Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə25/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   21   22   23   24   25   26   27   28   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
54 
“Özü muğal balası, 
Avara oxşarı var”  
 
Hələ ilk araşdırmalardaca bölgə folklorunda multikultural dəyərlərə geniş yer verildiyi sezilir. 
Əslində, bu bölgə insanlarının gündəlik həyatı - qonşuları, yaxud ailə üzvləri (özəlliklə gəlinləri) ilə 
gündəlik ünsiyyəti idi. Əminəm ki, Azərbaycanın şimal-qərb bölgəsinin folkloru dərindən araşdırı-
larsa, burada bəşəriyyət üçün gərəkli çox qiymətli dəyərlər aşkarlanar. 
Bölgənin tədqiqatı zamanı üzə çıxan maraqlı məqamlardan biri də itirilmiş torpaqlarımızla bağ-
lıdır. İndi yaşı 90-ı keçmiş Katex kəndindən olan Rəhəney nənə vaxtı ilə belə bir hayla söyləmişdi: 
 
Şirəyin o üzündə, 
At oynatdıq düzündə. 
Bir muraz isdəmişdim  
O da qaldı gözümdə. 
 
Bu folklor nümunəsində keçən əsrin 40-cı illərində Şimal-Qərbi Azərbaycandan qoparılaraq 
Gürcüstana və Dağıstana verilmiş 27 min desyatin torpaqlarımızdan bəhs edilir. Yaxın yüz ilədək 
Şirək dağı da, Şirək düzü də Azərbaycana məxsus torpaqlar idi [3, 37-57]. 
Bütün bu itkilərə baxmayaraq, hazırda bölgə insanlarında tarixən çox qədim dövrlərdən bəri 
formalaşan mehriban bir qonşuluq münasibəti mövcuddur. Bunun ən inandırıcı sübutu kimi 1877-ci 
ildə bölgəyə səyahət etmiş ilk qadın səyyah Karla Serenanın yazdıqlarını göstərə bilərik. Karla Se-
rena yazırdı ki, “mən Zaqatala qalasından şəhərə çıxanda məni qorumaq və müşayiət etmək üçün 
əsgərlər verirdilər. Yanımda əsgər olmadığı zaman bölgə insanları mənə ehtiramla salam verir, xoş 
davranır, kimsənin mənə kobud davranmasına yol vermirdilər. Bir növ məni özləri qoruyurdular. 
Bu məğrur və döyüşkən insanlar çox mehriban idilər”. Buradan aydın olur ki, Azərbaycanın Şimal-
Qərbində insanlar müxtəlif dinlərə, müxtəlif xalqlara, müxtəlif adət-ənənələrə tolerant yanaşmış və 
bunu təbii qəbul etmişlər. Bu da ona əsaslanır ki, bölgədə tolerantlıq ənənəvi olmuş, multikultural 
dəyərlər cəmiyyət içərisində tam oturuşmuşdur. Tədqiqatçı Mətanət Yaqubqızı da bu cəhəti əsas gö-
türərək bölgəyə həsr etdiyi əsərində yazır ki, “Şəki-Zaqatala regionunda yaşayan xalqların və etnik 
qrupların folklor nümunələrinin tam və sistemli şəkildə tədqiq edilməsi və öyrənilməsi vacib və ak-
tualdır” [4, 17]. 
Son olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycanın Şimal-Qərb bölgəsi təbii sərvəti və tə-
biəti ilə necə seçilirsə, buranın minilliklər boyu yaranmış ağız ədəbiyyatı da bir o qədər özəlliklərə 
məxsusdur. Əgər diqqətlə araşdırılarsa, bu folklor nümunələrində cəmiyyətin bütün həyatına aid də-
yərli bilgilər vardır ki, onlardan da biri multikultural dəyərlərin burada geniş yer tutmasıdır. 
Xalqlar və dinlər arası münasibətlərin normallaşdırılması üçün gözəl örnəklər vardır. Bunların 
öyrənilməsi təkcə Azərbaycan ədəbiyyatı və tarixi üçün deyil, Qafqazın və bütövlükdə dünyamızın 
ədəbiyyatı və tarixinə qiymətli töhfə ola bilər. Bu baxımdan, Zaqatalada keçirilən bu konfransı da 
təqdirəlayiq hesab edirəm. 
 
 
Xülasə 
 
Məqalədə göstərilir ki, Azərbaycanın şimal-qərb bölgəsi etnik müxtəlifliyi - müxtəlif xalqların yanaşı 
yaşaması, müxtəlif adət və ənənələrin, müxtəlif inancların mövcud olması ilə fərqlənən bölgədir. Daha sonra 
qeyd olunur ki, şimal-qərb bölgəsi həmçinin bu gün “dövlət siyasəti kimi həyata keçirilən və bütün dünyada 
böyük rəğbət qazanan” multikultural dəyərlərin geniş yer tapması ilə seçilən bir ərazidir. 
 
Резюме 
 
В  статье  указывается,  что  Северо-Восточный  регион  Азербайджана  является  регионом  отли-
чающимся  своим  этническим  разнообразием – проживанием  в  нем  разных  национальностей,  нали-
чием разных обычаев и традиций, разных вер. Кроме того, следует отметить, что в настоящее время 
Северо-Восточный  регион  также  является  территорией,  отличающейся  широким  диапазоном  «осу-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
55 
ществляемых как государственная политика и завоевавших большую симпатию во всем мире» цен-
ностей мультикультурализма. 
 
Summary 
 
 In the article it is showed that, the north-west part of Azerbaijan is distinguished for its ethnic 
different traditions and beliefs, and their living with different nations. İt is noted that the north-west part of 
Azerbaijan also dintinguishes for multicultural qualities’ taking an important place in itself that organized as 
a public policy and won the sympathy all over the world. 
 
Ədəbiyyat: 
 
1.Məmmədli A. Haylalarda yaşayan tariximiz. Bakı, “Turxan”, 2013, 108 səh. 
2.Məmmədli A. Balakən-Zaqatala bölgəsi: Tarixi, etnoqrafiyası. Bakı, “Adiloğlu”, 2001, 160 səh.  
3.Məmmədli A. Azərbaycanın Şimal-Qərb bölgəsinin tarixi abidələri. Bakı, “Turxan”, 2013, 228 səh.  
4.Mətanət Yaqubqızı. Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm (Şəki-Zaqatala bölgəsində 
yaşayan xalqların və etnik qrupların folklor örnəkləri əsasında). Bakı, “Elm və Təhsil”, 2016, 184 səh. 
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
56 
Adışirinov Kamil Fikrət oğlu, filologiya üzrə fəlsəfə doktoru 
AMEA ŞREM, aparıcı elmi işçisi,  
 Paşayeva Aygün Faiq qızı, ADPU Şəki filialı, tələbə 
 
 
Azərbaycan, Şəki 
 
NİZAMİ GƏNCƏVİNİN MULTİKULTURAL DÜNYAGÖRÜŞÜ 
 
Açar sözlər: multikulturalizm, xalqlar, azadlıq, birlik, bərabərlik, ənənə 
Ключевые слова: мультикультурализм, народы, свобода, единство, равенство, традиция 
Key words: multiculturalism, nations, freedom, unityequality, tradition 
 
Multikulturalizm nədir? Bu sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniy-
yətlilik (multi-çox, culture-mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbə-
də etnik, irqi, dini, mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur.  
Multikulturalizmin əsasını tolerantlıq, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədə-
biyyatlarda verilən məlumatlara görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. 
Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. Termin kimi isə, 1970-ci 
illərdə ədəbiyyatda əks olunub.  
Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya və Av-
ropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. 
Azərbaycan qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, 
firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, ya-
şayır və öz mədəniyyətlərini yaşadırlar. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikultura-
lizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu 
həmişə mövcud olub.  
Qədim və orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin  əsərlərində ümumbəşəri 
dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.  
Söz sərrafı olan, bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin əsərləri 
bu cəhətdən xüsusilə fərqlənir. Onun yaradıcılığına söykənərək deyə bilərik ki, Nizaminin əsərlərində 
də multikulturalizm və tolerantlıq elementlərinə rast gəlmək mümkündür. Nizami üçün şəxsiyyətin 
əsas meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qəbul etməyən şairin qəhrəmanları içərisində 
türk,  ərəb, fars, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. 
Nizami xalqların, surətlərin adını çəkərək həmin xalqlara olan hörmət və ehtiramını göstərmişdir.  
Nizaminin dünyaya, insanlara, insanlığa, ümumən, bəşərə sevgisi onun ailəsindən aldığı tərbi-
yə, öyüd - nəsihətlərin nəticəsində yaranıb formalaşmışdır. “Ot kökü üstə bitər” deyib babalarımız. 
Nizami əsərlərində olan multikultural, əxlaqi, etik, insana və insanlığa olan sevgi və bağlılıq, deyə 
bilərik ki, onun aldığı ailə tərbiyəsi ilə bağlı olmuşdur. Belə ki, mənbələrdən aldığımız məlumata 
görə, onun atası Yusif çörəkçi olmasına baxmayaraq, mükəmməl biliyə və əxlaqi görüşlərə malik 
olan bir şəxsiyyət olmuşdur. Bu münasibətlə görkəmli Nizamişünas alim Məmməd Cəfərin “Niza-
minin fikir dünyası” adlı əsərində verilmiş şairin etirafları fikrimizin təsdiqidir. Tədqiqatçı Nizami-
nin atasına olan məhəbbətini ifadə edərək yazır:  
-“Atam, Allah ona qəni - qəni rəhmət eləsin. O, mənə dedi: Oğlum, əgər istəyirsən ki, gecən 
gündüzündən parlaq olsun, çalış həmişə qəlbinin çırağını qəlbi işıqlıların məşəli ilə yandır”. 
 Çoxmədəniyyətliliyə yüksək dəyər verilməsi intibah şairi Nizami dühasının mahiyyətindədir. 
Etiqadca müsəlman olan, beş poemadan ibarət “Xəmsə”si ilə dünyaşöhrətli  şair bütün əsərlərini 
minacatla başlayır, Məhəmməd peyğəmbərin tərifini verir və bütün bunlarla bərabər başqa dinlərə 
elə bir məhəbbət sərgiləyir ki, bunun təyinatı böyük mənada oxucuda çoxmədəniyyətlilik şüuruna 
sahiblənməyi bir dəyər kimi təlqin edir.  
Nizami öz poeziyasının multikultural təyinatına birbaşa işarə vuraraq yazır: 
 
Hər hücrəyə köçürdüm, şeiri, şeiriyyəti mən. 
Çıxartdım meyxanədən, ucaltdım sənəti mən. 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə