Microsoft Word Zaqatala konfransi son variant docx



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə33/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   29   30   31   32   33   34   35   36   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
72 
Əpoş İslam oğlu Vəliyev, filologiya üzrə fəlsəfə doktoru, 
AMEA Folklor İnstitutu, böyük elmi işçi  
Azərbaycan, Bakı 
  
 
 
AZƏRBAYCANDA YAŞAYAN AZSAYLI XALQLARIN TOY MƏRASİMLƏRİ 
 
 Açar sözləri: multikulturalizm, azsaylı xalqlar, toy, mərasim, adət və ənənələr 
 Kлючевые слова: мультикультурализм, малочисленные народности, свадьба, обряд, обычаи и 
традиции. 
 Key words: multiculturalism, minorities, weddings, ceremonies, customs and traditions. 
 
Toy bütün dünya xalqlarının həyat tərzində mövcud olan ən qədim mərasimlərdən biridir. Qə-
dim zamanlardan günümüzədək hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy 
adət-ənənələri olmuşdur. Toy mərasimi hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Dünyanın 
hər yerində xalqların toy ənənələri əsrlərlə formalaşır, xalqın təmsilçisinə çevrilir. Xalqımızın toy 
adətləri Azərbaycan mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, həm də bu adətlərdə Azərbaycan 
xalqına xas olan bütün müsbət xususiyyətlər öz əksini tapmışdır. Zaman keçdikcə milli toy adət-ən-
ənələrimiz həm başqa xalqların toy ənənələrinə təsir etmiş, həm də özü Azərbaycan ərazisində yaşa-
yan talışlar, tatlar avarlar, saxurlar, şahdağ xalqları, ləzgilər, rutullar, molokanlar, ingiloylar, qaraçı-
lar, assuriyalılar, udilər və s. kimi azsaylı digər xalqların toy adətlərindən də müəyyən elementlər 
götürmüşdür (4). Adət-ənənələr hər bir xalqın milli mənəviyyatının nə  qədər zəngin olmasından, 
həmin xalqın qədim tarixə malik olmasından xəbər verir. Bu gün Azərbaycanda yaşayan azsaylı 
xalqlar azərbaycanlılarla mehriban qonşuluq edir, bir çox hallarda qız alıb-verərək qohumluq 
əlaqələrini genişləndirir. Ümummilli lider Heydər  Əliyev azsaylı xalqların nümayəndələri ilə 
keçirdiyi görüşlərin birində demişdir: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini 
nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı respublikanın  ən başlıca sərvəti  əsrlərdən bəri bu 
torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif millətlərdən olan, müxtəlif 
dinlərə etiqad edən insanlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar...”. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev tərəfindən 2016-cı ilin multikulturalizm ili 
elan edilməsi Azərbaycanda yaşayan ayrı-ayrı xalqların nümayəndələrinin sülh, əmin-amanlıq, 
qarşılıqlı hörmət, yüksək mədəniyyətlərarası dialoq şəraitində yaşamasının bariz nümunəsidir.  
Bəs Azərbaycanda yaşayan azsaylı xalqların toy mərasimləri necə keçir və onların toy məra-
simlərində hansı fərqli toy adətləri mövcuddur? 
Ölkəmizdə yaşayan azsaylı xalqlardan biri Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupuna 
daxil olan etnoslardır. Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndləri-
nin adlarına müvafiq olaraq burada yaşayanlar buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xı-
nalıqlılar, yergüclülər adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hər birinin əhalisi ayrı-ayrı-
lıqda bir etnik qrupdur. Şahdağ xalqlarının toy mərasimlərində Azərbaycanda yaşayan digər xalqla-
ra xas olan ümumi və oxşar adətlərlə yanaşı, həm də müəyyən fərqli cəhətlərə də rast gəlinir. Digər 
azsaylı xalqlarda olduğu kimi bu xalqlarda da toy əsasən üç mərhələdən - elçilik, nişan və toy mər-
hələlərindən ibarət olur. Şahdağ xalqlarında nişan mərasimi zamanı “hə” cavabı aldıqdan son-
ra,“çörəkkəsdi” adəti icra edilir. Oğlan evindən məhz bu məqsəd üçün gətirilmiş kərə yağı və balı 
bir neçə lavaş çörəyin üstünə töküb qarışdırırlar, onu lavaş boyu yayaraq, sonra da lavaşları 
bükərək, qız və  oğlan tərəfin iki ağsaqqalına verirlər. Həmin ağsaqqallar bükülmüş lavaşları 
birlikdə  kəsirlər. Kəsilmiş çörəyin yarısı  oğlan evinə, yarısı isə  qız evinə çatır. Bu adətin mənasi 
budur ki, həmin bu gündən iki ailə arasında uzunmüddətli qohumluğun əsası qoyulur. Adətə uyğun 
olaraq yağ balla kəsilən bu çörəkdən şirinlik, əhd-peyman, xoşbəxtlik  əlaməti kimi oğlan və qıza 
yedizdirilir. Qrızlılar arasında “çörəkkəsdi” zamanı oğlanın atası süfrəyə müəyyən miqdarda pul a 
qoyur ki, buna yerli dildə “pil saac” deyilir (2, s.82-83). 
Şahdağ xalqlarının maraqlı və fərqli toy adətlərindən biri də qızın ata ocağından deyil, dayı 
evindən gəlin köçməsi, oğlanın ata evində deyil, dayı evində bəy paltarını geyinməsi və yalnız bun-
dan sonra ata evinə gətirilməsidir. Ənənəyə görə gəlin bir neçə il ərinin yaxın qohumlarından giz-
lənməli və onlarla danışmamalıdır. Bu adətə Azərbaycanlıların yaşadığı bir sıra bölgələrdə də rast 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
73 
gəlinir. Təzə gəlin bir müddət qaynata, böyük qayın, ərin yaşlı ağsaqqqal qohum- əqrabası ilə “da-
nışmır”. Get-gedə gizlənmə, ərin yaxın qohumları ilə illərlə danışmamaq kimi bir sıra ailə-məişət 
adətlərinin yerli məişətdən artıq çıxdığının şahidi oluruq (1, s.32; 2, s.83; 3).  
Ölkəmizdə yaşayan azsaylı xalqlardan biri də ləzgilərdir. Qafqaz xalqlarından biri olan ləzgilər 
Dağıstan və Azərbaycanda yaşayırlar. Ölkəmizdə əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində, 
eləcə  də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir  şəhərlərində, Qəbələ,  İsmayıllı, Oğuz, Göyçay 
rayonlarında yaşayan ləzgilər Azərbaycan  əhalisinin təxminən 2,2%-ini təşkil edir. Ləzgilərin də 
özünəməxsus toy adətləri var. Ləzgi toylarını digər azsaylı xalqların toylarından fərqləndirən birinci 
özəllik “toy yaşı”ndan ibarətdir. Ləzgilərin adətinə görə qızlar on altı yaşdan tez ailə qura bilməz. Bu 
gün də ləzgilər bu adəti qoruyub saxlayır. Keçmişdə ləzgi toyları yeddi gündən az olmayıb. Amma 
sonradan bu say üç günə endirilib. Bu gün ləzgilər yaşayan bəzi kəndlərdə bu adətlər saxlansa da, 
əksəriyyət ləzgilər toyu bir gün edir. Toydan əvvəl oğlan evi daha öncədən toy üçün bəslənmiş qoç və 
cöngəni kəsir. Bu prosesdə nəslin kişilərinin, qohum-əqrabanın hamısının iştirakı vacibdir. Bu həm də 
qohumlara verilən dəyəri göstərir. Ləzgi toylarında olan digər bir maraqlı adət isə qızın ata evindən 
çıxanda ocağı öpməsidir. Əgər o başqa kənddən olan bir oğlanla ailə qurursa, toy günü oğlan evindən 
birinin qanı çıxmalıdır. Bunun da öz mənası var. Belə ki, qızı aparmağa gələn oğlan evi daşa basılır. 
Kəndin kişiləri deyir ki, “kəndimizin ən gözəl qızını sizin kəndə veririk və sizdən qan çıxmalıdır”. Bu 
adət digər xalqlarda olmayan fərqli bir adətdir. Bundan başqa toy evinin həyətindən, toy evindən də 
nəsə  oğurlanır. Lakin oğurlanan  əşyanın mütləq bir mənası olmalıdır. Bu adətə ölkəmizin digər 
regionlarında da rast gəlinir. Gəlin evdən çıxarkən kiçik bir əşya və ya toyuq-cücə oğurlanır (3). Ləzgi 
toylarında olan digər bir adət isə başlıq puludur. Oğlan evi qızın ailəsinə xeyli miqdarda başlıq pulu 
verməlidir. Ləzgilər bunu ərəblərdən gəlmə bir adət kimi təqdim edirlər. Ləzgi adətinə görə  gəlin 
evdən çıxarkən ata evinə dönüb baxa bilməz. Bu adət qızın gözünün ata evində qalması kimi yozulur. 
“Gözü ata evində qalan qızın bəxti yaxşı olmaz, xoşbəxtlikdən uzaq olar və ata evinə geri dönər” deyə 
düşünürlər. Gəlin ata evinə son dəfə yalnız güzgüdən baxa bilər (5).  
Azərbaycanda məskunlaşmış azsaylı xalqlardan biri də saxurlardır. Tarixən Dağıstanda məs-
kunlaşmış, daha sonralar isə Azərbaycana köç edib Zaqatala, Qax rayonlarının bir neçə  kəndində 
yerləşən saxurlar azərbaycanlılarla qaynayıb-qarışmışlar. Saxurlar dağlıq  ərazilərdə yaşadıqlarına 
görə əsasən maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Uzun əsrlər boyu azərbaycanlılarla bir yer-
də yaşayan saxurlar toy adətlərində özünəməxsusluqlarını qoruyub saxlaya bilmişlər. Bu gün saxur 
kəndlərində əsasən qədim toy adət-ənənələrinə üstünlük verilir. Saxurların ən fərqli toy adəti gəli-
nin ər evinə qədəmqoyma anında bəy tərəfindən tüfənglə havaya güllə atılmasıdır. Digər xalqlardan 
fərqli olaraq, bu adət saxurlarda bəyin gəlinə xüsusi xəbərdarlıq işarəsi kimi qəbul edilir (6).  
Ölkəmizdə mövcud olan azsaylı xalqlardan biri də udi (udin) adlı xalqdır. Udilər Qafqazın qə-
dim sakinlərindəndir. Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos Qafqaz 
Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskə-
nində məskunlaşmışdır. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən 
də Oğuz rayon mərkəzində yaşayırlar. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərin-
də xristianlığı qəbul etmiş və bu günə kimi dinlərini saxlamışlar. Udi xalqı ailə-məişət məsələlərin-
də, nişan və toy mərasimlərinin keçirilməsində qədim adətlərini bu gündə yaşadırlar. Udilər Azər-
baycanın qədim rəqslərini, Qobustanın qayaüstü rəsmlərində əks olunmuş “Yallı” rəqsini bu gün də 
öz toy və  şənliklərində ifa edirlər. Udilərin toy adətləri “Xüyər zombaksın”, “Xozamandluğ” və 
“Baliga” adlanan mərhələlərdən ibarətdir. Toylar “Taraxmoy” havasının çalınması ilə başlayır və 
bir qayda olaraq iki gün davam edir. Musiqi səsi ilk olaraq oğlan həyətindən eşidilməlidir, əks halda 
bu yaxşı hal hesab edilmir. Toy hər iki tərəfdə eyni gündə başlanır, toyun başa çatmasına bir neçə 
saat qalmış oğlan evinin adamları gəlini gətirmək üçün qız evinə gedirlər. Udi xalqı arasında bizlər-
dən fərqli olaraq qohumlara qız vermək və qız almaq qadağandır. Bu tələbin əsası uzun illər öncə 
keçirilmiş “Aluen” məclisində qoyulmuşdur və günümüzə qədər udi xalqı ona əməl edir. El arasın-
da olan inanca görə, gəlin və qaynana eyni bulağın suyundan içə bilməzmiş. Udi toylarında qızın 
alınıb-verilməsində dayı ən vacib şəxs hesab olunur. Dayının toy mərasimindəki vacib şəxs olması-
na biz şahdağ xalqlarının da toy mərasimlərində rast gəlirik. İstər tarixi, istərsə də etnoqrafik mate-
riallardan aydın olur ki, udi toylarında azərbaycanlılara məxsus oyun havaları, rəqslər ifa olunmuş-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə