Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə19/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   15   16   17   18   19   20   21   22   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
42 
Резюме 
 
Несмотря на то, что Огуз является самым маленьким районом Шеки-Закатальского региона, он 
исторически  выделялся  этническим  богатством.  В  быту,  обычаях,  в  укладе  жизни,  в  фольклоре  и 
вероисповедании проживающих в этом регионе различных этнически малочисленных народов можно 
увидеть лучшую модель мультикультурализма. Несмотря на различие языков, обычаев и фольклора 
проживающих  в  Огузе  лезгинов,  удинов,  евреев  и  других  народностей,  обращает  на  себя  внимание 
общность  моральных  ценностей.  В  жизни  всех  народов,  проживающих  в  Огузе,  столетиями  и 
тысячилетиями дружба и любовь остается неизмененным.  
 
Summary 
 
Though Oghuz is the smallest district of Shaki-Zagatala region can be distinguished with ethnic 
richness historically. The best model of multicultural values can be seen in Oghuz district- in religious, 
language, folklore, lifestyle, social life, custom and traditions of various ethnic minorities living in this 
region. As the spoken languages, customs and traditions, folklore samples and lifestyles of Lezghins, Udis, 
Jewish and other nations living in Oghuz distinguish with ethnic identity, their common moral values also 
attract attention. This friendship and love were in the life of all nations living in Oghuz for hundreds and 
thousands of years without weathering and today these are existed. 
 
Ədəbiyyat: 
 
1) Azsaylı xalqların folkloru. I kitab. Bakı-“Elm və təhsil”-2014 
2) Keeçari G. Orayin. (Udi dilində). Bakı- “Azərbaycan Dövlət Nəşriyyatı”-2001 
3) Keeçari G. Udilərdə ənənəvi toy mərasimləri. Gəncə-“Agah”-2004 
4) İbrahim Dağlı. Həyat təranələri. Bakı-“Şirvannəşr”-2006 
5) İshaq Abram. Eşitdiklərim, gördüklərim, düşündüklərim. Bakı-“Şirvannəşr”-2010 
6) Cavadоv Q. Hüseynоv R. Udilər (tarixi-etnоqrafik tədqiqat). Bakı-1996 
7) Ocaq başında rəqs. Udi folkloru nümunələri (toplayanı  və  tərtib edəni: Georgi Keeçari). Gəncə-
“Agah”-2002  
8) Oğuz rayonunun statik göstəriciləri (məcmuə). Oğuz-2014 
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
43 
Nizami Muradoğlu, fil.ü.f.d. 
 Qumral Mirzəyeva 
 
 
 
 
 
 
AMEA Folklor İnstitutu 
Azərbaycan, Bakı 
 
ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİYYATINDA MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ 
 
Açar sözlər: Azərbaycan, multikultural, nəsr, bədii əsər, tolerantlıq, dözümlülük  
Ключевые слова: Азербайджан, мультикультуральный, проза, художественное произведение, 
толерантность, терпимость 
Key words: Azerbaijan, multiculturalism, prose, literary work, tolerance, endurance 
 
Azərbaycan  ədəbiyyatı  hər zaman bəşəri ideya daşıyıcısı olubdur. “Kitabi-Dədə Qorqud”dan 
Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə, C.Cabbarlının “1905-ci ildə” pyesinə qədər keçilmiş yola 
nəzər saldıqda,  Azərbaycan ədiblərinin bədii əsərlərində çoxmədəniyyətli süjetlərin olması, müxtəlif 
xalqların nümayəndələri arasında münasibətlər, multikultural ideyaların inikası nəzər-diqqətimizi cəlb 
edir. İlk növbədə multikultral deyəndə, müxtəlif mədəniyyətlərə malik xalqların birgə dinc yanaşı ya-
şaması, mədəni münasibətlərini qarşılıqlı  şəkildə qurması, tolerantlıq kimi dəyərlər başa düşülür. 
Azərbaycanda yerli aborigen xalq olan Azərbaycan türkləri digər etnik qrupların fərqli baxışlarına, 
adət və ənənələrinə həmişə hörmətlə yanaşıbdır. Azərbaycançılıq məfkurəsi ilə əslində burada yaşa-
yan milli azlıqların azərbaycanlılarla birlik nümayiş etdirməsi kimi bir ideyanın gerçəkləşdirilməsi nə-
zərdə tutulmuşdur. Azərbaycançılıq bu ölkədə yaşayan bütün xalqların bərabərhüquqlu vətəndaşlıq 
məfkurəsidir. Akademik İsa Həbibbəyli “azərbaycançılıq məfkurəsi yollarında” məqaləsində yazır: 
“Müstəqil Azərbaycan dövlətinin ideoloji əsasını xalqımızın və dövlətimizin maraqlarının başlıca ma-
hiyyətini azərbaycançılıq təlimi özündə  cəmləşdirir. Bu mənada hazırkı  mərhələdə azərbaycançılıq 
dünya azərbaycanlılarının vahid, ümummilli təlimi, birləşdirici ideologiyasıdır. Bütün bunlara görə 
azərbaycançılıq təliminin keçdiyi inkişaf yolunun, bu ideal uğrunda gedən proseslərin, aparılmış mü-
barizələrin öyrənilib ümumiləşdirilməsi xüsusi aktuallığa malikdir” (3, 612).  
Azərbaycan Respublikası demokratik əsaslara söykənən suveren dövlətdir. Azərbaycan xalqı 
Azərbaycan türklərindən, talışlardan, ləzgilərdən, ingiloylardan, udilərdən, tatlardan, buduqlardan, 
qrız və xınalıqlardan təşkil olunmuşdur. Bu şəraitdə müxtəlif etnik qrupların aborigen etnos ətrafın-
da birləşməsi bu xalqlar arasında yaxınlıq, qohumluq əlaqələrinin yaranması zərurətini də meydana 
gətirmişdir. İndi Azərbaycanda türk, talış, ləzgi və s. gənclər öz aralarında heç bir ayrı-seçkilik qoy-
madan ailə qurur, birgə yaşamağı qəbul edirlər. Bu münasibətlər də klassik ədəbi ənənəmizdə necə 
vardısa, eləcə də davam edərək müasir ədəbi düşüncədə özünə yer almaqdadır. İstər tarixi proseslər-
lə, istərsə də müasir dönəmdə xalqlar arasında münasibətlərə demokratik fikirli yazarlar beynəlmiləl 
müstəvidən baxmış, baş verən hadisələrin kökündə insana qayğı, məhəbbət, humanizm hisslərini 
aşılamağa çalışmışlar. Bütün zamanlarda xalqdan ayrı düşməyən zümrələr qonşu xalqın nümayən-
dələri ilə talelərini paylaşdırmış, birgə yaşayış qaydalarına əməl etmiş, bunun nəticəsində aralarında 
mehriban qonşuluq  əlaqələri dostluğa, məhəbbətə  və qohumluğa çevrilmişdir. Azərbaycanda bu 
münasibətlərin tarixinə diqqət etdikdə erməni və azərbaycanlı münasibətlərini də xatırlamaq lazım 
gəlir. Ötən  əsrin sonlarınadək bu münasibətlər birmənalı olmamışdır. Bu xalqların arasına  ədavət 
toxumu səpənlər də olmuş, aradakı sərinliyi qaldırmaq istəyənlər də. Erməni yazarı Zori Balayanın, 
Silva Kaputikyanın və b. səpdiyi  ədavət toxumunun cücərtilərinin məhsulu olan erməni  şovinist 
qüvvələri iki qonşu xalqın arasında keçilməz Çin səddi yaratmağa xidmət etmişdir. Bunun nəticə-
sində minlərlə qarışıq ailələr ya dağılmış, yaxud da vətənin tərk edib üçüncü ölkədə yaşamaq məc-
buriyyəti qarşısında qalmışdır.  
Erməni şovinizminin əksinə olaraq Azərbaycanda bəşəri ideyalar həmişə yüksək tutulmuş, to-
lerantlıq mühiti yaradılmış, dövlət siyasəti bu baxışdan sərgilənmişdir. Təsadüfü deyildir ki, Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda 
multikulturalizm ili elan olunmuşdur. Sərəncamda deyilir: “Tarixi İpək yolunda yerləşən Azərbay-
can müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mü-
hitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə