Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə9/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   ...   5   6   7   8   9   10   11   12   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
22 
Zümrüd Mənsimova f.ü.f.d. 
 
 
 
AMEA-nın İctimai Elmlər Bölməsi, elmi katib,  
Azərbaycan, Bakı 
 
ZAQATALA AŞIQLARININ YARADICILIĞINDA AZƏRBAYCANÇILIQ  
VƏ MULTİKULTURAL DƏYƏRLƏRİN ƏKSİ 
 
Açar sözlər: multikulturalizm, azərbaycançılıq, azsaylı xalqlar, Aşıq Mədət, el şairi, dastan 
Ключевые  слова:  мультикулътурализм,  Азербайджанство,  малочисленные  народы,  Ашиг 
Мадат, поэт, дастан 
Key words: multiculturalism, Azerbaijanism, national minorities, Ashıg Medet, national poet, epos. 
 
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti 
onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir vətənpərvər, 
qeyrətli ölkə vətəndaşının həyat prinsipinə çevrilmişdir. 
Ümummilli liderimizin qoyduğu ənənələri layiqincə davam etdirən Azərbaycan Respublikası-
nın Prezidenti cənab  İlham  Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı 11 
yanvar 2016-cı il tarixli Sərəncamından Zaqatalada kompakt halında yaşayan müxtəlif xalqların se-
vinclərinə bir pay düşdü. 
Bu sərəncamın imzalanması yalnız Zaqatalada yaşayan azsaylı xalqlar üçün deyil, Azərbaycanın 
müxtəlif ərazilərində Quba, Qusar, Lənkəran, Masallı ərazisində yaşayan, müxtəlif xalqların mədəniy-
yətinin, folklorunun tarixinin, dilinin, ədəbiyyatının, müasir ictimai-siyasi durumunun daha geniş şəkil-
də öyrənilməsi, araşdırılması baxımından böyük faydası var. Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyevin söylədiyi kimi «Multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. 
Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar». 
Çoxmədəniyyətliliyin sinonimi kimi izah olunan multikulturalizm bir siyasət modeli kimi ilk 
dəfə Kanadada meydana gəlmişdir. İlk növbədə irqindən, dinindən, dilindən mədəniyyətindən, adə-
tindən irəli gələn ümumbəşəri, beynəlmiləl dəyərləri özündə etiva edir. Bu gün müxtəlif mədəniy-
yətə malik Azərbaycan multikulturalizmini öyrənmək, onun müxtəlif təbəqələrini açmaq, bölgələri-
mizdə kompakt halında yaşayan azsaylı xalqların həyat tərzində araşdırmaq, Azərbaycan elminin 
əsas prioritet istiqamətlərindəndir. Azərbaycan multikulturalizminin formalaşmasında dinin rolu da-
nılmazdır və sosial hadisə olaraq din, tarixi təkamül prosesində Azərbaycan multikulturalizminin 
rəngarəng laylarında öz izini qoymuşdur. «Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların 
həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan 
dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir» deyən ölkə Prezidentinin çağı-
rışları yerinədüşən və əsaslıdır. Azərbaycan multikulturalizminin milli azlıqların dil və mədəniyyə-
tinin qorunub saxlanması və inkişafı, onlara məxsus milli özünəməxsusluğun, adət-ənənələrin gələ-
cək nəsillərə çatdırılması, eyni zamanda onların sıx yaşadığı bölgələrdə Azərbaycanın dövlət müstə-
qilliyinin və azərbaycançılıq ideyalarının təbliği, hərbi vətənpərvərlik, vahid dövlətçilik, vətənə sə-
daqət hislərinin gücləndirilməsi istiqamətində müvafiq dövlət qurumları və azlıqların milli-mədəni 
təşkilatları ilə birgə ardıcıl fəaliyyət həyata keçirilməsi baxımından bu sərəncamın əvəzsiz rolu var. 
Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəzilə-
ri isə yerli xalqlarla qaynayıb qarışmış və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı öz-
lərinə doğma və əbədi vətən hesab edirlər. Tarix boyu yadelli işğalçılara, Çar Rusiyasının, (Sisyanov, 
Qulyakov) Gürcülərin yürüşlərinə qarşı mübarizə aparan Car –Balakən  əhalisi heç bir vaxt müba-
rizədən çəkinməmişlər. Onlar igidliklərinə, döyüş taktikalarına görə düşmənləri heyrətə gətirmişlər. 
Zaqatalada yaşayan yerli əhali burada tarixən yaşayan birgə yaşayış anlamını xalqımızın 
milli-mənəvi keyfiyyətlərinin ayrılmaz hissəsi hesab edir. Heç də təsadüfü deyil ki, Qarabağ uğrun-
da savaşda azərbaycanlılarla yanaşı bu ərazidə yaşayan digər xalqların da nümayəndələri böyük 
qəhrəmanlıq göstərmiş, şəhid olmuşlar. Məlumdur, onlar bu doğma eli özlərinə əbədi vətən seçdik-
ləri üçün «Torpaq uğrunda əgər ölən varsa, vətəndir» kəlamını özlərinə əsas seçmişlər. 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
23 
Dövlətimiz hər zaman ölkəmizdə yaşayan bu xalqların dilinə, adətlərinə hörmətlə yanaşmış 
öz və özgə prinsipi anlayışını özündən uzaq tutmuşdur. Məhz bu xüsusiyyət ölkəmizdə yaşayan 
müxtəlif dilli xalqların bir-biriləri ilə mehriban, sakit, və anlaşıqlı həyat tərzi qurmasına zərurət ya-
ratmışdır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Döv-
lət müşaviri akademik Kamal Abdullayev qeyd edir ki, xalqımız onun öncül yaradıcı şəxsləri özün-
də milli, dini təəssübkeşlik hissləri ilə yanaşı, bəşəri dəyərləri də yaşatmağı bacarmış və «özünün-
kü» saydığını «özgəninki» olandan çox zaman fərqləndirməmişdir (1, s.4). Bu prinsip tarix boyu 
gözlənilmiş dövlətimiz, daima bu xalqların dilinə və dininə hörmətlə yanaşmışdır. Azərbaycan Res-
publikasının konstitutusiyasının «Dövlət dili» adlanan 21-ci maddəsində «Azərbaycan Respublika-
sının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin 
edir. Azərbaycan Respublikası  əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını 
təmin edir. «Bərabərlik hüququ» adlanan 25-ci, «Təhsil hüququ» adlanan 42-ci, “Ana dilindən isti-
fadə hüququ” adlanan 45-ci maddələrində ölkəmizdə yaşayan azsaylı xalqların dillərinin, qorunması 
ilə bağlı müəyyən fikirlər əks olunmuşdur (2, s.8, 9, 11). 
Zaqatala folklor mühiti Azərbaycançılıq və multikultural ənənələrin dolğun şəkildə qorunub 
inkişaf etdiyi bir ərazidir. Bu ənənələr bu gün daha çox bu xalqların məişət mərasimlərində, musiqi 
folklorunda, aşıq yaradıcılığında, dini rəvayətlərində, regional lətifələrində eləcə  də, bölgə üçün 
əsaslı olan Qafqaz Albaniyasına məxsus tarixi memarlıq abidələrdə qorunub saxlanılır.  
Azərbaycan Respublikasının strateji əhəmiyyə malik ərazisində yerləşən Zaqatala rayonu etnik 
baxımdan da rəngarəng tərkibə malikdir. Bu gün 120 mindən çox əhalisi olan Zaqatalada 20-yə yaxın 
azsaylı xalqların nümayəndələri -avarlar, saxurlar, inqiloylar, ləzgilər, udinlər, ruslar, tatlar, farslar və 
başqa xalqların nümayəndələri yaşayır. Nəzərə alsaq ki, Azərbaycan minilliklər boyu müxtəlif xalqların 
azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı müstəqil ölkədir, o zaman Zaqatalada yaşayan 
azsaylıların da hüquqlarının azərbaycanlılar qədər qorunduğunu, onların dil, mədəniyyət, adət-ənənə və 
s. mənsubluğunu göz önünə  gətirmək asan olar. Ümumiyyətlə götürdükdə Azərbaycan türkləri meh-
riban, qonaqpərvər, sülhsevər və humanist olduqları üçün respublikamızda yaşayan digər xalqlar 
özlərini hərtərəfli ifadə edə bilmişlər. Təkcə Zaqatalada deyil, respublikamızın digər mühitlərində  də 
azsaylı xalqların hüquqları  hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq 
üçün geniş  şərait yaradılmışdır.Rus səyyahı  və etnoqrafı V.L.Veliçko Azərbaycan etnosunda böyüyə 
hörmət, ailəyə bağlılıq, qonaqpərvərlik, ədalət hissi, başqa millət və xalqlara hörmət və s. kimi müsbət 
keyfiyyətlərin tarixən formalaşdığını qeyd edir (6, s.34-35). Bu gün Zaqatalada azsaylı xalqlarla 
azərbaycanlıların adət-ənənələri bir-birinə qovuşmuş, qohumluq əlaqələri genişlənmiş  və bu proses 
tarixin bütün dönəmlərində, mərhələlərində qarşılıqlı  şəkildə paralel inkişaf yolu keçmişdir. Artıq öl-
kəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşmışdır ki, bu mühitə biz 
məhz hər zaman beynəlmiləlçiliyə meyilli Zaqatalada daha çox təsadüf edə bilərik. XIX əsrdə Azərbay-
canın şimal bölgəsinə səfər etmiş D.Zubarayev, Fon-Plotto, (“Zaqatala dairəsinin əhalisi və təbiəti” əsə-
ri) eləcə də ayrı-ayrı müəlliflərin etnoqrafların müxtəlif əsərlərində bu ərazidə yaşayan azsaylı xalqlar 
haqqında məlumat verilmiş (A.Poserbskinin, D.Bakradze (“Zaqatala dairəsi haqqında qeydlər” mə-
qaləsində, K.Qan, K.Kolyubakin, Konstantinov və başqaları), burada yaşayan xalqlara və onların adət-
lərinə öz münasibətlərini bildirmişlər. Rus etnoqrafı Fon-Plotto yazır ki, Zaqatala vilayətində  məs-
kunlaşan muğallar (türklər) və ləzgilərin, avarların adətləri ümummüsəlmanlarla eynidir (10,  s.30-40).  
Hörmətli Prezidentimiz fevralın 16-da şimal bölgəsində səfərdə olarkən burada yaşayan xalq-
ların dostluğuna, mehriban həyat tərzi sürmələrinə öz münasibətini bildimişdir: “Biz ölkəmizdə 
yaşayan bütün xalqlar arasında qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bizim ən 
böyük sərvətimizdir.  Ən böyük üstünlüyümüz və  ən böyük dəyərimizdir.  Əsrlər boyu Azər-
baycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik olmuşlar. Hər bir vətəndaş dinindən, di-
lindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa öl-
kələrdən fərqləndirən məhz budur”. 
Azərbaycançılıq və multikulturalizm bu ərazidə yaşayan xalqların əsas ideologiyasıdır. Azər-
baycanın şimal bölgəsində yaşayan müxtəlif xalqların birgə yaşayış, həmrəylik, sülhsevərlik, meh-
ribanlıq, ədalət, öz, özgə xalqların dinlərinə, dillərinə, müqəddəs şəxslərinə səmimi münasibət əsas 
amil kimi götürülür.  


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə