələ-
rində qəbul edilən arxeoloq, tarix elmləri doktoru, professor İsmayıl Miriyev yazır ki, Şimali Qafqa-
zın eneolit və tunc dövrü mədəniyyətinin Ön Asiya, Şimali Mesopotomiya, Zaqafqaziya mədəniy-
yətinin təsiri altında formalaşması haqqında rus sovet tarixşünaslığında yetərincə məlumat verilmiş-
dir [33, 30-31]. O, sözünə davam edərək yazır ki, dargin, ləzgi, avar, lak və b. bütövlükdə Qafqaz 
dil mühitində olan yaşayış məntəqələrində Qarabulaq, Qazanbulaq, Soyuqbulaq və b. hidronim və 
yer adları, mərkəzi Qafqazın 5000 m-dən yüksəklikdə yerləşən aşırımlarının, buzlaqlarının türkcə 
adını verən tayfalar və onun dövrü dəqiq müəyyən edilməlidir [33, 36]. Hələ ən qədim dövrdən Av-
ropa ilə Asiya arasında dağ səddinin adının türkcə Qafqaz, onun zirvələri Elbrus, Kazbek və Dəmir-
çi adları türklərin burada aborigenliyinin təsdiqidir.  
Milli həyatın bütün sahələri, bütün yaradıcılığı dildə ifadə olunduğu üçün multikulturalizm 
doğuran hiss, tələbat və mənəvi dəyərlər də birinci növbədə  dil vasitəsilə müəyyənləşdirilə bilər. 
Böyük alman filosofu və dilçisi V.F.Humboldt hesab edir ki, dil ruhun və təfəkkürün fəaliyyətidir. 
İnsan ruhunda gerçəkliyin əksi vardır. V.F.Humboldt ruhu ilkin hesab edir. Belə nəticəyə gəlir ki, 
dil xalqın ruhundan doğur, dillərin müxtəlifliyi xalqların ruhunun müxtəlifliyindən asılıdır. O, dilin 
yaranmasını bəşəriyyətin daxili tələbatı ilə şərtləndirir. O, təkcə insanların cəmiyyətdə xarici ünsiy-
yət vasitəsi deyil, insanların təbiətinin əsasında dayanır, onların mənəvi qüvvələrinin inkişafı, dün-
yagörüşünün əmələ gəlməsi üçün zəruridir [34, 101-102].  
Antropoloji və arxeoloji tədqiqatlar irqlərin üst paleolit - mezolit dövründə formalaşdığını 
göstərir. Bütün xalqları bir kökdən hesab edən antropoloqlar irqlərin müxtəlif iqlimlərin təsirindən 
yarandığını göstərirlər, Ön və Kiçik Asiyada yaranan avropoidləri birinci irq, monqoloid və neq-
roidləri ondan ayrılandan sonra düşdüyü yeni iqlimin təsirindən formalaşan irq hesab edirlər. Avro-
poidlərin gözünün və saçının qara rəngini qafqazlılardan aldığını göstərirlər. Coğrafi vəziyyətə görə 
Qafqazı Qərbi Avropa ilə müqayisədə insanın ilkin vətəni olmasını daha əsaslı hesab edirlər. Belə 
ki, Qafqaz üç - Asiya, Avropa və Afrika qitəsinin kəsişməsində yerləşməklə ilkin insanın məskun-
laşması üçün vacib olan yüksək dağlarla daha zəngindir [31, 365-368].  
Yuxarıda oxucuya təqdim etdiyimiz antropoloji və arxeoloji tədqiqatlar Kiçik Asiya, Zaqafqa-
ziya, Xəzərətrafı bölgə vahid antropogenez zonası olmaqla, insan əcdadı - biososial varlığın, sosial-
mənəvi varlığa - insana çevrilib, onun fasiləsiz təkamülü prosesində ilkin etnosların yarandığı ərazi-
dir. Burada yaşayan xalqlar da məhz ilkin biososial - mənəvi təməlində yaranıb, yaşayıb, inkişaf 
edib gəlib günümüzə çatan xalqlardır. Onlardan biri və ən böyüyü Azərbaycan türkləridir.  
Azərbaycan türkləri arasında bugünkü və gələcək nəsillərin bir erməninin - E.V.Sevortyanın 
“Türk dilinin etimoloji lüğəti” (M., 1974), rusların yazdığı “Qədim türk dilinin lüğəti” (M., 1969) 
əsərlərinin ümidinə qalmasından utanc keçirib, məhz türk təfəkkürü zəminində türk dilinin yaranış 
və inkişaf tarixini tədqiq edəndə bu dilin antropogenez zonasında qırılma, pozulma olmadan, ilkin 
varislik zəminində ulu dilin dialektlərindən birinin təməlində yaranan və inkişaf edən dil olması 
haqqında mülahizəmizin təsdiq olunacağına zərrə qədər şübhəmiz yoxdur.  
Azərbaycan multikulturalizmindən bəhs edərkən ona görə birinci Azərbaycan türkcəsindən 
bəhs etdim ki, bu multikulturalizmin yaranmasında birləşdirici, vahidləşdirici, yaradıcı mənəvi əsas 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
137 
onun vasitəsi ilə qurulur. Azərbaycan türkcəsinə qarşı  çıxmaq, burada multikulturalizmin tarixi 
mövcudluğunu şübhə altına almaq, unutdurmaq, gələcəyinə kölgə salmaq məkrindən doğur.  
Qafqaz dillərinin yaranması və inkişaf tarixi haqqında çoxsaylı mülahizələr var, onların bəzi-
lərinin gəlmə olması da deyilmişdir. Qafqaz dillərinin də yaranma və inkişafı tarixi əsasən sovet 
imperiyasının ideoloji qəlibində yazıldığından gizli və açıq üsullarla bu dillərin gələcəyinə  şübhə 
yaratmaq məqsədi güdmüşdür. Sətirlərin müəllifi Qafqaz dillərini, o cümlədən Azərbaycan türk-
lərinin etnik tərkibində, tarixində iştirak edən, onunla birlikdə bugünkü multikultural mədəniyyətin 
yaradıcıları olan etnik qrupların dilini yerli, aborgen dil hesab edir.  
Qafqaz-Azərbaycanda insanlığın biososial, mənəvi  əsaslarının eyniyyətindən  əlavə e.ə. IV 
minilliyin ikinci yarısı, İlk Tunc dövründə, ilk etnosların yaranma çağında Azərbaycanın Kür-Araz 
qovşağında yaranan bu adla adlandırılan mədəniyyət-etnik-mənəvi, ideoloji, sosial-iqtisadi münasi-
bət bütün Qafqaz-şimalda, Çeçen-İnquş, Şimali Osetiyaya qədər, cənubda Cənubi Azərbaycan, İran, 
qərbdə Şərqi Anadolu və Suriyaya yayıldı, etnomənəvi münasibətlərə yaradıcılıq impulsu verdi [12, 
98-120; 35, 104-113]. Artıq bu dövrdən ataxaqanlığın, ilk tayfa və tayfa ittifaqının yaranması 
çağında Azərbaycan türk tayfalarının etnososial və  mənəvi təsir gücü bütün Qafqazı  əhatə edir, 
xalqın yaranması üçün türk etnomədəni yadrosu formalaşır [29, 38-56; 36]. 
Vahid məkan Qafqaz-Azərbaycanda müxtəlif tayfaların arzu və istəklərini, tələbatlarını, ehti-
yaclarını bir-birlərinə çatdırmaqla, ünsiyyətlərini qurmaqla etnomədəni-mənəvi özəyi yaradan və in-
kişafına mənəvi  əsas verən türk dili idi. Hörmətli Mətanət xanımın  Şəki-Zaqatala zonasında qeydə 
aldığı aya sitayiş, salavat çevirmə, ay məbədi, günəşə sitayiş, günəş allahı, ibtidai pirlər, inam və 
etiqadlar, andlar bütün Azərbaycanı  əhatə edir. Dilindən, dinindən asılı olmayaraq, Azərbaycan 
xalqının bütün etnik və etnoqrafik qrupların  əziz tutduğu mənəvi dəyərlər bu dövrün məhsuludur. 
Alban dövləti yaranana qədər əcdadlarımız olan müxtəlif dilli tayfalar arasında və Alban dövlətində 
türk dilinin ümumünsiyyət vasitəsi olması haqqında çoxsaylı  mənbələr və  tədqiqatlar var. Bunlar 
arasında  ən mükəmməli Q.Voroşilin“Azərbaycan dilinin yazıdan  əvvəlki dövrünə dair tədqiqatlar” 
(rusca, müştərək. B., 1986) və “Qafqaz Albaniyası” [B., 1993] adlı əsərləridir. 
Qafqazda, Albaniyada çoxdillilik haqqında eradan əvvəlki və son dövrə aid mənbələrdə kifa-
yət qədər məlumat var. Strabon yazır ki, albanlar 26 dildə danışırlar [37,21]. 
X əsrdə ərəb müəllifləri Qafqazda 70-dən 360-a qədər xalq olması haqqında məlumat verir. 
[33, 12; 38, 111]. 
Mətanət xanım problemin dil aspektindən bəhs edərkən, maksimum həssaslığa, dəqiqliyə can 
atsa da, yenə də Azərbaycan Sovet dilçiliyinin təzyiqi altında hazırlanmış konsepsiyanın təsirindən 
çıxa bilmir, bu nəzəriyyədən çıxış edərək, fikirlərini  əsaslandırmağa üstünlük verir: “Substrat dil 
hadisəsi  Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəklərində geniş 
şəkildə özünü göstərməkdədir” [11, 51]. 
Hörmətli Mətanət xanımdan göstərdiyimiz misallar, nümunələr etnosun yaranması, etnomə-
dəni  əlaqələri haqqında elmi müddəalar onu şərtləndirir ki, Şəki-Zaqatala zonasında Qafqaz dil 
qrupu ilə Azərbaycan türkcəsi arasında münasibət substrat deyil, adstrat hadisəsidir. 
İqtibas verdiyimiz səhifədə Azərbaycan türkcəsinin Gürcüstanda və Ermənistanda adstrat
Azərbaycan türkçəsində doğma xalqın etnik qrupunun dilinin substrat yaratmasına dair 
 
mülahizənin [30, 110] ağlabatan olmadığını düşünürəm. Multikulturalizm etnososial hadisə olduğu 
üçün etnoloq olaraq bildirirəm ki, qalib, məğlub olan yerdə, şəraitdə multikulturlizm mümkün deyil.  
Monogenez nəzəriyyəsini  əsas kimi qəbul edən dilçi Azərbaycanın antropogenez zonasında 
yerləşməsi, Azərbaycan xalqını  təşkil edən etnoqrafik və etnik qrupların antropogenez zonasında 
yaranmış vahid antropoloji tip olması, miqrasiyaların bu antropoloji tipi dəyişə bilməməsini 
müvafiq elm sahələrinin birmənalı  təsdiqi faktına söykənib, Azərbaycan türkcəsinə  və etnik 
qrupların dilinə, birinci növbədə antropogenez ocağında yaranan ulu - kök dilin müasir formaya 
düşmüş nəticəsi kimi qiymət verməklə, nəticədən səbəbə doğru gedərək onun keçdiyi tarixi yolu, 
zaman-zaman məruz qaldığı məzmun, forma, leksik, qrammatik, semantik dəyişikliyi izləyə-izləyə 
obyektiv nəticə əldə edə bilər. Əgər münasib hesab edərsə, dilçi kök dildən sözlər götürüb, ondan 
doğan yeni budaqların hansı qrammatik, leksik, semantik dəyişikliklərlə müşayiət olunmasına 
əsaslanmaqla, dil tarixi haqqında obyektiv mülahizə söyləyə bilər.  


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə