Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə46/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   42   43   44   45   46   47   48   49   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
100 
Xüsusi bir mədəniyyətin tarixi həmin etnik qrupun nağıl, əfsanə və rəvayətləri əsasında öyrə-
nilir. Bu mədəniyyət digər mədəniyyətlərə qarışır, bir sıra məsələlər bütün etniklər tərəfindən icra 
edilməyə başlayır və Azərbaycanın vahid mədəniyyəti şəklində təzahür edir. 
 
 
Xülasə 
 
Multikulturalizm Azərbaycanda bütün vətəndaşların bərabər hüquqlarının mövcud olması sahəsindəki 
əsas faktorlarından biridir. Bütün etnik qruplar öz mədəni irsi ilə fəxr edir, müxtəlif mədəniyyətləri qəbul et-
məyə hazırdır və bu sahədə təhlükəsizlik, özünə inam güclüdür. İrqi və etnik harmoniya, çoxmədəniyyətli və 
çarpaz mədəniyyətli cəmiyyətlərdə qarşılıqlı anlaşma çox mühümdür. Bu xüsusiyyət müxtəlif etnik qruplar 
arasında qarşılıqlı hörmət və əlaqələri inkişaf etdirir, cəmiyyətə inteqrasiyanı asanlaşdırır və sosial, mədəni, 
iqtisadi, siyasi həyatında fəal iştiraka təşviq edir. Etnik və dini mənşəyindən asılı olmayaraq qanun qarşısın-
da bütün insanların bərabər hüquqlarını təmin edir. Hüquq və daxili siyasət, bütün kişi və qadınlara mənşə 
müxtəlifliyini tanımaq, vicdan azadlığı, müstəqil fikir, dini, etnik, mədəni irsin qorunması imkan verir. 
 
Резюме 
 
Мультикультурализм  является  одним  из  основных  факторов  равенства  всех  граждан  в  Азер-
байджане. Все этнические группы гордятся своим культурным наследием, и они более открыты, что-
бы принять различные культуры. Безопасность и уверенность в себе сильна в этой области. В мульти-
культурном  обществе  расовая  и  этническая  гармония  и  межкультурное  понимание  занимает  значи-
тельное место. Эта особенность развивает взаимное уважение и отношения между различными этни-
ческими группами, интегрирование в общество и поощрение активного участия в социальной, куль-
турной, экономической, политической жизни. Это гарантирует равные права перед законом независи-
мо  от  их  этнического  и  религиозного  происхождения.  Закон  и  внутренняя  политика  дает  возмож-
ность людям признать разнообразие происхождения, свободы совести всем мужчинам и женщинам, 
выражать независимую мысль, охраны этнического, религиозного и культурного наследия. 
 
Summary 
 
Multiculturalism is one of the main factors of the equality of all citizens in Azerbaijan. All ethnic 
groups are proud of their cultural heritage and they are more open to accept different cultures, security and 
self-confidence is strong in this area. It is important racial and ethnic harmony and cross-cultural 
understanding in multicultural society. This feature develops the mutual respect and relationship among 
different ethnic groups, integrate into society and encourage active participation in the social, cultural, 
economic, political life. It is guaranteed equal rights before the law irrespective of their ethnic and religious 
origin. The law and the internal politics give opportunity to the people to recognize the diversity of origin, 
conscience, freedom to all the men and women,express independent thought, protection of cultural heritage, 
ethnic, religious. 
 
Ədəbiyyat: 
  
1.
 
Azərbaycan folkloru antologiyası. I kitab, Azərb. SSR EA Nəşriyyatı, 1968, 289  
2.
 
Abdullayev B. Haqqın səsi. Bakı, Azərnəşr, 1989, -144 s. 
3.
 
Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. Bakı-Elm -2004. -760 s. 
4.
 
Atalar sözü. Tərtib edən: Cəlal Bəydili. Bakı: Öndər nəşriyyatı, 2004, 264 s. 
5.
 
Azərbaycan klassik ədəbiyyatı kitabxanası. Xalq ədəbiyyatı. I cild. 20 cilddə. Elm nəşriyyatı, 1982, 
510 s. 
6.
 
Abbasov İsrafil. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Elm nəşriyyatı. S.156. Bakı 1977. 
7.
 
Süleymanov Əli. Babaların hikmət xəzinəsi. Milli azlıqların folkloru. (Şəki–Balakən bölgəsi üzrə) 
Bakı-Apostroff MMC 2011 s.148) 
8.
 
Əfəndiyev Paşa. Azərbaycan folklorşünaslığı. Bakı-1994, səh. 153 
9.
 
Vəliyev K. Elin yaddaşı dilin yaddaşı, Bakı: 1987 
10.
 
Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı-“Yazıçı”, 1989,496 s. 
11.
 
Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı-“Yazıçı”, 1983. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
101 
Günay Hüseynova, magistr, 
Azərbaycan Milli Konservatoriyası 
Azərbaycan, Bakı 
 
İNGİLOY FOLKLORUNUN ETNİK-LOKAL RƏNGARƏNGLİYİ 
 
Açar sözlər: ingeloy, folklor, musiqi, aşıq 
Ключевые слова: ингeлoй, фольклор, музыка, ашиг 
Key words: yengeloy, folklore, music, ashug 
 
Azərbaycan etnik tərkibi baxımından dünyanın  ən zəngin ölkələrindəndir. Ümummilli lider 
Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif 
xalqların sayının çoxluğu ilə  səciyyələnir. Ölkəmizdə  əsrlərdir müxtəlif xalqların nümayəndələri 
ələ-ələ, çiyin-çiyinə, dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək ya-
şayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslə-
rin nəticəsi kimi bir sıra xalqların məskunlaşmasında özünü göstərib. Buna müvafiq olaraq bəzi et-
nik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə  sıx halda məskunlaşıblar. 
Azərbaycan, ümumiyyətlə etnik cəhətdən zəngin ölkə olsada bu az saylı xalqların zəngin çaları özü-
nü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni bəzi ərazi vahidlərimiz-
də etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi xalqlar isə bir sıra rayonlarda daha kompakt şə-
kildə yaşayırlar.  
Bu azsaylı xalqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, bu proseslər 
zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz 
dili, adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Adətən müəyyən bir ərazidə kompakt halda yaşayır. 
Azlıqlar üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına 
heç də mane ola bilməz. Eyni zamanda etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində 
öz keçmiş adət-anənələrini saxlamaqla bərabər qonşu xalqlardan, millətlərdən də müəyyən  əla-
mətlər və xüsusiyyətlərini özlərində əxz edə bilərlər. Bu mənada respublikamızda yaşayan etnik az-
lıqlar da istisna təşkil etmirlər.  
Azərbaycanda ruslar, ukraynalılar, beloruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, 
yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi 
azsaylı xalqlar; Ahısqa türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlar, ingi-
loylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar.  
 Azsaylı xalqların tarixinə qısa nəzər salsaq görərik ki, Azərbaycanın Zaqatala, Qax, Balakən 
rayonlarında azərbaycanlılar və digər azsaylı xalqlarla birgə yaşayan etnik qruplardan biri ingiloylar-
dır. Bu qrupun nümayədələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cə-
nub dialektində danışırlar. İngiloyların dili gürcü dilinə yaxın (gürcü dilinin cənub dialekti) olduğu 
üçün onları gürcüdən dönmə hesab edirlər. İngiloyların əcdadları olan geller orta əsrlərdə dilləri gür-
cüləşmiş Albaniya tayfaları olmuşlar. 19-cu əsrdən başlayaraq belə bir fikir irəli sürülmüşdür ki, guya 
ingiloylar etnik mənsubiyyətə görə 18-ci əsrdə  İslam dinini qəbul edən gürcülər olmuşlar və  hətta 
ingiloy sözü “yeni” və “yol” (özlərinə yeni yol seçənlər) sözlərinin birləşməsindən əmələ gəlmişdir. 
Ancaq “yeni yol” başqa heç bir şeylə əsaslandırılmamışdır. Tarixi məlumatlara görə azərbaycanlılar 
ingiloyları qellər adlandırırlar. Qax rayonunun İlisu kəndindəki ingiloylar gellər, avarlar tərəfindən 
qeloylar, saxurlar tərəfindən qelovlar adlandırılması ona əsas verir ki, ingiloy etnonimi azərbaycanca 
“yeni gellər” sözlərinin birləşməsindən yaranmışdır. Gellər komponenti qədim qel-gel etnonimi ilə 
əlaqələndirilir. Bu faktı Plutarx da (ikinci əsr) təsdiq etmişdir. Qədim gürcü mənbələrində Dağıstan 
xalqları leki adlanır. Onun əsl gürcü yazıçısıYefemiyev Sertoqoriya leklerini albanlar adlandırmışdır. 
Gellərin Qafqaz dağlarında və yaxud Şimali Qafqazda yaşadıqları söylənilmişdir. Bəzi tədqiqatçılar 
gellərin Dağıstanın cənubunda yaşadığını da iddia edir. Bəziləri isə Strabonun və Plutarxın 
amazonkalılar adlandırdığı xalq-alazanların Alazan çayı sahillərində yaşadıqlarını bildirir. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə