Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə17/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   13   14   15   16   17   18   19   20   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
38 
xalqlara dil paylayırmış. Çində olur, onlara çin dili verir. Ərəbləri gedib tapır, ərəb dili verir. Yu-
nanlara yunan, ruslara rus, fransızlara fransız dili verir, gürcülərə gürcü dili, osetinlərə osetin dili 
verir. Qar çovğunu başlayır, kəndi-kəsəyi bürüyür. Allahın elçisi dibində iki ovuç paylanmamış dil 
qalan xurcununu qaldırır və o dillərin hamısını dağlara səpələyir. 
 - Alın, kim hanısını istəyir, seçsin-deyir. Qar – çovğun atılmış dilləri yarğanlara, qayalara çır-
paraq hara gəldi səpələyir. Hərə öz ana dilini tapır. Elə o zamandan dünyada avarlar, ləzgilər, dar-
ginlər, kumuklar, tatlar, laklar peyda olur.” 
M. Yaqubqızı qeyd edir ki, bu bir rəvayətdir, ancaq çox maraqlıdır, doğurdan da bu bir faktdır 
ki, dil müxtəlifliyinin ən çox kök atdığı yerlər dağlıq ərazilərdir. 
Bu niyə belədir? Azərbaycan tədqiqatçılarından Əjdər Fərzəli Qorqud, Baloğlan Şəfizadə və 
başqaları çoxsaylı etibarlı mənbələrə istinad edərək bildirmişlər ki, dünya dilləri bir dil ağacından 
yaranmışdır, ulu dil mövcuddur və bu dilə ən yaxın olanı protoazərbaycan dilidir. Dünyanın 20-dən 
çox xalqının folklorunda yaranmış Nuh haqqında əfsanə tarixi həqiqətdir. Nuh Peyğəmbərlə bağlı 
olan Kainat tufanından sonra yer kürəsinin əvvəllər bitişik olmuş quru hissəsi materiklərə, qitələrə 
parçalanmışdır. Ayrı-ayrı yerlərə düşmüş insan qrupları ana dildən apardığı sözlər hesabına öz doğ-
ma dillərini yaradaraq formalaşdırmışlar. Böyük ərazidə yaşayanların dil birliyi, dağlıq  ərazilərdə 
yaşayanların dil müxtəlifliyi bu tufan parçalanması ilə əlaqədardır. Dağlıq ərazidə uzaq minilliklər-
də yaşayanların mədəni, iqtisadi əlaqələrinə hətta kiçik yarğanlar, dərələr də mane olmuşdur (Bax: 
Ə.F.Qorqud, “Dədə Qorqud yurdu”, Bakı, 1989. “Dədə Qorqud sözü”, Bakı 1999. B.Şəfizadə, 
“Zərdüşt, Avesta, Azərbaycan...” Maq sivilizasiyası, Bakı,1996). Amma kök birdir, maya birdir, 
azərbaycanlı da, ləzgi də, avar da, udi də, kumuk da, çərkəz də, lak da, dargin də etnogenetik cəhət-
dən bir atanın-ananın övladları olduğu kimi, dil, folklor, məişət, adət - ənənə baxımından da bir ai-
lənin üzvləridir, bir çələngi bütövləşdirən, tamlaşdıran, ona gözəllik və təravət bəxş edən müxtəlif 
rəngli gül və çiçəklərdir. Bu çələngdən onlardan birini götürsək, istər yaşıl olsun, istər qırmızı, istər 
sarı olsun, istər narıncı...o çələng öz gözəlliyini itirməzmi? Dörd barmaqlı əl bütöv əldirmi? 
Əgər Adəm bəşəriyyətin birinci atasıdırsa, Nuh ikinci atasıdır. Nuhun isə azərbaycanlı oldu-
ğu, Naxcıvan şəhərində qəbri üzərində möhtəşəm bir məqbərənin ucaldıldığı hamıya bəllidir. Budur 
həqiqət, budur elm, budur reallıq, budur göz qabağında olan. Məhz buna görə də Azərbaycan dün-
yada multikulturalizmin vətənidir, üç nəhəng dünyəvi dinin – xiristianlıq, islam və yəhudi dinlərinin 
yaşadığı nadir ölkədir, çoxsaylı etnosların mehriban qardaşlıq ailəsidir. Bu ailənin başında bizim 
ədalətli ulu babalarımız müdrikcəsinə, cəsarətlə, dəyanətlə durmuşlar. Bu estafeti, bu ənənəni XX 
əsrin sonu – XXI əsrin əvvəllərində ümummilli lider Heydər Əliyev ləyaqətlə davam etdirmiş, uzaq 
qərinələrin soyuq yağışının, sərt küləyinin, qızmar günəşinin təsirinə məruz qalmış bir qalanı təmir 
etmiş, onun üzərində yeni, möhkəm bürclər, mərtəbələr ucaltmışdır. Bu abidəni Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyev bacarıqla qoruyur. Yer üzünü ayrıseçkilik, ksenofobiya, isla-
mafobiya, antisemitizm kimi təhlükəli halların bürüdüyü bir vaxtda dünya xalqlarının, bu xalqların 
uzaqgörən nümayəndələrinin, ağıllı rəhbərlərinin və ziyalılarının nəzər – diqqəti Azərbaycana yö-
nəlmişdir, bu ölkəyə heyranlıqla, ümidli gözlərlə baxırlar. Qibtə, qısqanclıq və paxıllıq hissləri ilə 
yaşayanlar da çoxdur. Bu gün rus da, fransız da, ingilis də, alman da, fars da, yunan da, italyan da 
Azərbaycanın sivil ucalığını, bəşəri böyüklüyünü, tarixi ilkinliyini dərk edir. Dərk edir və çox təəs-
süflər olsun ki, əksər vaxtlarda inkar mövqeyində dururlar. Torpaqlarımızın Ermənistan tərəfindən 
işğalı, həll olunmamış qondarma Dağlıq Qarabağ problemi buna misaldır. Biz isə xeyrin şər üzərin-
də qələbə çalacağına inanırıq. Təbii ki, biz dünya xalqlarının ümumbəşəri mədəniyyətlərin forma-
laşmasına verdiyi töhfələri danmırıq. Amma bu töhfələrdə hərənin öz yerini olduğu kimi göstərmək 
hər kəsin borcudur. Bax, Avropa və xristian dünyası bu borcu unudur. 
Yuxarıda qeyd etdiyim multikultural dəyərlərin ən yaxşı modelini Oğuz rayonunda, bu bölgə-
də yaşayan müxtəlif etnik azlıqların dilində, folklorunda, həyat tərzində, məişətində, adət-ənənəsin-
də də görmək olar. Oğuzun ərazisində tarixin ayrı-ayrı dövrlərində bütpərəstlik, zərdüştlik, xristian-
lıq, islam, yəhudilik və bir çox başqa dini inanclar yayılmış, yanaşı yaşamış, dini həyatın özəlliyini 
şərtləndirmişdir. Bu gün Oğuz Azərbaycan Respublikasının yeganə rayonudur ki, burada üç dünyə-
vi din – xristianlıq, islam və yəhudilik yanaşı yaşayır, bu dinlərə etiqad edən etnosların dini icmaları 
və onların ibadət evləri olan kilsə, məscid və sinaqoqlar fəaliyyət göstərir. Bu gün Oğuz burada ya-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
39 
şayan azərbaycanlıların da, ləzgilərin də, udilərin də, yəhudilərin də, rusların da, avarların da, Mes-
xeti türklərinin də isti ana qucağıdır. Onların sevinci də birdir, kədəri də. Ortaq Azərbaycan dili, 
Azərbaycan mədəniyyəti, Azərbaycan adət-ənənəsi Oğuzda yaşayan azsaylı xalqların həyatına elə 
nüfuz etmişdir ki, bəzən bu etnosları bir-birindən ayırmaq çətin olur. Lakin hərəsinin öz gözəlliyi 
var. Həyatın şirinliyi də elə bundadır.  
Ləzgilər və udilər Oğuzun aborigen etnoslarındandır. Dağ  yəhudiləri XVII əsrdən, ruslar 
XVIII əsrdən, məhsəti türkləri XX əsrin sonralarından, digər azsaylılar müxtəlif dövrlərdən burada 
məskunlaşmışlar.  
Şimaldan Dağıstan Muxtar Respublikası ilə həmsərhəd olan Oğuz eramızdan əvvəl də, sonra 
da Dağıstan xalqları ilə sıx iqtisadi, ticari və mədəni əlaqədə olmuşdur. Bu əlaqə Oğuzun şimalın-
dan Dağıstana doğru istiqamətlənən iki ən böyük keçid - Xaçmaz və Daşağıl keçidləri vasitəsilə ya-
radılmışdır. Strateji əhəmiyyətli həmin keçidlərdən erkən orta əsrlərdən günümüzə  qədər yerli 
hökmdarlarla yanaşı, Türkiyə sultanları, İran şahları, çar Rusiyasının sərkərdələri istifadə etmişlər. 
Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra bu keçidlərdə  həm Rusiyanın, həm də 
Azərbaycanın dövlət sərhəd məntəqələri yaradılaraq fəaliyyətə başlamışdır.  
Respublikamızda olduğu kimi, Oğuzda da ləzgilər sayca azərbaycanlılardan sonra ikinci 
yerdə durur. 2009-cu ilin siyahıyaalınmasına görə rayonda onların sayı 4831 nəfərdir. Antik yunan 
müəlliflərindən Strabonun (e.ə. I əsr), Klavdi Ptolomeyin (e.ə. II əsr), Herodotun (e.ə. V əsr) 
əsərlərindən öyrənirik ki, Qafqaz Albaniyasında 26 tayfa yaşayırdı və onlardan biri leqlər (ləzgilər) 
olmuşdur. Bu məlumatı çoxsaylı Azərbaycan və xarici ölkə tədqiqatçıları da araşdıraraq təsdiqlə-
mişlər. Böyük və zəngin tarixi olan bu xalq əsrlər boyu azərbaycanlılarla və digər dağlı etnoslarla 
birlikdə fars, ərəb, monqol, rus işğalçılarına qarşı vuruşmuş, azadlıq mübarizisinin şanlı səhifələrini 
yazmışdır. Hazırda ləzgilər toplu halda əsasən Dağıstan Respublikasının ərazisində yaşayırlar. La-
kin Azərbaycan da onların vətənidir, burada onlar aborigen etnosdur. Dağıstan Muxtar Respublika-
sının tərkibində Rusiyaya birləşdirilmiş  Dərbənd  ərazisi də tarixi Azərbaycan torpağıdır. Oğuzda 
ləzgilər cəm halda rayonun Filfilli, Qarabulaq və Astraxanovka kəndlərində, qismən Bayan kəndin-
də və Oğuz şəhərində, dağınıq halda müxtəlif yerlərdə yaşayırlar.  
Oğuz ləzgiləri islam dininin sünni məzhəbinə etiqad edirlər. Dillərinin Qafqaz dil ailəsinin 
Nax-Dağıstan qrupuna aid olduğu bildirilir. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Oğuzda 
yerli azərbaycanlılarla ən çox qaynayıb-qarışan etnos ləzgilərdir. Müəyyən dil fərqindən başqa on-
ların bütün inancları, adət-ənənələri, toy və yas mərasimləri, folkloru, məişəti, həyat tərzi azərbay-
canlılarla, demək olar ki, eynidir. Oğuzda ləzgilər Azərbaycan dilində təhsil alırlar. Filfilli və Qara-
bulaq kəndlərində ləzgi dili də tədris olunur. Oğuzda ləzgilərlə azərbaycanlıların qarışıq nigahların-
dan yaranmış yüzlərlə ailə var. Azsaylı ləzgilərin çoxsaylı azərbaycanlılarla qaynayıb-qarışmasını 
mən konsalidasiya əlaməti hesab edirəm. Din eyni, həyat tərzi eyni, adət-ənənə eyni, folklor eyni, 
irq eyni, kök eyni, mənşə eyni. Gəlin, bu xalqın dil və folklor nümunələrinə diqqət yetirək: Onlar 
anaya - dide, ataya - buba, babaya - baba, Aya - vuar, Günəşə - raağ və s. deyirlər. Ləzgi atalar söz-
lərinə baxın: ləzgilər deyir: “Əsil kişini xənçərdən betər söz ağrıdır”, azərbaycanlılar deyir: ”Qılınc 
yarası sağalar, söz yarası sağalmaz”; ləzgilər deyir: ”Qarı düşmənə rəhm etmə, düşmən dönüb dost 
olmaz”, azərbaycanlılar deyir: “Qarı düşmən dost olmaz”; ləzgilər deyir: “Qonşu yaxşı olsa, çolaq 
qız da ərə gedər”, azərbaycanlılar deyir: “Qonşu qonşu olsa, kor qız da ərə gedər”, ləzgilər deyir: 
“İlanın özünü öldürüb, balasını sağ qoyma”, azərbaycanlılar deyir: “İlanın ağına da lənət, qarasına 
da” və s. Bunlar eyni düşüncənin oxşar ifadə variantları deyilmi? Ləzgi xalq mahnıları Suna çan 
(Sona can), Ay dilber (Ay dilbər), Alaquzli (Alagözlü), Muleyli (Muleyli), Şirin – Şirin (Şirin – Şi-
rin), Benevşa (Bənövşə), Şuşe xanım (Şüşə xanım), Perizada (Pərizadə) və başqalarıının adları kimi 
musiqisi, məzmunu, ritmi, ahəngi, şuxluğu, həzinliyi də Azərbaycan xalq mahnıları ilə üst – üstə 
düşür. Azərbaycanlılar buna qısqanırmı, daralırmı, dözümsüzlük hərəkətləri edirmi? Əsla yox! Axı 
əti sümükdən ayırmaq olmaz. Amma hərəsinin özünəməxsus bir başqa tamı, bir başqa dadı var, on-
lar öz milli çalarları, öz milli koloriti ilə seçilir. Onları araya - ərsəyə gətirən, bir çadırda əyləşdirən, 
bir tel ilə birləşdirən Azərbaycan tolerantlığı, Azərbaycan bəşəri böyüklüyü adlı ilahi qüvvədir. Bu 
qüvvə Avropa ölkələrində varmı? Dünyanın  ən iti, ən  şux və dinamik rəqsi olan” Ləzginka”nı – 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə