Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə23/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   19   20   21   22   23   24   25   26   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
50 
lır. Heyhat, o nəsil əbədi yaşamır. Hər günün öz hökmü var. Hansı kəndə gedib məqsədimizi izah edi-
rik, bu sözləri eşidirik: “Heyif filankəs yoxdur, sağlığında gəlsəydiniz, çox şey toplaya bilərdiniz, si-
nəsi bayatılarla, hikmətli sözlərlə dolu idi, işıq üzü görməyən xalq qoşmalarını ondan ala bilərdiniz...” 
Əvvəllər kəndlərdə nağıl məclisləri, gimgə və yığıncaqlar olardı. “Üzük-üzük”, “daşqurma”, 
“tız” və s. onlarla xalq oyunları mövcud idi. İştirak elə orada, yaz, topla! İndi isə adamlar az hallar-
da, bir tədbirlə əlaqədar deyilsə, görüşmürlər. Cəmiyyətdə gedən urbanizasiya prosesləri, televizor, 
kompyuter, internet xalqın kollektiv ünsiyyətini, keçmiş  ənənələrlə  əlaqəsini zəiflədibdir. Müasir 
dövrdə yaşlı nəslin yeni nəslə təsiri də azalmışdır və o “sinədəftər” nəslin nümayəndələri, demək 
olar ki, aramızda yoxdur. Hələ keçən əsrin sonlarında da avar kəndlərində “tampur”adlı çalğı aləti 
ilə toylarda, şənliklərdə bayatı oxuyan, dastan söyləyən “koçoxanlar” olurdu. İndi bu adamlar hə-
yatdan gediblər və qiymətli xalq xəzinəsini də özləri ilə aparıblar. Müasir bayatı ustaları da var. 
Amma artıq onların müəyyən təsir altına düşməməsi, dövrümüzün sənət nümunələrindən, mövcud 
musiqi aləmindən, qonşu və  hətta uzaq xalqların musiqisindən, söz sənətindən bəhrələnməməsi 
mümkün deyil; onlar müasir həyatdan təcrid ola bilməzlər. Lakin bu da şifahi xalq yaradıcılığının 
bir dövrüdür. Bu dövr də tarixi yaddaşa həkk olunmalıdır.  
Keçən əsrdə yazıb-yaratmış sənətkarların yaradıcılığında da biz Aşıq Ələsgər kimi söz ustad-
larının, Qazax, Qarabağ, Gəncə aşıqlarının, Dağıstan koçoxanlarının təsirini görürük. Bu folklor nü-
munələri xalqın birgə malına çevrilmişdir, əksər hallarda onların kimə, hansı xalqa məxsus olduğu-
nu müəyyənləşdirmək mümkün deyil. Eyni nümunə 2-3 dildə, müxtəlif variantlarda səslənir. Əslin-
də bu təbiidir. Çünki bölgənin aşıqları  kəndbəkənd gəzir, bir-biriləri ilə deyişir, məşhur aşıqların 
şeirlərinə nəzirələr yazır, geniş yayılmış Tövrat, Quran obrazlarından, klassik və xalq şeiri formala-
rından istifadə edirdilər. Varxiyanlı aşıq Məhəmməd, Talalı Dibirov (Kamal), Suvagilli aşıq Nəzir, 
Mosullu Lahu dayı, İtitalalı aşıq Herov, Əliabadlı aşıq Camal, Kəpənəkçili Qurban, Muxaxlı Rama-
zan və s. aşıqlar qoşma, təcnis, müxəmməs, dodaqdəyməz və s. aşıq şeiri janrlarında yazdıqları şeir-
lərində bir-birilərinə xitabən elini və el sənətkarlarını vəsf edir, həyatdan köçmüş söz ustadlarını on-
ların qoşmalarına cavablarla xatırlayırdılar. Aşıqların qoşmaları dildən-dilə  gəzərək  şablonlaşır, 
xalq arasında müxtəlif tərzdə, spesifik dəyişikliklərlə oxunurdu. 
Belə ki, biz indi də fürsəti bada verməməliyik. Tənbur çalib oxuyan, bayatı deyən müasir sənət-
karlarımızın yaradıcılığını tarixə həkk etməliyik, onlarin xalq sənətini yaşadıb gələcək nəsillərə ötür-
məsi üçün şərait yaratmalıyıq. Məsəl var, deyərlər: Ziyanın yarısından qayıtmaq da xeyirdir. Bir də ki, 
“balığı nə vaxt tutsan, təzədi.” Müşahidələr göstərir ki, kəndlərimizdə xalq sənətini qoruyub saxlayan, 
yayan ağsaqqal və ağbirçəklərimiz vardır və “sinədəftər” xalq sənətkarları haqqinda xatirələr də hələ 
yaşayır. Məsələn, Qax rayonunun Sarıbaş kənd sakini Minaxanım Xallayevanın yaradıcılığına nəzər 
salaq. Kənddə yaranan “Tunqay-Məlik” ansamblının fəal üzvü idi. Ansamblın çıxışına baxırıq; beş-
beş qadın qarşı-qarşı duraraq oxuyurlar, “salamaleyk,” “ceyranım” oyunlarında olduğu kimi: 
 
Bir qız gördüm biçində, 
Sarı sünbül içində. 
Mən yarımı sevmişəm, 
On beş yaşın içində  
Ay zarı-zarı-zarı, 
Vay zarı-zarı-zarı.  
Qızılgül xırmanında 
İtirdim nazlı yarı... 
 
1991-ci ilin avqust ayının söhbətidir. Minaxanım nənə söhbət əsnasında deyir ki, yüz yaşında-
dır. Soruşanda ki, “Tunqay-Məlik” ansamblının tarixi nə vaxtandır?, - cavab verir: 
 
 İnsan oğlu yaşardır, 
 Nə xeyirdir, nə şərdir. 
 Mən səndən xəbər alım, 
 Bu daş neçə yaşardır. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
51 
 İnsan oğlu bişəndi, 
 Bişib həddən aşandı. 
 Dünya binə quranda 
 Bu daş ora düşəndi. 
 
Yəni daşın yaşı nə qədərdisə, bu xalq yaradıcılığı nümunəsi “Tunqay-Məlik”in yaşı da o qə-
dərdir. Yəni daşın yaşı insanın yaranışı və dünyanın quruluşu ilə birdir, “Tunqay-Məlik”in yaşı da 
eynilə. Sarıbaş kəndinin qayalarında, daşlarında çağlayan bulaqların suyu qədər əbədidir. Minaxa-
nım nənələrin söz sənəti. Əzəmətli dağların, sildırım qayaların, sivrilib axan çayların, uzaqlara apa-
ran yolların ruhu var Alp Ər Tonqa (Əfrasiyab) irsi olan “Tunqay-Məlik” kimi minlərlə xalq yaradı-
cılığı nümunələrində. Bu sərvəti gələcək nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur! 
 
 
Xülasə 
 
Zəngin etnik tərkibə malik olan Şəki-Zaqatala bölgəsində yaşayan xalqların folklor irsinin toplanması, 
tədqiqi və  nəşri sahəsində AMEA Folklor İnstitutu, AMEA Nizami adına  Ədəbiyyat  İnstitutu,  Şəki Zona 
Elmi Mərkəzi (hal-hazırda  Şəki Regional Elmi Mərkəzi) mühüm işlər görmüşdür. Azərbaycan, udin, avar, 
zaxur, yengiloy xalqlarınınn folkloruna dair toplanmış materiallar “Azərbaycan Folkloru Antologiyası”nın 
XIII cildində və “Babaların hikmət xəzinəsi (milli azlıqların folkloru)” kitabında öz əksini tapmışdır. Bu top-
lularda yer alan folklor nümunələri – Qəbiz-dərə kəndindəki “Qızıl göl” (“Mesedunun gölü”), Yuxarı Çar-
daxlar kəndində qayalarda çarpılmlş “Pəri qalası” haqqında rəvayətlər, geniş yayılmış və müxtəlif dövrlərə 
aid elilən “Kəsik baş” əfsanələri (“Məlikin kəsik başı”, “Hacı Muradın danışan başı”) və s. regionun qədim 
tarixindən xəbər verir.  
Avar kəndlərində müxtəlif ayinlərlə müşayiət olunan təqvim bayramları və dini bayramlar – Tsudul 
kassi (“oddan tullanma”), Hilma (“Yelləncək bayramı”), ТIойоле байрам (“Gül bayramı”), Kuda ko (“Bö-
yük bayram”, Ramazan bayramı) və s. qeyd olunurdu. Yengiloy və zaxur kəndlərində  də bu bayramlar 
özünəməxsus elementlərlə keçirilirdi. Yengiloy kəndlərində baharın gəlişi ilə Qorqot bayramı qeyd olunur-
du; yengiloyca qorqo – “durna”, qorq – “tonqal” və qorqot – “buğda aşı” etimologiyaları bu bayramın atri-
butlarına dəlalət edir. Yengiloylar kəndlərində ildə iki dəfə – apreldə və noyabrda “Kürmük bayramı” qeyd 
olunurdu. Yağışın yağması və ya kəsməsi üçün “Qız daşının” istiqamətini dəyişməklə müşayiət olunan ayin 
də xüsusi maraq doğurur.  
Zaxur kəndlərində qədim xalq gəzintisi mərasimi ilə icra olunan Seyran bayramı keçirilərdi. Hər il bi-
çin və ot çalımı mövsümü qabağı dağların qoynunda yerləşən Yuxarı Suvagil kəndinin və ətraf kəndlərin ca-
maatı təyin olunmuş yerə – Eraya toplaşardı. Oğlan və qızlar sümsü, qara zurna, tampur, nağara və s. yerli 
musiqi alətlərinin müşayiətilə çala-oxuya iki günlük azuqə ehtiyatı ilə yola düzələrdi. Seyran iştirakçıları bu 
müddət ərzində 32 dağ zirvəsi, yaylaq və qışlaqdan keçərdilər.  
 
Резюме 
 
Институтом Фольклора АНАН, Институтом Литературы АНАН им. Низами Гянджеви и Шекин-
ским региональным научным центром проделана огромная работа по сбору, исследованию и изданию 
фольклорного  наследия  народов,  проживающих  в  Шеки-Закатальском  регионе  и  имеюших  богатый 
этнический  состав.  Собранные  материалы  по  фольклору  азербайджанцев,  удинов,  аварцев,  цахурцев, 
ингилоев вошли в XIII том «Антологии Азербайджанского фольклора», а также были изданы в книге 
«Сокровищница мудрости дедов» (Фольклор национальных меньшинств Шеки-Закатальского региона). 
В  эти  издания  были  включены  легенды  о  скальном  замке  «Пери  кала» («Крепость  Феи»)  в  с. 
Йухары Чардахлар, легенда о «МеседулхIор» (на аварск. «Золотое озеро» или «Озеро Краличы») в с. 
Кабисдара,  притчи  об  «Отрубленной  голове  Малика»,  о  «Говорящей  голове  Хаджи  Мурата»  и  т.д. 
Эти  легенды  отражают  древнюю  историю  края.  В  аварских  селах  отмечались  календарные  и  рели-
гиозные  праздники,  сопровождаемые  определенными  обрядами,  как “Tsudul kassi” (“Прыжок  через 
костер”), “Hilma” («Праздник качелей»), “ТIойоле  байрам» («Праздник  цветов»), “Kuda ko” («Боль-
шой Праздник», т.е. «Праздник Рамадан)» и т.д.  
В ингилоевских, цахурских селах также отмечались эти праздники со своеобразными элемента-
ми.  Любимым  праздником  у  ингилоев  был  весенний  праздник  «Горгот»;  этимология  ингилоевского 
горго – «журавль»; горг – «костер», горгот – «пшеничный плов» соответствует атрибутам этого празд-
ника.  Во  время  этого  праздника  устраивались  народные  гуляния  с  песнями  и  танцами,  пышные  зас-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə