Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə30/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   26   27   28   29   30   31   32   33   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
65 
Gögdə yıldız əllidür, 
Əllisi də bəllidür. 
Yüz bin əsgər içində, 
Bənim qardaşım bəllidür. 
 
Alma atdim əzildi, 
Tabur yola düzüldi. 
Bənim bir tək kardaşım, 
Əsgərluğa yazıldi və s. 
 
Bütün türk xalqlarında olduğu kimi Ahısqa türklərindən toplanmış bayatıların da bir qismini 
deyişmə bayatılar təşkil edir: 
 
Mərdivandan ensənə, 
Sağ tərəfə dönsənə. 
Qoynundaki o gül məmən 
Birini bənə versənə. 
 
Mərdivandan enəməm, 
Sağ tərəfə dönəməm. 
Qoynumdaki gülləri, 
Amanatdur, verəməm. 
 
Bəzi bayatıların cavabı olmasa da, məzmunundan ehtimal etmək olur ki, bu bayatılar da vaxtilə 
deyişmə şəklində söylənmiş, amma günümüzə yarımçıq halda çatmışdır: 
 
Binadan boylimisin? 
Yarim can, evlimisin? 
Hər gələn səni soriyer
Altuna mayilmisin? 
 
Qari qoç boyanurmi? 
Səsləsəm, oyanurmi? 
Sən orada, bən burada, 
Buna can dayanurmi? 
 
Onu da deyək ki, Ahısqa türklərinin bayatılarında sual cümlələri çox işlədilir. 
Bir qism bayatılarımız vardır ki, onlarda alqış və yaxud da qarğış məzmunu vardır. Çox təəs-
süf ki, vaxtilə bu bayatıların harada və nə məqsədlə deyilməsi qeydə alınmadığı üçün indi onların 
kontekstini müəyyənləşdirmək çox çətindir. Alqış və qarğış bayatılarla Ahısqa türklərinin də folklo-
runda rastlaşdıq: 
 
Allah, Allah, bir Allah, 
Bin bir adın var sənin. 
Bir muradım var mənim. 
Bir adın hürmət üçün 
Ver muradimi bənə. 
 
Ahısqa türklərinin folklorunda elə bayatılarla qarşılaşırıq ki, etnoqrafiyadan xəbər verir. Aşa-
ğıdakı bayatı nümunəsində  işlədilmiş “işləməli çardaq” ifadəsi onların etnoqrafiyası haqqında 
müəyyən təsəvvür yaradır:  
 
İstanbul yeti taxta, 
Dört alma bir budaxda. 
Kardaş, yari qordünmü 
İşləməli çardaxda. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
66 
Bu bayatının I misrasında İstanbul şəhərinin yeddi təpə olmasına işarə vurulur. Yeri gəlmiş-
kən qeyd edək ki, dünyada iki şəhərə yeddi təpəli deyirlər: Yeddi təpə İstanbul və yeddi təpə Roma. 
Biz azsaylı xalqların folklorunda bayatıdan danışdığımız zaman yalnız janr kimi deyil, poetik 
forma kimi də bəhs edirik. Bu mənada Ahısqa türklərindən toplanmış türkü
16
 və nənnilərə
17
 də to-
xunmaq istəyirik. Onlardan qeydə alınmış türkülərin də çoxu bayatı janrı üzərində qurulmuşdur. 
“Ağlama, qəlin, ağlama” adlı türkü buna sübutdur: 
 
Qəlin diyar: “ana, ana”, 
Yaşi tokar yana-yana. 
Ağlama, qəlin, ağlama, 
Kaynanadur sənə ana. 
 
Qəlin diyar: “baba, baba”, 
Yaşi tokar kaba-kaba. 
Ağlama, qəlin, ağlama, 
Kaynatadur sənə baba. 
 
Qəlin diyar: “kardaş, kardaş”, 
Yaşi tokar yavaş-yavaş. 
Ağlama, qəlin, ağlama, 
Kayindur sənə kardaş. 
 
Qəlin diyar: “baci, baci”, 
Yaşi tokar aci-aci. 
Ağlama, qəlin, ağlama, 
Balduzdur sənə baci. 
 
Ahısqa türklərində bayatı formasında deyilən nənnilər də geniş yayılmışdır. Maraqlı burasıdır 
ki, onlardan qeydə alınmış nənnilər arasında süjetli nənnilərə də rast gəlinir. Onlardan biri belədir: 
“Poşalar
18
 bir dəvəyə uşağı mindirib bir meşə ilə gedirmişlər. Ağac uşağın qundağına ilişir, uşaq qa-
lır. Gəlin qaynatası ilə hələ söyləmirmiş. (Ümumiyyətlə, ahısqalılarda gəlin qaynata, qaynana, qayın 
ilə danışmazmış). Gəlin utanır, deyə bilmir ki, uşaq qaldı. Başlayır ağlaya-ağlaya nənni deməyə. 
Qayıdıb baxırlar ki, uşağı qarğa-quzğun öldürüb”.  
 
Küknar, dalın qırılsın
19

Dibə balta vurulsun. 
Dibində yavrum bulunsun, 
Nənni, yavrum, nənni, 
Nənni körpəmə, nənni. 
 
Sənə nənni diyamadim, 
Yavru tatli, doyamadim. 
Gəlin idim, diyamadim, 
Nənni, yavrum, sənə nənni
Nənni, körpəm, sənə nənni. 
 
Qaynatamdan hicab etdim, 
Acab bən yavruma netdim?
20
 
 
                                                            
16
Mahnı  
17
Laylalar 
18
Dilənçilər 
19
Bu nənninin əlimizdə iki variantı var. Burada daha kiçik variantını verməyi məqsədəuyğun saydıq. 
20
Nə etdim? 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
67 
Qurda-quşa yemlik etdim. 
Nənni, yavrum, nənni, 
Nənni körpəmə, nənni. 
 
Sənə nənni diyan dillər, 
Hanı bayaz-bayaz da qollar? 
Nənni, körpəm, sənə nənni, 
Nənni yavruma, nənni. 
 
Bu şifahi folklor hadisəsi türklərdən digər xalqlara da keçmişdir. Bu, olduqca qanunauyğun 
prosesdir. Çünki birgə yaşayış zamanı böyük mədəniyyətlər istər-istəməz kiçik xalqların da mədə-
niyyətinə təsir edir. Biz toplama zamanı milliyyətcə ləzgi, avar, saxur, ingiloy, tat və s. xalqların da 
folklorunda bayatıya təsadüf etdik. Bu xalqlar türk etnik sisteminin içərisində yaşadıqları üçün 
bayatını da mənimsəyiblər.  
Bir xalqın folkloru digər xalqa necə keçir? Bunu izah etmək üçün bir xatirəmizi sizlərlə pay-
laşmağı  məqsədəuyğun sayırıq. Biz 2012-ci ildə  Şəki rayonunun Şorsu kəndində folklor 
toplayırdıq. Bu kənddə Azərbaycan türkləri ilə yanaşı, ləzgilər də yaşayırlar. Milliyyətcə ləzgi olan, 
70 yaşlı söyləyicim Mustafayeva Şəfiqə Tahir qızının dediyinə görə, o, Dağıstanın Rutul rayonunun 
Buş  kəndində doğulub, uşaqlıq illəri də  həmin kənddə keçib. Söyləyicinin 10 yaşı olanda Şəkiyə 
köçüblər.  Şəfiqə  nənə  Şəkiyə  gəliş  səbəblərini belə izah etdi ki, Dağıstan dağ yeri olduğu üçün 
orada yaşamaq və çörək qazanmaq çox çətindir. Dolanışıq dərdi Şəfiqə nənənin ailəsini və yüzlərlə 
digər ailələri Azərbaycana köçməyə vadar edib. Biz sonradan da dolanışıq çətinliyi səbəbindən bu 
bölgədə vaxtilə məskunlaşmış Dağıstan mənşəli xeyli sayda ailə ilə qarşılaşdıq. O və həmkəndliləri 
Dağıstanda yaşadıqları zaman Azərbaycan dilini bilmirlərmiş. Şəfiqə nənənin dediyinə görə, onlar 
Dağıstanda yaşadıqları zaman Buş  kəndinin qadınları çayın sahilinə  yığılıb oturarmışlar: nişanlı 
qızlar bir tərəfdə, qoca nənələr bir tərəfdə, xırda uşaqlar bir tərəfdə. Çayın sahilinə yığışıb oturmuş 
qadınlar bayatılar deyərmişlər.  Şəfiqə  nənədən onların bayatını hansı dildə söylədiklərini 
soruşduğumuz zaman dedi: “Bizim dilimiz rutul dilidi. Biz bayatını muğal
21
 dilində diyirdıx. Öz 
dilimizdə bayatı yoxdu, düzünə qalsa”. Söyləyicimiz də  uşaqkən bu mahnılardan bir qismini 
yaddaşına köçürüb. Şəfiqə  nənə bizə xeyli bayatı dedi və  həmkəndlisi 60 yaşlı Nurməmmədova 
Reyhan (Ayna) İslam qızı ilə birgə “Lilay” və “Ceyranım” adlanan bir mahnıdan xeyli oxudu. Bu 
mahnıların da mətnləri bayatı üzərində qurulub.  
Onlardan topladığımız bayatıların da bir qismi vətən həsrətlidir: 
 
Çey çoxdu, keçə bilməz, 
Dərdim var, aça bilməz. 
Düşmüşəm yad ölkəyə 
Haraya çata bilməz. 
 
Dağıstan dağlar meşə, lilay, lilay. 
Gəldikcən bağdı, meşə. 
Vətən yadıma düşdü, lilay, lilay. 
Oturub ağlamışəm, Maral xala və s. 
 
Dağdan dağa gəzərəm, ceyranım, ceyranım. 
Sana kağız yazaram,  
Sən bu il də gəlməsən, ceyranım, ceyranım, 
Ulkə-ulkə gəzərəm. 
 
Dağlar dağlara baxar, ceyranım, ceyranım. 
Aradan çaylar axar. 
İki dünya bir olsa, ceyranım, ceyranım, 
Sevən sevənə baxar. 
                                                            
21
 Bu bölgədə yaşayan azsaylı xalqlar Azərbaycan türklərini muğal, Azərbaycan dilini isə muğal dili adlandırırlar. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə