Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə27/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   23   24   25   26   27   28   29   30   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
59 
Çox təəssüf ki, bu gün dünya meridianında demokratiyanın qorunması uğrunda mübarizə apa-
ran “multikultural” dövlətlərdə zənciyə qarşı münasibət heç də insani deyildir.  
Daha sonra əsərin məzmununda aparıcı rol oynayan hadisələrdən biri də Nizaminin İsgəndəri 
gətirib o zaman Nüşabənin hökmdarlıq etdiyi, Azərbycanın paytaxtı olmuş Bərdə şəhərinə çıxarma-
sıdır. Görüş zamanı Nüşabə öz qadın müdrikliyini ortaya qoyur. Belə ki, boşqabda yemək əvəzinə 
ləl–cəvahiratı İsgəndərin qarşısına qoyur. İsgəndər təəccüblə boşqaba baxaraq soruşur ki, bu nədir? 
Elə bir nemət gətir ki, onu yemək mümkün olsun. Nüşabə cavabında bildirir ki, madam ki, bunları 
yemək mümkün deyil, bunun üçün bu qədər döyüşlərə, savaşlara dəyərmi?, - deyərək  İsgəndərə 
dərs vermiş olur. Yəni burada dahi Nizami öz multikultural fikirlərini sülhün, qardaşlığın, tərəqqi-
nin inkişafın tərəfdarı olduğunu Nüşabə obrazı vastəsilə oxucularına təqdim edir.  
Əslində qlobal xarakter daşıyan bu mövzunu bir məqalə həcmində ümumiləşdirmək mümkün 
olmadığından biz problemdən konkret şəkildə danışa bildik. Təkcə bir kiçik həcmli məqalə ilə söz 
yox ki, Nizami bədii dühası fonunda onun multikultural görüşlərini tam şəkildə ifadə etmək müm-
kün deyil. Bu mövzu müasir ədəbiyyatşünaslıqda öz tədqiqatçısını gözləyən vacib, aktual mövzu-
lardan biridir.  
 
 
Xülasə 
 
“N.Gəncəvinin multikultural dünyagörüşü” adlanan bu məqalədə Nizami Gəncəvinin multikultural 
görüşləri tədqiq olunur. Müəlliflər şairin poemalarını tədqiq edərkən, mövzunun tələblərinə uyğun olaraq öz 
fikirlərini maraqlı faktlarla sübut edirlər. 
 
Резюме 
 
В  статье  на  тему  «Мультикультуральное  мировоззрение  Низами  Гянджеви»  исследуются 
мультикультуральные  взгляды  Низами  Гянджеви.  Авторы,  исследуя  поэмы  поэта  с  точки  зрения 
требований темы, доказывает свои мысли интересными фактами. 
 
Summary 
 
This article deals with the multicultural views of N. Gangavi . It inverstigated the poet s ideas a 
thoughts about the different culturs itegratiion andproved theideas with facts from the qreat poets sreative 
work. 
 
Ədəbiyyat: 
 
1. Məmməd Əmin Rəsulzadə: “Azərbaycan şairi Nizami”, Bakı:“Azərnəşr”, 1991, 227s. 
2. N. Gəncəvi: Xosrov və Şirin: ( poema ): Bakı : “Lider” nəşriyyatı, 2004, 391 s. 
3. N. Gəncəvi: İsgəndərnamə:(“İqbalnamə”):(poema). Bakı: “Lider” nəşriyyatı, 2004, 254 s. 
4.
 
N.Gəncəvi: İsgəndərnamə (“Şərəfnamə”) :poema : Bakı : “Lider” nəşriyyatı, 2004, 429 s. 
5.
 
N. Gəncəvi :Leyli və Məcnun: (poema), Bakı: “Lider” nəşriyyatı, 2004. 286 s. 
6. N. Gəncəvi: Sirlər xəzinəsi. Bakı: “Lider” nəşriyyatı, 2004, 207s. 
7. N. Gəncəvi : Yeddi gözəl. Bakı: “Lider” nəşriyyatı. 2004, 334 s. 
8. Xalisbəyli. T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. Bakı:“Azərnəşr”, 1991, 296 s. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
60 
Adışirinov Kamil Fikrət oğlu, filologiya üzrə fəlsəfə doktoru 
 AMEA ŞREM, aparıcı elmi işçi  
 Azərbaycan, Şəki 
 
SURAĞAT QURBANİNİN FOLKLOR GÖRÜŞLƏRİ 
 
Açar sözlər: folklor görüşləri, aşıq, saz, xalq şeiri, qoşma, təcnis, gəraylı, ədəbi məclis 
Ключевые слова: фольклорные взгляды, ашиг, саз, народный стих, гошма, теджнис, герайлы, 
литературный собрание. 
Key words: folklore thoughts, ashug, saz, folk poetry, goshma, tajnis, garaylı, literary council. 
 
Surağat Qurbani Balakən rayonunun Katex kəndində yaşayıb – yaratsa da, XX əsr Şəki ədəbi 
mühitinin formalaşmasında mühüm rol oynamış, “Nuxa fəhləsi” qəzetinin redaksiyasının nəzdində 
fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinin sıralarında böyük sənət yolu keçmişdir. Şairin ilk ya-
radıcılıq nümunələri 1946-cı ildən “Nuxa fəhləsi” qəzetinin səhifələrində dərc olunmuşdur. S.Qur-
baninin yaradıcılığını mövzu və mündəricə etibarilə dəyərləndirən “Səbuhi”nin aparıcı üzvlərindən 
olmuş şair Nurpaşa Hümmətov “Surağat Qurbani” adlı məqaləsində yazır: “ Biz “Nuxa fəhləsi” qə-
zetinin səhifələrində Surağat Qurbaninin şeirlərinə tez-tez rast gəlirik. O, redaksiya nəzdindəki ədə-
biyyat dərnəyinin fəal üzvlərindən biridir. Surağat Balakən rayonunun Katex kənd məktəbində 
müəllimdir. O, öz peşəsini sevdiyi kimi, istedadlı bir şair kimi də oxucular qarşısında tez-tez çıxış 
edir. Qurbaninin şeirlərində Vətən, eşq və məhəbbət, fədakar əmək ilhamla tərənnüm edilir [1].  
Həssas müşahidəçi, incə hisslərin çoşğun tərənnümçüsü olan Surağat Qurbaninin yaradıcılığı 
janr etibarilə qoşma, gəraylı, rübailərdən ibarətdir.  Şairin lirik fondu mövzu etibarilə  də olduqca 
rəngarəngdir. Doğma Vətənə, el-obaya, yurda bağlılıq, saf, təmiz, ülvi sevgi hissləri, Vətən təbiəti-
nə olan sonsuz məhəbbət, insana xas olan ən incə duyğuların poetik dillə-məharətli, ustad bir şair 
dili ilə ifadəsi Surağat Qurbaninin şeirlərinin aparıcı xüsusiyyətləridir. Doğma Azərbaycana olan 
sonsuz məhəbbət və azərbaycançılıq ideyalarının tərənnümü Surağat Qurbaninin yaradıcılığının 
özəyini təşkil edir.  
Vətənini bütün yaradıcılıq fondunun əsas ilhamverici qüvvəsi adlandıran  şair “Olmasa” 
gəraylısında: 
 
Yaz, əsməsin əldə qələm, 
Sıxa bilməz qəlbini qəm. 
De, kim idin, Qubani, sən  
Vətən sənə yar olmasa [5]? 
 
fikrini “Yolunda” adlı  şeirində daha da dərinləşdirərək Vətən yolunda canını belə verməyə 
hazır olduğunu bildirir: 
 
Qurbaniyəm öz gülümü dərərəm, 
Eldən ötrü dağ tək sinə gərərəm. 
Söz nədir ki, canımı da verərəm, 
Vətən adlı bu diyarın yolunda [2, s. 9]! 
 
S.Qurbaninin şeirləri canlılıq, dil sadəliyi, tərənnüm və ifadə gözəlliyi baxımından da təsirli 
və yaddaqalandır. Kənddə doğulub boya - başa çatan, xalqla birlikdə nəfəs alıb, xalqla qaynayıb – 
qarışan S.Qurbaninin lirikasında xalq şeiri, folklor üslubu daha müvəffəqiyyətlidir. Onun poeziyası-
nın janr xüsusiyyətlərinə tənqidi yanaşan “Səbuhi” ədəbi məclisinin üzvü N.Hümmətov yazmışdır: 
“Surağatın çoxlu qoşmaları vardır. O, yaradıcılıq yollarından daha müvəffəqiyyətlə keçmək üçün 
yalnız qoşma janrında yazmaqla kifayətlənməməli, müxtəlif şeir növlərindən cəsarətlə istifadə et-
məlidir. Daha çox çalışmalıdır ki, onun əsərlərində poetik dil, şeiriyyət daha yüksək olsun, şeirlərin-
də artıq söz, artıq ifadələr tapılmasın”. Bu fikirlər istedadlı şair S.Qurbaninin yaradıcılığını istiqa-
mətləndirmək üçün görkəmli alim-şairin qələmindən 1961-ci ildə çıxmışdı. İnsafən, yuxarıda ifadə 
etdiyimiz fikrə qayıdaraq əminliklə söyləyirik ki, S.Qurbaninin qoşmaları lirika sahəsində uzun za-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə