Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə13/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   9   10   11   12   13   14   15   16   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
30 
Ədəbiyyat: 
 
1.
 
Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. Bakı: 2016 
2.
 
Azərbaycan konstitusiyası. Bakı: (yeni redaksiyada) Bakı: Qanun, 2009, 67 s. 
3.
 
Aşıq Valeh. Dastanlar. Bakı: Elm və təhsil, 2012, 336 s. 
4.
 
Aşıq Valeh. Mən necə yazmayım Zaqataladan. Bakı: Elm və təhsil, 2014, 224 s. 
5.
 
Aşı Əzim. Aşıqsansa söz deməyə haqlısan.Bakı: Nurlan, 2010, 152 s.6. 
6.
 
Bayramova Ə.S. Etnik psixologiya. Bakı: Renessans, 2001, s.374. 
7.
 
Muxaxlı Ramazan. Ramazan olubdur elinə gərək. Bakı: Elm və təhsil, 2010.264 s. 
8.
 
Məhəbbət Paşayeva. http://az.trend.az/azerbaijan/society/2465332.html. 
9.
 
Zümrüd Mənsimova. Zaqatala aşıq mühiti. Bakı: 2014, 216 s. 
10.
 
Qurban  Şabanov. Həşim  İsmayılov. Varxiyanlı  Aşıq Məhəmməd–Zaqatalalı ustad. Bakı: Ağrıdağ, 
2000. 108s.  
11.
 
Фон-Плотто  А.  Природа  и  люди  Закаталъского  округа.  ССКГ,  вып., IV Тифлис,  Изд. 
Кавказ. Гор, Упр, 1870, с.1-62 
12.
 
http://www. President.az. 
13.Mənbəyi göstərilməyən nümunələr şəxsi arxivimizdəndir. 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
31 
İlhamə Seyidova 
Qəbələ rayon Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi 
Azərbaycan, Qəbələ 
 
 
MULTİKULTURALİZM HEYDƏR ƏLİYEV SİYASƏTİNİN DAVAMIDIR 
   
 
 
  
Açar sözlər: Qafqaz Albaniyası, adət-ənənə, xalq, millət, multikulturalizm 
Ключевые слова: Кавказская Албания, обычаи-традиции, народ, нация, мультикультурализм 
Key words: Caucasian Albania, tradition, nation, people, of multiculturalism 
 
Çoxəsrlik tarixə malik olan Azərbaycanımız yaranışından bizlərlə birgə yaşayan bir çox xalq-
ların məkanı olmuşdur. Onlar zaman keçdikcə daha da bu torpaqlara sıx bağlanmış, Azərbaycan ta-
rixində iz qoymuşlar. Söhbət zamandan, tarixdən düşmüşkən, elə bu yerdə qədim Qafqaz Albaniya-
sından söhbət açmaq istərdim. Böyük Plini, Klavdi Ptolomey, Plutarx, Ellian dəyərli əsərlərində Al-
baniyanın bir möhtəşəm dövlət kimi 26 dildə danışan tayfaların məkanı olduğunu qeyd etmişlər. Bu 
tayfalar 26 dildə danışmaqla yanaşı, fərqli-fərqli adət-ənənələrə, inanclara, etiqadlara mənsub ol-
muşlar. Bütün bunlar onu göstərir ki, müqəddəs torpağımız hər kəs üçün yaşayış məskəni, doğma 
vətən olmuşdur. Bəlkə elə buna görədir ki, bütün bunları nəzərə alan rus siyasəti millətimizin hər 
bir xalqa qarşı olan sevgi, məhəbbətini, qayğı və ehtiramını görərək erməniləri torpaqlarımıza kö-
çürməyə başlamışdı. Xalqımızın ürəyindəki mərhəməti, səfqəti, qanındakı istiliyi, canındakı yanar-
lığı görən, bilən, bələd olan ermənilər də tarixi Azərbaycan torpaqlarını zəbt edə-edə özlərinə “Və-
tən yaratdılar”.  İllər,  əsrlər keçdi, xalqımız bütün bu mərhəmətləri, sevgiləri, hörmət və qayğıları 
qarşılığında düşmən hiyləsinə tuş gəldi, xəyanətin qurbanı oldu. Düşmən xalqımıza, torpaqlarımıza 
qənim kəsildi. Torpağımızın bərəkətindən, nər oğulların, mərd övladların dəyanətindən, xalqımızın 
bütün humanist, xeyirxah əməllərindən bəhrələnən düşmənlər bizlərin sayəsində irəli addımlayaraq 
sonunda vətənimizin dilbər güşələrini işğal etdilər. Lakin bütün bunlara “dayan” deyən, düşmənin 
qarşısını kəsən Azərbaycan övladı Heydər Əliyev siyasi gücünü, qüdrətini göstərdi. Ümummilli Li-
derimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti, ölçüyəgəlməz xidmətləri, əzm və fədakarlığı sayəsin-
də xalqımız gələcəyə inamla baxmağa başladı. Müdrik rəhbərimiz xalqımızı, vətənimizi, tarixi və-
tən torpaqlarımızı düşməndən qorumaq üçün əsla yorulmadı. O, uzaqgörən siyasəti, dərin zəkası ilə 
Azərbaycan xalqını kütləvi qırğından xilas etdi, dövlətçiliyimizi qoruyub saxladı, xarici sərmayə-
darları Azərbaycana cəlb etdi. Bir düha kimi xalqımızın haqlı olduğunu dünyaya bəyan etdi, faciələ-
rimizə siyasi qiymət verdi, sonunda respublikamızı nüfuzlu beynəlxalq təşkilatlara qovuşdurdu. 
Xalqımız məhz Heydər Əliyevin səmərəli, bacarıqlı, düşünülmüş siyasəti nəticəsində irəli addımla-
mağa başladı. Qeyri-adi gücə, qüdrətə malik olan Heydər Əliyev xalqın rifahı naminə, vətənimizin 
xoş gələcəyi uğrunda heyrətamiz, qətiyyətli addımlarla irəliləyərək millətimizi doğru yola yönəltdi, 
bizləri, uçuruma yuvarlanan xalqımızı tarixdən silinmək təhlükəsi qarşısında qalan dövlətimizi 
məhv olmaqdan qorudu. Vətənimizə, xalqımıza dərin məhəbbət, sevgi və vurğunluq bütünlüklə 
onun əməlində aydın göründü. Azərbaycanda sülh, əmin-amanlıq, rahatlıq, dilindən-dinindən asılı 
olmayaraq, bütün millətlər və xalqlar üçün sakit, firavan həyata təminat yaratdı. Tarixən hər bir xal-
qa doğma ana kimi qucaq açan Vətənimizdə  hər kəs üçün, hər bir fərd üçün əminlik, arxayınlıq 
bəxş etdi, Azərbaycanda sakitlik, firavanlıq bərqərar oldu. Bütün bunlara görə  də “Atatürk 
Beynəlxalq Sülh Mükafatını”-na layiq görüldü. Bu mükafat tək Azərbaycanda deyil, bütün 
Zaqafqaziyada sülhün, barışığın qorunması, hər xalqın sakit yaşayışının təminatına verilən  ən 
böyük dəyərin təntənəsi idi. Çünki dahi rəhbərimiz öz xalqına, o cümlədən Azərbaycanda yaşayan 
digər millətlərə layiqli şəkildə qayğı  və diqqəti ön planda saxlamış, hər bir insanın qiymətini 
bilmək, lazımi şəkildə qiymətləndirmək bacarığına malik idi. Dinindən-dilindən asılı olmayaraq hər 
kəs üçün Azərbaycanı yenidən qurdu, yaratdı. Rahatlığın, əmin-amanlığın, humanizm ideyalarının 
rəmzi olan çiçəklənən Azərbaycanı yaşatdı. Azərbaycanın müxtəlif bölgələrinə  səfəri zamanı 
Azərbaycan xalqının nümayəndələri ilə bərabər digər xalqların həyat tərzləri, mədəniyyətləri, sosial 
inkişafları  və digər problemləri ilə  də yaxından tanış oldu. Bəli! Bu humanizm ideyaları Heydər 
Əliyev ideyalarının prinsipləri kimi daha da möhkəmlənmişdir. Azərbaycanda yaşayan azsaylı 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə