Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə44/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   40   41   42   43   44   45   46   47   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
96 
Mürşüdova Ulduz Bəşir, filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA ŞREM, aparıcı elmi işçi,  
Azərbaycan, Şəki 
 
AZƏRBAYCANIN BALAKƏN-ŞƏKİ REGİONU FOLKLORUNDA ETNİK KOLORİT 
 
Açar sözlər: etnik qruplar, fərqlilik, vahid mədəniyyət, multikulturalizm, harmoniya, inteqrasiya, 
unikal və rəngarəng irs 
Ключевые  слова:  этнические  группы,  разнообразие,  единая  культура,  мультикультурализм, 
гармония, интеграция, уникальный и красочное наследие 
Key words: ethnic groups, diversity, unique culture, multiculturalism, harmony, integration, unique 
and colorful heritage 
 
2016-cı ildə Azərbaycanda ilk dəfə ölkənin rəsmi siyasəti kimi multikulturalizm ili elan 
edildi. Bununla da prezidentimiz irqi və etnik mənşəyindən asılı olmayaraq, onların dili və dini 
mənsubiyyətini bütün Azərbaycan vətəndaşlarının dəyəri və ləyaqəti kimi tanındığını təsdiq etdi.  
Azərbaycanda multikulturalizm bütün vətəndaşların hüquq bərabərliyini göstərən  əsas amil-
lərdən biridir. Bütün etnik qruplar öz mənəvi irsi ilə fəxr edir, müxtəlif mədəniyyətlərə daha açıqdır, 
onları qəbul edir, yaşadığı ərazidə təhlükəsizlik və özünə inam hissi güclüdür. Multikulturalist cə-
miyyətdə irqi və etnik harmoniya və çarpaz-mədəni anlaşma əsas götürülür. Bu xüsusiyyət müxtəlif 
etnik qruplarda qarşılıqlı hörməti, ümumi münasibətləri inkişaf etdirir, onların cəmiyyətə inteqrasi-
ya etməsinə və sosial, mədəni, iqtisadi, siyasi işlərdə fəal iştirakına təşviq edir. Bütün Azərbaycanlı-
ların, milli və dini mənşəyindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqları  təmin edilir. 
Qanun və daxili siyasət bütün kişilərə, qadınlara tam vicdan azadlığı, müstəqil fikir ifadəetmə, mə-
dəni irsini qoruma, etnik, dini, mənşəyinin müxtəlifliyini tanıma imkanı verir. 
Bizim etnik müxtəlifliyimiz milli sərvətimizdir, çox mədəniyyətlər, çox dildə danışmaq və 
başa düşmək, təhsil, ticarət və diplomatiya sahələrində qlobal iştirak etmək imkanını gücləndirir. 
Azərbaycan vətəndaşlığı bizə bərabər hüquq verməklə yanaşı, bərabər məsuliyyət və vəzifələr 
də verir. Vətəndaş kimi cəmiyyətin işlərində fəal iştirak edərək, biz, çoxmədəniyyətli ölkəmizdə da-
xili inteqrasiyanı miras qoyacağıq ki, bu da demokratiyanı gücləndirəcək. 
Azərbaycan mədəniyyətinin regional qoluna şimal-qərb ərazisində yaşayan türk və digər az-
saylı etnik qrupların - udi, avar, zaxor, ingiloy, ləzgi, rus, tat, çərkəz, yunan, talış və s. mədəniyyət-
ləri daxildir.  
Azərbaycan şifahi xalq ədəbiyyatı da müxtəlif mədəniyyətlərin inteqrasiyasının nəticəsi kimi 
inkişaf etmişdir və kainat haqqındakı bilik və tövsiyələri ilə dünya, mədəni irsi hesab edilir. Bu 
folklorda dağlıq  ərazidə yaşayan  əhalinin mədəniyyəti, düzənlikdə yaşanların mədəniyyətindən, 
adət-ənənələrindən müəyyən səviyyədə fərqlənir. Dənizkənarı xalq mədəniyyəti, çayqırağı ərazilər-
dəki mədəniyyətdən seçilir, şəhər və  kənd mədəniyyətləri, adət-ənənələri arasında nisbi fərqlər 
mövcuddur. İndi şəhər və kənd mədəniyyətləri hiss ediləcək səviyyədə fərqli inkişaf edir.  
Fərqli mədəniyyətlərin mövcud olduğu Şəki, Zaqatala, Qax və Balakən ərazilərində müxtəlif 
mədəniyyətlərin insanlar arasında əlaqəsi tolerantlıq və qarşılıqlı hörmət münasibəti şəklində xarak-
terizə olunub, etnik münaqişənin mövcud olmadığı üçün multikulturalizm müəyyən səviyyədə inki-
şaf etmişdir. Azərbaycana gələn müxtəlif miqrant icmaları ölkənin ümumi mədəniyyətinə daxil 
edilmiş, həyat tərzləri və mədəni təcrübələri bir mədəniyyət şəklini almış və müxtəlif xarakterik xü-
susiyyətlər sanki yeganə mədəniyyətə çevrilmişdir. İmmiqrantlar ölkəyə öz dilini, dinini, adət-ən-
ənələrini, mətbəxini, məişətini gətirmişdir ki, yerli mədəniyyətə uyğunlaşaraq zaman keçdikcə  də 
bu müxtəliflikdə bir vahidlik yaranmışdır. 
Fərqlilik insanlığın mahiyyətidir. Fərq doğum hadisəsi olduğundan nifrət və münaqişənin 
mənbəyi olmamalıdır. Müxtəlifliyə hörmət etmək sülhün fundamental prinsipidir. İnsaf olmadan 
vicdan, vicdan olmadan ədalət, ədalət olmadan sülh, demokratiya olmadan inkişaf, hörmət olmadan 
demokratiya yaşaya bilməz. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
97 
Mədəniyyət fərqləri bizi bir-birimizdən ayırmamalıdır. Mədəni müxtəliflik vahid birlik şək-
lində mövcud olarsa, güclü olar və bu gücdən bütün bəşəriyyət faydalanar. Mədəniyyətlərarası 
dialoq ədalətli və sülhədavamlı dünya yaratmağın təminatıdır. 
Azərbaycan nağılları insanların eyni torpaqları bölüşmək və bir-biri ilə bağlı davranışlarının 
müasir mövcud mədəniyyətlərini göstərir. Bu folklor insanların gündəlik məişətindən və həyat fəa-
liyyətindən yaranır. Mədəniyyətlərin tədqiqi insanların həyat fəlsəfəsini anlamaq imkanı verir. Oxu-
nan miflər qəribə suallara cavab axtarır. Bu qanunları kim yaradıb? Təsvir edilən əhvalatlar həqiqəti 
ifadə edirmi? Biz həyat sirlərini necə izah edə bilərik? İnsanlar həyat və ölüm haqqındakı fikirləri 
necə öyrəniblər, bu hikmətləri hansı yolla kəşf ediblər? 
Azərbaycan folklorunun öyrənilməsi, ərazidə yaşayan xalqların unikal və rəngarəng irsi mə-
dəniyyətinin, mif və əfsanələrin öyrənilməsi, insanların təbiət elementləri ilə yaxın təması və sərvət-
lərin bölüşmə qaydaları,  ərazinin sakinləri olan heyvanların həyat tərzi, bitki örtüyü və bolluğu 
araşdırılır. Təbiət elementləri: kənd, şəhər və icmaların qurulması, fərdlərin ərzaq və su ilə təminatı 
yolları, heyvanlardan nəqliyyat, işçi və qida vasitəsi kimi istifadəsi, təbii vasitələrə yüksək dəyər 
verilməsi, əldə etdikləri nemət üçün təbiətə minnətdarlıq hissi, mif və əfsanələrində təbiətin canlı və 
əbədi olması, hər mifin bir tarixi dərs və mənəvi təlimatla zəngin olması bu tədqiqatda diqqət mər-
kəzində saxlanmışdır. 
Azərbaycan etnik qruplarının hər birinin özəl dünyagörüşü və dilləri mövcuddur. Ölməz ener-
ji hər an dəyişilir və danışılan sözlərin müxtəlif formaları bu prosesə daxil olur. Buna görə də, Azər-
baycan sivilizasiyasında  şifahi xalq mədəniyyəti yalnız danışıb- dinləmə prosesində deyil, tarix, 
mədəniyyət, dil, dəyərlər şəkilində saxlanılır, əbədiləşir, yaşadılır. 
Azərbaycan mədəniyyəti sözlərin funksional işlənmə arealında və mövcudluğunda yenidən 
təsdiq edilmiş və danışılan səslərin titrəyişləri sözlərlə ifadə edilən hadisə və reaksiyaların yaranma-
sına səbəb olmuşdur. Mahiyyət etibarilə söz dünyanın yaradılması yollarından biri kimi görünür. 
Azərbaycan folkloru bütün etnik mədəniyyətlər kimi cəmiyyət dəyərlərinin ifadəsidir. 
Azərbaycan folkor örnəkləri mədəni müxtəlifliyin təsiri ilə daha da inkişaf etmiş və rəngarəng 
bir mədəniyyət yaranmışdır. Azərbaycan xalqı cüzi tələffüs fərqləri ilə türk dilinin Azərbaycan ləh-
cəsində danışır. Bu dildə yaranan folklor janrları o qədər bir-birinə qaynayıb-qarışmışdır ki, onların 
hansı millətə aid olduğunu ayırd etmək heç də asan deyil. Ayrı-ayrı janrlarda canlı xalq dili, frazeo-
loji birləşmələr, xalq ifadələri, idiomların işlədilməsi insanların leksikonuna daxil olmuşdur. Etnik 
azlıqların lüğətində türk dilinin Azərbaycan dialektinə aid çoxlu ifadələr işlədilir. Ölkə  ərazisinin 
bölünməzliyi, son zamanlarda erməni işğalçılarının qərb və Rusiya ilə birlikdə Azərbaycan haqqın-
dakı xaincəsinə gizli planları bütün etnik qrupların ağız ədəbiyyatında öz əksini tapmışdır.  
 
Zaxur bayatısında: 
Əzizim bular imiş, 
Erməni bular imiş, 
Əzrail, adın çıxıb 
Can alan bular imiş. (1, s.148
 
Yaxud: 
 
Hündür dağdan yel əsir, 
Qar yağır, soyuq kəsir, 
Qarabağı görməyə 
Çox ürəklər tələsir. (1,  s.148
 
Avar folklorunda: 
 
Əzizinəm Bakıya, 
De, nə oldu Bakıya? 
Ruslar virana qoydu 
Gəl sən ağla Bakıya. (1,  s.46


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə