Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə22/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   18   19   20   21   22   23   24   25   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
48 
bardaqlarla evlərdən çıxaraq onun üzərinə su əndərirdi. Yağışın yağması və ya kəsməsi üçün yengi-
loy kəndi Mosulda “Qız daşının” (“Kura Kali”) başını çevirərdilər. Həmin məqsədlə  uşaqlar 
“Çömçə-Çömçə” mahnısını oxuyur, Çömçədən başının və ya quyruğunun istiqamətini dəyişməsini 
xahiş edirdilər. Bu ayinlərdə meteoroloji önəm daşiyan və Ana-Qız rəmzi olan Böyük Ayı bürcü 
(Çömçə bürcü) kultunun izlərini görə bilərik.
3
 
Qədim xalq gəzintisi mərasimi ilə icra olunan zaxur el bayramı – Seyran xüsusi diqqətə layiq-
dir. Hər il may ayının axırında iyulun əvvəllərində biçin və ot çalımı mövsümü qabağı dağların qoy-
nunda yerləşən Yuxarı Suvagil
4
 kəndinin camaatı Seyrana çıxarmış. Bu bayram təkcə Suvagildə de-
yil, Zaqatalanın zaxur kəndlərinin (Qas, Qarqay, Əzgilli, Sabunçu və s.) əksərində qeyd olunardı. 
Suvagil arana köçürüləndən sonra bu ənənə  də yuxarıda qalmışdır. Belə imiş qayda: səhər-səhər 
kəndin kovxası car çəkər, kəndin cavanları  təyin olunmuş yerə – Eraya toplaşar, oğlan və  qızlar 
çala-oxuya iki günlük azuqə ehtiyatı ilə səfərə çıxarmışlar. Seyran yolu iki sutka davam edərmiş. 
Bu müddət  ərzində 32 dağ zirvəsi, yaylaq və düzəndən keçərlərmiş. Bu şənlikdə sümsülər, qara 
zurna, tampur, nağara və s. yerli musiqilər səslənərmiş. “Babaların hikmət xəzinəsi (milli azlıqların 
folkloru)” kitabında Suvagil kənd müəllimi, qocaman söz ustası, folklor həvəskarı Seyid 
Məmmədovun təsvirində bu adət milli çalarları ilə öz real əksini tapmışdır.
5
 Seyid  müəllimin 
adlarını çəkdiyi onlarla dağ, keçid, çay, düzən, yaylaq və s. yəqin ki, indi unudulub.  
May ayinda qızılgüllər açanda avar kəndlərində də xalq şənlikləriylə qeyd olunan Varda (“qı-
zılgül”) və ya Toyole (“gül”) bayramı, ya da ki, Hilma (“yelləncək”) bayramı keçirilirdi; hündür şa-
balıd və ya qoz ağaclarından zəncirlərlə yelləncəklər asılırdı. Ləziz yeməklər, şirniyyat, çərəz qo-
yulmuş süfrələr açılırdı. Camaat şənlənir, uşaqlar “xinvaral-xinvaral” (“durnalar”) mahnısı ilə durna 
qatarını səsləyirdi.  
Yengiloy kəndlərində baharın gəlişi ilə Qorqot bayramı keçirilirdi. Bayram süfrələri açılır, 
yaşlı, cavan – hamı çalıb oynayır, şənlənirdi. T.ü.f.d. Ş.Hacıəli bayramın Qorqot adlanmasını yazın 
müjdəçisi olan durna qatarının səsi ilə əlaqəli qorqo – “durna” sözüylə bağlayır. Bununla yanaşı o, 
yengiloy dilində qorq – “tonqal” və qorqot – “buğda aşı” etimologiyalarını da istisna etmir.
6
 Bölgə-
nin zaxur, yengiloy, avar kəndlərində hazırlanan bu Novruz hədiyini dənli bitkilər və mal çənəsin-
dən bişirirdilər.
7
 Yengiloylar “Qorqot bayramı”na “Kürmük bayramı” da deyirlər. Görünür, “Kür-
mük bayramı” həm Bahar bayramına, həm də Məhsul bayramına deyilirdi. İradə Əliyeva “Kürmük 
bayramı” məqaləsində bu bayramın ildə iki dəfə – apreldə və noyabrda keçirilməsini qeyd edir və 
bunu Kürmük çayın ildə iki dəfə daşması ilə əlaqələndirir. Bayramda Kürmük məbədinin yerləşdiyi 
yüksək qayada el gəzintisi təşkil olunur, qurbanlar kəsilirdi.
8
 
Xalq yaradıcılığı nümunələri, el bayramları arxaik formaları saxlamaqla bizi xalqımızın qədim 
tarixinə aparıb çıxarır. Bu xüsusda öz orijinallığı ilə seçilən avar mahnı-dastanlarını da qeyd etmək 
münasibdir. Avar dastanları əvvəldən axıradək qafiyəli şeir şəklində olaraq tampurla (tambur) oxu-
nurdu. Dastan eyni ahəngdə deyilmirdi. Hadisələrin inkişafı musiqi havalarının və ritmin dəyişməsi 
ilə müşayiət olunurdu. Filologiya elmləri doktoru M.Qasımlının fikrinə görə, bu xüsusiyyətlər avar 
                                                            
3
Görkəmli alim, folklor tədqiqatçısı Yaşar Kalafat yağmur mərasimlərindən bəhs edərkən göstərir ki, Anadolunun 
bir çok yerinde, Azərbaycanda, Suriyada, Irakda uşaqlar yağmur duasında Çömçə Gəlini çağırır ve ondan oğlanı beşiyə 
qoymasını diləyirdilər (Dr. Yaşar Kalafat. Türk kültür coğrafyasinda yağmur duasi; Yaşar Kalafat, Balkanlar’dan Uluğ 
Türkistan’a Türk Halk İnançları V-VI, Berikan yayınları Ankara 2007). Çömçə, taxt (təxtirəvan), beşik, araba və s. atri-
butlar metereoloji önəm daşıyan Çömçə bürcü (ərəbcə “Arş Bənət Nə`ş”/“Bənət nə`şin Taxtı”, farsca “Həft peykər”/ 
“Yeddi ulduz”) kultunun rəmzləridir (S.Ə. Süleymanova. Ana-Qız simqəsi “Bənət Nə`şin Taxtı” / Kult “Dевı-Matеri 
Banat Na`ş”. //Azеrbaydjan  в mirе. 2006. №3(5). s.36-45); S.Ə. Süleymanova. “Qız qalası”üzərində  qədim Ana-Qız 
rəmzi – Nə`ş qızlarının Taxtı” ayini //Qafqaz Arxeologiyası və etnologiyası. Şəmkir, 2008, c.472-480. 
 
4
İndi bu dağ kəndində, demək olar ki, yaşayış yoxdur. Kənd sovet dövründə arana köçürülüb və bura Yeni Suvagil 
adlanır.  
5
 Ə. Süleymanov. Babaların hikmət xəzinəsi. B., 2011, s.172-176 
6
Əliyev Şirinbəy Haciəli oğlu. İngiloylar (tarixi-etnoqrafik tədqiqat). Tarix elmləri namizədi alimlik dərəcəsi almaq 
üçün təqdim olunmuş Dissertasiya. Bakı, 2001 
7
Laklar xaxxari adlandırdıqları bu ənənəvi “buğda aşını” yazbaşı elliklə böyük çəndə (kəndin çənində) 
hazırlayırdılar; hər kəs qışdan qalan azuqəsini – dənli bitkilərdən, qaxacdan (şaxtada qurudulmuş ət) bu qazana tökürdü. 
8
 İradə Əliyeva. Şimal-Qərbi Azərbaycanda Kürmük bayramının keçirilməsi tarixinə dair (AMEA A.A.Bakıxanov 
adına Tarix İnstitutunun “Elmi əsərləri”. 23 cild. s.131-137). 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
49 
dastanlarının qədimliyinə  dəlalət edir. Zaqatala-Balakən bölgəsində “Car dastanı”, “Xoçberin mah-
nısı”, “Hacı Muradın kəsik başı”, “Qerqinin mahnısı” və s. mahnı-dastanlar dildən-dilə gəzirdi. Bu 
dastanlarda xalqın tarixi, məişəti, sənət və məşğuliyyəti, adət-ənənələri, dünya görüşü öz əksini tapır.  
Daha geniş yayılmış qəhrəmanlıq dastanlarında ədalətsizliyə, yadelli işğallara qarşi mübarizə, 
qazilik bayrağı altında, din uğrunda yürüşlər təsvir olunur. “Qəhrəman Şabanın mahnısı” və ya baş-
qa adla “Car dastanı”nda 1830-cu ildə rus işğalına qarşı Car-Balakəndə qaldırılan üsyan təsvir olu-
nur. Müridizmin təsiri altında üsyan din uğrunda mübarizə – qazilik bayrağı altında vüsət almışdı. 
Rus ordusunun məğlubiyyətindən qəzəblənən Çar Qafqazın baş komandanı Paskeviçdən izahat tə-
ləb etmişdi
9
. Dastanin faciəli finali Qafqazin işğalı ilə başlanan dövrün faciəsidir: 
 
Dağda yağan leysan yağış heç nədir, 
Leysandan axan sellər də heç nədir!
10
 
Alazandan qanlı sular axdı. 
Çəkmələr qanla dolanacan, 
Bədəndəki yaraqlar əriyib tökülənəcən 
Atdan düşmədilər bahadırlar. 
Minlərlə şəhid canını qurban verdi. 
Qayıdanların gücü yox 
Ağrını, acını səsləndirməyə... 
 
Gürcüstana yürüşlərdən və yaxud muzdlu hərbi səfərbərlikdən daşındırmaq motivləri də geniş 
yer tutur. “Getmə Cara”
11
 mahnı-dastanında sevgilisinin yalvarışlarına baxmayaraq “Alazanda gü-
müş taparam, Kürdə qızıl”, - deyərək yürüşə çıxan və həlak olan qəhrəmanın cəsədi üstündə ağla-
yan gənc qızın ağısında yanıqlı məzəmmət duyulur: “Bu sərvət – gümüş, qızıl, dəyərdimi mirvari 
bədəni qara torpağa verməyə?!”  
Zaqatala dağlarında “Malikul hud” (“Malikin qəbri”) adlı ziyarət yeri var. Xalq arasında bu 
yerlə bağlı “Odda yanmayan, suda batmayan, qaralıb-qarsısa da ağzı dayanmadan dua oxuyaraq 
düşmən ordusunu kor edən “Kəsik baş” haqqında qədim bir rəvayət var. Bu rəvayətə görə, “Honzo-
qor” adlı dağ keçidində Malikin düşmən tərəfindən kəsilən başı “Allahu-Əkbər” deyə-deyə dağdan 
aşağı diyirlənir və düşməni bərk qorxuya salır. “Onların başlarını kəsəndə də ölmürlər”,- deyən düş-
mən geri çəkilməyə məcbur olur. Bu rəvayətin izlərini XVIII əsrdə Nadir şahın Cara yürüşü ilə bağ-
lı hadisələrin təsvirində
12
, daha sonra Ləkit yolu ilə
13
 Gürcüstandakı əsirlikdən qaçarkən Qaxda başı 
kəsilmiş Şeyx Şamilin naibi Hacı Murada həsr olunmuş dastanda görürük.  
Qəhrəmanlıq, vətənpərvərlik, sevgi, ibrət və s. mövzudakı dastanları koçoxanlar toylarda, 
bayramlarda, məclislərdə, kənd meydanlarında tampurla oxuyardular. Təəssüflə qeyd etmək lazım-
dır ki, ilkin folklor nümunələrinin çox hissəsi yaşlı nəsillə birlikdə itib getmişdir və biz bir vaxtlar 
yanaşı yaşadığımız insanların nə cür əvəzedilməz xəzinə daşıdıqlarını bu gün ürək ağrısı ilə dərk 
edirik. Söz məsələ çəkər: Kişmişin bol və ucuz vaxtında bir kişi bazara gedib bir torba kişmiş alır. 
Kişi kişmişi gündə üç dəfə dənə-dənə yeyirmiş. Aradan çox keçməmiş kişi bir də torbanın qoyuldu-
ğu yerə gələndə görür ki, torba yoxa çıxıb. Kişi çox pərt olur və başlayır deyinməyə. Kişinin sonsuz 
deyinməyini görən arvad deyir: “Ay kişi, nə olub axı, kişmişdi də, alarsan, yeyərsən. Kişi deyir: 
“Arvad, mən kişmiş torbasının itməsinə yanmıram ey. Yanıram ki, mənim dənə-dənə yediyim kiş-
mişi oğru xaşma-xaşma yeyəcək”.  
Lətifəsi bizə aid olmasın deyim, olsun deyim, mən də yanıram ki, folkloru xaşma-xaşma topla-
maq imkanını əldən vermişik. Ağızdan ağıza keçərək yaşayan xalq xəzinəsi yaşlı nəslin sinəsində qa-
                                                            
9
 Б.А.Потто. Kaвкaзскaя войнa. Т.5. Ставрополь, 1994, с.173-200 
10
Mənbələr də bu vuruşda leysan yağış nəticəsində çayların yollardan sel kimi axmasını qeyd edir (Б.А.Потто,göst. 
əsər, s.181). 
11
Car və ya Tsor (“Aran”) Car-Balakənin ümumi adı idi. Hərbi yürüşlərdə ordu burada toplanırdı. Sonralar Car və ya 
Carbazar indiki Zaqatalanın ərazisinə deyilirdi. Zaqatala adı isə Qala düzü və indiki Car kəndinin ərazisindəki Zəkən-
tala kəndinin təhrif olunmuş formasıdır.  
12
Car salnaməsi (ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər S.Ə. Süleymanovanındır). Bakı, 2007, с.186-187 
13
Bu yol Qanıxdan (Alazançayı) və Alazan vadisindək idağ aşırımlarından (Dindi, Qudurdaq) keçirdi. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə