Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə11/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   7   8   9   10   11   12   13   14   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
26 
Eləcə  də, sənətkarın poeziyasında-xüsusən deyişmərində, bağlamalarında multikulturalizmlə 
yanaşı, tolerantlıq nümunələri də geniş əks olunmuşdur. Bu deyişmədə el sənətkarları öz və özgə 
dinləri təmsil edən müqəddəs  şəxslərin adlarını çox böyük hörmətlə yada salırlar. Aşıq Mədətin 
Aşıq Səaddədinlə olan deyişməsinə diqqət edək: 
Aşıq Mədət: 
 
Kimdi ərşdə sağ dayandı, 
Bəs kimdi nura boyandı. 
Kimdi səsindən oyandı,  
Bəs kimlər bədasil oldu. 
 
Aşıq Səaddədin: 
 
Haqq özü nura boyandı, 
İsa ərşdə sağ dayandı. 
Adəm yaranıb oyandı 
Pir onda bədasil oldu (9, s.121). 
 
Bu deyişməni dini-milli dəyərlərin ümumbəşəri dəyərlərlə qarşılıqlı  əlaqəsi, və Azərbaycan 
multikulturalizminin, tolerantlığının nümunəsi kimi qiymətləndirmək olar. Burada multikulturalz-
min xarakterik xüsusiyyəti kimi tolerantlıq, dözümlülük əsas xüsusiyyət kimi götürülür. Tarix üzrə 
fəlsəfə doktoru, arxeoloq Məhəbbət Paşayeva qeyd edir ki, Azərbaycan multikulturalizmin forma-
laşmasında dinin rolu danılmazdır və sosial hadisə olaraq din, tarixi təkamül prosesi boyunca Azər-
baycan multikulturalizmin rəngarəng laylarında öz izini qoymuşdur (8). 
Zaqatala aşıqlarının yaradıcılığında bölgə üçün ənənənəvi olan multikultural düşüncə tərzi bu-
rada yaşayan xalqlara böyük hörmət, dərin məhəbbət hissi duyulur. Aşıq Valehin «Mən necə yaz-
mayım Zaqataladan» qoşmasına diqqət edək: 
 
İnsanların həlim, iqlim mülayim, 
Qismət edib mənə bəxtim, taleyim. 
Budur, ilahidən arzum, diləyim 
Xudam hifz eləsin hər cür bəladan 
Mən necə yazmayım Zaqataladan (3, s.39). 
 
Xalq şairi Səməd Vurğun Azərbaycan şeirini yazmaqla sözlə Azərbaycanın ərazisini oxucusu-
na tanıtmaq və bununla Azərbaycanın xəritəsini yaratmaq ənənəsinin başlanğıcını qoymuşdur. Bu 
ənənəni Zaqatala aşıqları və el şairləri öz yaradıcılıqlarında layiqincə davam və inkişaf etdirilmişlər. 
Aşıq Mədət, Aşıq Valeh və el şairi Muxaxlı Ramazan kimi el arasında sayılıb seçilən el sənətkarları 
bu ənənəni poeziyalarına tətbiq etməklə öz yaşadıqları rayonun ərazisindəki kəndləri bir-bir vəsf et-
məklə burada yaşayan avarların, ləzgilərin, saxurların, inqiloyların, rusların, və s. xalqların adət 
ənənlərini, dillərini, yerli xalqla necə mehriban şəkildə bir-birilərinə qaynayıb qarışma  şəraitində 
yaşadıqlarını göstərmişlər: 
Aşıq Valehdə: 
 
Mişleşdən gəzərək gəlsin Zibana, 
Şələlədə çimər, gələrsən cana. 
Carda qonaq olsan hansı insana, 
Yaxşı qarşılayar doğma baladan
Mən necə yazmayım Zaqataladan. 
 
Yuxarı Çardaxlar, Ələskər Mamrıx, 
Saxur dostlarımla hər zaman varıq. 
Ağdam Kələl, Gözbarağı qatarıq, 
Ləzzət alaq sülhüllü, buğlamadan, 
Mən necə yazmayım Zaqataladan (3, s.42). 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
27 
Bu qoşmada ustad sənətkar multikultural dəyərlərə xüsusi önəm vermişdir. Bu nümunədə birgə-
yaşayış, qardaşlıq, dostluq müxtəlif xalqlara sevgi, hörmət, səmiyyət kimi ülvi hislər əsas yer tutur. 
El arasında sevilən, kəlamının dəyəri ilə hörmət qazanan, sözdən çələng hörən, yaradıcılığın-
da rəngarən obrazlar, maraqlı, əsrarəngiz təbiət təsvirləri, qiymətli xalq deyimləri ilə yadda qalan 
Muxaxlı el şairi Ramazan “Zaqatala xəritəsi” şeirində azərbaycançılıq və multikultural dəyərləri la-
yiqincə qiymətləndirmiş və inkişaf etdirmişdir. O, bu şeirində azərbaycalılarla yanaşı yaşayan müx-
təlif xalqların da adətlərindən söz açmış, onların kompakt yaşadıqları kəndlərə xəyalən səfər etmiş
görüb götürdüklərini, maraqlı şəkildə sadə dildə oxucusuna təqdim etməyi bacarmışdır: 
 
Keçib Muğanlını əyil Faldara, 
Qandaxda özünü çatdır nahara. 
Yengiyanda salam yetir dostlara, 
Kəpənəkçidə eşit söz , özün danış. 
 
Və yaxud: 
 
Axşam qaralmamış get ol Mosulda, 
Ədəblə deyərlər xoş gəldin qada. 
Atını oradan sür düz Aleybada, 
Götürüb qəlbinə yaz özün danış. 
 
Və yaxud: 
 
Kələldə sürfülü yeyib dostlar seç, 
Güləbağ dağınnan Sabunçuya keç
Gedib Çardaxlarda bir sərin su iç, 
Çox qonaqpərvərdirlər, düz, özün danış (7, s.9). 
 
El şairi Muxaxlı Ramazan yaşamış olduğu, böyüyüb boya başa çatdığı azərbaycalılarla ləzgi-
lərin birgə yaşadıqları Muxax kəndində bu xalqların necə sakit, dostluq, qardaşlıq, sülh, mehriban-
çıllıq şəraitində həyat tərzi keçirmələrini təsvir etmişdir: 
 
Qoy bilsin bilməyənlər, 
Hünər və zəhmət burdadır. 
Can deyibən can eşidən  
Dostluq dəyanət burdadır (13
 
Xəstə  təxəllüsü ilə  şeirlər yazan, yaratdığı  hər misraya bir canlı obraz verən Xəstə  Əhməd 
Qımırlı da şeirlərində, təsvir etdiyi təbiət təsvirlərində  ləzgilərin, avarların və bir sıra müxtəlif 
xalqların yaşadıqları tarixi Azərbaycan torpağı olan Dərbənd ellərini vəsf etmişdir: 
 
Yolun üstə Axtı durur, 
Qəlbim ona heyran olur, 
Odlu-odlu axan Samur
Didi: uğur olsun sənə. 
 
Və yaxud: 
 
Qarşımdan keşdi bir tərlan, 
Əl eylədi çox mehriban, 
Anam kimi xoş Dağıstan  
Didi: uğur olsun sənə (13). 
 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə