Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə21/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   17   18   19   20   21   22   23   24   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
46 
ских писателей привлекает внимание отражение идей мультикультурализма, поликультурных сюже-
тов  и  отношений  между  представителями  разных  народов.  Следует  отметить,  что  в  нашей  стране 
всегда с уважением относились к традициям и обычаям, различным взглядам всех этнических групп. 
Понятие  Азербайджанство  является  идеологической  базой  проживающих  в  солидарности  с  азер-
байджанцами  в  нашей  республике  национальных  меньшинств.  Современные  писатели  стараются 
воплотить эту идею в художественных произведениях. 
В  настоящей  статье  рассматриваются  художественные  произведения,  посвященные  воплоще-
нию поликультурности конкретными фактами. 
 
Summary 
 
Multiculturalism is one of the eternal subjects of Azerbaijan literary. We can see it clearly,if we look 
through the way that began from the eposes “The Book of Dede Gorgud”, till “Yeddi Gozel” (“Seven 
Beauties”) by N.Ganjavi and the play “1905-ci ilda” (“in 1905 year”) by J.Jabbarli. Multicultural plots, the 
attitudes among the people that belong to different nations and the reflection of multicultural ideas attract our 
attentions in the literary works of Azerbaijan writers. We must note that, the traditions and the opinions of 
ethnic groups have been treated with respect in Azerbaijan. The idea of Azerbaijanism is the demonstration 
and the ideological base of the national minorities with Azerbaijanis. Our modern poets try to show this idea 
in literary works. 
 In the article it is said about the literary works which devoted the embodiment of multiculturalism by 
concrete facts. 
 
Ədəbiyyat: 
 
1. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, Bakı şəhəri, 11 yanvar 2016. 
2. Gülxani P., Elçinin “Mahmud və Məryəm” əsəri və folklor. www.gulxani. 
3. Həbibbəyli  İ., Azərbaycançılıq məfkurəsi yollarında,  Ədəbi-tarixi yaddaş  və müasirlik, Bakı, 
Nurlan, 2007, 696 s.  
4. Muradoğlu N., Baba ocağı, Bakı, “Elm və Təhsil”, 2014, 248 s. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
47 
Əli Süleymanov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru 
AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi 
Azərbaycan, Zaqatala 
 
ŞƏKİ-ZAQATALA REGİONU MULTİKULTURAL DƏYƏRLƏRİN GÖSTƏRİCİSİ KİMİ 
 
 
Açar sözlər: etnik tərkib, adət-ənənə, Seyran, Qorqot bayramı, Tunqay-Məlik 
Ключевые слова: этнический состав, обычаи-традиции, Сейран, праздник Горгот, Тунгай-Малик 
Key words: ethnic composition, tradition, Seyran, Gorgud holiday, Tunqay-Malik 
 
Xalqımızın mənəvi dəyərlərini, adət-ənənəsini, mədəniyyətini, nəsildən-nəslə keçən təcrübə 
və biliklərini özündə cəmləşdirən folklor irsimizin qorunması, yaşanması günümüzün vacib prob-
lemlərindəndir. Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində folklor materiallarının toplanma-
sı, nəşri sahəsində görülən işlər təqdirəlayiqdir. Şəki-Zaqatala bölgəsində yaşayan xalqların folklor 
irsinin tədqiqi də AMEA Folklor İnstitutu, AMEA Nizami adına  Ədəbiyyat  İnstitutu,  Şəki Zona 
Elmi Mərkəzinin (hal-hazırda Şəki Regional Elmi Mərkəzinin) diqqətində olmuş və bu sahədə qəti 
addımlar atılmışdır. Lakin bunlar dəryada bir damladır. Şəki-Zaqatala bölgəsi zəngin etnik tərkibə 
malikdir. Burada azərbaycanlılarla yanaşı udinlər, avarlar, zaxurlar, yengiloylar (ingeloy) və həmçi-
nin lak, ləzgi, osetin, çərkəz və s. millətlərin nümayəndələri yaşayırlar. Bu xalqlar bir-biriləriylə 
qaynayıb-qarışmışlar. Onların folklor nümunələri, adət-ənənələri də qarşılıqlı surətdə inkişaf etmiş-
dir. Bölgənin folklor irsinə bu xalqların hər biri öz dəsti-xətti, spesifikliyi, milli koloriti ilə seçilən 
xalq yaradıcılığı nümunələrini daxil etmişdir.  
Bu xüsusda bir lak məsəli yada düşür: Kiçik bir kəndin qabağından ancaq topuğa çatan çay 
axarmış. Lakin kəndin sakinləri bu çayı dizdən yuxarı çırmanıb keçərmişlər. Onlardan soruşanda ki
“belə balaca çayı niyə bu cür çırmanıb keçirsiz?”, - cavab verərmişlər: “Bizim cayımızı biz böyüt-
məsək, kim böyüdəcək?!” Bu məsəli Şəki-Zaqatala bölgəsində yaşayan xalqların folkloruna aid et-
mək olar. Bu xalqların folklorunu biz qiymətləndirib toplamasaq, böyütməsək, bunu kim edəcəkdir? 
Bu kiçik, böyük çayların hamısı bir dənizə tökülür. Azərbaycan xalqının dəryaya sığmayan folklor 
irsini damla-damla toplamaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün biz də dizdən yuxarı çır-
manıb çalışmalıyıq.  
Tam məsuliyyətlə bu təşəbbüsə qatlaşan Şəki Regional Elmi Mərkəzinnin Folklor Laboratoriya-
sı bölgədə yaşayan xalqların şifahi xalq ədəbiyyatının müxtəlif janrlarının toplanması sahəsində mü-
hüm işlər görmüşdür. Bazanın  əməkdaşları  Şəki, Qax, Zaqatala, Balakən rayonlarının  əksər kənd-
lərində olmaqla, yüzlərlə bayatı, ağı, atalar sözü, zərb-məsəl, lətifə, xalq oyunları, toy və yas mə-
rasimlərinə aid məlumat toplamışlar. Bu materiallar “Azərbaycan Folkloru Antologiyası”nın XIII 
cildində
1
 və “Babaların hikmət xəzinəsi (milli azlıqların folkloru)” kitabında
2
 öz əksini tapmışdır.  
Milli azlıqların folkloruna həsr olunmuş “Babaların hikmət xəzinəsi” kitabında avar, zaxur, 
yengiloy xalqlarının folklor nümunələri janrlar üzrə bölünərək həm avar, zaxur, yengiloy, həm də 
Azərbaycan dilində verilmişdir. Burada bayatı, mahnı, oxşama, layla, ağı, düzgü, deyişmə, alqış, 
atalar sözləri, rəvayət, nağıl, dastan və s. janrlar təqdim olunmuşdur. Toplanan folklor materialları 
içərisində bölgənin qədim tarixindən soraq verən əfsanələr – Kura Kali (yeng. “Qız daşı”), Pəri qa-
la, Mesedulher (avar.“Qızıl göl”), Məlikin qəbri, təqvim bayramları və mərasimləri – Tsudul kassi 
(avar.“oddan tullanma”), Seyran, Qorqot (yengiloyca “durna”) bayramı, Toyole (avar. “Gül bayra-
mı”) və ya Hilma (avar. “yelləncəklər bayramı”), dini bayram və ayinlər – Kuda ko (avar.“Böyük 
bayram” - Ramazan bayramı), Qədir gecəsi, yağış diləmə mərasimləri (Ləillah gəzmək, Tsilitsi) və 
s. böyük maraq doğurur.  
Uzun müddət yağış yağmadıqda avar kəndlərində yaşıl budaqların və ya gəndalaşın içərisinə 
otuzdurulan “yaşıl oğlanı” və ya “yağış keçisini” (“tsadal tse”) təxtirəvanda gəzdirirdilər, adamlar 
                                                            
1
AFA, XIII kitab, Şəki-Zaqatala folkloru (tərtibçilər: İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva), Bakı, “Səda”, 2005 
2
“Babaların hikmət xəzinəsi. Milli azlıqların folkloru. Şəki-Zaqatala bölgəsi (toplayan, tərtib edən və ön sözün 
müəllifi: Ə.A. Süleymanov). 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə