Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə6/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   2   3   4   5   6   7   8   9   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
14 
rıdır. Bu gün dünyanın bir çox ölkələri bu xüsusda bizdən öyrənməkdədirlər. Çünki onlar belə bir 
strategiyaya sahib deyillər. Baxın, dünyanın  ən qədim dövlətçilik  ənənəsi olan İngiltərəyə. Onların 
baş naziri bəyan edib ki, ümumiyyətlə multikulturalizmin vaxtı keçib və həmin dəyər hazırda ingi-
lislər üçün səciyyəvi deyil. Əcaib münasibətdir. Londonda, ümumiyyətlə İngiltərənin hər yerində ən 
müxtəlif millətlərin nümayəndələri – ərəblər, hindistanlılar, pakistanlılar ticarətdən tutmuş siyasətə 
qədər Böyük Britaniyanın bütün sahələrində fəaliyyət göstərirlər, özü də yüksək fəallıqla. Ziddiyyətli 
məsələdir, elə deyilmi?! Ya onlar bunu boyunlarına almırlar, ya da bu sahədə  təcrübələri yoxdur. 
Azərbaycan necə multikultural ölkə olduğunu artıq dünyaya sübuta yetirib. Onun bariz bir nümunəsi 
bugünkü Zaqataladır. Dövlətimizin siyasətinin necə dəstəkləndiyini biz Zaqatalada yaşayan müxtəlif 
millətlərin simasında aydın  şəkildə görürük. Tutduğunuz bu yolda sizə böyük nailiyyətlər 
arzulayıram! 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
15 
İsaxan Vəliyev  
 hüquq üzrə elmlər doktoru, professor, 
Azərbaycan Respublikasının Prezidenti yanında  
Bilik Fondunun aparat rəhbəri  
Azərbaycan, Bakı 
 
 
VİCDAN AZADLIĞININ HÜQUQİ QAYNAQLARI 
 
Hörmətli konfrans iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, 
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Zaqatala rayon İcra Hakimiyyəti, Mə-
dəniyyət və Turizm Nazirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə ke-
çirilən bu tədbirdə  iştirak edən  şəxsləri Azərbaycan Respublikasının  millətlərarası, multikultura-
lizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin və Bilik Fondu rəhbər-
liyi adından salamlayır və konfransın işinə uğurlar arzulayıram. 
Bugünkü konfransın ölkəmizin ən gözəl guşələrindən biri olan Zaqatalada keçirilməsi heç də 
təsədüfi deyildir. Bu, bir neçə amillə  şərtləndirilir: hər  şeydən  əvvəl, Zaqatala bir çox millətlərin 
adət-ənənələrini özündə əks etdirən multikultural diyardır, digər tərəfdən, burada müxtəlif dinlərə 
etiqad edən, muxtəlif etnik mənsubiyyətə malik olan insanlar məskunlaşmışlar. Başqa bir səbəb isə 
bu məkanda müxtəlif mədəniyyətləri və dini inancları olan şəxslərin qarşılıqlı harmoniyada 
yaşamasıdır. Məndən öncə çıxış edən məruzəçilər diqqəti müxtəlif mədəniyyətlərə malik millətlərin 
tolerant mühitdə yaşamasına diqqəti cəlb etdilər. Bu səbəbdən də  mən bu məsələ üzərində çox 
dayanmayacağam. Düşünürəm ki, hamınız cənab Prezident İlham  Əliyev tərəfindən 2016-cı ilin 
“Multikulturalizm ili” elan edilməsi ilə  əlaqədar imzalanmış  Sərəncam barədə  məlumatlısınız və 
multikulturalizm sözünün leksikonumuza yeni daxil olmasına baxmayaraq, Azərbaycan xalqının 
multikultural dəyərlərə  həmişə önəm verməsi barədə kifayət qədər bilgiyə maliksiniz. Mən 
çıxışımda multikulturalizmin əsas istiqamətlərindən biri olan vicdan azadlığını hüquqi müstəviyə 
gətirməklə bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm.  
Ölkəmiz uzun müddət keçmiş Sovet Sosialist Respublikaları İttifaqı adlanan böyük bir dövlə-
tin tərkibində olduğundan, vicdan azadlığına münasibət, din və dövlət münasibətləri heç də həmişə 
normal olmamış, əksinə ölkədə qanunvericilik səviyyəsində dövlətin dindən ayrılması və dini işlərə 
müdaxilə etməməsi deklorativ şəkildə də olsa bəyan edilməsinə baxmayaraq, ateizm təbliğatı apa-
rılmış, bəzi dinlərə, o cümlədən islam dininə münasibətdə diskriminasiya halları mövcud olmuş, 
nəinki yeni ibadət yerlərinin tikintisinə yol verilməmiş, hətta bir çox hallarda məscidlərin təyinatı 
üzrə istifadəsi qadağan edilmişdir. Odur ki, qanunvericiliyimizdə din və dövlət münasibətlərinin 
hüquqi tənzimlənməsinin tarixinə qısa da olsa, nəzər salmağı məqsədəmüvafiq hesab edərdim. 
Azərbaycan SSR-in ilk – 1921-ci il Konstitusiyasının 4-cü maddəsində zəhmətkeşlərin həqiqi 
vicdan azadlığının təmini üçün məscidin dövlətdən, məktəbin məsciddən ayrılması və vətəndaşların 
dini və anti-dini təbliğat aparmaq hüququ təsbit edilsə də, bu, tamamilə formal xarakter daşımışdı. 
Azərbaycan SSR-nin ikinci – 1927-ci il Konstitusiyasının 6-cı maddəsində vicdan azadılığı demək 
olar ki, ilk Konstitusiyamızın 4-cü maddəsində olduğu məzmunda müəyyən edilmişdir. Ölkəmizin 
3-cü – 1937-ci il Konstitusiyasının 131-ci maddəsində isə bəyan edilmişdi ki, Azərbaycan SSR-də 
vətəndaşların vicdan azadlığını təmin etmək məqsədilə din dövlətdən və məktəb dindən ayrılmışdır. 
Bütün vətəndaşlar dini ayinləri icra etməkdə və din əleyhinə təbliğat aparmaqda azaddırlar. 
Sovetlər Birliyi dövründə  qəbul edilmiş sonuncu Konstitusiyamız (1978-ci il) Azərbaycan 
SSR-in 1921-ci il, 1925-ci il və 1937-ci il Konstitusiyalarının ideya və prinsiplərinin varisliyi və 
SSR-nin 1977-ci il 7 oktyabr tarixli Konstitusiyası əsasında qəbul edildiyindən ölkə vətəndaşlarının 
vicdan azadlığı, yəni hər hansı dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dini ayinləri 
icra etmək və ya ateizm təbliğatı aparmaq hüququnun təmin olunması, dini etiqadla əlaqədar ədalət 
və nifrət oyatmağın qadağan edilməsi, məscid və kilsənin dövlətdən, məktəbin məscid və kilsədən 
ayrılması şəklində təsbit olunmuşdu. Vicdan azadlığı məsələsi ilk dəfə olaraq memarının ümummil-


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 
16 
li lider Heydər Əliyev olduğu və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbay-
can dövlətinin Konstitusiyasında öz hüquqi təsbitini tapmışdır. 
Məhz bu Konstitusiyada vicdan azadlığı məsələsinin dövlət və din münasibətləri ilə bağlı olan 
əsas məsələlərdən biri olduğu gündəmə gətirildi. Konstitusiyanın 48-ci maddəsində vicdan azadlığı 
hüququnun məzmunu əks etdirilərək o; a) hər kəsin dinə münasibətini müstəqil şəkildə müəyyənləş-
dirmək; b) insan və vətəndaşın hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək; c) 
hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə heç bir dinə etiqad etməmək; d) şəxsin dinə mü-
nasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququnun olması şəklində təsbit edilmişdir. 
İlk baxışdan elə görünür ki, vicdan azadlığı hüququnun sərhədləri mövcud deyildir və heç bir 
çərçivə ilə məhdudlaşdırılmamışdır. Lakin araşdırmalar göstərir ki, qanunvericilik bu hüququn da 
hüdudlarını müəyyənləşdirmişdir. 
Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan lə-
yaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və 
təbliği qadağandır.Bu, vicdan azadlığı hüququnun sərhəddini müəyyən edən birinci hüduddur. İkin-
ci hüdud Konstitusiyanın 58-ci maddəsinin 3-cü hissəsi ilə müəyyənləşdirilmişdir. Maddədə dini 
mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa, ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. 
Konstitusiyanın müəyyən etdiyi 3-cü hüdud 48-ci maddənin 4-cü hissəsində öz əksini tapmış-
dır. Göstərilmişdir ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Başqa sözlə de-
sək, dini etiqad və əqidə o ölçüdə azaddır ki, həmin səviyyədə azadlıq digərlərinin hüquqlarının po-
zulmasına gətirib çıxarmır. Ən nəhayət, vicdan azadlığı hüququnun sərhədlərindən birini də Konsti-
tusiyanın 48-ci maddəsinin 5-ci hissəsi müəyyən etmiş və qeyd edilmişdir ki, heç kəs öz dini etiqa-
dını  və  əqidəsini ifadə etməyə (nümayiş etdirməyə, dini mərasimləri yerinə yetirməyə  və ya dini 
mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.  
Konstitusiya qanunvericiliyinə etdiyimiz bu qısa ekskurs belə nəticəyə gəlməyə əsas verir ki, 
Sovet hakimiyyətinin ilk illərində vicdan azadlığı hüququ ilə bağlı əsas məsələ dinin, kilsənin (məs-
cidin) dövlətdən ayrılması ilə əlaqədar olmuş və deklorativ xarakter daşımışdır. Müstəqillik dövr-
ünün Konstitusiyasında isə bu məsələyə yeni münasibət sərgilənmiş, vicdan azadlığı hüququ nəinki 
bəyan edilmiş, həm də onun təminatı ön plana çəkilmiş, hər kəsin dini etiqadını reallaşdırması üçün 
maksimum şərait yaradılmışdır. 
Ölkəmizdə vicdan azadlığının təmin edilməsinə yönələn normativ-hüquqi aktlar sırasında 20 
avqust 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanun da xüsusi yer tutur. Qanun 
dövlət və dini qurumlar, din və məktəb, dini icma, dini idarə və mərkəzlər, dini təhsil, dini qurumların 
dövlət qeydiyyatına alınması, onların ləğvi, dini qurumların mülkiyyəti, istehsal və təsərrüfat fəaliyyə-
ti, dini ayin və mərasimlərin keçirilməsi, ümumiyyətlə, din və onunla əlaqəli olan təsisatlar arasında 
olan münasibətləri təfərrüatı ilə tənzim edir. Əslində, bu qanun ulu öndərin birbaşa təşəbbüsü ilə apa-
rılan əlavə və dəyişikliklərdən sonra multikulturalizmin əsas prinsiplərini özündə əks etdirən dini tole-
rantlıq nümunəsinə çevrilmişdir.  
Qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün dini qurumlar bərabər 
hüquqa malikdirlər. Dövlət bu qanunla onlar üçün, hətta bəzi güzəştli şərtlər də müəyyən etmişdir. 
Qanunun 16-cı maddəsinə əsasən dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə birlik-
də onlara verilməsində üstünlük hüququna malikdirlər. Dini qurumların qəbul etdikləri ianələr üzə-
rində vergi qoyulmur, Dini qurumların işçilərinin sosial sığortası “Sosial sığorta haqqında” Azər-
baycan Respublikasının Qanunu, pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Res-
publikasının Qanunu ilə tənzimlənir, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azər-
baycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azər-
baycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağan-
dır. Qanunun 21-ci maddəsinə əsasən, qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) 
hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola 
bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir və s. 
Dünya təcrübəsində, bəlkə də, yeganə hallardan biridir ki, ölkəmizdə dövlət tərəfindən müxtə-
lif dini konfesiyaların bərabər hüquqlu fəaliyyətinin təmin edilməsi üçün maksimum şərait yaradılır, 
hətta onlara maddi yardım göstərilməsi istiqamətində də müəyyən addımlar atılır (2016-cı ildə döv-


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə