Microsoft Word Zaqatala konfransi son variant docx


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə3/104
tarix08.09.2018
ölçüsü5,57 Mb.
#67723
1   2   3   4   5   6   7   8   9   ...   104

Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 

Vidadi Rzayev  
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Ölkədaxili layihələr sektorunun 
baş mütəxəssisi 
rzayev1956@bk.ru 
 
Vüsalə Kərimli  
AMEA Folklor İnstitutu, böyük laborant 
vusalekerimli@gmail.com  
 
Yusif Rzayev  
Oğuz Rayon İcra hakimiyyətində YYÇİ və HMÜ Komissiyası, məsləhətçi-psixoloq 
yusifrza1951@mail.ru 
 
Zümrüd Ağakişiyeva  
Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri 
zaqatala-medeniyyet@mail.ru 
 
Zümrüd İbrahimqızı – Mənsimova  
AMEA Rəyasət Heyəti, İctimai Elmlər Bölməsi, elmi katib, fil.ü.f.d. 
zumrudibrahimqizi@gmail.com 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycan folkloru  və milli-mədəni müxtəliflik 
 

PLENAR İCLASDA EDİLƏN MƏRUZƏLƏR 
 
Mübariz Əhmədzadə 
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı 
Azərbaycan, Zaqatala 
 
 
MÜHÜM ƏHƏMİYYƏTLİ TƏDBİR 
 
Hörmətli tədbir iştirakçıları, əziz zaqatalalılar! Azərbaycanın dilbər güşələrindən biri və qızıl 
güllər diyarı olan Zaqatalada sizi bir daha salamlayır və hər birinizə qızıl gül təravəti, can sağlığı 
arzulayıram. Bilirsiniz ki, Zaqatalada belə möhtəşəm tədbirlərin keçirilməsi ilk növbədə Zaqatalalı-
ların bu tədbirlərə həssas yanaşması və orada fəal iştirak etməsi ilə bağlıdır. 
Bu gün keçirilən tədbirimiz də əhəmiyyətinə görə seçilir. Çünki bu tədbir bir deyil, bir neçə 
strukturu əhatələyir. Belə ki, Prezident yanında Bilik Fondu, AMEA Folklor İnstitutu, Mədəniyyət 
və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla iş üzrə Dövlət 
Komitəsi, o cümlədən Zaqatala RİH-inin birgə təşkilatçılığı sayəsində bu gün bu tədbir burada hə-
yata keçirilir. 
Təşkilatçı qurumların konfransda iştirak edən rəsmi nümayəndələrini sizlərə təqdim edirəm: 
Bilik Fondunun aparat rəhbəri  İsaxan Vəliyev, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir 
üzvü Muxtar İmanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı. Bir 
neçə xarici ölkədən, o cümlədən qardaş Türkiyədən gəlmiş nümayəndə  də bu gün keçirilən 
konfransımıza qatılmışdır. Məlumat üçün deyim ki, həmçinin iyirmiyə yaxın xalqın nümayəndəsi 
bu konfransda iştirak edir. Konfransımızın işinə uğurlar, iştirakçılarına isə can sağlığı arzulayıram! 
Hər birimiz bilirik ki, 10 yanvar 2016-cı il tarixində 2015-ci ilin (sosial həyatının) yekunları 
ilə bağlı keçirilən tədbirdə Cənab Prezident 2016-cı ili «Multikulturalizm ili» elan etdi. Həmin ayın 
11-də (yəni 2016-cı ilin yanvarında) Cənab Prezident “Multikulturalizm ili” ilə bağlı  tədbirlər 
planını və qarşıda duran vəzifələri bir daha bəyan etdi.  
Azərbaycan özünün multikultural dəyərlərə münasibəti ilə hər zaman, istər sovetlər dönəmin-
də, istərsə də ondan sonrakı dönəmlərdə seçilmişdir. Özəlliklə, müstəqillik dönəmində Ulu öndəri-
mizin bilavasitə rəhbərliyi altında bu sahəyə daha artıq diqqət yetirilməyə başlanıldı. Azərbaycanın 
əsas sakinləri Azərbaycan türkləri olsa da, müxtəlif millətlərin nümayəndələri – o cümlədən tatlar, 
talışlar, avarlar, ləzgilər, ingiloylar və bir sıra xırda xalqların nümayəndələri burada birgə, yəni mul-
tikultural şəraitdə yaşayır, bir-birlərinə can deyib, can eşidirlər. Çıxışımın əvvəlində də qeyd etdim 
ki, yanvar ayında Cənab Prezident sərəncam imzaladı  və 2016-cı ili «Multikulturalizm ili» elan 
etdi. Bu, bir daha Ulu öndərimizin layiqli davamçısının, onun həqiqi varisinin multikultural 
dəyərlərə olan münasibətini göstərir. Çünki həmin andan etibarən bu sahəyə diqqət daha da 
dərinləşdi və bu hərəkat geniş vüsət aldı. 
Bizim dilbər guşəmiz olan Zaqatalanın özü elə multikultural dəyərlərin ifadəsi üçün bariz bir 
nümunədir. Bariz bir nümunə dedim, ona görə ki, Zaqatalada ümumən 126 min əhali yaşayır ki, on-
ların da 68% Azərbaycan türkləri, 21%-i avarlar, 10% saxurlar və 1%-i də müxtəlif xalqların nüma-
yəndələrindən ibarətdir. Hələ ki, bu günkü günə qədər problemsiz və söz-söhbətsiz onlar Zaqatalada 
güzəran keçirirlər. Azərbaycanın bu sahədəki inkişafında, mən deyərdim ki, Zaqatala modeli ən 
önəmli yerdədir. Bu ideyanın daha da inkişaf etdirilməsi üçün məkan kimi Zaqatalanın seçilməsi 
heç də təsadüfdən olmamışdır. Buranı ona görə seçmişik ki, (bayaq dediyim kimi) burada millətlər 
bir-birilə olduqca mehriban şəraitdə yaşayırlar. Bu da ondan qaynaqlanır ki, onlar ünsiyyətdən baş-
qa, həm də bir-biriləri ilə qohumluq əlaqələrinə girmiş, bir-birilərinə qız verib, qız almışlar. Azər-
baycanlı avarla, avar saxurla, saxur azərbaycanlı ilə qohum olmuşdur və yüzlərcə belə qarışıq ailə-
ləri misal gətirmək olar. İndi də onlar bir-birlərinin xeyrində, şərində yüksək səviyyədə iştirak et-
məkdədirlər. Bu məkanda sən avarsan, sər saxursan, sən ləzgisən kimi yanaşmalar olmayıb və ümid 
edirik ki, bundan sonra da olmayacaqdır. Multikulturalizm elə bir böyük mövzudur, dəyərdir ki, bu 
sahədə saatlarla danışmaq olar, amma mövzu tükənməz. Odur ki, vaxtın da darlığını nəzərə alıb, bu-
günkü tədbiri açıq elan edirəm və sözü çox hörmətli Muxtar müəllimə verirəm. 


Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə