Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə38/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   34   35   36   37   38   39   40   41   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
83 
Deyilənə gorə, Xınalıq kəndində Əhməd Əfəndi adlı məşhur din xadimi yaşamışdır. Bildirilir 
ki, o, qeyri-adi biliyə malik olmuş, XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində, Tiflis və Da-
ğıstanda fəaliyyət göstərmişdir. Hal-hazırda onun adına türbə vardır. Yumoristik keyfiyyətləri ilə də 
məşhur olan Əhməd Əfəndinin həyatı barədə heç yerdə səslənməyən, bəhs edilməyən hekayət da-
nışdılar: Rəvayətə görə, məşhur xeyriyyəçi H.Z.Tağıyev hökm sürən sünni-şiə qarşıdurmasını çöz-
mək, barış yaratmaq məqsədilə müsəlmanların hər iki məzhəbindən olan görkəmli şəxsləri Bakıya 
toplayır. Tağıyevin sağında əyləşən lənkəranlı ağsaqqallardan biri ayaqqabılarını qucaqlayıb otur-
muş Əhməd Əfəndiyə: “Ay əfəndi, ayıb deyilmi, sən çəkmələrini əlinə almısan, bəyəm burda oğru-
mu var?”, – deməsi xınalıqlı dindarı özündən çıxardıb, onun cavabı gülüş doğurub: “ Məhəmməd 
Əleyhüssəlamın dövründə sünni mollasının ayaqqabısını şiə mollası oğurlamışdı”. Lənkəranlı axun-
dun isə “o vaxt sünni-şiəmi vardi”, – deməsi ilə Əhməd Əfəndinin reaksiyası özünü çox da gözlət-
məyib: “O vaxt olmayıb, bəs indi hardan gəldi?”. (Yeri gəlmişkən: burada din xadiminə “əfəndi” 
müraciəti maraq doğurur. “Əfəndi” kəlməsi sünni ruhanilərə verilən ləqəb, hörmət mənasında onla-
rın adlarına qoşulmuş söz kimi dəyərləndirilir ) (16, 64). 
Ümumiyyətlə, bələ bir nəticəyə gəlmək olar ki, dinlə əlaqəsi olan və övliyalıq xüsusiyyətləri-
nə malik insanların qüdrətinə inam və etiqadın qabardılması  Xınalıq folklorunun əsas özəlliyidir. 
Bu etiqadın kökündə, həmçinin qədim azərbaycanlıların animist – ruh inancları, islamaqədərki dün-
yagörüşünün qalıqları dayanır. Bəli, islamaqədərki ibtidai təfəkkürun izlərini xınalıqlıların adət və 
ənənələrində sezməmək qeyri-mümkündür. Pirlərə sitayiş, orda qurbanlar kəsmək fikrimizi təsdiq 
edir. Həmçinin məlumdur ki, xalq çox zaman öz əski etiqad və təsəvvürlərini yeni dinin xoşuna gə-
lən bir qəlibə salaraq… müəyyən pərdə altında yaşatmağa davam etmişdir (1, 58). Hər bir məsçidi 
pir adlandıran xınalıqlının məqsədi açıq-aydın hiss olunur. Kəndin yaşlılarının yuxarıda adını çəkdi-
yimiz Pirəcomərd məsçidinin qədim atəşpərəstlik məbədi olması ilə bağlı danışdıqları rəvayətlər də 
maraq doğurur: Sakinlər orada əbədi məşəl olduğunu iddia edirlər (6, 30). 
Təbiət qüvvələrinə müxtəlif sehr düsturlarının köməyilə təsir etmək (1, 27) iqtidarında olma 
gücünə inam da ibtidai təfəkkürə əsaslanır. Digər söyləyicilər danışırlar ki,”quraqlıq olanda Həzrət 
Baba pirinin daşını aparıb Kür çayına atırıq, bu ən yaxşı variantdır: Dağın daşın arana”. 
 Çoxsaylı rəvayətlərin mərkəzində isə Şah Abbas obrazı dayanır ki, bu mətnlərin səslənməsi 
daha poetik, ifa tərzi daha obrazlı və pafosludur. Sanki yuxarıda qeyd etdiyimiz primitivlik, sadəlik 
yerini daha mükəmməl, ibrətamiz mətnlərə vermişdir. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisə-
lər, həmçinin yeni düşuncə tərzinin formalaşması bu mətnlərdə açıq-aydın görünür. Rəvayətlərin bi-
rinin qısa məzmunu belədir: Çox hökmlü Şah Abbas gəlib bu yerlərə  çıxır. Heyrətə  gəlir. Dağın 
əzəmətinə baxaraq bu ki mən özüməm, deyir (7, 146). Dağı və onun ətəyini öz adı ilə adlandırmağa 
başlayır: Şah düzü və Şah dağı. Yaxınlıqdakı çayın gözəlliyinə valeh olaraq ona da arvadının şərəfi-
nə Şahnabadçay adını verir. Belə söyləyirlər ki, şahın arvadının adı həqiqətən Şahnabad imis. 
Düşünürük ki, Xınalıq folklorunun özunəməxsus cəhətlərini araşdırarkən  əldə etdiyimiz bir 
nailiyyət və ya tapıntı haqda xüsusi danışmaq lazımdır. Bu mifoloji obraz (və ya varlıq) kimi qiy-
mətləndirilən Istar Meram haqqında olacaq (ad Azərbaycan əlifbasının “ı” hərfi ilə başlayır (yazılır) 
və “ı” səsi ilə tələffüz olunur). Günümüzədək antologiya və külliyyatlarda, həmçinin, müstəqil nəşr 
olunmuş mifoloji mətnlərə geniş şəkildə nəzər yetirdik, amma bu ada rast gəlmədik. (Diqqətimiz-
dən kənarda qalan hansısa mənbənin mövcudluğu istisna edilmir). Baxmayaraq ki, bir çox mifoloji 
rəvayətlərin mərkəzində dayanan Cin obrazı ilə bağlı geniş yayılmış mətnlərin motivi Istar Meram 
haqqında topladığımız mətnlərin motivi ilə, demək olar ki, üst-üstə düşür. Maraqlıdır ki, çoxsaylı 
folklor mətnləri içərisində bu varlığın adına rast gəlinmir. Yalnız xınalıqlıların mifik təfəkküründə 
Istar Meram “baş qəhrəman“ kimi çıxış edir. Hansı ki, cinlər tayfasına aid edilir və şər qüvvə kimi 
xarakterizə olunur. Amma bir neçə il öncə Xınalıqda ezamiyyətdə olan etnoqraflar xalqın yaddaşına 
həkk olunmuş Istar Meramın bəzi spesifik xüsusiyyətlərini aşkarlayıblar (2,20). Rəvayətə görə, Istar 
Meram bir qadın olub: “Diyillər ki, atı buraxıblar, tər götürüb gəlib. Bular da dalında qır bağlıyıb 
buraxıb. Axşam gələndə bir uzun qıız minib, u qız yapışıb, atın dalında gəlib. Sora qızı düşürdüblər 
bunlar. Ular qıyığdan, ignədən qorxullar, deyə batırıb saxlıyıblar yannarında. Bu qızı saxliyir-saxli-
yir, çoxlu iştedillər.  Bu  da  işdiyib. Bir gün də diyib ki, axsamüstü bizim inəgimiz tölədə doğub. 
Külfət gidib töləyə, inəg də doğulan, balasın almağa. Bir qız uşaq (qeyd: xınalıqlılar Azərbaycan 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
84 
dilində danışarkən, digər azsaylı xalqların nitqində olduğu kimi, qeyri-konstruktiv cümlələrdən 
istifadə edirlər. Nitqdə ara-sıra inversiya baş verir.) qalıb evdə. Bularçin də evin içində təndir olub 
axı. Belə evlər ulmuyub axı, büyük evlər ulub; evdə də təndir. Zəmanə elə ulub e. Peçdi, piletədi, 
tokdu, u vaxt hardaydi ki? Sora inəgçin aparmağa su asıb utağda, təndirdə. Bu diyirdi ki, Istar 
Meram, qıza buları çıxar (sancaqları – X .M), sənin üçün muncuğlar verecağam, ne verecağam. Bu 
da çıxarıb. Çıxaran kimi Istar Meram qızı basıb təndirə, suvu da toküb usdünə, ilədiyi təzəkləri, 
hamısını damnan tüküb yerə, qaçıb gidib”. 
Istar Meram haqqında başqa bir mətn də maraq doğurur: “Bu Istar Meram qadın da ulub, kişi 
də. Diyillər, uları Qaf dağa küçürtublər. İndi də ular var, diyir, Qaf dağda. Ular diyir, Qaf dağını ya-
lıyıllar. Urda nə qərta yırtıcı heyvanlar da var. Allah insanı yaratdığdan sora o yırtıcı heyvanları sür-
gün edib. Hele diyillər ki, Istar Meramlar Qaf daği yalıyıllar bu cümədən o cüməyəcən; dağ olur 
naaazik. Bu tərəfə, insan olan tərəfə keçmək isdiyir bular. Ama cümənin sabahı mollaların uxuduğu 
bir dua var, uxuduğdan sonra dağ yenə əvəlki şəklinə düşür”. 
Yaşlı söyləyicilərdən birinin nəql etdiyi “Özum”(şərti olaraq belə adlandırırıq) adlı nağılın da 
baş qəhrəmanı Istar Meram hesab oluna bilər. Nağıla görə, (gətirdiyimiz nümunə lətifə və qaravəlli 
janrlarının hüdudlarında dayanır) Birəməli adlı kişi hadisələrin cərəyan etdiyi Qəbələ rayonuna ya-
xın  ərazidən ailəsi üçün bazarlıq etməyə gedibmiş  və orda – Karvansara deyilən yerdə, torpağın 
altında qurulmuş xüsusi sığınacaqda gecələmək üçün qalmalı olub. Istar Meram onu təqib etməyə 
başlasa da, ağlı, fərasəti sayəsində qorxulu varlıqdan canını qurtara bilib: “Tələsig Karvansaraya gi-
rib, ağzına da bir daş quyub, qapı ulmuyub urda. Əlində tüfəng tutub, lüləsini də daşın arasına belə-
sinə quyub; ucu una tərəf. Istar Meram diyib ki, sən nətəhər keçdin burdan? Birəməliyə diyib ki, sə-
nun aduv nədi? Nətəhər burdan girdin? Birəməli diyib: Adım Özumdu. Diyib ki, sən bu lüləyi ağzı-
va al, mən səni çəkərəm, sən də gələcaxsan. O da lüləsin ağzına alanda tüfəngi burdan açıb vurub 
bunu – Istar Meramı. Diyib qışqırıb, u qərta nalə çəkib ki, bu diyir, urda. Yığılıb vəhşi heyvanlar da 
gəlib, Istar Meramlar da. Bunnan soruşublar ki, sənə kim ilədi bunu? Deyib ki, Özum. Deyiblər ki, 
özun özuvə eləmisən də. Özün özuvə, küli də gözüvə. Başa düşmiyiblər ki, içəridə adam var. Hamı-
sı dağılıb gidib. Səhər açılanda Birəməli görüb ki, Istar Meram yıxılıb ülüb də. Bu da unun ağzın, 
burnun, dudağların pıçaxnan alıb cibinə quyub, çıxıb gəlib. Gəlib meydana çıxanda inanmıyıblar ki, 
yalan danışasan. Bu da çıxartıb cibinnən ağız-burunu, göstərib ki, bəs bular nədi, yalandi? Hele 
kişilər ulub burda”. 
Etnoqraf M.Paşayeva Istar Meramı “Bilqamıs” dastanındakı İştar obrazı ilə eyniləşdirir. Ad-
birləşmənin ikinci tərəfi isə belə yozulur: Humay simvolunun işarəsinə  bənzər simvolik işarələrə 
Xınalıq evlərinin spesifik arxitektur işarələri olan ev sütunlarindakı taclarda da rast gəlmək olar. Bu 
qədim türk inancının xristianlıq dövründə  Məryəm ana obrazına keçməsi,  Şahdağ xalqlarında bu 
obrazın İstar Meram şəklinə düşməsinə səbəb olmuşdur (2, 21). Lakin “Bilqamıs” dastanını diqqətlə 
gözdən keçirdikdə yuxarıda səslənən fikirlərlə razılaşmaq olmur; fikrimizcə, hər iki obraz şər qüvvə 
kimi səciyyələnsə də, ayrı-ayrı funksiyaların daşıyıcılarıdır. 1-cisi (“Bilqamıs” – İştar) ilahədir, int-
riqa salmaq əsas peşəsidir; o, çox fəndgirdir. 2-cisi (Istar Meram – Xınalıq mətnləri) isə şərin sim-
volu olsa da, avam, yelbeyin bir varlıq olaraq iki cinsin nümayəndəsi (həm qadın, həm kişi) kimi 
mövcuddur. Xınalıqlıların təbirincə, Istar Meramı cinlər tayfasına aid etmək olar.  
Yaşlı söyləyicilərin danışdığına görə, kənddə yaşamış Xanxulu adlı kişi həmin cinlərə qarşı 
müəyyən fəndlər hazırlamaqla adını yaddaşlara yazdırmağı bacarıb. Q.Musayevin bəhs etdiyinə gö-
rə, “rəhmətdiy Xanxulu kişi ancaq cin tutmağla məşğul olurdu. Molla Qaflının kitabı vardı unda. 
Götürürdü ağappağ qəndi, bir də qara kömür. Sonra da o kitabdan ayə oxuyurdu. Bir də görürdün 
ağ  qəntnən qara kömür başdadı qarpışmağa, qənd oldu qapqara”. Digər mətndə isə deyilir ki, 
Xanxulu cin tutmuş adamı dəniz qırağından yığıb gətirdiyi qarğının içərisinə salarmiş, yenə bir ayə 
oxuduqdan sonra xəstə insanı evinə yola salar, isifadə etdiyi qarğını isə mumlayıb rəndələdikdən 
sonra aparıb qəbiristanlıqda basdırarmış. İnanca görə, xəstə insan bununla da cindən azad olurmuş. 
Söyləyicilər onu da əlavə edir ki, əslində cintutma, bəziləri bunu tasqurma adlandırdı, mərasimi 
təşkil edən Xanxulu və onunkimilərə heç də xeyir gətirməmişdi. “Cinlər öz qisasını almağa 
gəlirmişlər, hətta cintutan insanların çox yaxın adamları sağalmaz xəstəliyə tutulur və bu səbəbdən 
ölürmüşlər”. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə