Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə10/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   6   7   8   9   10   11   12   13   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
24 
Müxtəlif xalqların - ingiloylar, avarlar, ləzgilər, saxurlar, udinlər, və s. kompakt halında yaşa-
dıqları Zaqatalada bu gün bir-birindən maraqlı, rəngarəng və zəngin folklor örnəkləri mövcuddur. 
Rayon ərazisində folklor nümunələri toplayarkən məlum oldu ki, Azərbaycan türklərinə məxsus qə-
dim, tarixi köklərə malik məişət ənənələrin ən yaxşı qoruyucuları elə azsaylı xalqların nümayəndə-
ləridir. Ümumiyyətlə, beynəlmiləçiliyə, inteqrasiyaya meyilli olan zaqatalalıların özlərinə  məxsus 
maraqlı və rəngarəng məişət -mərasim adətləri zaman keçdikcə tələblərə uyğun şəkildə dəyişildiyi, 
milli çalar yeniləndiyi, müasirləşdiyi halda Azərbaycan türklərinə  məxsus həmin qədim adətlərin 
dağlıq  ərazilərdə kompakt halında yaşayan saxurlarda, avarlarda (Gözbarax, Yuxarı Çardaxlar, 
Mamrux) daha çox mənisənilib olduğu kimi qorunub saxlanılması hallarına da təsadüf edirik. 
Ayrı-ayrı dinlərə mənsub xalqlara hörmət, qarşılıqlı sevgi və ehtiram Azərbaycan xalq ədəbiy-
yatının ən qədim nümunəsi olan «Kitabi Dədə Qorqud» dastanında Qanturalın evlənmək üçün xristan 
qızı, sarı donlu Selcan xatunu seçməsi, Əsli və Kərəm dastanında Gəncə xanı Ziyad xanın oğlu Mah-
mudun xristian Qara keşişişin qızı Məryəmə aşiq olması və s. onlarla şifahi xalq ədəbiyyatımızın nü-
munəsində, eləcə də klassik ədəbiyyatımızda Nizaminin, Füzulinin, İmadəddin Nəsiminin, Molla Pə-
nah Vaqifin və digərlərinin yaradıcılıqlarında belə nümunələr vardır. Bu da onu göstəricisidir ki, bu 
multikuralizm ənənəsi, özgə xalqlara hörmət, sevgi, qayğıkeşlik tarix boyu xalqımızın canında qanın-
da olmuş yüksək mənəvi-əxlaqi keyfiyyətlərdən biri olmuşdur.  
Müxtəlif zamanlarda bu ərazidən topladığımız nümunələrdə, xüsusən dini dünyagörüşü bəşəri 
sevgi, öz və özgə, gözəllərin vəsf olunduğu bayatılarda multikultural dəyərləri, qədim adətləri, re-
gional xüsusiyyətləri özündə əks etdirən maraqlı məlumatlara təsadüf edirik: 
 
Qulfidə oldum Allah, 
Oxudum qulfiallah. 
Çoxmillətli elimi 
Saxlasın əziz Allah (13). 
 
Zaqatalanı digər folklor mühitlərindən fərqləndirən xüsusiyyət türkə  məxsus qədim musiqi 
alətlərindən olan tənburun (Zaqatalada danbur deyilir) tarixən sazla paralel inkişaf prosesi keçirməsi 
olmuşdur. Zaqatala aşıqlarından olan Əliabadlı Aşıq Camal öncə tənburla sonra isə sazla ifa etmiş-
dir. Hazırda Zaqatalada yaşayan bütün xalqlar - avarlar, ləzgilər, inqiloylar, saxurlar və başqa 
xalqların nümayəndələri bu qədim musiqi aləti ilə haylalar deyirlər. 
Bütün bunlarla yanaşı, eyni ənənəni biz Zaqatala aşıqlarının yaradıcılığında izləyirik. Və bu 
ənənə azsaylı xalqların kompakt halında sakit, mehriban həyat tərzi keçirən bu bölgədə daha çox in-
kişaf etmiş el sənətkarlarının yaradıcılığında ayrı-ayrı bayatılara, haylalara daha çox təsir etmişdir. 
Aşıq Məhəmməddən başlayaraq, Aşıq Dibroda, Aşıq Mədətdə, Aşıq Camalda, Aşıq Səaddində, 
Aşıq Cahangir Dalğında, el şairi Muxaxı Ramazanda və bir çoxlarının yaradıcılığında biz onlarla 
belə nümunə göstərə bilərik. Düşmənlərimizin əliylə zəhərlənib öldürülən Aşıq Məhəmməd yaradı-
cılığında azərbaycançılıq və multikultural dünyagörüşü, şəfqət, mərhəmət, dözümlülük,dini və mə-
dəni müxtəliflik, özgə xalqların müqəddəs şəxsləri hörmətlə yada salma, ümumiyyətlə, özgə xalqla-
ra qarşı doğma münasibət, öz və özgə xalqların gözəllərinə dəyər vermə bacarığı özünü yüksək şə-
kildə əks etdirmişdir. Ümumiyyətlə, Aşıq Məhəmməd yaradıcılığında multikultural dəyərlərin təs-
virinə geniş yer verilmişdir. Əslində ustad sənətkarın yaşadığı dövr üçün bu termin yerinə düşməsə 
də sadalanan yüksək mənəvi, əxlaqi humanist, ədalətli və yad olmayan doğma yanaşma tərzi bu ən-
ənənin Azərbaycan ədəbiyatına, folkloruna, aşıq sənətinə tanış olduğunu sübut edir:  
 
Varxiyanlı Məhəmmədi bütün ölkə, el bilir, 
Qazax, Gəncə, Şəki, Şirvan, həm də Car mahal bilir. 
 
 Və yaxud: 
 
Məhəmmədəm, qəsd elədim, bu cümlə-cahanı gəzib, 
Xoy, Solmaz, Marağa, Təbrizi, həm də Car mahal bilir (10, s.33). 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
25 
Belə nümunələrə Zaqatala aşıqlarının yaradıcılığında kifayət qədər təsadüf edə bilərik. Zaqa-
tala aşıqlarının şeirlərində multikultural dəyərləri əks etdirmək baxımından əsas bir neçə məqama 
diqqət yetirilmişdir: 

 
Öz və özgə xalqların sadə, əməksevər, zəhmətkeş, əxlaqlı, qonaqsevər insanlarına münasibət

 
Öz və özgə xalqların milli-mənəvi, mədəni dəyərlərinə, azərbaycanlılarla dostluq, sülh, meh-
ribanlıq şəraitində birgə yaşayışlarının təsviri; 

 
Öz və özgə xalqların vətənpərvərlik, mərdlik, qəhrəmanlıq, ədalət, humanistlik kimi bəşəri 
duyğuları əks etdirən fikirləri; 

 
Müxtəlif dinlərin müqəddəs şəxslərinə doğma münasibət; 

 
Müxtəlif xalqların gözəllərinə doğma münasibət və s. 

 
Sənətə, sənətkara münasibət. 
Burada yaşayan sənətkarları biz mədəni müxtəlifliklərinə, özgə xalqların nümayəndələri olub- 
olmadığına görə ayırmırıq, istər azərbaycanlı el sənətkarları olsun, istərsə  də azsaylı xalqların 
nümayəndələri olsun, biz onların multikultural dəyərlərə yanaşma tərzinə, bu dəyərlərə poe-
ziyalarında hansı səviyyədə yer vermələrinə diqqət yetirməyə çalışmışıq. 
Ümumiyyətlə, azsaylı xalqların içərisində  də el arasında aşıqlar olmuşdur. Bunlardan Aşıq 
Camal, Aşıq Hüseyn, Aşıq Əli, Aşıq Herov, İtitalalı Məhəmməd, Aşıq Dibro və başqalrının adlarını 
çəkmək olar. Bu sənətkarları digərlərindən fərqləndirən də məhz onların həm Azərbaycan, həm də 
öz dillərində yazıb-yaratmaları idi.  
Burada ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın sözlərini yada salmaq istərdik: o, çı-
xışlarının birində qeyd etmişdir ki, “Öz mədəniyyətinə, öz tarixinə, öz adət və ənənələrinə, öz milli 
dəyərlərinə hörmətlə yanaşan xalq, gərək ki, eyni şəkildə fərqli mədəniyyətlərə də hörmətlə yanaşsın, 
onu özününkü olandan ayırmasın” (12). 
Zaqatalalı Aşıq Dibro poeziyasında insanları birliyə çağırmış, haqq yolunu azanlara doğru yola 
qayıtmağı tövsiyə etmiş, müdrik kəlamları şeriyyata gətirmiş və bununla yalnız ölkəmiz üçün deyil, bü-
tün dünyada yaşayan tolerantlıq ənənələrinə zidd çıxanları birliyə, əmin-amanlığa səsləmişdir: 
 
Azma bu dünyada haqqın yolunu, 
Adildi, müdrikdi, uludu dünya. 
Əgər fəhm eyləsən qilü-qalına, 
Görərsən dumandı, doludu dünya (9, s.51). 
 
Zaqatala aşıqları şeirlərində çoxmillətlili olduqlarını böyük fəxarətlə dilə gətirir. Onların poe-
ziyalarında çox milləti olan yurd yerinin heç vaxt düşmənlərdən qorxusu olmaz, belə yurd yeri heç 
vaxt basılmaz kimi fikirlərə tez-tez təsadüf olunur. 
Yengiyanlı Aşıq Əzimdə: 
 
Əziməm, qorxum yox, çox millətliyəm, 
Arxam var elim var, lap qüvvətliyəm. 
Dünən piyadaydım bu gün atlıyam, 
Sabah hər qələbə, zəfər bizdədir (5, s.90). 
 
Yaradıcılığında vətənpərvərlik, təbiətsevərlik, qayğıkeşlik nümunələri ilə yaddaşlarda daimi 
yaşayacaq və böyük ehtiramla yad ediləcək Aşıq Mədət müxtəlif xalqların doğma diyarı Zaqatalanı 
nəğməkar bülbülün ana vətəni adlandırmışdır: 
 
Qonaqpərvərlikdə gəzsən hər yanı, 
Gülüzar diyarı Zaqatalamdır. 
Nəğməkar bülbülün ana vətəni, 
Eşqi bəxtiyarı Zaqatalamdır (13). 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə